AZƏrbaycan döVLƏt məDƏNĠYYƏt və ĠNCƏSƏNƏt unġversġtetġ azərbaycan mġLLĠ KĠtabxanasi



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə6/36
tarix14.01.2017
ölçüsü4,41 Mb.
#5143
1   2   3   4   5   6   7   8   9   ...   36

 
Cədvəl 2.1. Azərbaycan, Misir, Finlandiya və Ukraynada  
əhalinin savadlılıq statistikası 
 
 
Əhalinin savadlı hissəsi 
KiĢilər 
Qadınlar 
Azərbaycan 
99.8% 
99.9% 
99.7% 
Ukrayna 
99.7% 
99.8% 
99.6% 
Finlandiya 
99% 
99% 
99% 
Misir 
73.9% 
81.7% 
65.8% 
 
Mənbə: BMT-nin insan inkişafı hesabatı və CIA World Factbook, 2012 
 
Göründüyü  kimi,  Azərbaycanda  əhalinin  savadlılıq  səviyyəsi  kifayət  qədər  yüksəkdir. 
Bu  göstəricilərə  görə,  Azərbaycan  MDB  məkanında  liderdir.  Buradan  belə  qənaətə  gəlmək 
olardı  ki,  ölkədə  əhali  çox  mütaliə  edir  və  bu,  beynəlxalq  kitab  mübadiləsi  sahəsində  də 
dünyada aparıcı yerlərdən birini tutmağımıza real təminatdır. Əslində isə reallıq belə deyil və 
müqayisə olunduğumuz hər 3 ölkənin beynəlxalq kitab mübadiləsi göstəriciləri bizimkindən 
yuxarıdır. Bu ölkələrin hər birində beynəlxalq kitab mübadiləsinin inkişafı müxtəlif faktorlar-
dan asılıdır. Məsələn, Misirdə iqtisadi-siyasi faktorlardan asılı olmayaraq beynəlxalq mədəni 
əməkdaşlıq əlaqələri, kitab mübadiləsi prosesi zəifləmir. Ölkədə əhalinin savadlılıq səviyyəsi-
nin yüksək olmaması da kitab mübadiləsinin səviyyəsinə təsir etmir. Çünki burada əsas rolu 
tarixi faktor oynayır. Misir tarixi az qala bəşəriyyət tarixi ilə həmyaşıddır. Tarixin bütün dövr-
lərində bu ölkə səma altında laboratoriya rolunu oynayıb və minlərlə alimin, tədqiqatçının el-
mi araşdırmalarına şahidlik edib. Bu mənada Misirdə toplanmış elmi-mədəni irs daimi müba-

“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”  
Beynəlxalq elmi konfransının materialları 
 
 
- 50 - 
dilə obyektidir və bu ölkədən dünya ölkələrinə və əksinə kitab axını labüd proses kimi səciy-
yələndirilməlidir.  
Finlandiyanın beynəlxalq kitab mübadiləsi sahəsində aparıcı yerlərdən birini tutmasının 
səbəbi isə kitab nəşrinin həcmi və əhalinin kitaba olan tələbi ilə bağlıdır. Finlandiyada təyina-
tından və növündən asılı olmayaraq bütün kitabxanalarda azyaşlı uşaqlar üçün kitab bölmələ-
rinin fəaliyyət göstərməsi insanların mütaliəyə hələ erkən yaşlardan başlamasına bir işarədir. 
Ukrayna isə Avropada ən iri kitab fondlarına malik ölkələrdən biri kimi tanınır. Bu öl-
kədə  beynəlxalq  kitab  mübadiləsinin  səviyyəsi  əsasən  təhsilin  səviyyəsi  və  şəxsi-psixoloji 
faktorlarla  ölçülür.  2014-cü  ildə  Ukraynada  baş  vermiş  məlum  hadisələrin  fonunda  beynəl-
xalq kitab mübadiləsinin zəifləməməsi bir daha sübut edir ki, burada iqtisadi-siyasi vəziyyətin 
gərginləşməsi  ölkə  kitabxanalarının  beynəlxalq  əlaqələrinə  mənfi  təsir  etmək  iqtidarında 
deyil.  
Ölkəmizdə  isə  kitabxanaların  beynəlxalq  kitab  mübadiləsi  prosesində  iştirakı  mövcud 
siyasi və iqtisadi vəziyyətlə sıx bağlıdır. Azərbaycan kitabxanalarının bu sahədəki son 50 illik 
fəaliyyətini təhlil edərkən məlum olur ki, 1988-1993-cü illərdə aparılan mübadilə əməliyyat-
larının səviyyəsi çox aşağı olub və ölkədən xaricə çox az sayda nəşr göndərilib. Müharibə şə-
raiti, informasiya blokadası, iqtisadi-siyasi disbalans və bütün bunların fonunda o dövrün si-
yasi rəhbərliyinin elm, təhsil və mədəniyyət sahəsində normal proqramının olmaması kitabxa-
naların beynəlxalq fəaliyyətinə mənfi təsir etmişdir. 
  
Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlişindən sonra Azərbay-
canın beynəlxalq aləmdə öz mövqeyini layiqincə ifadə etməsi və qoruması, beynəlxalq təşki-
latlarla tərəfdaşlıq və düzgün qurulmuş xarici siyasət Azərbaycan kitabxanalarının beynəlxalq 
elmi-mədəni əməkdaşlığını yeni səviyyəyə qaldırdı. Prezident cənab İlham Əliyev bu uğurlu 
siyasəti davam etdirərək bir çox sahələrdə olduğu kimi elm və təhsil sahəsində də yeni priori-
tetlər müəyyənləşdirdi, kitabxanaların inkişafına diqqət və qayğı göstərdi. Cənab Prezidentin 
təşəbbüsü və fərmanı ilə təsdiq olunmuş ―Azərbaycan 2020: gələcəyə baxış‖ inkişaf konsepsi-
yasında Azərbaycan kitabxanalarının gələcək inkişafı ilə bağlı məsələlərin əks olunması bunu 
bir  daha  təsdiqlədi.  Konsepsiyada  deyilir  ki,  2020-ci  ilədək  Azərbaycanda  özünütəhsilə  və 
ömür  boyu  təhsilə  artan  tələbatın  ödənilməsi  üçün  kitabxana  fəaliyyəti  modernləşdiriləcək, 
elektron  kitabxanaların  sayı  artırılacaq,  distant  təhsilin  inkişafı  dəstəklənəcək  və  ali  təhsil 
müəssisələrində distant təhsil geniş tətbiq olunacaqdır. 
Bundan başqa, Azərbaycana məxsus mədəni sərvətlərin, o cümlədən muzeylərdə, kitab-
xanalarda və arxivlərdə qorunub-saxlanılan və ictimai varidat sayılan mədəni irs və digər əqli 
mülkiyyət nümunələrinin mərkəzləşmiş şəkildə rəqəmləşdirilməsi, mühafizəsi, hüquqi qorun-
ması və beynəlxalq təşkilatlarla, həmçinin xarici dövlətlərin aidiyyəti qurumları ilə mübadilə-
si təmin ediləcəkdir. 
Həmçinin kitab və nəşriyyat işi üzrə dövlət proqramlarının hazırlanması, ölkənin kitab-
xana-informasiya şəbəkəsinin inkişafı, kitabxana fondlarının ədəbiyyat və müasir informasiya 
daşıyıcıları  ilə  təmin  edilməsi,  həmçinin  musiqi  ifaçılığı  və  yaradıcılığının  təşviq  edilməsi, 
mədəniyyət  sahəsində  fəaliyyət  göstərən  özəl  təsisatlara  dövlət  dəstəyinin  artırılması  üzrə 
zəruri işlər həyata keçiriləcəkdir. 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 
Azərbaycan Milli Kitabxanası 
 
 
- 51 – 
 
Konsepsiyada  bu  məsələlərin  qarşıya  məqsəd  qoyulması  gələcəkdə  Azərbaycan  kitab-
xanalarının beynəlxalq informasiya mühitindəki mövqeyinin möhkəmlənməsinə də ciddi təsir 
göstərəcək.  
Ümumiyyətlə isə, beynəlxalq kitab mübadiləsinin gələcək taleyi artıq qlobal miqyasda 
müzakirə olunur. 2006-cı ildə IFLA tərəfindən nəşr olunan (Kirsti Ekonen, Paivi Paloposki və 
Pentti  Vattulainenin  redaktəsi  ilə)  ―Nəşrlərin  beynəlxalq  mübadiləsi  üzrə  təlimat  kitabı‖nda 
qaldırılan əsas məsələlərdən biri də informasiya əsrində beynəlxalq kitab mübadiləsinin gələ-
cəyinin olub-olmaması ilə bağlıdır. Bu nəşrdən əldə olunan qənaət belədir ki, beynəlxalq kitab 
mübadiləsi yaxın gələcəkdə tənəzzül etmək təhlükəsi ilə üzbəüz deyil, əksinə bu sahəni inki-
şaf etdirməklə iqtisadi üstünlüklər əldə etmək mümkündür. 
Azərbaycan  kitabxanalarının  beynəlxalq  əməkdaşlıq  perspektivlərini  müəyyənləşdirər-
kən qeyd etməliyik ki, kitabxanalarımızın qlobal informasiya mühitinə tam və davamlı şəkildə 
inteqrasiya  olunması  və  beynəlxalq  kitab  mübadiləsinin  aparıcı  aktorlarından  birinə  çevril-
məsi üçün: 
1.
 
IFLA  ilə  əməkdaşlıq  genişləndirilməli  (AMEA,  Təhsil  Nazirliyi,  Mədəniyyət  və 
Turizm Nazirliyi səviyyəsində) təşkilatın illik iclaslarına geniş tərkibli (kitabxanaçılar, biblio-
qraflar,  kitab  mübadiləsi  mütəxəssisləri  və  s)  nümayəndə  heyəti  qatılmalı,  təşkilatın  beynəl-
xalq layihələrində Azərbaycan kitabxanalarının iştirakı təmin olunmalıdır. Bunun üçün quru-
mun üzvü olan və ya üzv olmaq istəyən Azərbaycan kitabxanalarının illik üzvlük haqları va-
hid şəkildə, vahid fonddan ödənməlidir (hazırda kitabxanalar üzvlük haqqını öz büdcələrindən 
ödəyirlər ki, bu da bir çox hallarda davamiyyəti əngəlləyir). Mütəxəssislərin IFLA-nın iclasla-
rında geniştərkibli iştirakı vahid mənbədən və mütəmadi şəkildə maliyyələşdirilməlidir; 
2.
 
YUNESKO-nun  mənbəşünaslıq,  kitabşünaslıq,  əlyazmaşünaslıq  və  kitabxanaşünas-
lıq sahəsində mövcud layihələrində iştirak təmin olunmalıdır. Belə layihələrdən ən vacibi sa-
yılan ―Dünyanın yaddaşı‖ (ing. Memory of the World) proqramına Azərbaycan elmi-mədəni 
irsinin inteqrasiya olunması  sürətləndirilməlidir. 1992-ci  ildən mövcud olan ―Dünyanın  yad-
daşı‖  proqramı  ümumdünya  sənəd  irsinin  mühafizəsi  məqsədi  ilə  yaradılıb.  Bununla  yanaşı, 
proqram oxucuların sənəd irsindən bərabərhüquqlu istifadəsini təmin etmək, sənəd irsini tədiq 
və təbliğ etmək üçün mövcud imkanları genişləndirmək məqsədi daşıyır. Proqram çərçivəsin-
də 1997-ci ildən milli, regional və beynəlxalq səviyyələrdə sənəd irsinin reyestrləri yaradılır. 
Hər hansı bir dövlətə məxsus kitab, sənəd abidəsinin reyestrə daxil edilməsi YUNESKO-nun 
Beynəlxalq Məsləhətverici Komitəsinin qərarından sonra mümkün olur.  
2011-ci  ildə  AMEA  Əlyazmalar  İnstitutunda  saxlanılan  tibbə  dair  üç  əlyazma  abidəsi 
UNESCO-nun təsis etdiyi bu proqramın siyahısına daxil edilib. Həmin əlyazmalardan ―Zəxi-
reyi-Nizamşahi‖ (―Nizamşahın azuqələri‖) əsərinin (müəllifi məlum deyil) üzü təxminən XIII 
əsrdə köçürülüb. Əsərdə bitkilərin, heyvanların,  mineralların, mürəkkəb tərkibli dərmanların 
farmakoloji xüsusiyyətləri əlifba sırası ilə göstərilib. Digər əlyazma Əbu Əli ibn Sinanın ―Əl-
Qanun fi-tibb‖ (―Tibbi qanun‖) adlı ərəb dilində farmakologiya və tibbə aid məşhur əsəridir. 
1143-cü  ildə  Bağdadda  üzü  köçürülüb.  Dünyada  dəqiqliyinə  görə  ən  nadir  nüsxələrdəndir. 
Tibb  elminin  inkişafına  ciddi  təsir  göstərən  fundamental  əsərlərdən  biridir.  Üçüncü  əlyazma 
―Əl-məqalə əs-səlasun‖ (―Otuzuncu traktat‖) isə Abul-Qasiməz-Zəhravinin ərəb dilində tibbə 
aid  fundamental  əsərinin  bir  cildidir.  X-XI  əsrlərdə  İspaniyada  (Kordova)  yaşayan  təbib  ilk 

“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”  
Beynəlxalq elmi konfransının materialları 
 
 
- 52 - 
müəllifdir ki, cərrahiyyə alətlərinin təsvirini verib, konkret əməliyyatlar zamanı onların tətbiq 
edilməsi üsullarını-qaydalarını göstərib. Əsər vaxtilə bütün Şərq və Avropa cərrahiyyə elmi-
nin inkişafına təsir edib [6]. 
Belə bir proqrama daha çox Azərbaycan kitabxanasının qoşulması beynəlxalq elmi-mə-
dəni əlaqələrin genişləndirilməsi baxımından olduqca vacibdir; 
3.
 
