Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
ALSPİRON tabletlər
ALSPIRON
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 25 mq və ya 50 mq spironolakton vardır.
Кöməkçi maddələr: monohidrat laktoza, mikrokristallik sellüloza, qarğıdalı nişastası, natrium nişasta
qlikolyatı, maqnezium-stearat, Povidon K30.
Farmakoterapevtik qrupu
Aldosteronun spesifik kaliumqoruyucu antaqonosti.
АТС kodu: C03DA01
Farmakoloji xüsusiyyətləri
Spironolakton (γ-lactone-3-(3-oxo-7α-tioatsetil-17β-hidroksil-4-androsten-17-α-YL) - propion turşusu) -
aldosteronun spesifik kaliumqoruyucu antaqonostidir. Alspiron güclü sidikqovucu və antihipertenziv effektə
malikdir. Orqanizmdə kalium və maqneziumun balansını pozmur. Alspiron reseptorları blokadaya alaraq
sidik ifrazını artırmaqla natrium xloridi və suyu orqanizmdən çıxarır, kalium ionlarının isə çıxmasının
qarşısını alır.
Spironolakton distal renal borucuqlarda kalium ionları ilə natrium ionlarının əvəzlənməsinin qarşısını alır
və kalium ifrazını azaldır. Alspiron tək və ya digər diuretiklərlə birlikdə istifadə edilə bilər.
Həzm traktından sorulması yüksək biomənimsənilməsi ilə xarakterizə olunur. 90% plazma zülalları ilə
birləşir. Nəcis ilə spironolakton əsasən kiçik miqdarda, sidik vasitəsilə isə aktiv metabolitlər (7-α- və
tiometilspironolakton kaprenon) şəklində böyük hissəsi orqanizmdən xaric olur. Spironolakton qandan
plasentaya keçir.
Damarların divarına spazmolitik təsir göstərir. Sol mədəciyin və miokardial fibrozun reqresiyasına səbəb
olur. Kardioprotektiv, angioprotektiv və nefroprotektiv təsir göstərir.
İstifadəsinə göstərişlər
Müxtəlif mənşəli ödemlərdə (xroniki ürək çatışmazlığı, qaraciyər və böyrək xəstəliklərində);
Birincili aldosteronizmin diaqnostikası və müalicəsi.
Əks göstərişlər
- preparatın komponentlərinə qarşı yüksək həssaslıq;
- kəskin böyrək çatışmazlığı, anuriya;
- qaraciyərin funksional pozğunluqları (prekoma və qaraciyər koması);
- korreksiyaya tabe olmayan elektrolit pozğunluğu: hipokaliemiya, hiperkaliemiya, hiperkalsiemiya,
hiponatriemiya;
- sulfanilamidlərə qarşı yüksək həssaslıq (çarpaz allergik reaksiya təhlükəsi);
- hamiləlik (1-ci üç ay), laktasiya;
- Addison xəstəliyi;
- şəkərli diabet, xüsusilə böyrək çatışmazlığı olan (və ya ehtimal olunan) pasiyentlərdə;
- diabetik nefropatiya (hiperkaliemiya riskinin artması).
Xüsusi göstərişlər
Preparat podaqra, şəkərli diabetli xəstələrə, həmçinin böyrək və ya qaraciyərin fuksiyasının
pozğunluqlarında tənəffüs və metabolik asidozlu şəxslərə ehtiyatla təyin olunmalıdır. Uzunmüddətli
istifadə zamanı periodik olaraq qanda elektrolitlərin, sidik cövhərinin, kreatininin, qlükozanın və sidik
turşusunun səviyyəsi yoxlanılmalıdır.
Böyrək funksiyasının pozulması olan və ya kaliumu artıq miqdarda qəbul edən pasiyentlərdə ölümlə
nəticələnə bilən ürək ritminin pozulması yarana bilər. Hiponatriemiya halı xüsusilə spironolaktonun digər
diuretiklərlə birgə qəbulu zamanı meydana çıxa bilər.
Hiponatriemiyası olan pasiyentlərdə xüsusi diqqətlə istifadə olunmalıdır.
Qanda sidik cövhərinin artması halları qeydə alınmışdır, xüsusilə böyrək funksiyası pozulmuş
pasiyentlərdə.
Metabolik və ya respirator asidozu olan pasiyentlərdə xüsusi ehtiyatlılıq tələb olunur.
Yüksək dozalarda və uzun müddət istifadə olunduqda siçovullarda şişlərin yaranmasına səbəb olduğu
qeyd olunmuşdur. Cavan pasiyentlərdə uzunmüddətli istifadə fayda/risk nisbətinin nəzərə alınmasını tələb
edir.
Porfiriyası olan pasiyentlərdə ehtiyatlılıq tələb olunur.
Menstrual pozğunluqları və ya süd vəzilərinin böyüməsi olan pasiyentlərdə ehtiyatla istifadə olunmalıdır.
Digər dərman maddələri ilə qarşılıqlı təsiri
Spironolakton eyni zamanda istifadə olunan antihipertenziv preparatların (AÇF inhibitorları daxil olmaqla),
diuretiklərin, barbituratların, diazepamın, vazodilatatorların hipotenziv təsirini artıra bilər.
Kalium duzları, kaliumqoruyucu diuretiklərlə və indometasin və AÇF inhibitorları ilə eyni vaxtda istifadə
hiperkaliemiya yarada bilər.
Qlükokortikoidlərlə yüksək dozada laksativ hipokaliemiya yarada bilər.
İstifadə qaydası və dozası
Spironolakton həkim təyinatı ilə daxilə qəbul edilir.
Uşaqlar: 1,66-3,3 mq/kq/gün doza 2-4 qəbulla;
Böyüklər: 14-21 gün müddətində, gündə 1-8 tablet daxilə qəbul edilir.
Əlavə təsirləri
Su-elektrolit və turşu-əsas balansı: ağızda quruluq, yanğı hissi; uzunmüddətli istifadə zamanı
hiponatriemiya, hipoxloremiya, hipo- və ya hiperkaliemiya; nadir hallarda - hiperkalsiemiya,
hiperurikemiya; ürəkbulanma, qusma, baş ağrısı, ürəkdöyünmə, ortostatik hemodinamik pozğunluq,
allergik reaksiya ola bilər; qanda nadir hallarda qlükozanın, sidik cövhərinin, kreatininin səviyyəsinin
yüksəlməsi qeyd olunur.
Reproduktiv sistem: ginekomastiya, səs tembrinin dəyişilməsi, impotensiya və libidonun azalması.
Qadınlarda süd vəzilərinin bərkiməsi və hirsutizm.
Qan və limfatik sistem: leykopeniya, eozinofiliya, trombositopeniya. Qanda sidik cövhərinin artması,
hiponatriemiya.
Yüksək həssaslıq reaksiyaları: ödem, şok. kollaps. Təngənəfəslik, səpgi, qaşınma.
Sinir sistemi: ataksiya, başgicəllənmə.
Ümumi: zəfilik.
Ürək pozulmaları: hiperkaliemiya nəticəsində iflic, paraplegiya, ürək aritmiyası, kollaps.
Qaraciyər: hepatotoksiklik.
Dəri: alopesiya, hipertrixoz, qaşınma, səpgi, urtikariya.
Mədə-bağırsaq: qastrit, mədə qanaxması, diareya, qusma, xora.
Sümük-əzələ sistemi: osteomalyasiya.
Psixi pozulmalar: letargiya.
Böyrək: kəskin böyrək çatışmazlığı, xüsusilə əvvəlcədən böyrək pozulması olanlarda.
Buraxılış forması
10 tablet, blisterdə. 2 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
15-30°C temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
Yararlılıq müddəti qablaşdırıldığı qutunun üzərində göstərilmişdir.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
AC HELCOR
Dr. Victor Babesh küç. 50, Baia Mare, Maramures, Rumıniya