ƏDƏBĠYYAT
1.
Abdullayeva N.D. Kitabxana innovatikasının elmi-nəzəri və təcrübi məsələləri:
monoqrafiya. – Bakı: Xəzər Universiteti, 2015. – 178 s.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Azərbaycan Milli Kitabxanası
- 157 –
2.
Xələfov A.A. Azərbaycanda kitabxana işinə dair Heydər Əliyev doktorinası uğurla
davam edir. – Bakı, 2009. – 185 s.
3.
Xələfov A.A. Kitabxana və cəmiyyət: monoqrafiya.Bakı: Azərnəşr, 2011. – 348 s.
Natig Mursalov
THE STATE LIBRARY POLĠCY AT THE PRESENT STAGE
DIRECTED SOCIAL POLICY: METHODOLOGY AND
SCIENTIFIC ANALYSIS THEORETICAL BASE
Summary
Currently, the libraries of the world's leading countries of the current stage of
development of its activities in accordance with the requirements of the global information
society, social, continues. In modern times, the libraries in order to continue its activities in
this direction are being made by the government, it explores the possibilities of the world
experience and the country's libraries.
“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”
Beynəlxalq elmi konfransının materialları
- 158 -
Yeganə Əhmədova
Sumqayıt şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemi,
Direktor, magistr
xatun-sum@mail.ru
SUMQAYIT
ġƏHƏRĠNDƏ
ƏHALĠYƏ
KĠTABXANA-ĠNFORMASĠYA
XĠDMƏTĠNĠN MÜASĠR VƏZĠYYƏTĠ VƏ ĠNKĠġAF ĠSTĠQAMƏTLƏRĠ
Açar sözlər: mədəniyyət, informasiya cəmiyyəti, avtomatlaşdırma, elektron kitabxana,
biblioqrafik göstərici.
Müstəqilliyimizin bərpasından ötən 25 il ərzində ilk dövrlərdə bütün sahələrdə müəy-
yən çətinliklərlə qarşılaşsaqda xalqımızın əbədi lideri, ulu öndər Heydər Əliyevin 1993-cü
ildə siyasi rəhbərliyə qayıdışından sonra ölkəmizdə
iqtisadi
inkişaf
ilə yanaşı mədəniyyətin
inkişafında da böyük tərəqqi əldə edilmiş, mədəni quruculuğun bütün sahələrində dönüş illəri
olmuşdur. Dahi rəhbərin siyasi varisi, onun dövlət quruculuğu prosesinin layiqli davamçısı,
möhtərəm prezidentimiz cənab İlham Əliyevin
prezident seçildiyi 2003-cü ildən sonrakı
dövrdə və hazırda da mədəniyyətimizin
bütövlükdə inkişafı ilə yanaşı olaraq onun ayrı-ayrı
sahələrinin tərəqqisinə də xüsusi diqqət yetirilməyə başlandı. Cənab prezidentin inamlı və
qətiyyətli mövqeyi sayəsində respublikamızda, o cümlədən ölkəmizin ən iri üçüncü şəhəri
olan Sumqayıtda da mədəniyyətin
mühüm tərkib hissələrindən biri olan kitabxana işi
sahəsin-
də
aparılan
məqsədyönlü
mütərəqqi tədbirlər buna parlaq sübutdur.
Biz bu tədqiqatda müasir mərhələdə Sumqayıt şəhərində əhaliyə kitabxana-informasiya
xidmətinin
müasir
vəziyyətini öyrənməklə onun
inkişaf
istiqamətlərini, xüsusilə də bu sahədə
informasiya texnologiyalarından istifadənin aktual məsələlərini təhlil etməyə çalışmışıq.
Ümumiyyətlə, müasir kitabxana informasiya cəmiyyətinin inkişafında, elektron resurs-
ların yaradılması və istifadəsində xüsusi rol oynamaqdadır. Bu istiqamətdə - fondun rəqəm-
sallaşdırılması, elektron sənəd arxivlərinin, eləcə də istifadəçilərin tələbatına uyğun elektron
resursların yaradılması sahəsində Sumqayıt şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemində
(MKS) son illərdə çox mühüm tədbirlər həyata keçirilmişdir. Bir vaxtlar MKS-in fəaliyyəti
ancaq
ənənəvi
xidmət
növləri və fondun zənginliyi məhdudlaşırdısa, hazırda müasir kitabxana
kimi təkcə zəngin kitab fondu ilə oxucuların informasiya tələbatını tam ödəməklə yanaşı, in-
formasiya texnologiyalarının son nailiyyətlərini kitabxana işinə tətbiq etməklə formalaşdır-
dığı zəngin elektron sənəd-informasiya resurslarından və məlumat bazalarından müvəffəqiy-
yətlə istifadə etməklə istifadəçilərin (oxucuların) informasiya tələbatının operativ və dolğun
ödənilməsinə səy göstərir.
Araşdırmamızda biz MKS-in bütün kitabxanalarını deyil, təkcə Səməd Vurğun adına
Mərkəzi Kitabxanasının (Kitabxana) fəaliyyətini tədqiqata cəlb etmişik.
Qeyd edək ki, son illərdə Azərbaycanda kitabxana işinə innovasiyaların tətbiqi müvəf-
fəqiyyətlə aparılmaqdadır. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin ―Azərbaycan
Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Azərbaycan Milli Kitabxanası
- 159 –
Proqramı‖nın təsdiq edilməsi barədə‖ 6 oktyabr 2008-ci il tarixli müvafiq sərəncamı buna ən
yaxşı nümunədir. Dövlət Proqramında kitabxanaların informasiya cəmiyyətində qabaqcıl rolu
xüsusi qeyd edilir və
kitabxanaların dövlət islahatlarının həyata keçirilməsinə yardımçı olma-
ları, elm, təhsil, sosial inkişaf, iqtisadiyyat və mədəniyyət prosesinə fəal təsiri göstərilir.
Proqramın icrasında MKS və onun mərkəzi kitabxanası öz üzərinə düşən vəzifələri
uğurla həyata keçirmişdir. Kitabxana proseslərinin avtomatlaşdırılması və elektron resursların
yaradılması işində xüsusi fəallıq nümayiş etdirmiş Kitabxana hazırda da bu istiqamətdə fəa-
liyyətini davam etdirərək qazanılmış təcrübənin respublika kitabxanaları arasında yayılma-
sında fəal iştirak edir.
Bu gün elektron resurslar - bütün növ elektron sənəd-informasiya resursları müasir ki-
tabxana sisteminin ayrılmaz bir hissəsinə çevrilmişdir ki, bu məqsədlə də Kitabxanada əsas
diqqət yaradılmış və yaradılacaq elektron resurslara yönəldilmişdir. Buna görə də elektron
resursların yaradılması, istifadəsi, idarə olunması, saxlanılması bizdən, peşəkar kitabxanaçı
kadrlardan
bu sahəyə yeni yanaşma və daha çox məsuliyyət tələb edir.
Son illər Kitabxanada istifadəçilərə (oxuculara) xidmət göstərilməsi prinsip etibarı ilə
yeni səviyyəyə keçmişdir. Kitabxanada sənəd-informasiya resurslarının ayrılmaz hissəsi olan
elektron resurslar istifadəçilərə tam şəkildə təqdim edilir. Materialların toplanması, seçilməsi,
skan edilməsi, sistemləşdirilməsi üzrə aparılan böyük işlər sayəsində oxucular kitabxananın
elektron resurslarından keyfiyyətli və tam informasiya almaq imkanı təşkil edilir.
Kitabxanada yaradılan elektron resurslar məqsəd və vəzifələrinə görə əsasən üç istiqa-
mətə əsaslanır: məlumatlandırma, maarifləndirmə və elmi-tədqiqat.
Qeyd edək ki, son illər Kitabxanada elektron resursların məzmun etibarı ilə sistemləşdi-
rilməsi prosesi də aparılır. Belə ki, tarix, ölkəşünaslıq və diyarşünaslıq; işgüzar və hüquqi in-
formasiya; regionların sosial-iqtisadi inkişafı; Azərbaycan mədəniyyəti, milli-mənəvi dəyər-
lər və digər aktual mövzular üzrə qruplaşdırmalar aparılmaqdadır.
Respublikamızda elektron kitabxananın yaradılması, kitabxana proseslərinin avtomat-
laşdırılması, müasir kitabxana-informasiya texnologiyalarının tətbiqi sahəsində də
Kitabxana
öncül yerlərdən birini tutur. Son bir neçə il ərzində
Kitabxananın əməkdaşları profilinə uyğun
olaraq istifadəçilərin (oxucuların) sənəd-informasiya tələbatına cavab verən xüsusi əhəmiy-
yətə malik geniş məzmunlu bir neçə növ elektron resurslar yaratmışlar. Həmin resurslar aşa-
ğıdakılardır:
-tammətnli elektron nəşrlər;
-elektron kitablar;
-elektron biblioqrafik göstəricilər;
-elektron məlumat bülletenləri;
-kitabxananın fondunda olan bir çox aktual çap nəşrlərinin elektron versiyaları (əsasən
dövri nəşrlərdə çap olunmuş elmi və analitik-təhlili məqalələr).
Qeyd etmək lazımdır ki, müasir kitabxanalarda elektron resursların yaradılması böyük
təcrübə və aktual məna kəsb etməkdədir. Yaradılacaq olan elektron resursun növündən (tam-
mətnli elektron nəşr, elektron kitab, biblioqrafık göstərici və ya məlumat bülleteni) asılı ola-
raq əməkdaşlardan ibarət iş icraçıları, müəyyən vaxt və etaplar müəyyən olunur. Materialların
“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”
Beynəlxalq elmi konfransının materialları
- 160 -
seçilməsi, skan edilməsi, redaktə olunması, dizayn və proqram təminatı yaradılmış hər bir re-
sursun gərgin iş fəaliyyətinin nəticəsində ərsəyə gəldiyini deməyə əsas verir.
Bizim kitabxanamızda yaradılan elektron resurslar forma və xarakterinə görə aşağıdakı
kimi sistemləşdirilir: aktuallığına, məzmununa və həcminə görə. Elektron resurslar Kitabxa-
nanın fondunda olan kitab, qəzet və jurnal materiallan və əldə edilmiş arxiv sənədləri, eləcə
də internet resurslarından məqsədyönlü istifadə olunmaqla formalaşdırılır.
Yüksək tələbli və intellektual səviyyəli oxucu kütləsinə xidmət etmək üçün Kitabxana-
da müxtəlif mövzularda yeni sənəd-informasiya resursları yaradılmağa
başlanılmışdır. Bu re-
sursların
yaradılmasında ilk növbədə aparıcı mütəxəssislər tərəfındən dəqiq kurs müəyyənləş-
dirilmişdir. Belə ki, elektron resursu yaradarkən, görüləcək işlərin dəqiq və düşünülmüş şə-
kildə planlaşdırılması böyük əhəmiyyət kəsb edir.
Kitabxanada yaradılmış aktual mövzularda və daha geniş həcmdə olan tammətnli
elektron resurslar istifadəçilərin (oxucuların) sənəd-informasiya tələbatını daha dolğun və tam
ödəmək məqsədi daşıyır. Bu resurslar aşağıdakılardır: ―Gülən və güldürən sənətkar
S.Rəhman – 105‖, ―Xalq müəllimi və yazıçı S.S.Axundov – 140‖, ―Mən ürəyəm, döyünmə-
səm ölərəm R.Rza – 105‖, ‖Böyük satirik şair S.Ə.Şirvanı – 180‖, ―Qüdrətli ədəbiyytaşünas:
F.Köçərli-150‖, ―Bir həzin axşamda düşsəm yadına: Nigar Rəfibəyli-100‖, ―Sözə bağlı ömür:
Mirvarid Dilbazi-100‖, ―Bir əsrin dərdindən doğulan şair: Mirzə Ələkbər Sabir-150‖,
―Yad-
daşlarda yaşayanalar:
―Azərbaycan Milli Qəhrəmanı‖
fəxri adının
təsis olunduğu gün‖, ―İste-
dadlı rejissor, bacarıqlı təşkilatçı: Şəmsi Bədəlbəyli-100‖ metodik vəsaitlər.
Bir çox elektron resurslar geniş məzmun və prioritetliyinə görə xüsusi elektron layihə
şəklində işlənmişdir. Bunlar ―Heydər Əliyev Sumqayıtda‖, “İlham Əliyevin Sumqayıta səfər-
ləri-2015‖, ―Sumqayıt hadisələri - 1988‖ və ―Qarabağ qan yaddaşım‖ adlı elektron resurslar-
dır.
Qeyd edək ki, hər bir istifadəçi Sumqayıt şəhər Mərkəzi Kitabxanasının
www.sumlib.az
saytından istifadə etməklə bu resurslardan yararlana bilər.
Sumqayıt şəhər Mərkəzi Kitabxanasının biblioqrafik-informasiya fəaliyyətinin mühüm
istiqamətlərindən biri də dövri xarakter daşıyan müxtəlif məqsədli və oxucu təyinatlı ənənəvi
və elektron biblioqrafik göstəricilər və məlumat bülletenləridir . Bunlar istifadəçilərin
(oxucuların) biblioqrafık-informasiya tələbatlarının ödənilməsi məqsədilə yaradılmışdır.
Bu günədək Kitabxana əməkdaşları tərəfindən tərtib edilən 24 elektron biblioqrafik
göstərici də Kitabxananın veb səhifəsində yerləşdirilmişdir. Bunlar: ―Görkəmli yazıçı, müəl-
lim və maarif xadimi: Sultanməcid Qənizadə – 150‖, “Görkəmli sərkərdə: Əlağa Şıxlinski –
150, ―Şərqin dahi bəstəkarı: Üzeyir Hacıbəyov – 130‖, ―Nəğmə doli bir ömür: Rəşid Behbu-
dov – 100‖, böyük şairimiz və dövlət xadimi Şah İsmayıl Xətaiyə həsr olunmuş ―Bir əlində
qılınc, birində qələm‖, ―Sumqayıt hadisələri – 1988‖, ―Dünya poeziyasının iftixarı: Nizami
Gəncəvi – 870‖, ―Şərq
şeirinin ilahəsi: Məhsəti Gəncəvi – 900‖, ―Bütün zamanların drama-
turqu: Mirzə Fətəli Axundzadə – 200‖, ―Mirzə Ələkbər Sabir – 150‖, ―Gözəllik nəğməkarı:
Hüseyn Cavid – 130‖, ―Zərif duyğular şairi: Əhməd Cəmil – 100‖,
―Şeirimizin xan çinarı:
Məmməd Araz – 80‖, ―Dağlıq Qarabağ: biblioqrafik siyahı‖, ―Məişət zorakılığına son: töv-
siyyə ədəbiyyat siyahısı‖, ―Vətən uğrunda ölmək şərəfdir‖ və s. biblioqrafik göstəricilərdir.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Azərbaycan Milli Kitabxanası
- 161 –
Kitabxanada kitabxana-informasiya xidmətinin müasir formalarından istifadə olunaraq
hazırlanan ―Sumqayıtım‖ məlumat bülleteni diyarşünaslıq xarakterli yeni biblioqrafik infor-
masiyanı tələbatçılara operativ şəkildə çatdırmaq məqsədi ilə yaradılmışdır. Məlumat büllete-
ni Kitabxananın elektron kataloquna daxil edilmiş dövri mətbuat materiallan əsasında tərtib
edilir.
Elektron resursların idarə olunması, onlara edilən düzəlişlər və əlavələr, yenilənmələr,
ümumiyyətlə, kontentin həmişə aktuallığını saxlamaq üçün aparılan bütün proseslər vacib
şərtlərdən biridir. Bu məqsədlə Kitabxanada xüsusi elektron resurslar fondu yaradılmışdır ki,
burada bütün resurslar elektron daşıyıcılara köçürülərək mühafizə olunur.
Kitabxananın
bütün elektron
resurslarından
həm
kitabxananın veb
saytı
vasitəsilə uzaq
məsafədən
―online‖
rejimində,
həm də kitabxanadaxili lokal şəraitdə elektron resurslar zalın-
dan istifadə etmək olur.
2009-cu ildən Kitabxana ―ИРБИС-64‖ Avtomatlaşdırılmış Kitabxana Sistemini tətbiq
etməklə əsas kitabxana proseslərini avtomatlaşdırmağa nail olmuşdur. Bura elektron katalo-
qun yaradılması, fondun komplektləşdirilməsi, kitab verilişi və oxuculara xidmət prosesləri
daxildir. Bu sistem imkan vermişdir ki, Kitabxanada mükəmməl elektron kataloq, müxtəlif
biblioqrafık verilənlər bazaları, zəngin tammətnli verilənlər bazası yaradılsın.
Kitabxanada informasiya texnologiyalarının tətbiqi nəticəsində kitabxana işinin yeni
keyfiyyət göstəricilərinə əsasən Sumqayıt şəhər MKS-i Azərbaycan Respublikası Mədəniyyət
və Turizm Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən müsabiqədə iştirak edərək respublika
kitabxanaları arasında ―İlin nümunəvi Mərkəzləşdirilmiş Kitabxana Sistemi‖ nominasiyasın-
da 2010-cu ilin qalibi olmuşdur.
2016-cı ilin əvvəlindən Kitabxanada yeni yaradılmış milli avtomatlaşdırılmış kitabxana
informasiya sistemi olan ―ALİSA‖ (Automated Library İnformation System of Azerbaijan)
proqramı tətbiq olunur. Vahid Mərkəzləşdirilmiş Avtomatlaşdırılmış Kitabxana Sisteminin
modullarına Komplektləşdirmə, Kataloqlaşdırma, Elektron Kataloq, İdarəetmə və Təşkilati
struktur, Ətraflı axtarış, Onlayn əməliyyatlar, Rezervasiya, Kitab verilişi, Hesabat və Statis-
tika və digərləri daxildir. Yeni sistemin tətbiqi ilə əlaqədar kitabxanada köhnə bazada olan
materialların yeni məlumat bazasına köçürülməsi işi həyata keçirilir.
Araşdırma zamanı gəldiyimiz nəticə bizə deməyə əsas verir ki, ölkəmizin ən iri elm,
mədəniyyət, təhsil, iqtisadi və sənaye mərkəzlərindən biri olan Sumqayıt
şəhərində əhaliyə
kitabxana-informasiya xidməti sahəsində müasir dövrdə əldə edilmiş mühüm
nailiyyətlər, xü-
susilə
də
elektron
resursların və məlumat bazalarının yaradılması sahəsində yetərincə uğurlu
təcrübə qazanılmasına baxmayaraq, hələ də müəyyən nöqsanlar qalmaqdadır. Bu nöqsanların
da aradan qaldırılması üçün dünyanın və ölkəmizin aparıcı iri kitabxanalarının bu sahədəki
fəaliyyətləri bundan sonra da diqqətdə saxlanılmalı, ardıcıl izlənilməli və
sistemli
şəkildə
öy-
rənilməlidir. Məhz bu vasitə ilə ölkənin ən iri şəhərlərindən biri olan Sumqayıda kitabxana
işinin inkişafını lazımi səviyyədə davam etdirmək olar.
“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”
Beynəlxalq elmi konfransının materialları
- 162 -
ƏDƏBĠYYAT
1.
Abdullayeva N.D. Kitabxana innovatikasının elmi-nəzəri və təcrübi məsələləri:
monoqrafiya. – Bakı: Xəzər Universiteti, 2015. – 178 s.
2.
Xələfov A.A. Azərbaycanda kitabxana işinə dair Heydər Əliyev doktorinası uğurla
davam edir. – Bakı, 2009. – 185 s.
3.
www.sumlib.az
Yegana Akhmadova
THE CURRENT SITUATION AND DEVELOPMENT OF LIBRARY-
INFORMATION SERVICE OF POPULATION IN SUMGAIT
Summary
Sumgayit Central Library is one of the important activities of bibliographic information
purposes only and readers of different types of periodic nature of traditional and electronic
bibliographic data and newsletters. These are the users (readers) was established to meet the
needs of bibliographic information.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Azərbaycan Milli Kitabxanası
- 163 –
Əfsanə Əkrəm qızı Səfərova
Bakı şəhəri, M. Füzuli adına Əlyazmalar İnstitutu, mütəxəssis
haciyev_muxtar@bk.ru
MÜTALĠƏ PROBLEMLƏRĠ VƏ ELEKTRON KĠTABXANA
Açar sözlər: Kitabxana, informasiya, oxucu, elektron daşıyıcı, elektron kataloq.
İlk yazılı ədəbi nümunələrin toplusu kimi kitab əvəzsiz sərvətlərimizdən biridir. Bu
qiymətli sərvətimizi qoruyan ilk kitabxanalar eramızdan əvvəl yaradılmışdır. Uzun müddət
ərzində onun sosial funksiyaları xeyli dəyişilmişdi. İlk kitabxananın məqsədi yalnız sənədlə-
rin saxlanması idi. Yarandığı gündən indiyə qədər kitabxana bir neçə mərhələdən keçmiş və
hazırda informasiya və mədəni komponentləri özündə birləşdirən müasir tipli kitabxana ol-
muşdur. Müasir kitabxananın əsas məqsədi cəmiyyətin intellektual mədəni inkişafına kömək
etmək onu insanların vasitəsilə təkmilləşdirməkdən ibarətdir.
Bu gün ən demokratik və ən çox tələb olunan mədəniyyət müəssisəsi kimi kitabxanala-
rın qapıları sosial statusdan, dini mənsubiyyətindən, gəlir səviyyəsindən, təhsilindən, milliy-
yətindən asılı olmayaraq hər bir vətəndaş üçün açıqdır. Bundan əlavə onlar xalqın maddi-mə-
nəvi sərvətləri və mədəni potensialının mühüm tərkib hissəsi olan informasiyaları toplayır,
qoruyur vətəndaşların istifadəsinə təqdim edir. Müasir dövrümüzü internetsiz təsəvvür etmək
qeyri-mümkündür. Kitabxanalarda informasiya mənbələri içərisində kağız sənədlər üstünlük
təşkil etsə də vahid informasiya məkanına tamhüquqlu iştirakçı kimi daxil olmaq üçün
kitabxanalar fəal şəkildə öz fondlarını yeni elektron resurslarla formalaşdırırlar. Bu elektron
resurslara kitabxananın elektron kataloqu, tammətnli məlumat bazaları və elektron kitabxa-
nalar, tədris prosesi üçün zəruri olan elektron dərsliklər və dərs vəsaitləri, ensiklopediyalar,
lüğətlər, məlumat kitabçaları, eləcə də metodik göstərişlər və digər elektron nəşrlər aiddir.
Ənənəvi olaraq kitabxanaların əsas məqsədinə əhalinin informasiya tələbatını ödəmək,
mütaliə mədəniyyətini inkişaf etdirmək və kitabxana-biblioqrafiya aparatından, kitabxana
fondundan, informasiya resurslarından istifadə, sənəd axını haqqında məlumatlandırma,
informasiya axtarışının metodları, informasiya xidməti və s. proseslər daxildir. Kitabxanalar
cəmiyyətin fəal üzvləri olan oxuculara, şəxsiyyətlərlə birbaşa təmasda olduqlarından, əhalinin
maarifləndirilməsi, mədəni cəhətdən inkişaf etməsi, informasiya ilə təmin olunmasında
bilavasitə iştirak etməklə mədəni tərəqqiyə xidmət edirlər. Kitabxanalar və kitabxana işçiləri
informasiya savadlılığı və təhsilin tədrisində əsas tərəfdaşlardan hesab edilir. Lakin bu
prosesdə təkcə kitabxanalar və kitabxanaçıların qüvvəsi təbii ki, çox azdır. Bu prosesdə bütün
cəmiyyət üzvləri: müəllimlər, pedaqoqlar, valideynlər, təhsil alan şəxslər özləri və təhsillə
əlaqəli bütün idarə və təşkilatlar yaxından iştirak etməlidir.[1, 348]
Ölkəmizdə dövlət səviyyəsində ―Elektron hökumət‖, ―Elektron məktəb‖, ―Elektron
kitabxana‖ kimi innovativ proqramlar geniş miqyasda həyata keçirilir.
“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”
Beynəlxalq elmi konfransının materialları
- 164 -
Bütün bu göstərdiklərimizlə yanaşı informasiya cəmiyyəti kitabxanaşünaslıq elmi qarşı-
sında daha ciddi problemlər qoymuşdur. Təəssüf ki, informasiya cəmiyyətinin inkişafında
mühüm rol oynayan informatika elminin bəzi nümayəndələri, informasiya texnologiyasına,
kompüterə, informasiyalaşdırma prosesinə, internetə məlumatın elektron daşıyıcılarına aludə
olaraq, elektron kitabxanaların yaradılmasını mühüm amil hesab edərək, ənənəvi kitabxanaçı-
lığın əhəmiyyətini azaltmağa meyl göstərir. Fikrimizcə, belə meylləri təhlil etmək, onun
mənfi və müsbət cəhətlərini göstərmək, perspektivlərini müəyyənləşdirmək və kitabxana işin-
də elektron vəsaitlərdən istifadə etmək işini araşdırmaq, klassik kitabxanaçılıqla yeni kitabxa-
naçılığın inteqrasiyası prosesini ön plana çəkmək zərurəti meydana çıxır. Hər şeydən öncə
informasiya cəmiyyətinin mahiyyətini dərk etmək, onun inkişaf istiqamətlərini, məqsəd və
vəzifələrini müəyyənləşdirərkən belə bir inkaredilməz həqiqət ortaya çıxır ki, informasiya
cəmiyyəti kitabxanasız keçinə bilməz. Oxucuların informasiya tələbatının ödənilməsi bilava-
sitə maddiləşmiş biliyə, həqiqi biliyə, yəni kitaba əsaslanmalıdır. Kitablar isə kitabxanalarda
toplanmışdır. Deməli, obrazlı şəkildə desək, kitabxanalar informasiya cəmiyyətinin döyünən
ürəyidir. Bu ürək nə qədər sağlam olsa, ritmik döyünsə, informasiya cəmiyyəti bir o qədər
sürətli inkişaf edən, böyük nemət olan biliyin idarə olunmasında daha yaxından iştirak edə
bilər. Bütün bunlar isə ən böyük sosial funksiyalar: biliklə insan arasında etibarlı və əbədi
körpü olan, biliyin idarə olunmasında və kitabın cəmiyyət üzvlərinə çatdırılmasında etibarlı
vasitə olan, cəmiyyətin informasiya fəaliyyətini təmin edən kitabxanaların missiyasıdır.
Beləliklə, kompüter texnologiyalarının nailiyyətlərinə və qlobal informasiya şəbəkələrinin
inkişafına əsaslanan ―informasiya cəmiyyəti‖ və xüsusən daha geniş əhatəli sosial, etik və
siyasi parametrləri əhatə edən ―biliklər cəmiyyəti‖ kitabxanasız keçinə bilməz.
İlk kitabxanaların tarixindən 5 min il keçir. Bu 5 min ildə milyonlarla oxucuya xidmət
edən kitabxanalar öz ilk forma və strukturlarını əsasən saxlamış, ancaq daim təkmilləşmiş,
dövrlə, zamanla ayaqlaşmağa çalışmışlar. Lap qədim zamanlardan kitabxanaların iki funksi-
yası fəaliyyət göstərməkdədir. Kitabxanaların ilk və ən mühüm funksiyası sənədləri (əlyazma-
ları, çap kitablarını və s.) toplamaq başqa sözlə, fond yaratmaq funksiyasıdır. Arxivdən fərqli
olaraq kitabxana fondları həmişə oxucuların üzünə açıq olmuşdur. Bəzi vaxtlarda kitabxana
fondlarının qapalı xarakter daşıdığı halda belə onlar müəyyən qrup oxuculara xidmət etmişdir.
Kitabxanaların ikinci mühüm funksiyası oxuculara xidmətdir. Bu iki funksiyanın qarşılıqlı
əlaqəsi, birləşdirilməsi və işlək vəziyyətə gətirilməsi kitabxanaçıların fəaliyyəti nəticəsində
mümkün olmuşdur. Kitabxanaçılar tarixən kitabxana işinin hərəkətverici qüvvəsi olmaqla,
cəmiyyətlə kitabxanalar arasında əlaqələndirici vasitə rolunu oynamışdır. Beləliklə, kitabxana
bu sütunlar üzərində bərqərar olmaqla inkişaf edib zəmanəmizə gəlmişdir.[2, 516]
Qeyd etdiyimiz kimi, son illərdə həm beynəlxalq, həm də regional səviyyədə mübahisə-
lərin, müzakirələrin ardı-arası kəsilmir; kitabxanalar hamının vərdiş etdiyi kimi öz ənənəvi
formasını (bina, kitabsaxlayıcı, kataloqlar, oxu zalları və s.) saxlayacaqmı? Və yaxud kitabxa-
nalar yaşamağa qadirdimi? Müxtəlif fikirlərin ortaya çıxdığı belə bir şəraitdə kitabxana-infor-
masiya texnologiyası sürətlə inkişaf edir, elektron kataloqlar, elektron kitabxanalar yaranır,
kitabxanalar internetə qoşulur. Kitabxanalardan internetə çıxış yolundan oxucular müvəffə-
qiyyətlə internetdən istifadə edir. İnternet müstəqil informasiya vasitəsinə çevrilir. Həmçinin
kitabxana fondlarında elektron kitabların və elektron jurnalların miqdarı artır. Tammətnli
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Azərbaycan Milli Kitabxanası
- 165 –
elektron nəşrlərə abunələrin genişlənməsi ənənəvi abunələri üstələyir və ona qalib gəlir.
Gələcək elektron kitabxanaların əsasını təşkil edən bu ünsürlər getdikcə daha geniş meydan
alır, sonra ənənəvi kitabxanalara ―Mən sənin gələcəyinəm‖ deyir, kitabxanaların gələcəyinə
nəzər salarkən, kitabxana quruculuğunun gələcəyini proqnozlaşdırarkən keçmişi dərindən
öyrənməli, kitabxanaların 5 min illik təcrübəsi nəzərə alınmalıdır.
Beləliklə, elektron daşıyıcıların inkişafı ənənəvi kitabxanaların yaşamasına, fəaliyyət
göstərməsinə, cəmiyyətin informasiya tələbatının ödənilməsində onların roluna heç bir xələl
gətirmir, əksinə, onun daha da təkmilləşməsinə, oxuculara xidmət işinin daha səmərəli təşki-
linə, operativliyinə kömək edir, informasiya cəmiyyətində kitabxana işi sahəsində sürətlə baş
verən bu inqilabi dəyişikliklər, onların dərindən öyrənilməsi, ümumiləşdirilmələr aparılması
kitabxanaşünaslıq elmləri qarşısında olduqca mühüm vəzifələr qoyur. Məhz kitabxanaşünas-
lıq kitabxana işinin yeni şəraitə uyğunlaşmasına, informasiya elmi ilə inteqrasiyasına dair
araşdırmalar aparmalı kitabxanalarımızı elmi-nəzəri müddəalarla silahlandırmalıdırlar.
Milli-mənəvi dəyərlərimizin təkcə qorunub gələcək nəsillərə çatdırılmasında deyil, eyni
zamanda, onların beynəlxalq aləmə qısa vaxt ərzində təqdim edilməsində elektron kitabxana-
ların böyük rolu vardır.
Dostları ilə paylaş: |