Kitabxanalar Beynəlxalq  Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) və  İslam Təhsil, 
Elm və Mədəniyyət Təşkilatı (İSESKO) ilə əlaqələrini genişləndirməli, bu təşkilatların layihə-
lərinə aktiv şəkildə qoşulmalıdırlar; 
4.
 
Sahə tədqiqatçıları ingilisdilli xarici elmi jurnallarda Azərbaycan kitabxanalarının fə-
aliyyəti  haqqında  məqalələrin  dərcini  artırmalıdırlar.  Çünki,  Azərbaycan  kitabxanaşünasları-
nın məqalələrinin ancaq MDB-də nəşr olunan elmi jurnallarda, rus dilində dərc olunması bey-
nəlxalq təcrübə mübadiləsi baxımından istənilən nəticəni vermir. 2004-2014-cü illərdə Azər-
baycan kitabxanaşünaslarının  nüfuzlu  beynəlxalq  elmi  jurnallarda ingilis  dilində  cəmi 3 mə-
qaləsi dərc olunmuşdur ki, onlar da bunlardır: 
Web of Science bazasına (ISI-Thomson Reuters) daxil edilmiş jurnallarda: 
 
I) Jafarov, Javid. (2012). Next-generation catalogues and automated library-information 
systems in Azerbaijani libraries. Energy education science and technology Part B-Social and 
Educational Studies, Vol. 4. İss: 4, pp. 2457-2462. (Təsir əmsalı 9.4) 
 
SCOPUS (Elsevier) bazasına daxil edilmiş jurnallarda: 
 
II) Mammadov, Elchin. (2014) ―Opportunities for using Wiki technologies in building 
digital library models‖. Library Hi Tech News, Vol. 31 Iss: 2, pp.5 – 8 
III)  Nazarova,  Muzghan.  (2004).  Librarianship  in  Azerbaijan:  What  can  a  leader  do?. 
Science & Technology Libraries, Vol. 23. Iss: 2-3, pp. 161-169. 
Son 10 il  ərzində  nüfuzlu jurnallarda sahə  üzrə  cəmi 3 məqalənin  dərci,  olduqca aşağı 
göstəricidir  və  Azərbaycan  kitabxanalarının  fəaliyyətini,  inkişafını,  əldə  etdiyi  təcrübələri 
dünya kitabxanaşünaslarının diqqətinə çatdırmaq üçün kifayət etməz. Bundan öncə isə nüfuz-
lu xarici jurnallarda Azərbaycan kitabxanaşünaslarının məqalələrinə rast gəlinmir. 
5.
 
Beynəlxalq  kitab  mübadiləsi  bilik,  təhliletmə  bacarığı,  gərgin  əmək  və  kollektiv  iş 
tələb edir. Mübadiləçi ən azı bir xarici dil bilməli və komplektləşdirdiyi kitabların ilk oxucusu 
olmalıdır. Buna görə də, kitabxanalarımızın beynəlxalq kitab mübadiləsi şöbələrinə əməkdaş-
ların seçimi, onların xarici dil biliklərinin səviyyəsinə uyğun aparılmalıdır.  
Yalnız bu kimi məsələlərin elmi-təşkilati və kompleks həlli, kadr siyasətinin, informa-
siyanın  seçilməsi  prioritetlərinin  düzgün  müəyyənləşdirilməsi  Azərbaycan  kitabxanalarının 
beynəlxalq  informasiya  mühitindəki  mövqeyini  möhkəmləndirməyə  və  perspektivlərin 
açılmasına  imkan  verir.  Çünki  Azərbaycan  kitabxanaları  beynəlxalq  peşəkar  əməkdaşlıq 
sayəsində, qlobal dəyərlərin mübadiləsi,  mədəniyyətlərarası  dialoqun qurulması və  multikul-
turalizmin inkişafı fonunda qabaqcıl təcrübədən istifadə edə, öz gələcək strateji orientirlərini 
müəyyənləşdirə və dünya informasiya sisteminə tam inteqrasiya oluna bilər.  
 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 
Azərbaycan Milli Kitabxanası 
 
 
- 53 – 
 
ƏDƏBĠYYAT 
 
1.
 
Əliyeva-Kəngərli  A.İ.  Azərbaycanın  beynəlxalq  elmi-mədəni  əlaqələrində  AMEA 
Mərkəzi Elmi Kitabxanasının rolu // AMEA MEK-in Elmi Əsərləri, 2003, IV bur., s. 
6-12. 
2.
 
Əliyeva-Kəngərli A.İ. Beynəlxalq elmi əməkdaşlıq genişlənir. ―Elm‖ qəz., 2003, 20 
iyun. 
3.
 
Əliyeva-Kəngərli  A.İ.  Beynəlxalq  konfrans  dünyanı  narahat  edən  problemlərə  tox-
unur. ―Elm‖ qəz., 2007, 30 iyun. 
4.
 
Гришина  С.М.  Теоретические  аспекты  международного  сотрудничества  биб-
лиотек на рубеже XX и XXI вв. / Молодежь в науке и культуре XXI века: Ма-
териалы третьей науч. конф. Челябинск, 2004, с. 52-55. 
5.
 
Круглик  Г.М.  Динамика  международного  книгообмена  //  Научные  и  техни-
ческие библиотеки, 1997, №1, с. 94-98. 
6.
 
Fərəcov  S.  Kitab  tariximizin  dəyərli  səhifələri:  Əlyazmalar.  ―Mədəniyyət‖  qəz., 
2011, 28 sentyabr, s. 15. 
 
Нигяр Бабаханова 
 
МЕЖДУНАРОДНЫЕ БИБЛИОТЕЧНО-ИНФОРМАЦИОННЫЕ  
РЕСУРСЫ И ПРОБЛЕМЫ ИХ ИСПОЛЬЗОВАНИЯ 
 
Резюме 
В статье освящена роль библиотек как универсального информационного центра 
ресурсной поддержки нацеленного на всестороннее и оперативное удовлетворение ин-
формационных потребностей читателей. Представлена информация по обеспечению 
доступа к базам данных международного уровня и онлайновым библиотечно-информа-
ционным  ресурсам,  участию  в  различных  международных  библиотечных  проектах, 
расширению  спектра  международных  информационных  услуг,  формированию  инфор-
мационной культуры пользователей. 
 
Nigar Babakhanova 
 
INTERNATIONAL LIBRARY AND INFORMATION RESOURCES 
AND PROBLEMS OF THEIR USING 
 
Summary 
The  article  consecrated  the  role  of  libraries  as  a  universal  information  center  for  re-
source support aimed at the full and prompt satisfaction of information needs of readers. The 
article gives information on access to the databases of international data and online library 
and information resources, participation in various international projects of library, expand 
the range of international information services, formation of information culture of users. 

“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”  
Beynəlxalq elmi konfransının materialları 
 
 
- 54 - 
Əminə Rafiq qızı Cəfərova  
Azərbaycan Milli Kitabxanası, elmi katib 
amina.c@anl.az 
 
 
AZƏRBAYCAN ƏDƏBĠ NÜMUNƏLƏRĠNĠN  BEYNƏLXALQ SƏVĠYYƏDƏ 
TƏDQĠQĠNDƏ MĠLLĠ KĠTABXANANIN FƏALĠYYƏTĠ 
 
 
Açar sözlər: Milli Kitabxana, dünya kitabxanaları, əlyazmalar, qədim kitablar. 
 
İnformasiya  əsrində  gün  ərzində  yüzlərlə  oxucuya  xidmət  göstərən  Azərbaycan  Milli 
Kitabxanasının ictimaiyyət  qarşısında xidmətləri əvəzsizdir. Bu baxımdan oxucu sorğularını 
operativ, tam və dəqiq  cavablandırmaq, onların müxtəlif məzmunlu informasiya tələbatlarını 
ödəmək üçün Milli Kitabxananın qarşısında bir sıra vəzifələr durur. 
Kitabxana  işi  haqqında  Azərbaycan  Respublikasının  Qanununun  7-ci  maddəsində  də 
qeyd edildiyi kimi Milli Kitabxananın əsas vəzifələrindən biri milli nəşrlərimizi, xarici ölkə-
lərdə nəşr olunmuş Azərbaycan haqqında və Azərbaycan müəlliflərinin əsərlərini, dünya əhə-
miyyətli nəşrləri, o cümlədən xarici dillərdə qiymətli və digər məlumat daşıyıcılarını toplayıb 
mühafizə etmək, oxucuların istifadəsinə təqdim etməkdir. [3,s.7] 
Milli  Kitabxana  bu  vəzifələri  layiqincə  yerinə  yetirmək  üçün  dünya  kitabxanalarının 
fondlarında qorunan, vaxtilə ölkədən ―daşınıb-aparılan‖ əlyazmaların, kitabların, çap məhsul-
larının surətini və ya elektron resursunu Milli Kitabxananın fonduna daxil etmək üçün həmin 
kitabxanalarla əməkdaşlıq edir, xarici ölkələrə ezamiyyələr təşkil edir, dünya milli kitabxana-
larının fondlarında və elektron kataloqlarda axtarışlar apararaq əsaslı tədqiqat işləri həyata ke-
çirir. 
Tarixə qısa nəzər salsaq əminliklə demək olar ki, dünya kitabxanalarında qorunan Azər-
baycan incilərinin Milli Kitabxananın fonduna daxil edilməsi ənənəsini hələ XX əsrin sonla-
rında ulu öndər Heydər Əliyev cənabları qoymuşdur. Milli Kitabxanaya həmişə böyük sevgi 
və qayğı ilə  yanaşan, kitabxananı xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənə-
viyyat, bilik, zəka mənbəyi adlandıran Ulu Öndər öz şəxsi kitabxanasından 300 nüsxəyə yaxın 
qiymətli kitabı Milli Kitabxanaya hədiyyə etmişdir. Bu kitabların içərisində Ulu Öndərin dün-
yanın  bir sıra ölkələrindən gətirdiyi  və şəxsi  avtoqrafı ilə  Milli Kitabxanaya bağışladığı  mü-
hüm nəşrlər yer almışdır. Elmin müxtəlif sahələrini əhatə edən Azərbaycan, rus, türk, ingilis, 
fransız, ərəb, fars dillərində olan bu əsərlər mütəxəssislər və tədqiqatçılar üçün çox faydalıdır. 
Bu  kolleksiyada  oxucuların  xüsusi  marağına  səbəb  olmuş  kitablardan  Azərbaycan  dilində 
―Xocalэ qэrрэnэ‖ (1992, N.Yaqublu), ―Qədim Єərq tarixi‖ (1993, Y.Yusifov), ―Azərbaycan 
tьrklərinin təєəkkьlь tarixindən‖ (1994, Q.Qeybullayev), ―Azərbaycan xalqэnэn hьnəri əbədi 
yaюayacaqdэr‖  (1995),  türk  dilində  ―Nizami  Gencevi‖  (1991),  ―Önemli  politik  yaşamdan 
esintiler‖(1994),  ərəb  dilində  Məkkəyə  ziyarəti  zamanı  Heydər  Əliyevə  şəxsən  bağışlanan 
nəfis  tərtibatlı  müqəddəs  ―Qurani-Kərim‖,  fars  dilində  ―Xosrov  və  Şirin‖  (1960,  G.Nizami), 
rus  dilində  ―Черный  январь‖  (1990),  ―Ходжалы.  Хроника  геноцида‖  (1993),  ―Арабские 
источники о тюрках в ранее средневековье‖ (1993, Ф.М.Асадов), ―ОИК: Армения приз-

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 
Azərbaycan Milli Kitabxanası 
 
 
- 55 – 
 
нана  агрессором‖  (1995,  И.Шукюров),  ―Из  сокровищницы  рукописей  Азербайджана‖ 
(1983),  ―Деде  Коркут:  Повесть  по  мотивам  азербайджанского  эпоса‖  (1988,  Анар), 
―Избранное‖ (1976, С.Вургун), ―Горе от ума, письма и записки‖ (1976, А.С.Грибоедов), 
ingilis  dilində  ―Refugees‖(1997)  və  s.  nümunə  göstərmək  olar.  [4,s.180-196]
 
Ulu  Öndərin 
kitabxanaya  hədiyyə  etdiyi  kitablar  bu  gün  Milli  Kitabxananın  kolleksiyasının  ən  qiymətli 
nümunələri kimi Nadir kitablar fondunda mühafizə olunur. [1,s.7] 
 
Ulu öndərimiz Heydər Əliyevin bu təqdirəlayiq addımı bir sıra görkəmli şəxslər, elm və 
mədəniyyət  xadimləri,  ziyalılarımız  üçün  örnək  oldu  və  bundan  sonra  kitabxananın  fondu 
şəxsi  kolleksiyalarla  zənginləşməyə  başladı.  Cərrah-alim  Cavad  Heyət,  akademik  Budaq 
Budaqov,  Xalq  yazıçısı,  Baş  nazirin  müavini  Elçin  Əfəndiyev,  Mədəniyyət  və  Turizm 
Nazirinin müavini Ədalət Vəliyev, BDU-nun ilk Fəxri Professoru akademik Abuzər Xələfov, 
professor Hümmət Hüseynov (Sabir Hüseynov tərəfindən), şərqşünas alim Saleh Əliyev, tex-
nika elmləri doktoru, akademik Rasim Əliquliyev Milli Kitabxanaya öz şəxsi kitabxanasından 
qiymətli kitablar hədiyyə etmişdir. 
Görkəmli şərqşünas alim, tarix elmləri doktoru, professor, Rusiya EA-nın Şərqşünaslıq 
İnstitutunun  baş  elmi  işçisi,  Moskvada  fəaliyyət  göstərən  ―Ocaq‖  Azərbaycan  Mədəniyyəti 
Cəmiyyətinin  sədr  müavini  Saleh  Əliyev  ölümündən  sonra  şəxsi  kitabxanasını  Azərbaycan 
Milli Kitabxanasına vəsiyyət etmış, kitablar əməkdaşlarımız tərəfindən Bakıya gətirilmiş, icti-
maiyyət üçün geniş təqdimat mərasimi keçirilmişdir. 
Hədiyyə edilən zəngin kolleksiyalarla yanaşı Milli Kitabxananın səyləri nəticəsində bir 
sıra xarici ölkələrdən də respublikamıza qiymətli nəşrlər gətirilmişdir. İlk belə təşəbbüs 2004-
cü ildə Avstriya Milli  Kitabxanasından Azərbaycana dair 17 adda qiymətli  əlyazmanın foto 
surətinin Bakıya gətirilməsi olmuşdur. Bu əlyazmalar arasında görkəmli şairlərimizdən Niza-
mi, Füzuli, Xaqani, Məhəmməd Şirvani, Saib Təbrizi, Əssar Təbrizi və digər dahilərin XV-
XVII  əsrləri  əhatə  edən  əlyazmaları  bu  gün  tədqiqatçı  alimlər  üçün  əvəzsiz  məxəzlərdir. 
Həmin əlyazmalardan oxucuların istifadəsini təmin etmək məqsədilə onların biblioqrafik təs-
viri  kitabxananın  elektron  kataloquna  daxil  edilmiş,  elektron  resursu  hazırlanaraq  Milli  Ki-
tabxananın lokal şəbəkəsində yerləşdirilmişdir. 
Heydər  Əliyev  siyasətinin  uğurlu  davamçısı  Azərbaycan  Respublikasının  Prezidenti 
cənab İlham Əliyevin 2008-ci il 6 oktyabr tarixli 3072 nömrəli Sərəncamı ilə təsdiq olunmuş 
―Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı 
üzrə Dövlət Proqramı‖ Azərbaycanda kitabxana işinin inkişafında yeni bir mərhələyə başlan-
ğıc verən mühüm sənəd olmuşdur. Azərbaycanda kitabxana-informasiya sahəsinin inkişafına 
dair  Dövlət  Proqramının  təsdiq  olunması  müstəqil  Azərbaycan  mədəniyyətinin  inkişafına, 
milli-mənəvi  dəyərlərimizin  mühafizəsinə  dövlət  tərəfindən  edilən  diqqət  və  qayğının  bariz 
nümunəsidir. Dövlət Proqramı Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi 
tərəfındən işlənib hazırlanmış və əsas məqsədi "Kitabxana işi haqqında" Azərbaycan Respub-
likası Qanununda nəzərdə tutulan müddəalara uyğun olaraq kitabxana işi sahəsində dövlət si-
yasətinin həyata keçirilməsini, ölkədə mədəni sərvətlərin toplanmasını, mühafizəsini və onlar-
dan istifadə imkanlarının artırılmasını təmin etməkdən ibarət olmuşdur. Proqramda XIX əsrin 
əvvəllərindən etibarən Rusiyanın Moskva, Sankt-Peterburq, Kazan və digər şəhərlərinin ki-

“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”  
Beynəlxalq elmi konfransının materialları 
 
 
- 56 - 
tabxanalarına aparılmış Azərbaycanşünaslığa dair qiymətli əsərlərin böyük hissəsinin əslinin, 
yaxud surətlərinin Azərbaycan kitabxanalarına qaytarılmasının zəruriliyi qeyd olunmuşdur. [2]  
Proqramın icrası və proqramdan irəli gələn məsələrin həlli ilə əlaqədar Milli Kitabxana 
ölkəşünaslığa  (Azərbaycanşünaslığa)  dair  materialların  toplanması  məqsədilə  Azərbaycan 
ədəbiyyatını  komplektləşdirmə  işini  uğurla  həyata  keçirir.  Elmi  araşdırmalar  və  axtarışlar 
nəticəsində aşkar olunmuş Azərbaycanın tarixinə, coğrafiyasına, ədəbiyyatına, mədəniyyətinə 
aid  bir  çox  dünya  kitabxanalarında  mühafizə  olunan  1920-ci  ilə  qədər  çap  olunmuş  külli 
miqdarda kitabların əldə edilməsi məqsədilə Milli Kitabxana bir çox şəhərlərə əməkdaşlarını 
ezam  etməklə  imkan  daxilində  kitabxananın  fondunda  olmayan  ədəbiyyatın  surətini  əldə 
etməyə çalışır. 
2012-ci  ildə  Milli  Kitabxanada  görkəmli  Azərbaycan  şairi,  dünya  şöhrətli  Nizami 
Gəncəvinin  anadan  olmasının  870  illiyi  münasibətilə  keçirilən  ―Nizami  irsinin  təbliği‖ 
mövzusunda beynəlxalq elmi konfransda Çexiya Milli Kitabxanası Nizaminin ―Xəmsə‖sindən 
illüstrasiyaların  surətini,  Füzulinin,  Nəsiminin,  Xaqaninin  əlyazmalarının  surətini,  Türkiyə 
Milli Kitabxanası isə Nizaminin ―Xəmsə‖ əsərinin surətini kitabxanaya hədiyyə etmişdir. [5, 
s.15, 18-19]  
Dövlət Proqramının müvafiq bəndinə uyğun olaraq bu işin davamı kimi analoji araşdır-
malar  2013-cü  ildə  Özbəkistan  Milli  Kitabxanası  və  Özbəkistan  Elmlər  Akademiyasının 
R.Büruni adına Şərqşünaslıq İnstitutunun Elmi Kitabxanasında aparılmışdır. Burada Azərbay-
cana dair 20 adda əsər, o cümlədən 5 adda əlyazma (Nizami Gəncəvi ―Xəmsə‖, Saib Təbrizi 
―Divani-Saib‖, Nəsimi ―Divan‖,
 
Füzuli ―Divan-Füzuli‖ və başqaları rəqəmsallaşdırılaraq Ba-
kıya gətirilmişdir. [6, s.20]
 
 
Azərbaycan haqqında və Azərbaycan müəlliflərinin dəyərli əsərləri üzrə silsilə tədqiqat-
ların növbəti araşdırması Gürcüstan Milli Parlament Kitabxanası və Gürcüstan Milli Arxivin-
də həyata keçirilmişdir. Burada əməkdaşlarımız bir həftə ərzində kataloqlarda axtarış aparmış, 
Azərbaycana və Qafqazşünaslığa aid 100-ə yaxın qiymətli kitablar seçilərək rəqəmsallaşdırıl-
mış,  Azərbaycana  gətirilərək  qızıl  fondumuza  daxil  edilmişdir.  Həmin  kitablar  arasında 
S.Zelinski,  E.Veydenbaun,  İ.Drozdov,  İ.Berezin,  V.Potto,  B.Dorn  kimi  görkəmli  tədqiqatçı-
tarixçilərin qiymətli əsərləri yer tutur. Gürcüstandan gətirilən nəşrlər əsasında Milli Kitabxa-
nada olan kitabların çatışmayan cildləri, jurnal nömrələri və elmi-tədqiqat əsərləri tamamlan-
mış və dolğun şəkildə oxucuların istifadəsinə təqdim edilmişdir [6, s.20-21]
 
 
Azərbaycan Milli Kitabxanası ilə Gürcüstan Milli Parlament Kitabxanası arasında imza-
lanmış  ikitərəfli  qarşılıqlı  əməkdaşlıq  haqqında  Memorandumun  şərtlərinə  müvafiq  olaraq 
bundan sonra da Azərbaycana dair ədəbiyyatlar rəqəmsallaşdırılaraq, qarşılıqlı sənəd mübadi-
ləsi həyata keçiriləcəkdir. 
2015-ci ildə isə Rusiya Milli Kitabxanasının fondlarında qorunan Azərbaycana dair qiy-
mətli materialların və Azərbaycan ədəbiyyatı klassiklərinin əlyazmalarının elektron versiyası-
nın Milli Kitabxanaya təqdim edilməsi mərasimi keçirilmişdir. Tədbirdə Azərbaycan dilində 
ərəb qrafikasında olan kitablardan ibarət 6 disk Azərbaycan Milli Kitabxanasına hədiyyə edil-
miş, Azərbaycana məxsus olan ―sərvət‖in müəyyən hissəsi qaytarılmışdır. 
Təqdimetmə mərasimində tədbir iştirakçılarına və qonaqlara ―Azərbaycan inciləri dün-
ya kitabxanalarında‖ adlı sərgi təqdim olunmuş, sərgidə Rusiya Milli Kitabxanasında qorunan 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 
Azərbaycan Milli Kitabxanası 
 
 
- 57 – 
 
Azərbaycana  aid  kitablarla  yanaşı  Avstriya, Türkiyə, Özbəkistan və  Gürcüstandan  gətirilmiş 
incilər də nümayiş olunmuşdur [7, s.60]
 
 
Azərbaycan Milli  Kitabxanası  bu gün də milli  nəşrlərin ölkəyə  gətirilməsi  işini  davam 
etdirir.  Bu  məqsədlə  dünyanın  35  ölkəsi  ilə  əlaqələr  inkişaf  etdirilmiş,  qarşılıqlı  əməkdaşlıq 
haqqında memorandum imzalanmışdır. Ümidvarıq ki, dünya kitabxanalarında yolumuzu göz-
ləyən hələ neçə belə incilər əsl sahiblərinə çatdırılacaqdır. 
Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin