AZƏrbaycan döVLƏt məDƏNĠYYƏt və ĠNCƏSƏNƏt unġversġtetġ azərbaycan mġLLĠ KĠtabxanasi



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə9/36
tarix14.01.2017
ölçüsü4,41 Mb.
#5143
1   ...   5   6   7   8   9   10   11   12   ...   36

 
Summary 
Library/information educational programmes have a long and distinguished history. In 
the past, they have focused on developing physical collections of books and other materials in 
library buildings staffed by people who have learned to select, acquire, organise, retrieve and 
circulate these materials. Today library information educational programmes extend beyond 
the  physical  collections  and  buildings  to  the  virtual  world  of  the  Internet.  Today 
the concentration is on information provision to users in a variety of contexts, public, private 
and third sector; users who may not be necessarily able or willing to enter the library build-
ing  or  environment.  Collaboration  with  partners  within  the  sector  -  archives,  museums  and 
records management - is increasingly evident, so inclusion in programmes of an awareness of 
common  issues  is  appropriate.  The  article  is  about  innovations  in  library  and  information 
science  education,  the  activities  of  IFLA  in  this  field,  the  modern  requirements  to  librarian 
profession specialists.
  

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 
Azərbaycan Milli Kitabxanası 
 
 
- 71 – 
 
Eldəniz Elman oğlu Məmmədov  
BDU Kitabxanaçılıq-informasiya fakültəsi,  
«Kitabxanaşünaslıq» kafedrası və  
 ADMİU Kulturologiya fakültəsi, müəllim 
eldaniz@hotmail.com 
 
 
ĠNFORMASĠYA CƏMĠYYƏTĠ VƏ MÜTALĠƏ 
 
Açar  sözlər:  Bibliopsixologiya,  informasiya  böhranı,  informasiya  cəmiyyəti,  elektron 
nəşr, kitab nəşri, mütaliə, mütaliə pedaqogikası, mütaliə psixologiyası, mütaliə sosiologiyası. 
Ключевые  слова:  Библиопсихология,  информационный  кризис,  информационное 
общество, электронное издание, издательство книг, чтение, педагогика  чтения, пси-
хология чтения, социология чтения.  
Bu  məqalədə  informasiya  cəmiyyəti,  onun  formalaşmasına  səbəb  olan  informasiya 
böhranı, o cümlədən informasiya cəmiyyətində yeni qiraət məhsulu sayılan elektron nəşrlər və 
onların,  ənənəvi  çap  məhsullarından  fərqli  olaraq,  insanların  mütaliəsinə  necə  təsir  etməsi, 
həmçinin mütaliənin sosiologiyası, pedaqogikası və psixologiyası məsələlərindən bəhs olunur. 
 
Sivilizasiyanın  inkişafı  tarixində  məlumatların,  biliklərin  gələcək  nəsillərə  ötürülməsi 
problemi  insan  zəkasının,  elmi-texniki  tərəqqinin  inkişaf  səviyyəsindən  asılı  olaraq  müxtəlif 
vasitələrlə həll olunmuşdur. Lakin XXI əsrin başlanğıcında bəşəriyyət mühüm problemlə üz-
ləşmişdir, belə ki, nəsildən-nəslə ötürülməsi nəzərdə tutulan biliklərin artımı ilə ondan qat-qat 
çox  olan  məlumat  axını  arasında  uyğunsuzluq  -  informasiya  böhranı  yaranmışdır.  Məhz 
bunun nəticəsidir ki,  üçüncü minilliyin  ideologiyasının  əsasını informasiya cəmiyyətinin  qu-
rulması məsələləri təşkil edir. 
İnformasiya cəmiyyəti (İC) elə bir cəmiyyətdir ki, burada ictimaiyyətin əsas fəaliyyəti 
informasiyanın, xüsusən də onun ən yüksək forması olan biliklərin müasir informasiya texno-
logiyaları vasitəsi ilə toplanılması, emalı, saxlanılması və yayılmasına əsaslanır. 
Bu xüsusda 2003-cü ilin 10-12 dekabr tarixlərində İsveçrənin Cenevrə şəhərində keçiri-
lən  «İnformasiya  Cəmiyyəti  üzrə  Dünya  Sammiti»nin  fəaliyyət  planında  qeyd  olunan  bəzi 
məsələlərə nəzər salaq [9]: 

 
«Milli elektron strategiyalar çərçivəsində ahılların, məhdud imkanlı şəxslərin, uşaq-
ların, hər şeydən öncə, ictimai diqqətdən kənar uşaqların, həmçinin əlverişsiz şəraitdə yaşayan 
əhali qruplarının xüsusi ehtiyaclarını ödəmək, o cümlədən onların maarifləndirici, qanunverici 
və inzibati qaydalara uyğun olaraq informasiya cəmiyyətinə tammiqyaslı qoşulmasının təmin 
olunmasına nail olmaq» (C2 bölməsi, 9/e bəndi); 

 
«Savadsızlıq  probleminin  aradan  qaldırılması  məqsədi  ilə  insanlara  informasiya-
kommunikasiya  texnologiyalarından  istifadəni  asanlaşdırmaq  üçün  qiymət  nöqteyi-nəzərdən 
sərfəli texnologiyalar və mətnsiz kompüter interfeysləri hazırlamaq» (C2 bölməsi, 9/g bəndi); 
 

“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”  
Beynəlxalq elmi konfransının materialları 
 
 
- 72 - 

 
«Elmi informasiyanın bütün ölkələrdə ədalətli əsaslarla və münasib qiymətlərlə əldə 
olunmasını  təmin  etmək  məqsədi  ilə  elektron  nəşriyyat,  diferensial  qiymətləndirmə  və  açıq 
giriş fəaliyyəti sahəsində təşəbbüsləri stimullaşdırmaq» (C7 bölməsi, 22/b bəndi) və s. 
Göründüyü  kimi,  2003-cü  ildə  Cenevrə  şəhərində  keçirilmiş  «İnformasiya  Cəmiyyəti 
üzrə Dünya Sammiti»ndə yeni minilliyin fəaliyyət planında nəzərdə tutulmuş bu və ya digər 
məqsədlərə çatmaq üçün informasiya texnologiyalarının imkanlarından istifadə edilməsi əsas 
vəzifə olaraq qəbul olunmuşdur. 
İnsanlar informasiya böhranı  ilə  əlaqədar olaraq  cəmiyyətdə mövcud olan problemləri 
daha səmərəli üsullarla həll etməyə çalışmışlar. Bu cəhətdən informasiya cəmiyyətinin forma-
laşmasına təsir edən əsas amillərdən biri olan kitab nəşri sahəsində də böyük dəyişikliklər baş 
vermişdir. Belə  ki,  tarixi zərurət  kağız çap məhsulları ilə  yanaşı  elektron qiraət  məhsullarını 
(həmçinin elektron nəşr və yaxud informasiya-nəşriyyat texnologiyalarını) meydana gətirmiş-
dir.  Təsadüfi  deyildir  ki,  Azərbaycan  Respublikasının  prezidenti  İlham  Əliyev  cənabları  12 
yanvar 2004-cü il tarixli «Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçi-
rilməsi haqqında» və «Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında» sərəncamlarında 
ümummilli  əhəmiyyətli  bu  nəşrlərin  kağız  üzərində  çapı  ilə  yanaşı,  eyni  zamanda,  elektron 
informasiya  daşıyıcıları  əsasında  və  internet  mühitində  hazırlanması  işlərini  bir  vəzifə  kimi 
müvafiq  qurumların  qarşısına  qoymuşdur.  Etiraf  etmək  lazımdır  ki,  möhtərəm  cənab  prezi-
dentin  məhz  bu  sərəncamları  respublikada  elektron  nəşr  texnologiyaları  sahəsində  həyata 
keçirilməsi zəruri olan elmi-praktiki işlərin əsasını qoydu. 
Bəs informasiya cəmiyyətinin əsas qiraət məhsulu sayılan elektron nəşrlər, ənənəvi çap 
