Amea botanika İnstitutunun elmi əsərləri, 2012- ci IL, XXXII cild



Yüklə 7,48 Mb.
Pdf görüntüsü
səhifə16/64
tarix14.01.2017
ölçüsü7,48 Mb.
#5478
1   ...   12   13   14   15   16   17   18   19   ...   64

NƏTICƏLƏR VƏ ONLARIN MÜZAKIRƏSI 

Apiaceae fəsiləsi nümayəndələrinin kimyəvi pasportlaşdırılması istiqamətində tədqiqat 

işləri  davam  etdirərək  Peucedanum  ruthenicum  M.B.  köklərinin  kumarin  tərkibini  tədqiq 

edilmişdir.  Bitki  materialından  alınmış  ekstraktiv  maddələr  cəmindən  xromatoqrafiya 

metodundan  istifadə  etməklə  5  fərdi  maddə  alınmışdır.  Onlardan  3-nü  İQ-  və  NMR-

spektrlərinin  aşkarlanmasından  alınan  nəticələr  əsasında  izoimperatorin,  peysedanin  və 

ostrutinlə eyniləşdirilmişdir [3, 4]. 

Maddə-4  xromatoqrafik  sütunun  heksan+benzol  qarışığı  (2:1)  ilə  elyuasiya  olunmuş 

73-75-ci  fraksiyalardan  alınmışdır.  Maddənin  (C

14

H

16



O

4

,  ə.t.  138-139°C)  İQ-spektrində  δ-



laktonun  C=O  qrupuna  (1740  sm

-1

)  və  aromatik sisteminin  –C=C–  rabitələrinə  (1640,  1605 



sm

-1

) aid udulma zolaqları mövcuddur. 



Tədqiq olunan birləşmənin 

1

H NMR-spektrində sahəsi bir proton (1H) vahdinə bərabər 



olan 2 dublet (6,35, J=10; 8,0 m.h., J=10 Hz) və singlet (7,55 m.h.) uyğun olaraq H-3, H-4 və 

H-5  pratonlarını,  hər  birinin  sahəsi  3  proton  vahidinə  bərabər  olan  2  sinqlet  (3,90  və  4,15 

m.h.) malekulasındakı 2 metoksi-qrupu xarakterizə edir. Spektrdə aydınlaşan sahəsi 6H olan 

dublet  (1,20,  J=6  Hz,  2CH

3

–)  və  multiflet  (3,20  m.h.,  1H)  molekulada  izopropil  qrupun 



((CH

3

)



2

–CH–) olduğunu sübut edir. 

Karbon  atomlarının  protonlarla  spin-spin  qarşılıqlı  təsirini  tamamilə  dəf  edərək 

çəkilmiş 

13

C  NMR-spektrdə  öyrəndiyimiz  birləşmənin  molekulasında  14  karbon  atomunun 



olduğunu göstərən 14 sinqlet siqnal aydınlaşmışdır. 

13

C Dept 135 spektrdə olan 8 siqnal - 21,0 (2CH



3

–) 26,0 (CH–), 61,0 (CH

3

O–), 61,5 



(CH

3

O–), 111,0 (–CH=), 114,0 (–CH=), 145,5 (–CH=) və 



13

C NMR Dept 90 spektrdəki 26,0         

(–CH–), 110,0 (–CH=), 114,0 (–CH=), 145–5 m.h. (–CH=) siqnallarla birlikdə malekulada 8 

protonlaşmış karbon atomunun olduğunu göstərir. 

13

C NMR-spektrlərini (



13

C, Dept 135, Dept 90) müqayisə edərək və həmçinin element 

tərkibini nəzərə alaraq tədqiq etdiyimiz maddədə protonlaşmamış karbon atomlarının sayının 

6 olduğunu müəyyən etmişdir. 

Beləliklə  birləşmənin  İQ-, 

1

H,



  13

C,

  13



C  Dept  135  və  Dept  90  NMR  spektrlərinin 

aşkarlanmasından  alınan  nəticələrinin  əsasında  müəyyən  olunmuşdur  ki,  tədqiq  olunan 

kumarin  törəməsi  elm  üçün  yenidir  və  ona  peyseruten  ad  verilmişdir.  Hazırkı  etapda 

peyserutenə ən azı 3 alternativ quruluş formula təklif etmək olur. 

I

II

III



I

II

III



 

                                       AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

120 



 

Tədqiq  etdiyimiz  kumarin  törəməsi  peyserutenin 

1

H  NMR-  spektrində  H-3  və  H-4 



hidrogenlərə  aid  iki  dubletdən  başqa  bir  sinqlet  siqnalın  (7,55  m.h.,  1H)  olması  metoksi-

qrupların  kumarin  quruluşunun  benzol  tsiklində  meta-  və  ya  orta-  vəziyyətdə  olmasını 

göstərir. 

Təklif  olunan  mümkün  3  quruluş  formuladan  seçim  NMR  COSY  spektrin  əsasında 

mümkün  olmuşdur.  Belə  ki,  COSY-spektrin  analizi  izopropil  qrupun  metoksu-qruplarla 

qarşılıqlı  təsirdə  olduğunu  göstərir.  Bu  isə  metoksi-qrupların  izopropil  qrupun  visinal 

vəziyyətdə  olması  ilə  izah  etmək  olar.  Deməli  peyseruten  üçün  üç  mümkün  quruluş 

formuladan 1-ci formula ehtimal olunmalıdır. 

 

Xromatoqrafiya  sütununun  xloroformla  elyuasiya  olunan  145-146-cı  fraksiyalardan 



alınan maddənin sulu asetondan təkrar kristallaşdırılandan sonra element tərkibi C

16

H



14

O

6



, ə.t. 

145-147


0

C olunmuşdur. 

Tədqiq etdiyimiz maddənin 

1

H  NMR-spektrində  hər  birinin  sahəsi  3  proton  vahidinə 



bərabər  olan  2  signalla  (0,80  və  1,0  m.h.)  yanaşı  multiplet  (2,15  m.h.,  1H)  molekulada 

izopropil qrupun       –CH(CH

3

)

2



 olması ilə izah etmək olar [5]. Spektrdəki sinqlet (4,0 m.h., 3 

H) birləşmədə olan metoksi – qrupu (–OCH

3

) xarakterizə edir. Spektrin zəif maqnit sahəsində 



aydınlaşan iki dublet (6,40, J=10,11 Hz, 1H və 8,0 m.h., J=10,11 Hz, 1H) siqnallar kumarinin 

H-3 və H-4 hidrogen atomlara aid  edilmişdir [6]. Spektrin zəif maqnit sahəsində hər biri bir 

proton vahidinə bərabər olan iki siqnaldan (s., 7,80, 1H; s., 8,05 m.h., 1H) başqa siqnalların 

olmaması tədqiq etdiyimiz maddəni furokumarinlər qrupuna aid etməyə imkan verir. 

Beləliklə, alınmış spektrial nəticələrini ədəbiyyat məlumatlarla müqayisə edərək belə 

qənaətə gəlmək olar ki, tədqiq etdiyimiz maddə yenidir və ona peyserutenin adı verilmişdir. 

 Peyseruteninin  qruluşunun  tədqiqi  istiqamətində  araşdırmaları  davam  etdirərək  qeyd 

etməliyik ki, 

1

H NMR-spektrin zəif maqnit sahəsindəki sonuncu iki siqnalın (s. 7,80, 1H və s. 



8,10  m.h.,  1H)  kimyəvi  sürüşmələrinin  qiyməti  formal  olaraq  furan  tsiklinin  H-2

1

  və  H-3



1

 

protonlarına aid etmək olar. Lakin məlumdur ki, visinal vəziyyətdə olan protonlar bir-biri ilə 



qarşılıqlı  təsirdə  olduğundan  həmən  protonların  hər  biri  “sinqlet”  yox  “dublet”  şəklində 

aydınlaşmalıdır.  Lakin  spektrdə  iki  dublet  (Ј=2,0-2,3  Hz)  əvəzinə  iki  sinqletin  aydınlaşması 

furan  tsiklinin  2

1

  və  ya  3



1

  vəziyyətlərdən  birində  -COOH,  COH  və  s.  qruplardan  birinin 

olmasını vacib edir. Peyseruteninin 

13

C NMR-spektrində malekulada olan 16 karbon atomunu 



səciyyələndirən 16 sinqlet siqnal (16,00; 16,01; 34,00; 61,50; 110,00; 114,50; 115,00; 118,50; 

120,00;  126,00;  137,00;  146,50;  159,00;  179,00;  198,00;  199,00  m.h.)  aydınlaşmışdır. 

Onlardan  16,00  və  16,01  malekulada  olan  izopropil  qrupun  2  metil  qrupu,  34,00  izopril 

qrupun  metin  qrupunu  (–CH<),  61,50  m.h.  isə  metoksi  –  qrupu  xarakterizə  edir;  110,00  – 

179,00 m.h. sahədəki 10 siqnal tədqiq etdiyimiz kumarin törəməsinin ikiqat rabitələrlə bağlı 3 

protonlaşmış  (–CH=)  və  7  protonlaşmamış  (C=)  aromatik  karbon  atomlara  aid  edilmişdir. 

Peyseruteninin 

13

C NMR-spektrindəki karbonil (–C=O) qrupları səciyyələndirən iki siqnaldan 



biri (198,00 m.h.), δ-lakton tsiklinin karbonil qrupu üçün, digəri (199,0 m.h.) isə malekulada 

olan karboksil (və ya aldehid) qrupun karbonili üçün xarakterikdir. 

Tədqiq  olunan  birləşmənin  quruluşunda  ikinci  karbonil  qrupun  olmasını 

1

H  NMR-



spektrdə kumarin skeletinin 4-cü vəziyyətdəki protona aid dubletə (8,05 m.h.) bitişik, sahəsi 

1H olan sinqlet (8,10 m.h.) siqnalın aydınlaşması və həmçinin furan tsiklinin H-2

1

 protonun 



                                       AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

121 



 

sinqlet  şəklində  olması  molekulada  karboksil  qrupun  olmasını  dolayı  yolla  təsdiq  etməklə 

bərabər onun furan tsiklinin 3

1

 karbon atomuna birləşməsini də sübut edir. 



Qeyd etmək lazımdır ki, karboksil qrupun 

1

H NMR-spektrdə kimyəvi sürüşməsi 10,0-



10,5  m.h.  intervalda  aydınlaşır.  Məsələn,  7-  (3

1

  –  Karboksibut-2



1

-en)  –  oksikumarində 

karboksi  qrupun  kimyəvi  sürüşməsi  10,15  m.h.  bərabərdir  [5,  7].  Karboksil  qrupun  ikiqat 

rabitə ilə konyuqasiyası kimyəvi sürüşməni zəif maqnit sahəyə sürüşdürür. Məsələn, karboksil 

qrup ikiqat rabitə ilə konyuqasiyada olan (–) -7-(3

1

-Karboksibut) – oksikumarinin 



1

H NMR-


spektrdə karboksil qrupun kimyəvi sürüşməsi 7,83 m.h. təşkil edir [7]. 

Göründüyü  kimi  Karboksil  qrupun  konyuqasiyası  kimyəvi  sürüşməni  paramaqnit 

sürüşməyə məruz qoyur. 

Tədqiq etdiyimiz peyserutenin 

1

H NMR-spektrdə karboksil qrupun kimyəvi sürüşməsi 



furan  tsiklinin  ikiqat  rabitələrlə  konyuqasiyada  olduğundan  onun  kimyəvi  sürüşməsi 

paramaqnit sürüşmə nəticəsində 8,10 m.h. aydınlaşır. 

Beləliklə  yuxarıda qeyd  etdiyimiz 

1

H, 



13

C  NMR-spektrlərin  aşkarlanmasından  alınan 

nəticələrini analiz edərək tədqiq etdiyimiz kumarin törəməyə (peyseruteninə) ehtimal olunan 

quruluş formula (2) təklif etmək olar. 

 

 

 



ƏDƏBIYYAT 

 

1.



 

Кузнецова Г.А. Природные кумарины и фурокумарины Л. «Наука» 1967. 248 с. 

2.

 

Пименов  М.Г.  Перечень  растений-источников  кумариновых  соединений.  Л. 



«Наука». 1971. 200 с. 

3.

 



Серкеров  С.В.,  Алескерова  А.Н.  Инфракрасные  спектры  и  строение 

сесквитерпеновых лактонов и кумаринов. Баку, 2006, 223 с. 

4.

 

Qasımova  G.Q.,  Sərkərov  S.V.  Peucedanum  ruthenicum  Bieb.  köklərinin  kumarin 



törəmələri  /  Faydalı  bitkilərindən  istifadəsinin  aktual  problemləri  mövzusunda  Beynəlxalq 

konfransın materialları. Bakı 26-28 oktyabr. 2011. s. 373-376. 

5.

 

Перельсон  М.Е.,  Шейнкер  Ю.Н.,  Савина  А.А  Спектры  и  строение  кумаринов, 



хромонов и ксантонов. М. «Медицина» 1975, 232 с. 

6.

 



Касумова  Г.К.,  Серкеров  С.В.  Новый  природный  метоксифурокумарин  из 

Heracleum pastinacifolium //Химия природ. соедин. 2011. №3, с. 321-322. 

7.

 



Lassak E.V., Southwell  I.A. The  coumarins  from  the resin  of  Euodia  vitiflora  //Aust. J. 

Chem. 1972. v. 25, p. 249. 

 

 

 



 

 

 



 

                                       AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

122 



 

 

 

РЕЗЮМЕ 

НОВЫЕ КУМАРИНПРОИЗВОДНЫЕ КОРНЕЙ  

PEUCEDANUM RUTHENICUM BIEB. 

 

Касумова Г.К., Серкеров С.В. 

Институт Ботаники НАН Азербайджана 

Бадамдарское шоссе, 40, Аz 1073 Баку, Азербайджан 

E-mail: s.serkerov@mail.ru 

 

Кроме  изоимператерина  (С



16

Н

14



О

4

,  т.пл.  108-109°С),  пейцеданина  (С



15

Н

14



О

4



т.пл. 108-109°С) и острутина (С

21

Н



22

О

3



, т.пл. 117-118°С), из смолы корней Peucedanum 

ruthenicum  Bieb.,  собранных  в  период  массового  цветения  в  Ясамалском  перевале 

(Шемкир-Кедабек)  выделены  новые  кумаринпроизводные  С

14

Н

16



О

4

,  т.пл.  138-139°С  и 



С

16

Н



14

О

6



, т.пл. 146-147°С, название, соответственно, пейцерутеном и пейцерутенином. 

При  идентифицировании как  известных,  а  также  установление  строения  новых 

кумаринов широко использованы методы ИК-, 

1

Н-, 



13

С-, 


13

С Dept 135 и Dept 90 ЯМР-

спектроскопии. 

 

Ключевые  слова:  Peucedanum,  кумарин,  ИK-, 

1

H-, 


13

C-, 


13

C  Dept  135,  Dept  90 

ЯМР- спектроскопия, химический сдвиг, спин-спиновое взаимодействие 

 

 

SUMMARY 

NEW COUMARIN DERIVATIVES  

OF THE ROOTS OF PEUCEDANUM RUTHENICUM BIEB. 

 

Kasumova G.K., Serkerov S.V. 



Institute of Botany of the ANAS 

E-mail: s.serkerov@mail.ru 

 

New  coumarin  derivatives  named  peuceruten  (C



14

H

16



O

4

,  m.p.  138-139°C)  and  peucerutenin 



(C

16

H



14

O

6



,  m.p.  146-147°C)  have  been  obtained  on  the  basis  of  data  IR-, 

1

H, 



13

C, 


13

C  Dept 


135, Dept 90 NMR-Spectroscopy. From the roots of Peucedanum ruthenicum Bieb., growing 

in Azerbaijan coumarin derivatives – isoimperatorin (C

16

H

14



O

4, 


m.p. 108-109°C), peucedanin 

(C

15



H

14

O



4

,  m.p.  108-109°C)  and  ostrutin  (C

21

H

22



O

3

,  m.p.  117-118°C)  were  isolated  and 



identified.  

 

The  structures  of  two  new  coumarins  named  peuceruten  (C



14

H

16



O

4

,  m.p.  138-139°C)  and 



peucerutenin (C

16

H



14

O

6



, m.p. 146-147°C) have been established on the basis of data IR-, 

1

H, 



13

C, 


13

C Dept 135, Dept 90 NMR-Spectroscopy. 



 

Key words: Peucedanum, coumarin, IR-, 

1

H, 


13

C, 


13

C Dept 135, Dept 90 NMR spectroseopy, 

chemical shift, spin-spin interaction, identification 

 

 

 

 

 


                                       AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

123 



 

 

 

UOT: 547.314 

 

BİR DAHA SESELI TRANSCAUCASICUM (SCHISCHK.) M.PIMEN ET SDOBN. 

NÖVÜNÜN KUMARİN TƏRKİBİ HAQQINDA 

 

Qurbanova F.Q., Sərkərov S.V.  



Azərbaycan MEA Botanika İnstitutu, Badamdar yolu 40, Bakı AZ1073,  

е-mail: s.serkerov@mail.ru 

 

Zaqafqaziya  incəçətiri  (Seseli  transcaucasicum  (Shischk.)  M.Pimen.  et  Sdobn.) 

növünün  köklərindən  fərdi  şəkildə  alınmış  dihidrofurokumarin  törəməsinin  (C

21

H

22

O

7

,  ə.t. 

133-135°C)  İQ-, 

1

H  NMR-spektrlərinin  aşkarlanmasından  alınan  məlumatlar  əsasında 

quruluşu müəyyən olunmuş və onun izopeusenidinin quruluş  formulası  ilə eyni olması sübut 

edilmişdir.  

 

Açar  sözlər:  Zaqafqaziya  incəçətiri,  dihidrofurokumarin,  İQ-, 

1

H, 

13

C  NMR-

spektroskopiya, kimyəvi sürüşmə. 

 

 

Apiaceae  fəsiləsinin  Seseli  L.  cinsi  nümayəndələri  maraqlı  kumarin  tərkibinə 

malikdirlər.  Ədəbiyyat  məlumatlarını  analiz  edərkən  müəyyən  olunmuşdur  ki,  Seseli  kimi 

təyin olunmuş bitki materialının tərkibində kumarin törəmələri yoxdursa növ mənsubiyyətinin 

düzgün  təyin  olunması  şübhə  altına  alınır  [1].  Məsələn,  Seseli  macrophyllum  Regel.  et 

Schmalh. növünün bir sıra morfoloji  əlamətlər kompleksi  ilə  yanaşı  tərkibində kumarinlərin 

olmaması  əsasında  M.Pimenov  onu  Umbelliferae  fəsiləsində  ayrıca  Mediasia  M.Pimen. 

cinsinə aid etmişdir.  

Seseli cinsində kumarinlərin geniş müxtəlifliyi ilə yanaşı ayrı-ayrı növlərin və ya qrup 

növlərinin  kimyəvi  spesifikliyini  qeyd  etmək  olar.  Məsələn,  Macrophyllum  Schischk. 

seksiyası üçün tərkibində kükürd saxlayan kumarin və xromonlar xarakterikdir [2], S. abolinii 

Schischk.,  S.  korovinii  Schischk.  və  S.  giganteum  Lipsky  tərkibində  furokumarinlər  və 

xromonlar saxlayır [3].  

Beləliklə,  yuxarıda  qeyd  etdiklərimizdən  göründüyü  kimi,  Seseli  cinsi  növlərinin 

kumarinlərinin öyrənilməsi növdaxili xemotaksonomiyasına qiymətli material verir.  

Seseli  cinsi  növlərinin  kumarin  tərkibinə  dair  ədəbiyyatda  rast  gəlinən  çoxsaylı  və 

kifayət  qədər  bir-birini  inkar  edən  məlumatları  [4,  5,  7]  nəzərdən  keçirərək  M.Pimenov  və 

başqaları Seseli libanotis (L.) Koch. (Libanotis montana Cranz, L. intermedia Rupr.) və Seseli 

transcaucasicum  (Shischk.)  M.Pimen.  et  Sdobn.  (Libanotis  transcaucasica  (Schischk.)) 

növlərinin  kumarin  tərkibinin  yenidən  tədqiq  etmişdir  [8].  Xüsusilə  Lemmix  və  b.  [5], 

F.Bolman  və  b.  [7]  tədqiqat  işlərində  S.  libanotis  üçün  pteruksin  kumarin  törəməsinin 

xarakterik  olduğunu  göstərmişlər.  Lakin,  Pimenov,  Duxovlinova  və  b.  tərəfindən  aparılan 

analizlərdə  S.  libanotis-in  Moskva  ətrafından  yığılmış  bitki  nümunələrindən 

dihidropiranokumarinlər, o cümlədən pteriksin müəyyən olunmamışdır və bununla da həmin 

bitki nümunələri Qərbi Avropada bitən eyni növdən fərqlənmişlər [8].  

Məlum  olduğu  kimi,  A.Prokopenko  və  D.Turabelidze  və  b.-nın  tədqiq  etdiyi  S. 



transcaucasicum  (Libanotis  transcaucasica)  növünün  bitki  materialları  Böyük  Qafqazdan 

yığılmışdır [4, 8, 9]. Böyük Qafqazda S. libanotis geniş  yayıldığı halda, S. transcaucasicum 

növünə  rast  gəlinmir  [8].  Məhz  buna  görə  də  Seseli  transcaucasicum-un  kumarin  tərkibi 

haqqındakı məlumatlar [4, 9] S. libanotis növünə aid edilməlidir.  



                                       AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

124 



 

Ədəbiyyatdakı  məlumatlara  görə  [9]  S.  transcaucasicum  Cənubi  Zaqafqaziyada, 

Türkiyə  və  İranın  həmsərhəd  ərazilərində  geniş  yayılmışdır.  M.Pimenov  və  b.  ilk  dəfə  bu 

növün  kumarin  tərkibini  tədqiq  edərək  müəyyən  etmişdir  ki,  bu  növ  S.  libanotis-lə  eyni 

kumarin tərkibinə (edultin, izopeusenidin) malikdir [8].  

 

TƏDQIQATIN OBYEKTI VƏ METODLARI 

Tədqiqat obyekti kimi Göy-göl rayonunun Toğana kəndindən Çaykəndə gedən yolun 

Kürəkçay  ətrafından  2010-cu  ilin  avqust  ayında  yığılmış  Seseli  transcaucasicum  növünün 

xırda-xırda  doğranılmış  quru  köklərindən  (40,0  q)  3  dəfə  (hər  dəfə  3  gün)  asetonla  çıxarış 

aparmaqla  alınmış  (11,2  q,  çıxım  28%)  tünd  qəhvəyi  rəngli  qətrana  bənzər  maddələr 

cəmindən isitifadə olunmuşdur.  

Ümumi  qeydlər:  Kristallik  maddələrin  ərimə  temperaturu  (ə.t.)  Boetius  masacığında 

təyin  edilmişdir  İQ-spektri  UR-20  spektrometrində  vazelin  yağında, 

1

H-  və 


13

C-NMR 


spektrləri  Bruker  300  spektrometrində 

1

H  üçün  300  MHz, 



13

C  izotopu  üçün  isə  75  MHz 

rezonans tezliyində DMSO-da çəkilmişdir. Kimyəvi sürüşmələr δ-şkalada verilmişdir.  

Maddələr  cəmindən  fərdi  şəkildə  kumarin  törəmələri  məlum  üsuldan  istifadə  edərək 

alınmışdır [10].  

 

TƏDQIQATIN NƏTICƏLƏRI VƏ ONLARIN MÜZAKIRƏSI 

Xromatoqrafiya sütununun xloroformla elyuasiya olunan 18-19-cu fraksiyalarından ağ 

kristallik maddə alınmışdır. Maddəni sulu etanoldan təkrar kristallaşdırdıqdan sonra element 

tərkibi C

21

H



22

O

7



, ə.t. 133-135ºC olmuşdur. 

Maddənin  İQ-spektrinin  xarakterik  zolaqlar  sahəsində  α-piron  tsiklinin  və  mürəkkəb 

efir  qruplarının  karbonilini  (C=O)    (1725  sm

-1

)  və  aromatik  sistemin  C=C  rabitələrini  (1630, 



1585 sm

-1

) xarakterizə edən udulma zolaqları vardır.  



Tədqiq  etdiyimiz  birləşmənin  karbon  atomları  ilə  hidrogenlərin  spin-spin  qarşılıqlı 

təsirini  tamamilə  dəf  edərək  çəkilmiş 

13

C  NMR-spektrində  aydınlaşan  21  sinqlet  siqnal 



molekulada 21 karbon atomu olduğunu göstərir. Bu da molekulun element tərkibində 21 karbon 

atomunun olmasını göstərir.  

Birləşmənin 

1

H NMR-spektrində metil qruplarını xarakterizə edən 5 sinqlet: 1,50 (s., 



CH

3

–C<, j), 1,61 (s., CH



3

–C<, j), 1,85 (s., CH

3

–C=, u), 1,90 (s., CH



3

–C=, u), 2,15 m.h. (s., 

CH

3

–C=O,  k)  molekulada  senesion  və  sirkə  turşu  qalıqlarından  ibarət  iki  mürəkkəb  efir 



qruplarının oldması ilə izah olunur. 

1

H NMR-spektrdə olan digər siqnallar: 6,29 (d., J=9,5 Hz,  



–CH=, a), 8,00 (d., J=9,5 Hz, –CH=, b), 7,75 (d., J=8,0 Hz, –CH=, c), 7,05 (d., J=8,0 Hz,–

CH=,  d),  6,86  (d.,  J=5,0  Hz,  –CH–O–,  m)  və  5,13  m.h.  (d.,  J=5,0  Hz,–CH–O–,  e)  kimi 

aşkarlanmışdır.  Sübut  edilmişdir  ki,  Seseli  transcaucasicum  bitkisinin  köklərindən  alınmış 

anqulyar  dihidrofurokumarinlərin  quruluşunda  olan  mürəkkəb  efir  qrupları  angelik  və  sirkə 

turşu qalıqlarından (libanotin və edultində) ibarət olduğu halda, arxangelisində mürəkkəb efir 

qrupunlarının hər ikisi angelik turşu qalığından ibarətdir.  

Tədqiq etdiyimiz dihidrofurokumarinin molekulasında da iki mürəkkəb efir qruplarını 

xarakterizə edən metil qrupları arxangelisin, libanotin və edultində olduğu kimi bir dublet və 

iki sinqletdən yox, 3 sinqletdən ibarət olması bir tərəfdən, vinil protonunun müqayisəsi üçün 

istifadə etdiyimiz dihidrofurokumarinlərdə multiplet şəklində olduğu halda, tədqiq etdiyimiz 

birləşmənin spektrində sinqlet (5,63 m.h., s., –CH=, i) kimi aşkarlanmışdır. Bunu isə hər biri 

sinqletdən  ibarət  olan  iki  vinilmetil  qrupu  (2CH

3

–C=)  siqnalları  ilə  (1,85  və  1,90  m.h.)  ilə 



yanaşı,  mürəkkəb  efir  qruplarından  birinin  senesion  turşusu,  digərinin  isə  sirkə  turşusu 

qalıqlarından ibarət olması ilə izah etmək olar.  

Ədəbiyyatda  mürəkkəb  efir  qruplarının  senesion  və  sirkə  turşu  qalıqlarından  ibarət 

olan  iki  anqulyar  dihidrofurokumarin  –  peusenidin  (C

21

H

22



O

7

,  ə.t.  124-125ºC)  [8,  11]  və 



izopeusenidin (C

21

H



22

O

7



, ə.t. 132-134ºC) [8, 12, 13] məlumdur. Bu kumarinlər quruluşlarında 

                                       AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

125 



 

olan sirkə və senesion turşu qalıqlarından ibarət mürəkkəb efir qruplarının molekulada yerinə 

görə fərqlənirlər. Belə ki,  peusenidində (I) senesion turşusu qalığından ibarət  mürəkkəb efir 

qrupu  izopropil  qrupunun  yanında,  sirkə  turşusu  qalığından  ibarət  mürəkkəb  efir  qrupu  isə 

dihidrofuran  tsikinə  birləşmişdir,  izopeusenidində  (II)  isə  turşu  qalıqlarının  birləşməsi 

əksinədir.  

Cədvəl. Peusenidin və izopesenidinin 

1

H NMR-spektrlərində –CH– və –CH= siqnalları 



№  Element tərkibi, ə.t., ºC, quruluş formulu  Kimyəvi sürüşmələr (m.h., J, Hz)  Ədəbiyyat 

Peusenidin 



C

21

H



22

O

7



, 124-125 

(I)


j

u

m



u

k

c



b

a

j



d

e

i



(I)

j

u



m

u

k



c

b

a



j

d

e



i

 

a) 6,19 (d., 9,5, H-3)  



b) 7,65 (d., 9,5, H-4) 

c) 7,44 (d., 8,2, H-5)  

d) 6,83 (d., 8,2, H-6) 

m) 6,96 (d., 7,0, H-9) 

e) 5,17 (d., 7,0, H-8)  

j) 1,73 (s.) 

   1,63 (s.) 

i) 5,59 (s.)  

u) 1,89 (d., 1,2) 

u) 2,15 (d., 1,2) 

k) 2,02 (s.)  

8, 11, 13 

9-asetoksi-O-izovaleril-dihidrooroselol 



(Peusenidin, I) 

a) 6,22 (d., 9,5, H-3)  

b) 7,65 (d., 9,5, H-4) 

c) 7,45 (d., 8,5, H-5)  

d) 6,86 (d., 8,5, H-6) 

m) 7,01 (d., 7,0, H-9) 

e) 5,19 (d., 7,0, H-8)  

j) 1,74 (s.) 

   1,66 (s.) 

i) 5,62 (m.)  

u) 1,89 (d., 1,2) 

    2,15 (d., 1,2) 

k) 2,05 (s.)  

6-8, 11, 13 

İzopeusenidin 



C

21

H



22

O

7



, 132-134 

(II)


j

u

m



u

k

c



b

a

j



d

e

i



(II)

j

u



m

u

k



c

b

a



j

d

e



i

 

a) 6,15 (d., 10,0, H-3)  



b) 7,52 (d., 10,0, H-4) 

c) 7,31 (d., 8,0, H-5)  

d) 6,75 (d., 8,0, H-6) 

m) 6,92 (d., 6,1, H-9) 

e) 5,12 (d., 6,1, H-8)  

j) 1,51 (s.) 

   1,62 (s.) 

i) 5,52 (s.)  

u) 1,82 (s.) 

    1,91 (s.) 

k) 2,17 (s.)  

12, 13 


Tədqiq etdiyimiz maddə 

C

21

H



22

O

7



, 132-134 

a) 6,29 (d., 9,5, H-3)  

b) 8,00 (d., 9,5, H-4) 

c) 7,75 (d., 8,0, H-5)  

d) 7,05 (d., 8,0, H-6) 

m) 6,86 (d., 5,0, H-9) 

e) 5,13 (d., 5,0, H-8)  

 


                                       AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

126 



 

j) 1,50 (s.) 

   1,61 (s.) 

i) 5,63 (s.)  

u) 1,85 (s.) 

    1,90 (s.) 

k) 2,15 (s.)  

 

Peusenidin  və  izopeusenidinin 



1

H  NMR-spektrlərinin  aşkarlanmasından  alınan 

nəticələri  nəzərdən  keçirərək  müəyyən  etmişik  ki,  haqqında  söhbət  gedən  iki  kumarin 

törəməsinin 

1

H NMR-spektrlərindəki izopropil qrupunu xarakterizə edən siqnalların kimyəvi 



sürüşmələrinin  qiymətlərini  müqayisə  etmək  kifayətdir  (cədvəl).  Belə  ki,    peusenidinin 

izopropil metil qrupları Bolman və həmkarlarının məlumatlarına görə [7] 1,66 (s., 3H) və 1,74 

(s.,  3H),  Sokolova  və  b.-nın  məlumatlarına  görə  [11]  1,63  (s.,  3H)  və  1,73  m.h.  (s.,  3H) 

olduğu  halda  izopeusedanində  uyğun  olaraq  1,51  (s.,  3H)  və  1,61  m.h.  (s.,  3H)  bərabər 

olmuşdur [12] (cədvəl).  

Qeyd etmək lazımdır ki, tədqiq etdiyimiz kumarin törəməsinin  

1

H NMR-spektrindəki 



izopropil metil qruplarının kimyəvi sürüşmələrinin qiymətləri 1,50 (s., 3H) və 1,61 m.h. (s., 

3H)  olmaqla  izopeusedaninin  eyni  siqnalları  ilə  üst-üstə  düşür.  Beləliklə,  yuxarıda  qeyd 

olunan məlumatlar əsasında tədqiq etdiyimiz maddə izopeusenidinlə eyniləşdirilmişdir.   


Yüklə 7,48 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin