QIŞ TƏRƏVƏZ XÖRƏKLƏRİ
Turş çəhrayı kələm. 100q turş kələmi 2 ç.q. çuğumdur
şirəsi ilə qarışdırıb, üstünə 1 x.q.günəbaxan yağı və balaca
soğanın 1/3 hissəsini tökmək. Çuğundur şirəsi əvəzinə 3 x.q.
çuğundur horrası və 1 x.q. quşüzümü əlavə etmək olar.
Turş kələmlə alma. 100 q turş kələmə orta həcmli anton
almasının parasını,1 x.q. günəbaxan yağı,yarım balaca soğan
qarışdırın.
Bayram süfrəsi üçün turş kələm. 100q kələmi xırda
doğramaq,onu yarım alma,1 x.ö.q.günəbaxan yağı,yarım baş
soğan,1 çimdik döyülmüş zirə,1 limonun şirəsi(yaxud 1 x.q.
quşüzümü şirəsi),1 x.q. balla qarışdırmaq, bir neçə saat nəzarət
altında saxlamaq.
Turş kələmlə kartof. 125q kələmi 100q kartofla və
yarım baş soğanla qarışdırmaq, üstünə 1,5 xörək qaşığı
günəbaxan yağı tökmək. Katof əvəzinə yer alması da işlətmək
olar. 1-2 xörək qaşığı quşüzümü, yaxud nərsin (brusnika) da
əlavə etmək olar.
Turpla quşüzümü şirəsi. 60q turpu xırda doğramaq, 2
xörək qaşığı günəbaxan yağı və 1-2 xörək qaşığı quşüzümü şirəsi
əlavə etmək. Yarım saat saxlamaq.
Qıtıqotu kökü, yaxud turpla salat. Bir böyük qıtıqotu
kökünü və orta həcmli kərəvizin kökünü (60 q) qarışdırmaq, 1
çay qaşığı qıtıqotu və qozun birgə horrasını əlavə etmək.
Qıtıqotu əvəzinə 1 xörək qaşığı turp da işlətmək olar.
Turpla qatıq. 60q turp horrasını 1 stəkan qatığa tökmək,
bir saat yarımdan çox saxlamaq.
“Yanvarıc” salatı. Orta həcmli kökü sürtkəcdən
keçirmək, 3 xörək qaşığı turş kələmlə (duza qoyulmuş nəzərdə
tutulmur), 1 xörək qaşığı kələm şirəsi, 1 xörək qaşığı turp horrası
ilə qarışdırmaq, 10 ədəd xırda doğranmış qoz, 2 çay qaşığı
264
günəbaxan yağı və o qədər də quşüzümü şirəsi əlavə etmək,
qarışdırmaq. Bunlara 30 q doğranmış kartof da əlavə etmək olar.
Təmizləyici qida. Damarları təmizləmək üçün 1 limonu
qabığı ilə bərabər sürtkəcdən keçirmək, 1 baş sarımsağı əzib ona
qarışdırmaq, üstünə 60 ml qaynamış su (soyuğunu) tökmək, 2-4
gün otaq temperaturunda saxlamaq, süzmək və hər gün 50 ml
hesabı ilə ac qarına payız, qış və yaz aylarında içmək.
Orqanizmi möhkəmlədən qida. 300q qoz ləpəsi, 300q
ərik qurusu və 300q kişmiş götüemək, 2 limonla (qabıqlı)
birlikdə ət maşınından keçirmək və 300q balla qatışdırmaq, hər
gün ac qarnına 1-2 çay qaşığı yemək. Artıq yemək olmaz, çünki
quru meyvələr qozla yaxşı həzm olunmur. Belə qidanı
soyuducuda saxlamaq lazımdır.
TƏRƏVƏZ VƏ GÖYƏRTİDƏN
hazırlanan yaz qidaları
Zəncirotu (oduvançik) salatı. 3 xışma zəncirotu
yarpağının özəyini xırda doğramaq, xırda doğranmış 10 qozun
ləpəsi ilə qarışdırmaq, üstünə 1 xörək qaşığı bal və ya günəbaxan
yağı tökmək.Qoz əvəzinə başqa əlavədən də istifadə etmək olar:
1 x.q.günəbaxan yağını o qədər də quşüzümü şirəsi və 1 ç.q.
narın doğranmış soğanla qarışdırın.Quşüzümü şirəsini iki dəfə
artıq həcmdə turş alma şirəsi ilə əvəz etmək olar.
Yaz salatı.Onu hazırlamaq üçün quzuqulağı,gicitkan,
zəncirotu,mələk
otu(snıt),dovşan kələmi(kislitsa) yığmaq,
bunların 2-3 növünü doğramaq,kütləyə 3-4 qoz əlavə etmək,
içində sarımsaq olan hər bir maye əlavə(podliva) ilə qarışdırmaq.
Aylıq turp və süd. Bir stəkan prostokvaşaya dörd yerə
bölünmüş 15 ədəd aylıq turp qatmaq, üstünə 1 çay qaşığı şühüd,
yaxud cəfəri doğramaq.
265
TƏRƏVƏZ VƏ OTLARDAN
yay-payız salatı
Xiyar salatı. Eyni boyda olan 2 xiyarı yarıb tumunu
çıxartmaq, soğan, cəfəri, göy kərəviz (zövqə görə), 30q yer
fındığı (araxis) əlavə etmək.
Xiyar və qatıq salatı. Orta həcmdə xiyarı iri doğramaq,
üstünə yarım stəkan qatıq, yaxud prostokvaşa tökmək, 1 çay
qaşığı şühüd əlavə etmək.Xiyar və pomidordan, kələmdən də
salatı bu cür hazırlamaq olar.
Qantəmizləyən salat. 50q çuğunduru və 50q kökü narın
sürtkəcdən keçirmək, 50q xırda doğranmış kələm, yarım xörək
qaşığı günəbaxan yağı və 1,5 xörək qaşığı bal əlavə etmək.
Çuğundur əvəzinə illik turpdan da istifadə etmək olar.
Beyin üçün qida. Sürtkəcdən keçirilmiş 150q almanı
yarım portağalın şirəsi ilə qarışdırmaq, 5-20 qozun (fındığın,
badamın) ləpəsinə əlavə etmək. Qoz əvəzinə bir qədər çalınmış
qaymaq, portağal əvəzinə isə 2 çay qaşığı limon şirəsi, yaxud o
qədər bal istifadə etmək olar.
Alma horrası. Sürtkəcdən keçirilmiş 3 almanı 1/4 stəkan
təzə qaymaqla (qatıq qaymağı da olar), 2 xörək qaşığı kəpəklə
qarışdırmaq. Hazırdır.
Diplomatın səhər yeməyi. Çiniyə nazik təbəqə yulaf,
yaxud qarabaşaq unu yaxmaq, üstünə şirəli meyvələri düzmək,
sonra əzib qarışdırmaq və 50 dəqiqə saxlamaq. 2 xörək qaşığı
qaymaq (yaxud qatıq), bir neçə xırdalanmış qoz ləpəsi də əlavə
etmək olar. Ləpə əlavə etdikdə un lazım olmur. Çünki nişasta ilə
zülal bir-biri ilə “yola getmir”.
Quru meyvədən sadə konfet. Quru meyvələri 12 saat
islatmaq, tumlarını çıxartmaq, suyunu içmək, tumların yerinə
qoz (yaxud fındıq, badam) ləpəsi yığmaq, kəpəkdə (yaxud, yulaf
ununda) dığırlatmaq. Nuş edə bilərsiniz.
Şüluldan konfet. Bir hissə bala 5 hissə yulaf unu və bir
hissə hər hansı şülul şirəsi qatıb konfet düzəltmək.
266
Meyvə şəkəri.Kofe əzəndən keçirilən 750q şəkər tozunu
200 ml qaynamış və soyudulmuş suya tökməkü, 200q bal əlavə
etmək,vahid tərkibli məhlul alınana qədər qarışdırımaq,8 gün
saxlamaq,ağac qaşıqla gündə 3 dəfə qarışdırmaq.
Alma sirkəsi. Almanı təmiz yuyun, çürük yerlərini kəsin,
şirə maşınından (ya da geniş gözlü sürtkəcdən) keçirin. Çiy
horranı şüşə bankalara, yaxud ağac və ya saxsı qablara tökün,
qaynamış su (bir qədər isti) əlavə edin (hər 400 q horraya 0,5 litr
su). Sonra hər litr suya 100q bal, yaxud şəkər, 10q çörək mayası
(droj) və 20q quru çörək əlavə edin. Dolu qabı 10 gün açıq
binada, 20-30 dərəcə istidə saxlayın, horranı gündə 2-3 dəfə ağac
qaşıqla qarışdırın, 10 gündən sonra kütləni tənzif torbaya töküb
sıxın, alınmış şirəni bir də tənzifdən süzün, çəkisini müəyyən
edib, gen boğazlı qaba tökün. Hər litrə 50-100q bal, yaxud şəkər
töküb, tam əriyənə qədər qarışdırın. Sonra bankanı tənziflə örtün,
bağlayın, imkan verin qıcqırma davam etsin. 40-60 gündən sonra
maye şəffaf olacaq. Bu vaxt mayeni filtirli qıfdan butulkalara
tökmək və ağzını tıxacla qapamaq, qapağı mumlamaq lazımdır.
Sirkəni sərin yerdə saxlayın.Alma sirkəsini salatlara və digər
qidalara əlavə kimi, həmçinin, çürümə törədən bakteriyalara
qarşı (məsələn çiy suya, yumurta sarısının üstünə damızdırmaq
olar) istifadə etmək lazımdır.
“Diri” çörək(Pol Breqqin resepti).Yarım litr su, 1
x.q.sorbit (yaxud 100q meyvə şəkəri),100q təzə maya (yaxud 1
ç.q.quru maya), 1,2 kq çovdar unu,250q cücərmiş buğda (yaxud
yulaf,çovdar) götürün. Sorbiti (yaxud meyvə şəkərini) 0,5 litr
suda əridin,qatılaşdırın,maya qatın,unu və buğda dənini əlavə
edin.Xamır yoğurun, 2-3 fətir düzəldin,100 dərəcə istiliyi olan
sobaya qoyun,ağzını açıq saxlayın,qoy xamır 2 dəfə həcimində
şişsin,qapağı bağlayın.Hərarət göstərəni 350 dərəcənin üstündə
qoyun.Bişmək üçün 50 dəqiqə vaxt lazımdır.Hazır çörəyi yağla
silin (yumuşaq qalacaq) və soyudun.Xamıra xırdalanmış qoz,
fındıq,badam,püstə ləpəsi,yaxud kişmiş,xurma əlavə etsəniz
çörək daha dadlı və faydalı olacaq.
267
NATURAL MƏTBƏXİN RESEPTİ
Cücərmiş buğda. Dəni təmizləyib yumaq, bir sutka suda
saxlamaq,yenidən yumaq,dayaz nimçəyə töküb,üstünə nəm qara
parça örtmək, daha bir sutka saxlamaq. 2 ml cücərən kimi yemək
olar. Belə qida qocalar üçün çox faydalıdır. Çünkü qocaların şirə
vəziləri kifayət qədər ferment ifraz etmir.
Meyvəli(şülullu) qoz unu. 100q qoz ləpəsinin ununu
100-150 q meyvə (şülul) ilə qarışdırmaq. Alma, armud, gavalı,
albalı (yaxud şülullar) doğranmalıdır. Bir xörək qaşığı bal, yaxud
meyvə şəkəri əlavə etmək olar.Belə qidanı quru meyvələrdən də
düzəlmək mümkündür:kişmişi,ənciri,armudu,xurmanı islatmaq,
əzmək və qoz (fındıq, badam, püstə) ununa qarışdırmaq. Nisbət:
50q meyvə (şülul) və 10q qoz unu olmalıdır.
Qoz unu ilə tərəvəz. 100q qoz(fındıq,badam) ununu 50q
xırda doğranmış aylıq turp, kök, kələm və kartofla qatışdırmaq.
Başqa tərəvəzlərdən də istifadə etmək olar:cəfəri kökü,kərəviz
kökü, kök, şalğam, illik turp, boranı, kartof.
Çiçəkli qoz unu.Tərəvəz əvəzinə qoz ununa 30 q yeyilən
çiçəklər (məsələn, zəncirotu) əlavə etmək mümkündür.
Yeniyetmələr üçün qida. 30q fındığı(badamı) əzib, 30q
isladılmış meyvə qurusu ilə qarışdırın,3 xörək qaşığı təmizlənmiş
bütöv yulaf qatın. Yulafı cücərmiş buğda ilə əvəz etmək olar.
Qatıqlı meyvə qurusu. 80-100q meyvə qurusunu 15-20
hissə qatığa (1 hissə meyvəyə 4 hissə qatıq düşür) qatmaq,
üstünü örtmək,otaq hərarətində saxlamaq. Bu qida ilə bərabər
süfrəyə 5-10 qoz(və ya 10-20 fındıq,badam) da qoymaq olar.
Korrinqton salatı. 100q təzə almanı (armudu və ya digər
meyvəni) xırda doğramaq, üstünə quru meyvə (xurma, ərik), bir
ovuc qoz ləpəsi, 1 çay qaşığı bal, yaxud bir neçə qaşıq çalınmış
qaymaq tökmək.
Qara gavalı ilə qarabaşaq horrası. 12 ədəd qara
gavalını 3 x.q. suda islatmaq. Ayrıca 2 x.q. qarabaşaq dənini 9
268
saat suya qoymaq,süzmək, dəni qurutmaq, üstünə qara gavalını
su qarışıq tökmək.Bir neçə qoz ləpəsi və 1 x.q. quşüzümü şirəsi
əlavə etmək olar.Bu cür vitaminli qidalardan müntəzəm istifadə
edən adamın dava-dərmana, həkimə ehtiyacı olmur. Belə adam
özü özünün həkimidir.
ON DÖRDÜNCÜ FƏSİL
KALLİZİYA- JENŞENDƏN QİYMƏTLİDİR
Rusların “zolotoy us”(qızıl bığ) adlandırdığı kalliziya-
çoxillik bitkidir,2 metrə qədər boy ata bilir.Vətəni Meksika
sayılsa da, Amerikanın cənub ştatlarında, Hindistanda və Çində
də yaxşı inkişaf edir.Qalın meşələrdə,hündür ağacların kölgəsin -
də özünü çox rahat hiss edir.Onun həm yarpaqları,həm gövdəsi,
həm də zoğları böyük müalicəvi əhəmiyyətə malikdir.Jenşen
kimi,bu bitki də orqanizmin immun sistemini gücləndirir, müqa -
vimətini artırır.Onun jenşendən üstün cəhətləri də var.Birincisi,
kalliziyanı ev şəraitində,istilikxanalarda,bağçada,bostanda da
asan yetişdirmək olur.İkincisi,jenşen həddən ziyadə güclü biosti
-mulyator olduğu üçün,orqanizmə ağır təsir göstərir,hər orqani-
zm onun təsrinə tab gətirə bilmir.Kalliziya isə orqanizmə
yumşaq təsir göstərir, orqanizm onu sakit və rahat qəbul edir,
ona görə də bu bitki ilə müalicənin səmərəsi daha yüksək olur.
Əsas gövdənin ətrafında bir neçə zoğ çıxır, bu zoğlarda 8-
10 buğum əmələ gələndə onlardan bir sıra müalicə vasitələri
hazırlamaq olar.Lakin dərmanlar haqqında söz açmazdan öncə
istəyirəm sizi bu dəyərli bitkinin çoxaldılması üsulları ilə tanış
edim. Kolliziyanı 3 üsulla çoxalda bilərsiniz.
Birinci üsul-təzə kəsilmiş şitili suya elə qoymaq lazımdır
ki, zoğun 3/4 hissəsi suda qalsın. Şitili bu halda 7-10 sutka
saxlayın.Dik qalxan iri yarpaqlı zoğlar, yana tərəf gedən zoğlara
nisbətən daha tez kök verir. Suya stumulyator (epin) qatdıqda-
kökvermə tezləşir, bunun üçün dörd sutka bəs edir.
269
İkinci üsul-təzə kəsilmiş şitili birbaşa dipçəyə əkin,
torpağa yaxşı-yaxşı su çiləyin, dipçəyi polietilen kisə ilə, yaxud
plastik qapaqla bağlayın, zəyif işıq düşən yerdə 3-4 gün saxlayın,
sonra dipçəyi açın, onu həmin yerdə daha bir sutka saxlayın,
bitkini çiləmə yolu ilə doyunca suvarın və işıq düşən yerə
köçürün, bir neçə gün intensiv suvarın. Hazırdı.
Üçüncü üsul-bu üsul kalliziyanı istixanalarda, bağçada,
bostanda örtük altında əkmək üçün nəzərdə tutulub. Yana gedən
zoğları kəsmədən yerə sərin, üstünü torpaqla örtün. Bir neçə
gündən sonra şitili kəsib, başqa yerə köçürə bilərsiniz.
İndi isə kalliziyanın təsiri mexanizmi haqqında bir neçə
kəlmə demək vaxtı çatıb. Kalliziyanın şirəsi bioloji cəhətdən fəal
olan maddələrlə zəngindir. Bu maddələr flavonoid (flavonal) və
steroid (fitosteroid) qruplarına aiddir. Bu bitkinin şirəsində
flavonoidin iki güclü nümayəndəsi iştirak edir: kversetin və
kempferol. P vitamini ilə zəngin olan kversetin şiş əleyhinə,
antioksidant və diuretin təsirə malikdir.Kversetin allerqik xəstə -
liklərin, eləcə də gözün torlu qişasına qan sızması, kapilyarların
fəaliyətinin pozulması,revmatizm,hipertoniya,qızılca, skarlatina,
tif səpməsi xəstəliklərinin müalicəsində istifadə olunur.
Kempferol tonusu qaldırmaq, kapilyarları bərkitmək
qabiliyyətinə və diuretik təsirə malikdir,vücuddan natrium
duzlarını yaxşı təmizləyir, iltihab əleyhinə təsirə malikdir. Bu
elementlər sidik sisteminin pozulması vaxtı və allerik xəstəlik-
lərin müalicəsində istifadə olunur.Kempferol iltihab əleyhinə
işlədilən dərmanların tərkibinə daxildir.
Kalliziya şirəsində steroid (fitosterol) qrupuna daxil olan
elementlər aşkar olunub.Steroidlər həm də heyvanların və
insanların orqnizmində geniş yer tutur. Onlar bioloji tənzimlətici
(requlyator) funksiyasını yerinə yetirir (bura B qrupu vitaminləri,
öd turşusu, steroid harmonlar aiddir).
Beta-sitosterol fitastroidin kimyəvi birləşməsinə aiddir.
Onlar zülalların biosintezinə təsir edir, antisklerotik, şiş əleyhinə
və göbələk əleyhinə təsirə malikdir.
270
Beta-sitosterolu maddələr mübadiləsi pozulanda (xoles-
terin normanı keçəndə),endokrin sisteminin xəstəlikləri, prostatit,
prostatın adinoması vaxtı tətbiq edirlər. Hazırda bu maddənin şiş
əleyhinə təsiri geniş tədqiq olunur.Beta-sitoserol çox güclü
antibakterial və göbələk əleyhinə təsirə malikdir. Ondan
parazitlər əleyhinə mübarizədə uğurla istifadə edirlər.Həmin
parazitlər bir çox ağır xəstəliklərin törəməsinə səbəb olur.
Fəal bioloji elementlərdən əlavə, kalliziya şirəsində insan
orqanizmi üçün çox lazım olan xrom, nikel, dəmir və mis kimi
elementlər də aşkar olunub. Qeyd edək ki, mis və dəmir
oksigenin hüceyrələrə daşınmasında fəal iştirak edir, hüceyrə
tənəffüsü vaxtı beyində oksigen ehtiyatını qoruyur. Misin ionları
mübadilə prosesini tənzimləyən bir çox fermentlərin tərkibinə
daxildir və sümük toxumasının yaranmasında fəal iştirak edirlər.
Kalliziya şirəsinin əhəmiyyəti bununla bitmir.Təsadüfü
deyil ki, rusiyalı mütəxəsislər bu bitkinin zoğlarını “zolotoy us”
(qızıl bığ) adlandırıblar.Qızıldan qiymətli olan bu bitkidən necə
istifadə etmək olar?
Spirt dəmləməsi
12 buğumu (kolen) xırdalamaq, üstünə 0,5 litr təmiz araq
tökmək,qaranlıq yerdə 10-15 gün saxlamaq və vaxtaşırı
çalxalamaq. Dəmləmə tünd-yasəməni rəng alandaq onu süzmək
və sərin qaranlıq yerdə saxlamaq.Dəmləməni düzəltmək üçün
bitkidən bütövlükdə istifadə etmək olar.
İmmun sistemini gücləndirən,orqanizmin müqavimətini
artıran bu qiymətli dəmləməni içmək də olar, sürtmək də. Ondan
osteoxondroz,vərəm,bronxial astma, pnevmaniya, palip, fibroma,
mioma xəstəliklərinin müalicəsində, zədə alarkən və cərrahiyyə
əməliyyatından sonra yaranan “spaykaları” aradan qaldırmaq
üçün istifadə edirlər.
271
Suda dəmləmə
Bu halda bitkinin yarpaqlarından istifadə olunur.
Uzunluğu 20 sm–dən yuxarı olan bir yarpağı şüşə və ya keramik
qaba qoymaq, üstünə 1 litr qaynar su tökmək, yaxşı-yaxşı
bələmək, 1 sutka saxlamaq. Bu dəmləməni termosda hazırlamaq
daha yaxşıdır. Alınmış məhlul moruğu – bənövşəyi rəngdə
olacaq. Ondan diabet, pankreatin, qara ciyər, mədə-bağırsaq
xəstəlikləri vaxtı və orqanizmi təmizləmək üçün istifadə edirlər.
M a z
Maz düzəltmək üçün yarpağlardan və gövdədən alınmış
horranı və ya şirəni istifadə etmək lazım gəlir. Təyinatından asılı
olaraq, bərkidici əsas kimi, uşaq kremi, vazelin, qaz, nutro,yaxud
donuz və porsuq piyi istifadə etmək olar. Şirəni 1:3 nisbətdə
bərkidici əsasa qarışdırmaq lazımdır. Horradan istifadə etdikdə
isə bu nisbət 2:3 olmalıdır.Uşaq kremi və ya vazelinlə hazırlan -
mış mazı trofik yaraların,dəri xəstəliklərinin,zədələnmiş yerlərin
müalicəsində istifadə edirlər.Piylə hazırlanmış maz isə
oynaqların müalicəsində, soyuqlama vaxtı istifadə olunur.
Y a ğ
İki üsulla hazırlanır.Birinci üsul-yarpaqlardan və zoğlar -
dan şirə çəkmək,qalan kütləni qurutmaq və narın doğramaq,
üstünə təmizlənməmiş (rafinləşdirlməmiş) zeytun yağı tökmək,
2-3 həftə saxlamaq. Alınmış yağı tünd rəngli şüşə qabda bir ay
saxlamaq. Hazırdı.İkinci üsul- narın doğranmış zoğların üstünə
zeytun yağı tökmək (1:2 nisbətdə), “duxovkada” 30-40 dərəcə
istilikdə 8-10 saat “boğmaq” (tomit), alınmış kütləni süzmək və
soyuducuda saxlamaq.Bu yağdan masajın bütün növlərində,
artrit və artroz, dəri xəstəliklərinin müalicəsində sürtkü materialı
kimi istifadə edə bilərsiniz.
272
Daxilə qəbul
“Qızıl bığ” daxilə spirtli dəmləmə, suda dəmləmə,
balzam şəkilində, digər kompanentlərlə (bal, kaqor, bitki yağları)
birlikdə qəbul olunur. Onu aşağıdakı xəstəliklərin müalicəsində
tətbiq etmək faydalıdır: bronxial astma, vərəm, şəkərli diabet,
pankretit, mədə-bağırsaq xəstəlikləri, sidik sistemində daş,
leykoz, palip, yumurtalığın “kistası”, fibroma,mioma, cərahiyyə
əməliyyatından sonra yaranan “spaykalar”.
Xaricə tətbiq
“Kompres”, “primoçka”, sürtmə, pambıq tamponla
applikasiya (suvarma) vaxtı spirtli dəmləmədən, şirədən, narın
doğranmış bitki hissələrindən, bütöv yarpaqlardan istifadə etmək
olar. Hansı xəstəliklərdə? Zədələnmə vaxtı, yanıq vaxtı, don
vuranda, iltihablı proseslərdə, heyvan dişləyəndə, dermatit,
psoruaz, lişay, tropik yara, otit, osteoxondroz, radikulit, insult,
oynaq xəstəlikləri vaxtı.
Kalliziya - təmizləmə katalizatorudur
Biogen stimulyator olan kalliziyanı təmizləmənin ikinci
mərhələsində tətbiq etmək yaxşı səmərə verir.Çünki təmizləmə -
nin ilk mərhələsində biz qanı təmizləməklə bərabər,həm də zərbə
qan axını metodu ilə orqanizmin hüceyrələrini yeniləşməyə sövq
edirik.İndi hüceyrələri yumuşaq formada məcbur etmək lazımdır
ki,yeniləşsin və bərpa olunsun.Kalliziyadakı fitohormonlar bu
arxivacib işin öhdəsindən gələcək:onların təsiri yumuşaqdır,
rəftarı mülayimdir. Onlar mübadilə prosesini stimullaşdırır.
Bütün stimulyatorlar kimi, kalliziyanın da əks-göstəricisi
var-xərçəng şişlərinin bütün növləri. Axı, biostimulyator təkcə
sağlam hüceyrələrin deyil, xəstə hüceyrələrin də inkişafını
sürətləndirir, onları fəallaşdırır. Beləliklə də “radikal” hüceyrələr
də fəallaşır.
273
Kalliziya və ev quşları
Güman edirəm ki, bu bölmə quşçuluqla məşğul olan
mütəxəssislər üçün daha çox maraqlı olacaq. Lakin bu maraqlı
mövzunun mahiyyətinə varmazdan öncə,sizi ciddi mövzudan
müvəqqəti də olsa ayırmaq və bir köhnə lətifəni yada salmaq
istəyirəm...Sara ilə Abram heyvanxananı gəzərkən gözləri bir
vüqarlı xoruzun döşündəki qızıl medala sataşır.Yəhudi marağı o
saat baş qaldırır və ər-arvad bələdçiyə yaxınlaşır. Ər soruşur:
“lütfən, izah edin, bu xoruz medalı hansı xidmətlərinə görə
alıb?”.Bələdçi deyir:“Necə izah edim ki,biədəb çıxmasın?..Bilir -
siniz, əgər başqa xoruzlar kündə on dəfə kişilik edə bilirsə, bu
xoruz gündə 30 dəfə, bəzən 40 dəfə kişiləşir”. Bunu eşidən Sara
ərinin üzünə qınayıcı baxır: “Eşidirsən, Abram?”. Abram özünü
itirmir, bələdçidən soruşur: “Lütfən deyin, bir toyuqla, yoxsa
müxtəlif toyuqlarla?”. Cavab “müxtəlif toyuqlarla” olur. Abram
qımışa-qımışa çönüb arvadına baxır:“Eşitdin,Sara?Belə olsa,
mən də bacararam”.
Rusiyanın Pskov vilayətində yaşayan naturopat təbiblər
Larisa və Qleb Paqojovların sevimli xoruzları medal almasa da,
onun adı ginnesin “rekordlar kitabı”na düşməsə də, “kişilik”
məsələsində, lətifədəki medallı xoruzun dalına beş təpik vurub.
Təbiblərin toyuqları isə sutkada, az qala, iki dəfə yumurtalayır,
həyətdəki quşlar heç bir virusdan, hətta, quş qripi virusundan da
qorxmur, quşların əti də, yumurtası da müalicəvi əhəmiyyət kəsb
edir. Qonşular xoruzu, heç olmasa bircə günlüyə öz həyətlərinə
aparmaq üçün növbəyə durublar.
Bu “qəhramanlığın” baisi şəfalı kalliziyadır.Paqajovlar öz
quşlarına, xüsusi əlavə kimi, “qızıl bığ” verməyə başlayıbılar,
nəticəsi fərəhli olub: xoruz dərhal kişiləşib, toyuqlar isə sürətlə
kökəlib və daha çox yumurta verib.
Bu maraqlı fakt bir daha sübut edir ki,rahat inkişaf edən
və çoxalan kalliziya çox qiymətli bitkidir.Bu faydalı işlə məşğul
olan adam öz zəhmətindən həzz alır.
274
ON BEŞİNCİ FƏSİL
Dostları ilə paylaş: |