məhsullarından fərqli olaraq, insanların mütaliəsinə necə təsir edir?! Bu problemi hansı bilik 
sahəsi öyrənir?! Gəlin bu məsələyə qısa nəzər salaq. 
Elektron  nəşr  texnologiyaları  müxtəlif  növ  məlumatların  yaradılması,  yadda  saxlanıl-
ması,  birləşdirilməsi,  onların  istifadəçilərə  çatdırılması  və  qavranılması  texnologiyalarının 
məcmusundan ibarətdir. 
Kağız üzərində olan nəşrlərin istifadəçisi yalnız oxucudursa, elektron nəşrlərin istifadə-
çisi oxucu olmaqla yanaşı, eyni zamanda, həm dinləyici, həm də tamaşaçı ola bilər. Bəzi elek-
tron  nəşrlər  istifadəçilərə  interaktiv  formada  ünsiyyəti  də  təmin  edirlər.  Həmçinin  əgər  adi 
kitab  formatı  çap  məhsulunun  enini,  hündürlüyünü,  qalınlığını  və  sairəni  xarakterizə  edirsə, 
elektron nəşrlərdə format informasiyanın təsvir olunma formasını göstərir.  
Məlumdur ki, mütaliə şəxsiyyətin öz mənəvi tələbatına müvafiq psixoloji fəaliyyətidir. 
O,  elmi  və  bədii  sözlə  mənəviyyata  təsir  göstərmək,  mənəviyyat  sahibini  real,  məqsədyönlü 
və  xeyirxah  fəaliyyətə  sövq  etmək,  əxlaqi  keyfiyyətlər  aşılamaqla  bütövlükdə  cəmiyyətin, 
eyni zamanda hər bir fərdin ayrı-ayrılıqda həyatında müstəsna əhəmiyyətə malikdir [3].  
Bildiyiniz kimi, cəmiyyətdə insanı mütaliəyə cəlb edən səbəblər haqqında kifayət qədər 
müxtəlif fikirlər söylənilmiş, tədqiqatlar aparılmışdır. Lakin bunu ilk dəfə müstəqil bilik sa-
həsi kimi dünya elmi müstəvisinə çıxaran, klassik rus kitabxanaşünaslığında kitabxanaçılığın 
fəlsəfi problemlərinə dair böyük və dərin nəzəri irs qoymuş şəxsiyyətlərdən biri, görkəmli rus 
alimi Nikolay Aleksandroviç Rubakin (1862-1946) olmuşdur. O, bütün mənalı həyatını kitab, 
oxucu  və  mütaliə  problemlərinə  həsr  etmiş  və  bunun  nəticəsidir  ki,  «Bibliopsixologiya»nın 
 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 
Azərbaycan Milli Kitabxanası 
 
 
- 73 – 
 
(yunan. «biblion» - kitab və «psyche» - ruh + «logos» - təlim) əsasını qoymuşdur. Bu problem 
N.A.Rubakin yaradıcılığının qızıl xəttidir [7]. 
N.A.Rubakin  birinci  rus  inqilabının  (1905-1907)  iştirakçısı  olması  səbəbi  ilə  1907-ci 
ildə Rusiya imperiyasından  İsveçrəyə  mühacirət  etmişdir. O, burada 22 oktyabr 1916-cı  ildə 
Jan  Jak  Russo  adına  Cenevrə  pedaqoji  institutunda  «Bibliopsixologiya»  bölməsini  açmağa 
müvəffəq olur. 1929-cu ildə isə İsveçrənin Lozanna şəhərində Beynəlxalq Bibliopsixologiya 
İnstitutunun  əsasını qoyur. N.A.Rubakin  280-ə  yaxın  kitab və kitabçanın, 350-dən çox elmi 
məqalənin  müəllifidir.  Onun  «Kitablar  arasında»,  «Oxucu  və  kitab  psixologiyası»  əsərləri 
bibliopsixologiya dair geniş yayılmış elmi ədəbiyyatlardandır [8]. 
N.A.Rubakin öz əsərlərində «Bibliopsixologiya»ya iki fərqli elmi tərif vermişdir [8]:  
I.
 
«Bibliopsixologiya kitabçılıq işini əhatə edən sosial mühit (zaman və məkan) şəraiti 
ilə əlaqədar inkişaf və tənəzzül prosesinin psixologiyasıdır». 
II.
 
«Bibliopsixologiya sosial psixoloji təsir haqqında elmdir». 
Kütləvi  oxu  (mütaliə),  əsasən,  kitabxanalarda  baş  tutan  böyük  bir  proses  olduğundan 
N.A.Rubakin  kitabxananı  «Bibliopsixologiya»nın  əsas tədqiqat obyekti kimi qəbul  etmişdir, 
bu  nöqteyi-nəzərdən,  istər  sovet,  istərsə  də  rus  kitabxanaşünaslıq  elmində  «Bibliopsixologi-
ya»ya  «Kitabxana  psixologiyası»  elmi  kimi  yanaşılsa  da,  müəllifin  öz  əsərlərində  bu  elmə 
verdiyi  təriflərdən  də  göründüyü  kimi,  bu  kökündən  yanlış  fikirdir.  Məncə,  bu  elm  sahəsinə 
«Mütaliə psixologiyası» kimi yanaşmaq daha doğru olardı.  
Hal-hazırda cəmiyyətdə kitabla ünsiyyət, çap və elektron nəşrlərin qavranılma formaları 
barədə müxtəlif fikirlər söylənilsə də, mütaliə nəzəriyyəsi, onun elmi-metodoloji xüsusiyyət-
ləri elm aləmində hələ də formalaşmaqdadır. Bu da çox güman ki, mütaliənin bir çox elmlərin 
maraq dairəsinə daxil olmasından, həmçinin informasiya cəmiyyətində mütaliə (qiraət) prose-
sinə həm oxucu, həm də istifadəçi nöqteyi-nəzərdən yanaşma prinsipindən irəli gəlir. Bununla 
yanaşı, mütaliə nəzəriyyəsinin əsas tədqiqat istiqamətləri müəyyənləşdirilmişdir. Bunlar: mü-
taliə sosiologiyası, mütaliə pedaqogikası və mütaliə psixologiyasıdır [3]. 
Mütaliə sosiologiyası - cəmiyyətdə qiraət prosesi ilə əlaqədar fəaliyyətə aid olan sosial 
faktları və qanunauyğunluqları öyrənən xüsusi sosioloji bilik sahəsidir. Mütaliə sosiologiyası-
nın  əsas  məsələləri  -  sosial-iqtisadi  və  siyasi  şəraitdə  qiraət  prosesinə  olan  ehtiyacları  aşkar 
etmək,  oxucu  (istifadəçi)  marağının  sosial  xüsusiyyətlərinin  əsaslarını  və  mədəni  hadisələr 
sistemində qiraətin insan varlığının daxili dünyasının formalaşmasında başlıca mövqeyini mü-
əyyən etməkdir. 
Mütaliə  pedaqogikası  -  ümumi  pedaqoji  və  sosial-mədəni  problem  kimi,  cəmiyyətdə 
qiraət prosesinə olan səyləri artırmaq üçün istifadə olunan elmi ifadə; xüsusi pedaqoji bilik sa-
həsidir.  Bu,  əlavə  təhsil  və  maarifləndirici  fəaliyyət  kontekstində,  hər  hansı  bir  əhəmiyyətli 
mövzuda  mütaliə  (qiraət)  prosesinə  dair  pedaqoji  metodların  axtarılması  və  öyrənilməsidir. 
Bütün bunlarla bərabər, sistemli mütaliənin elmi-nəzəri, həmçinin təcrübi əsaslarının işlənib 
hazırlanması,  onun  həyata  keçirilməsi  yollarının  müəyyənləşdirilməsi,  mütaliənin  daha  çox 
keyfiyyət göstəricilərinin aşkar edilməsi problemləri də mütaliə pedaqogikasının tədqiqat ob-
yektlərindəndir. 
Mütaliə  psixologiyası  -  qiraət  bacarığının  formalaşması,  ədəbiyyatın  qavranılıb  dərk 
edilməsi, mütaliəyə dair psixoloji proseslərin və hüquqi vəziyyətlərin rol və xüsusiyyətlərini, 

“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”  
Beynəlxalq elmi konfransının materialları 
 
 
- 74 - 
onların qiraət məhsullarının keyfiyyətindən və şəxsiyyətin psixoloji xüsusiyyətlərindən asılılı-
ğını öyrənən bilik sahəsidir. 
Qanunauyğun haldır ki, mütaliə psixologiyası insanın psixoloji xüsusiyyətlərindən, şəx-
siyyətin özünəməxsus  müxtəlif xarakterik  cəhətlərindən çox asılıdır. Belə  ki,  istənilən qiraət 
məhsulunun  seçilməsi,  onun  dərk  edilməsi  və  qiymətləndirilməsi  həmin  insanın  (oxucunun, 
istifadəçinin) mütaliə tələbatından, mütaliə marağından, onun mütaliə mədəniyyətinin və zöv-
qünün inkişaf səviyyəsindən çox asılıdır. 
Göründüyü kimi, mütaliə məsələlərini tədqiq edən bilik sahələrinin - mütaliə sosiologi-
yası,  mütaliə  pedaqogikası  və  mütaliə  psixologiyasının  başlıca  məqsədi  qiraət  məhsulunun 
təbliğini,  yayılmasını,  insanlar  (oxucular,  istifadəçilər)  tərəfindən  mənimsənilməsini,  onların 
(oxucuların,  istifadəçilərin)  maraqlarına,  sorğu  və  tələblərinin  səviyyələrinə  müvafiqliyini, 
mütaliənin forma və üsullarını tədqiq etməkdir. 
Beləliklə,  insanların  informasiya  əldə  etmək  üsullarından  biri  olan  mütaliə  istər  infor-
masiya cəmiyyətində, istərsə də bundan əvvəlki dövrlərdə insanların qiraət etmək tərzləri və 
motivlərinə, eyni zamanda yaş, peşə, cins, sosial faktorlara görə təsnifləşdirilmişdir. Bu məsə-
ləni tədqiq edən bilik sahələri, əsasən, mütaliə prosesinin psixoloji mexanizmini, fərdi-psixo-
loji, fikri proses kimi spesifik xüsusiyyətlərini, elmi araşdırmaya daha çox ehtiyacı olan qav-
rayış və digər idrak proseslərinin (diqqət, hafizə, təfəkkür, təxəyyül) sistemli mütaliəni şərt-
ləndirən  amillər  kimi  öyrənilməsi  məsələlərini  əhatə  edir.  Həmçinin  bu  bilik  sahələri  insanı 
(oxucunu, istifadəçini) bütün xüsusiyyətləri ilə birgə kompleks halda tədqiq edərkən, eyni za-
manda, bu problemin digər tədqiqat obyektləri olan kitabı, digər ənənəvi çap və elektron nəşr 
məhsullarını, onların struktur komponentlərini və qavranılması tərzini, eləcə də bədii və elmi 
qavrayışın psixoloji aspektlərini də yaddan çıxarmır. 
 
 
ƏDƏBĠYYAT 
 
1.
 
Xələfov  A.A.  İnformasiyalaşdırılmış  cəmiyyətin  xüsusiyyətləri  və  problemləri  // 
Respublika. – 2002. – 17 aprel. 
2.
 
İsmayılov X.İ. Kitabxana-informasiya texnologiyaları:Dərs vəsaiti. Bakı, 2009, 319 s. 
3.
 
Rzayev S.M. Kitabxana xidməti: Dərslik. Bakı: BUN, 2008, 337 s. 
4.
 
Астапович  Е.Г.  Библиотечная  технология:  основы  библ.технологии:  учебное 
пособие. М.: Изд-во Моск. гос.ин-та культуры, 1991, Ч.1, 54 с.                                                                                  
5.
 
Библиотечное обслуживание:  учеб.-метод. Пособие / Т.В.Дергилева; Гос. пуб-
лич.  науч.-техн.  б-ка  Сиб.  отд-ния  Рос.  акад.  наук;  Новосиб.  гос.  пед.  ун-т.  – 
Новосибирск: ГПНТБ СО РАН, 2010, 136 с.                     
6.
 
Пилко  И.С.  Информационные  и  библиотечные  технологии:  учебное  пособие. 
СПБ.: Профессия, 2006, 342 с. 
7.
 
http://orthography.academic.ru/2078/%D0%B1%D0%B8%D0%B1%D0%BB%D0%
B8%D0%BE%D0%BF%D1%81%D0%B8%D1%85%D0%BE%D0%BB%D0%BE
%D0%B3%D0%B8%D1%8F 
8.
 
http://psyfactor.org/lib/bibliopsy.htm 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 
Azərbaycan Milli Kitabxanası 
 
 
- 75 – 
 
9.
 
http://www.ifap.ru/library/book193.pdf 
 
 
Э.Э.Мамедов 
 
ИНФОРМАЦИОННОЕ ОБЩЕСТВО И ЧТЕНИЕ 
 
Резюме 
В  этой  статье  говорится  об  информационном  обществе,  об  информационном 
кризисе,  ставшем  причиной  его  формирования,  в  том  числе  об  электронных  публика-
циях, которые являются новыми продуктами чтения в информационном обществе, об 
их влиянии на процесс чтения в отличие от традиционных печатных изданий. В ста-
тье также рассказывается о вопросах социологии, педагогики и психологии чтения. 
  
 
Eldaniz Mammadov 
 
INFORMATION SOCIETY AND READING 
 
Summary 
In  this  article  is  spoken  about  the  information  society,  and  about  information  crisis 
which led to its formation, including the electronic publications that are read by new products 
in the information society, their impact on the process of reading as opposed to the traditional 
printing  publications.  The  article  also  discusses  the  issues  of  sociology,  pedagogy  and  psy-
chology of reading. 
Keywords:  Bibliopsychology,  information  crisis,  information  society,  electronic  pub-
lishing, book publishing, reading, reading pedagogy, reading psychology, reading sociology 
  

“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”  
Beynəlxalq elmi konfransının materialları 
 
 
- 76 - 
Kəmalə Ənvər qızı Məmmədova  
AMEA Mərkəzi Elmi Kitabxanasının bölmə müdiri, 
BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin müəllimi
AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun dissertantı 
kamalamammad@gmail.com 
 
 
KĠTABXANA-ĠNFORMASĠYA MARKETĠNQĠ VƏ ONUN AZƏRBAYCAN 
KĠTABXANALARINDA TƏTBĠQĠ XÜSUSĠYYƏTLƏRĠ 
 
 
Açar  sözlər:  marketinq, kitabxana-informasiya marketinqi,  kitabxana işinin idarəolun-
ması, kitabxana-informasiya təhsili, kitabxanaşünaslıq, kitabxana kadrları 
Ключевые слова: маркетинг, библиотечно-информационный маркетинг, управле-
ние  библиотечным  делом,  библиотечно-информационное  образование,  библиотекове-
дение, библиотечный персонал  
Keywords:  marketing,  library-information  marketing,  operation  of  library  work, 
library-information education, librarianship, library personnel 
 
Kitabxana cəmiyyətin informasiya və mədəni  ehtiyaclarının ödənilməsində mühüm rol 
oynayan sosial institutdur. Digər sosial institutlar kimi onların da fəaliyyəti cəmiyyətin sosial-
iqtisadi və mədəni həyatına uyğun şəkildə qurulur. Məhz bu səbəbdən də, bu gün kitabxana işi 
sahəsində dünya standartlarına uyğun islahatlar aparmaq, kitabxana işinin milli və ümumbəşə-
ri dəyərlər, demokratik və dünyəvi prinsiplər əsasında formalaşmasına nail olmaq hər bir döv-
lətin, konkret olaraq hər bir kitabxananın qarşısında duran əsas vəzifələrdən biri hesab olunur. 
Kitabxana-informasiya  resurslarından  əlverişli  istifadə  prinsiplərinə  riayət  edən  hər  bir 
kitabxana mürəkkəb iqtisadi şəraitdə sosial stabilliyə yardım göstərməklə, cəmiyyətin mənəvi 
və elmi potensialının mühafizəsində və artırılmasında, eləcə də əhalinin bəzi təbəqələrinə mü-
nasibətdə vacib sayılan adaptasiya funksiyası yerinə yetirir. Bu prosesin uğurlu həlli, kitabxa-
naların informasiya potensialından səmərəli istifadə vərdişi tələb etdiyi kimi, kitabxana-infor-
masiya  fəaliyyətinin  idarə  olunmasında  iqtisadi  inkişaf  konsepsiyası  şəklində  formalaşmış 
yeni  forma  və  metodların  tətbiqini  də  tələb  edir.  Belə  uğurlu  konsepsiyalardan  biri  də  məhz 
kitabxana-informasiya marketinqi hesab olunur.(6) 
Kitabxana  marketinqi  əhalinin  real  informasiyaya,  kitabxananın  bütün  növ  xidmət  və 
məhsullarına olan tələbata istiqamətlənmiş  idarəetmə  sistemi  olaraq böyük sosial  məna kəsb 
edir. O, dövrün qarşıya qoyduğu yeni məsələlərin həlli üçün metodoloji əsas yaratmaqla ida-
rəetmə  sferasını  əhəmiyyətli  dərəcədə  genişləndirir.  (4)  Bura  həm  innovasiya  proseslərinin 
idarəolunması  və  strategiyaların  işlənilməsi  ilə  əlaqədar  məsələlər,  həm  də  uyğun  təşkilatı 
strukturların  yaradılması  və  kitabxana  işinin  idarəolunmasının  sosial-psixoloji  aspektləri  da-
xildir. (5) 
Bu gün Azərbaycan Respublikasının elm, mədəniyyət və təhsil sahəsindəki siyasəti ki-
tabxananı bu sferada fəaliyyət göstərən, əsas amalı milli-mədəni və mənəvi dəyərləri sistemli 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 
Azərbaycan Milli Kitabxanası 
 
 
- 77 – 
 
şəkildə  təbliğ  və  tədqiq  etməkdən  ibarət  olan  və  vətəndaşların  kitabxana  fondlarından  azad 
istifadəsini təmin edən subyekt  kimi  dəyərləndirir. (1) Ölkə kitabxanalarının  bu statusu  ―Ki-
tabxana işi haqqında‖ Azərbaycan Respublikasının Qanununda da öz əksini tapmışdır. Qanu-
nun  1-ci  maddəsində  deyilir:  ―Kitabxana-informasiya,  mədəniyyət,  təhsil  və  tərbiyə  müəs-
sisəsi  kimi  çap  əsərlərini  və  digər informasiya daşıyıcılarını  toplayıb  mühafizə  edən, onların 
sistemli  ictimai  istifadəsini  təşkil  edən,  cəmiyyətin  intellektual  və  mədəni  potensialının 
inkişafına xidmət edən sosial institutdur.‖ (3)
 
Buna baxmayaraq, Azərbaycanda kitabxana işi ABŞ və Avropanın, Şərqin inkişaf etmiş 
dövlətlərinin, eləcə də bəzi MDB dövlətlərinin analoji fəaliyyət sahəsindən fərqli olaraq ilkin 
inkişaf mərhələsindədir.  
Bu  gün  respublikada  kitabxana  işinin  səmərəli  inkişafı  və  idarəolunması  üzrə  strateji 
məqsədlərin  əldə  edilməsi  və  marketinq  fəaliyyətinin  təşkili  üçün  ilk  növbədə,  kitabxana  işi 
sahəsində aparılan islahatları və informasiyalaşdırma prosesini müasir ümumdünya tendensi-
yaları  istiqamətində  sürətləndirmək  və  bir-biri  ilə  qarşılıqlı  əlaqəsi  olan  bəzi  məsələləri  həll 
etmək lazımdır: (2) 
1.
 
Kitabxana-informasiya  marketinqinin  xarici  ölkələrdə  yaranma  tarixini,  onun 
inkişaf  qanunauyğunluqlarını  və  müasir  vəziyyətini  araşdırmaq  və  təhlilini 
aparmaq;  
2.
 
Azərbaycan kitabxanalarının fəaliyyətində marketinq elementlərinin tətbiqi tarixini 
və inkişaf qanunauyğunluqlarını öyrənmək; 
3.
 
Respublikada  kitabxana-informasiya  sahəsinin  işini  tənzimləyən  normativ-hüquqi 
bazanı daha da təkmilləşdirmək; 
4.
 
Kitabxana-informasiya  marketinqinin  idarəetmə  strategiyasının  xüsusi  növü  kimi 
Azərbaycan sosial-iqtisadi şəraitində mövcud spesifik xüsusiyyətlərini müəyyənləş-
dirmək və onun sistemli təsəvvürünü vermək; 
5.
 
Respublika  kitabxanalarının  marketinq  konsepsiyası  əsasında  idarəolunmasının 
nəzəri və metodoloji əsaslarını işləyib hazırlamaq; 
6.
 
Marketinq qanunları ilə işləyə bilən peşəkar kitabxanaçı kadrların təhsil və ixtisas-
artırma sistemini işləyib hazırlamaq;  
7.
 
Kitabxanaların maddi-texniki bazasının inkişafını, o cümlədən yeni kitabxana bina-
larının tikilişi, köhnə kitabxana binalarının rekonstruksiyası və onların müasir ava-
danlıqlarla təchizatı məsələlərinin həllini sürətləndirmək; 
8.
 
Kitabxanalarda yeni informasiya-kommunikasiya texnologiyaları və korporativ sis-
temlərin tətbiqini daha da inkişaf etdirmək
9.
 
Kitabxana və kitabxana fondlarının təhlükəsizliyini və mühafizəsini təmin etmək;  
10.
 
Cəmiyyətdə informasiya mədəniyyətinin yüksəldilməsinə və mütaliəyə ictimai ma-
rağın artırılmasına dair tədbirlər kompleksi hazırlayıb həyata keçirtmək. 
Bu  məsələlərin  həlli  respublikanın  kitabxana-informasiya  müəssisələrində  marketinq 
fəaliyyətinin təşkilinin tam mahiyyətini, onun spesifik xüsusiyyətlərini və əsas xarakteristika-
sını  formalaşdırmağa  və  kitabxanaların  digər  istiqamətlərdə  fəaliyyətinə  təsirini  öyrənməyə 
imkan verir.  

“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”  
Beynəlxalq elmi konfransının materialları 
 
 
- 78 - 
Hal-hazırda  respublika  kitabxanalarının  fəaliyyətində  marketinq  və  xeyriyyəçilik  ele-
mentləri  bir  qədər  zəif  inkişaf  etməkdədir.  Buna  görə  də  gələcəkdə  təsərrüfat  və  sahibkarlıq 
fəaliyyətinin  innovativ  forma  və  metodlarından  istifadə  etməklə  ölkə  kitabxanalarının  iş 
təcrübəsində marketinq elementlərinin tətbiqi yollarının öyrənilməsi əsas vəzifələrindən birinə 
çevrilməlidir.  
İnanmaq  istərdik  ki,  zaman  keçdikcə  kitabxana-informasiya  marketinqinin  tətbiqinə 
maraq daha da artacaq və marketinq  kitabxana fəaliyyətinin ən vacib maliyyələşmə kanalla-
rından birinə çevriləcəkdir.  
 
Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin