Amea botanika İnstitutunun elmi əsərləri, 2012- ci IL, XXXII cild



Yüklə 7,48 Mb.
Pdf görüntüsü
səhifə14/64
tarix14.01.2017
ölçüsü7,48 Mb.
#5478
1   ...   10   11   12   13   14   15   16   17   ...   64

 

 

 

 

                                       AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

105 



 

UOT: 582.288 

 

AZƏRBAYCAN  MİKOBİOTASI ÜÇÜN NAXÇIVAN MUXTAR RESPUBLİKASINDAN 

DÖRD YENİ MAKROMİSET 

 

Sadıqov A. S., Seyidova H. S. 



Azərbaycan MEA Botanika İnstitutu 

AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutu 



 

Tədqiqat nəticəsində Naxçıvan Muxtar Respublikası ərazisindən Azərbaycan mikobiotası  

üçün dörd yeni növ - Tephrocybe rancida (Fr.) Donk, Galeropsis desertorum Velen. et Dvorak,  

Geastrum minimum Schwein, Trichaster melanocephalus Czern. aşkar edilmişdir.  

 

 



Açar sözlər: aqarikoid, fəsilə, gleba, qasteroid, meyvə cismi, sıra   

 

 



 

 

Yaşadığımız  əsrin  əvvəllərinə  qədər  Naxçıvan  Muxtar  Respublikasının  ərazisində  cəmi 

bir neçə papaqlı göbələk məlum idisə ( 3), son illərdə tədqiqat nəticəsində burada xeyli maraqlı 

növlər aşkar edilmişdir (1, 2). H. Seyidovanın topladğı materialların bir çoxu  AMEA Botanika  

institutunun ibtidai bitkilərin sistematikası  şöbəsində işlənilmişdir.  

 

MATERIAL VƏ METOD 

Nümunələr  ümumi qəbul edilmiş marşrut metodu üzrə toplanılmışdır və AMEA Botanika 

İnstitutunun  mikoloji  herbarisində  saxlanılır.  Toplanmış    göbələklərin  bütün  morfolojı 

elementləri  yerindəcə təsvir edilmişdir. Burada isə onların quruluşlarındakı  məlumatlar bir daha  

yoxlanılmış, mikroskop altında onların spor ölçüsü, forması, rəngi, səthinin hamar və ya nahamar 

olması,  bundan  əlavə  qasteroidlərdə  qlebanın,  kopillisiyin    forması  və  ölçüləri  dəqiq-

ləşdirilmişdir.  Ətraflı  təsvirlər  əldə  etdikdən    sonra    bu  nümunələr  şöbədə  saxlanılan    müvafiq 

təyinat kitablarının (4, 6, 9, 10) köməyi ilə təyin edilmişdir. Herbari materiallarının son işlənməsi 

zamanı  Naxçıvan MR ərazisindən Azərbaycan mikobiotası üçün  yeni olan daha  4 makromiset  - 

2  aqarikoid  və  2  qasteroid  növün  aşkar  olunduğu  məlum  olmuşdur.  Aşağıda  bu  növlərin  qısa 

təsviri və sxematik şəkilləri verilir.   

 

NƏTICƏ VƏ MÜZAKIRƏLƏR 

Sıra  - Agaricales 

Fəsilə  -  Tricholomataceae 



Tephrocybe  rancida  (Fr.)  Donk  -  Acılaşan tefrosibe. 

Papaqcıq 3-5 sm diam.,  qabarıqlı, sonralar sərilmiş-təpəcikli,  kənarları azca dalğalı, zəif 

selikli,  tund    boz,  quruduqda    acilaşandır.  Ləti  nazik,  bozumtul,  yumşaq  dadlı  və  acılaşmış  un 

qoxuludur. Lövhələr zəif qovuşan, sıx, ensiz, boz və ya qonurvari bozdur. Ayaqcıq  4-10 / 0,3 -

0,5  sm,  silindrik,  içi  boş,  kənarlardan  basılmış,  əsasa  getdikcə  uzun  kökvari,  səthi    tüklü, 

bozumtul  qonurdur.    Sporlar   6-8 / 3-4 mkm, rəngsiz, oval və hamardır. 

Növ meşədə, çox vaxt otlar arasında bitir. Yeməli deyildir.  

Toplanması:  Herbari  nüsxəsi  №1402,  Şahbuz  rayonu,  Batabat  ərazisi,  torpaqda, 

çürüntülər arasında, 21 VII  2009. 

Qeyd edək ki, bəzi müəlliflərdə (4, 10) bu növ Collybia cinsində təmsil olunmuşdur. 



                                       AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

106 



 

 

 



Şəkil : 1- Tephrocyde rancida, 2 - Galeropsis desertorum, 3 - Geastrum minimum

4 – Trichaster melanocephalus, a) sporlar. 

 

Fəsilə - Bolbitiaceae 



Galeropsis  desertorum Velen. et  Dvorak -  Səhra  qaleropsisi.   

Göbələyin meyvə cismi 11 sm uzunluqda ola bilir. Papaqcıq  1-2  / 0,2–0,3 sm, iyvari – 

silindrik, yanlardan bir qədər basılmış, kənarları sanki parçalanmış, nazik, azca lifli, zolaqlı, boz 

qəhvəyi  rəngindədir.  Lövhəciklər  tünd  qəhvəyi,  nazik,  sıx  və  anastomozludur.  Ayaqcıq  tünd 

rəngli, çox nazik  0,3–0,5 sm enində və 4 - 8 sm uzunluqda, əsasa getdikcə  nazikləşəndir. Spor 

kütləsi qəhvəyidir. Sporlar 10 -12 / 5,5–8 mkm, ellipsoidal – badamvari, ikiqat divarlı, qonur – 

qəhvəyidir. 

Toplanması: Herbari nüsxəsi №1401,   Babək  rayonu, Nehrəm kənd  ətrafı, torpaqda, 6  

V 2011.   

Qeyd  edək  ki,  bəzi  ədəbiyyatlarda  (7,  9)  bu  cinsin  növlərini    aqarikoid,  bəzilərində  isə              

(5, 6, 8)  qasteroidlərə  aid edilir.  

 

Sıra  -  Geastrales 



Fəsilə  -  Geastraceae 

Geastrum  minimum  Schwein.  -  Kiçicik  qeastrum. 

Meyvə cismi  açılmış halda  1,2–2,5 sm diametrindədir. Ekzoperidiy, demək olar ki, orta 

hissəsindən,  ucu  iti  olan  5-9  dilimə  parçalanır.  Endoperidiy  yumurtavari,  0,9  –  1,2  /  0,8–1  sm 

ölçüdə,  kiçik ayaqcıqlı, ağımtıl və ya qəhvəhidir. Təzə dövründə onun səthi xırda  kristalcıqlarla 

örtülü olur ki, onlar da yağmur vaxtı  asanlıqla yuyulub gedir. Endoperidinin təpəsində konusvari, 

lifli, nazik borucuqlu peristom vardır ki, onun deşikli hissəsi ətrafı kiprikvaridir. Gleba 0,2–1 sm 

enində, yetişdikdə tünd qəhvəyi rəngində toz kütləsinə çevrilir. Burada yerləşən sporlar 4-5 mkm, 

şarvari,  zəif  ziyilli,  qəhvəyi  rənglidir.  Kapilisiy  sapvari,  3,5–  6  mkm  enində,  septasıs, 

qəhvəyivaridir. 

Toplanması: Herbari nüsxəsi №1404,  Şahbuz rayonu, Keçili kənd ətrafı, torpaqda, 19 V 

2010. 

Trichaster  melanocephalus  Czern. -  Qarabaşlı  triqaster. 


                                       AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

107 



 

Göbələyin cavan, tam yetişməmiş meyvə cisimləri  5-7 sm ölçüdə,   soğanabənzər və ya 

armudvari  formalı, təpəciyində yerləşib buruncuğa bənzər çıxıntı iki sm-ə qədər ölçüdə olur. Bu 

göbələk tam yetişdikdə peridiy bərabər olmayan 4-6 dilimə parçalanaraq yerə sərilmiş halda və 

yaxud tünd şarformalı qlebanı torpaqdan yuxarı qaldırır. Yetişmiş qleba tünd  qəhvəyi və ya qara 

rəngli  olub,  spor  kütləsinə  (tozuna  )  parçalanır.  Sporlar  qəhvəyi,  3-6  mkm,  dairəvi,  tikanlı  – 

ziyillidir. 

Monotip cins olan bu növ meşə, park və bağlarda  yayıla bilir. 

Toplanması:  Herbari  nüsxəsi  №1403,    Şahbuz  rayonu,  Biçənək  meşəsi,  palıdliq,  13  VII  

2010.   


 

ƏDƏBİYYAT 

1.

 



Sadıqov  A.S.,  Seyidova  H,S.    Macrolepiota  Singer  cinsi  və  onun  növləri  Naxçıvan  Muxtar 

Respublikası  mikobiotası    üçün  yenidir.  AMEA  Botanika  institutunun  elmi  əsərləri,  2008,  cild  

28, s.129 – 130. 

2.

 



Sadıqov  A.S.,  Seyidova  H.S.    Hygrophoraceae  fəsiləsinin  növləri  Naxçıvan  Muxtar 

Respublikasının mikobıotası üçün yenidir. AMEA  Botanika institunun elmi əsərləri, 2009, cild 

29, s. 209 – 211. 

3.

 



Seyidova  H.S.  Naxçıvan    Muxtar  Respublikası  mikoflorasının  tədqiqi  vəziyyəti.  AMEA 

Naxçıvan  Bolməsinin Xəbərləri, Təbiət   və texniki elmlər seriyası, 2007,  № 2, s. 133 – 136.  

4.

 

Васильева  Л.  В.  Агариковые  шляпочные  грибы  Приморского  края.  Ленинград,                  



« Наука», 1973, 331 с. 

5.

 



Грибы  СССР.  Москва, «Мысль», 1980. 303 с. 

6.

 



Зерова М.Я., Сосiн  П. Э, Роженко Г.Л.  Визначнiк  грибiв  Украiни.  Киiв,    Наукoва 

Думка, 1979, т.5,  кн. 2. 565 с.  

7.

 

Сосин  П. Е.  Определитель  гастеромицетов  СССР. Л., «Наука», 1973. 



8.

 

Arora D.  Mushroom  Demystified. Ten Spead Press. Berkeley, 1986.  958 p. 



9.

 

Horak E. Röhrlinge  und  Blatterpilze in Europa. Munchen, 2005. 555 s. 



10.

 

Lange J.  Flora Agaricina  Danica. Vol. 2, p.15. Copenhagen, 1936. 



 

 

РЕЗЮМЕ 

ЧЕТЫРЕ НОВЫХ МАКРОМИЦЕТА ДЛЯ МИКОБИОТЫ АЗЕРБАЙДЖАНА ИЗ 

НАХЧИВАНСКОЙ АВТОНОМНОЙ РЕСПУБЛИКИ 

Сaдыгов А. С., Сейидова Г. С. 

 

В  резултате  исследований  на  территории  Нахчыванской  Автономной    Республики 



обнаружены 4 новых макромицета  (Tephrocybe  rancida ( Fr.) Donk, Galeropsis  desertorum 

Velen.  et  Dvorak,  Geastrum  minimum  Schwein.,  Trichaster    melanocephalus  Czern.)  для 

микобиоты Азербайжана.  

 

Ключевые слова: агарикоид, гастероид, глеба, плодовое тело, порядок, семейство  

 

SUMMARY 

FOUR NEW MACROMYCETES FOR THE MYCOBIOTA OF AZERBAIJAN  

FROM NAKHCHIVAN AUTONOMOUS REPUBLIC 

Sadigov A.S., Seyidova  H.S. 

 


                                       AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

108 



 

In  the  result  of  investigation  four  new  macromycetes  (Tephrocybe    rancida  (  Fr.)  Donk, 



Galeropsis    desertorum  Velen.  et  Dvorak,  Geastrum  minimum  Schwein.,  Trichaster  

melanocephalus  Czern.)  have  been  added  to  Azerbaijan  mycobiota  found  in    Nakhchivan 

Autonomous Republic. 

 

Key words: agaricoid, family, gasteroid, gleba, fruiting body, order 



 

  BİTKİ EHTİYATLARI 

 

 

UOT 634.743: 541. 

 

ABŞERON VƏ KÜRDƏMİR RAYONUNDA BECƏRİLƏN ÇAYTİKANI 

MEYVƏLƏRİNİN FİZİKİ- KİMYƏVİ XÜSUSİYYƏTLƏRİ 

 

Kərimova İ.S., Novruzov E.N. 

AMEA Botanika  

 

Abşeron  və  Kürdəmirdə  becərilən  çaytikanı  (Hippophae  L.)  növünün  müxtəlif  sort  və 



formalarının meyvələrinin fiziki-kimyəvi tərkibi müqayisəli öyrənilmişdir. Aparılmış təcrübələrin 

nəticələrindən  məlum  oldu  ki,  Abşeron  və  Kürdəmirdən  yiğılmış  çaytikanının  eyni  sortların 

meyvələrində  şirə  çıxımı,  100  q  meyvədən  alınmış  cecədə  toxumun  və  qabığın  çəkisi  kəskin 

fərqlənmir. Lakin  eyni sortun meyvələri şirədə və tam meyvədə quru maddənin miqdarına görə 

fərqlənir.  Bu  isə  Kürdəmirdə  iqlimin  Abşerondan  fərqli  olaraq  isti  və  quraqlıq  keçməsilə 

əlaqədardır. 

 

Açar sözlər: Hippophae  L., cecə, quru maddə, meyvə, şirə  

 

 

Azərbaycan  florası  qiymətli  dərman,  efir  yağlı,  alkaloidli,  flavnoidli,  vitaminli,  boyaq  



bitkiləri  ilə  zəngindir  (2-4).  Bu  bitkilər  arasında  iydə  fəsiləsinin  (Elaeagnaceae  Luss.)  adi 

çaytikanı Hippophae rhammnoides L. növü özünün çoxşaxəli xüsusiyyətləri ilə müxtəlif ixtisaslı 

tədqiqatçıların - sistematiklərin, kimyaçıların, biokimyaçıların , əczaçıların, texnoloqların  diqqət 

mərkəzindədir.  Bunun  başlıca  səbəbi  çaytikanının  müxtəlif  orqanlarının  qidalı  və  bioloji  fəal 

maddələrlə  zəngin  olmasıdır.  Çaytikanı  meyvələri  vitaminlər,  şəkərlər,  üzvi  turşular,  mikro  və 

makroelementlərlə, bioloji fəal maddələrlə zəngin qida məhsulları və tibbi preparatlar almaq üçün 

qiymətli xammaldır (8,10-15). 

Azərbaycanda çaytikanının öyrənilməsinə keçən əsrin 70-ci illərindən başlanmışdır (5, 6, 

7, 9 ). Aparılmış bioloji və biokimyəvi tədqiqatlar nəticəsində 100-dən çox təsərrüfat əhəmiyyətli 

formalar müəyyən edilmiş və onların əsasında yeni sortlar yaradılmışdır. Alınmış sortlar əsasən 

Abşeronda əkilib, becərilir. 

Bitki  orqanizmində  gedən  maddələr  mübadiləsinə,  o,  cümlədən  bioloji  fəal  və  qidalı 

maddələrin  sintezinə iqlim və torpaq amilləri  güclü  təsir edir. Müxtəlif torpaq, iqlim şəraitində 

bitkilər,  xüsusilə  onların  bar  orqanlarının  böyümə  və  inkişafının  izlənilməsi  bitkilərdə  gedən 

bioloji  və  fizioloji  dəyişiklikləri  müəyyənlişdirmək  və  mühüm  təcrübi  əhəmiyyət  kəsb  etməklə 

yanaşı, xammalın toplanması üçün əlverişli iqlim şəraitini müəyyənləşdirməyə də imkan verir. 

Azərbaycanda  çaytikanı  növünün  arealını  genişləndirmək,  şoran  torpaqlardan  səmərəli 

istifadəni artırmaq məqsədilə 2006-ci ildə Kürdəmir rayonunda Zəfəranı, Şəfa, Hibrid-4 çaytikanı 



                                       AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

109 



 

sortları  əkilmişdir. Burada əkilmiş sortlar üzərində tədqiqat  işini  davam  etdirərək  (15) iqlim və 

torpaq  amilləri  ilə  kəskin  fərqlənən  Kürdəmir  və  Abşeron  şəraitində  becərilən  çaytikanı 

sortlarının  meyvələrinin  fiziki-kimyəvi  xüsusiyyətlərinin  öyrənilməsindən  alinmış  nəticələr  bu 

məqalədə öz əksini tapmışdır. 

Tədqiqat işinin məqsədi Kürdəmir və Abşeron şəraitində becərilən çaytikanı meyvələrinin 

mexaniki tərkibini, quru  maddənin miqdarını və s. müqayisəli şəkildə öyrənməkdir. 

 

 



                                       AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

110 



 

 

TƏDQIQATIN MATERIAL VƏ METODLARI 

Tədqiqatın  materialı çaytikanın  Kürdəmir və Abşeron şəraitində becərilmiş Zəfəranı, 

Şəfa,  Hibrid-4  sort  və  formalarının  meyvələridir.  Meyvələr  tam  yetişkənlik  formasında 

toplanmışdır. Meyvələrin fiziki-kimyəvi xüsusiyyətləri - çəkisi, tərkib hissələri, şirə çıxımı və 

quru maddənin miqdarı öyrənilmişdir. Meyvələr analizə hazırlanmış və tədqiqatın aparılması 

A.İ.Yermakovun ümumi qəbul edimiş metodlarına əsaslanmışdır (1). 

 

NƏTICƏLƏR VƏ ONLARIN MÜZAKIRƏSI 

Abşeron və Kürdəmir şəraitində becərilən  çaytikanının Zəfəranı, Şəfa və Hibrid-4 sort 

və formalarının yetişmiş meyvələrinin müqayisəli öyrənilməsi göstərir ki, sortlar bir-birindən 

meyvələrinin çəkisinə, şirə çıxımına, tərkibində olan quru maddəinin miqdarına görə fərqlənir 

(1-ci  cədvəl).  Çaytikanının  tədqiq  olunan  bütün  sortlarının  meyvələrində  quru  maddənin 

miqdarı Abşerona nisbətən Kürdəmirdə çox olmuşdur.  Cədvəldən göründüyü kimi, Abşeron 

şəraitində  becərilən  çaytikanı  sortlarından  Zəfəranı  sortunun  meyvəsində  14,1%,  Hibrid-4 

formasının meyvəsində 17,9%, Şəfa sortunun meyvəsində 13,2% quru maddə olduğu halda, 

bu  göstərici  Kürdəmir  şəraitində  becərilən  Zəfəranı  sortunun  meyvəsində  15,9%,  Hibrid-4 

formasının meyvəsində 21,2%, Şəfa sortunun meyvəsində 14,9% olmuşdur. Hər iki şəraitdə 

becərilən Hibrid-4 formasının meyvəsində quru maddənin miqdarı çox olmuşdur. 

Müxtəlif çaytikanı sortlarının meyvələrindən alınmış şirədə də bu fərq özünü göstərir. 

Belə  ki,  Abşeron  şəraitində  becərilən  çaytikanı  sortlarından  Zəfəranı  sortunun  meyvəsindən 

alınmış şirədə quru maddə 7,1%, Hibrid-4 formasının meyvəsindən alınmış şirədə 8,6%, Şəfa 

sortunun meyvəsindən alınmış şirədə 6,3% olmuşdur. Kürdəmir şəraitində becərilən çaytikanı 

sortlarından  Zəfəranı  sortunun  meyvəsindən  alınmış  şirədə  8,3%,  Hibrid-4  formasının 

meyvəsindən alınmış şirədə 10,2%, Şəfa sortunun meyvəsindən alınmış şirədə isə 7,4% quru 

maddə olmuşdur.  

CƏDVƏL 1 

Abşeron və Kürdəmirdə becərilən çaytikanı sortlarının mexaniki və kimyəvi tərkibi 

Aparıln  təcrübələr 

Abşeron 


Kürdəmir 

Zəfəranı 

Hibrid-4 

Şəfa 


Zəfəranı  Hibrid-4 

Şəfa 


 100  ədəd  meyvənin       

çəkisi (q-la) 

59,6 

55,4 


50,4 

60,1 


58,1 

52,3 


100 q meyvənin şirə 

si  (ml-lə) 

73,7 

62,1 


71,1 

74,3 


63,3 

72,5 


100 q meyvənin şirə 

si (q-la) 

81,6 

74,1 


76,1 

82,0 


75,1 

77,1 


Quru  maddə  tam 

meyvədə  (%-lə) 

14,1 

17,9 


13,2 

15,9 


21,2 

14,9 


Quru  maddə  şirədə 

(%-lə) 


7,1 

8,6 


6,3 

8,3 


10,2 

7,4 


 

Çaytikanının Zəfəranı, Hibrid-4 və Şəfa sort və formalarının meyvələrinin və onlardan 

alınmış cecənin mexaniki tərkibi Abşeron və Kürdəmirdə şəraitində müqayisəli öyrənilmişdir 

(2-ci  cədvəl  ).  Məlum  olmuşdur  ki,  Abşeron  şəraitində  becərilən  çaytikanı  sortlarının 

meyvələrindən alınmış cecədə toxum uyğun olaraq 23,9 %-dən 31,3 %-ə qədər, qabıq isə 68,7 

%-dən 76,1 %-ə qədər təşkil edir.  Tam meyvədə toxum 6,2 %-dən 8,6 %-ə qədər, qabıq isə 

19,4  %-dən  19,9  %-ə  qədər  təşkil  edir.  Kürdəmir  şəraitində  becərilən  çaytikanı  sortlarının 

meyvələrindən alınmış cecədə isə toxum  20,7%-dən  30,4 %-ə qədər, qabıq 69,1 %-dən 79,3 

%  -ə  qədər  təşkil  edir.  Tam  meyvədə  toxum  5,3%-dən  8,1%-ə  qədər,  qabıq  isə  18,7%-dən 

20,4%-ə qədər təşkil edir.  



                                       AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

111 



 

 

 



Cədvəl 2 

Abşeron və Kürdəmir  şəraitində becərilən çaytikanı sortlarının meyvələrin 

tərkibində toxum və qabığın  miqdarı (%-lə) 

Sortun 


adı 

Abşeronda 

Kürdəmirdə 

cecədə 


tam meyvədə 

cecədə 


tam meyvədə 

toxum 


qabıq 

toxum  qabıq  toxum 

qabıq 

toxum 


qabıq 

Zəfəranı 

23,9 

76,1 


6,2 

19,7 


20,7 

79,3 


5,3 

20,2 


Hibrid-4 

31,3 


68,7 

9,1 


19,9 

30,4 


69,6 

9,0 


20,4 

Şəfa  


30,7 

69,3 


8,6 

19,4 


30,1 

69,1 


8,1 

18,7 


 

Abşeron və Kürdəmir şəraitində becərilən çaytikanı sortların meyvələrinin şirə çıxımı 

da  fərqlidir  (3-cü  cədvəl).  Abşeronda  becərilən  çaytikanı  sortlarının  meyvəsində  şirə  çıxımı 

74±1,50%-lə  81±0,68%  arasında  dəyişir,  Kürdəmirdə  becərilən  çaytikanı  nümunələrdə  şirə 

çıxımı 75±1,50%-lə 82±0,03% arasında dəyişir. Meyvələrindəki şirə çıxımına görə Zəfəranı 

sortu yüksək göstəriciyə malikdir. 

                                                                                                                            Cədvəl 3 

Müxtəlif çaytikanı sortlarının meyvələrində şirə çıxımı (%-lə) 

Sortun adı 

Abşeronda 

Kürdəmirdə 

Zəfəranı  (şirə çıxımı %-lə) 

81±0,68 

82±0,03 


Hibrid-4  (şirə çıxımı  %-lə) 

74±1,50 


75±1,50 

Şəfa (şirə çıxımı %-lə) 

76±1,36 

77±1,15 


 

 

ƏDƏBİYYAT 

 

1.



 

А. И. Ермаков. В. В. Арасимович, М. И. Смирнова. Иконникова, Н.  П. Ярощ, Г. А. 

Луковникова. Методы биохимического исследования растений. ,,Колос’’ 1972. 

2.

 



Акулинин И. А. Облепиховое масло в лечении ожогов. Советская медицина, 1958, 

№ 11, с.137. 

3.

 

Атлас лекарственных растений СССР. Гос. изд-во мед. лит. М.,1962. 



4.

 

Гроссгейм А.А. Растительные богатства кавказы.М. 1952, 631c. 



5.

 

Исмаилов Н.М. Алколоидоноеные растения Азербайджана. Баку, 1975. 199 c.  



6.

 

Касумов  М.А.  Красильные  растения  Азербайджана  и  возможности  их 



использования. Автореф.дисс.д.б.н.Баку,1998.44 c.  

7.

 



М.Г.Абуталыбов,  С.М.Асланов,  Э.Н.Новрузов.  Химический  состав  зрелых  плодов 

облепихи, произрастающей в Азербайджане. Растительные ресурсы.  

T.XIV, вып. З. 1978  Ленинград с. 220-221. 

8.

 



Михиев А.М., Деманко В.И. Облепиха. М. 1990, с. 48 

9.

 



Новрузов  Э.Н.  Флавоноиды  репродуктивных  органов  некоторых  растений  флоры 

Азербайджана. Изв. НАН Азерб. сер. биол. наук.2004, № 3-4, с.16-28  

10.

 

Терешук Л.В. Облепиха в комбинированных молочных продуктах, Молочная пром-



сть. 2001, № 5, с. 48-49 

11.


 

Терешук Л.В., Равлов С.С.,Остроумова Т.А. Использование продуктов переработку 

облепихи при выработке молочных продуктов. Хранение и переработка сельхозсырья. 

1998, № 8, с.41  

12.

 

Шишкина  Е.  Е.  Селекция  облепихи  на  улучшенный  химический  состав.  кн. 



Облепиха в культуре. Барнаул, 1970,  54 с. 

                                       AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

112 



 

13.


 

Шугам Н. А., Шнайдман Д. О. Жирные кислоты и фосфолипиды в масле облепихи. 

Изв. вузов. Пищевая технология, 1967, № 1, с.52. 

14.


 

Эйдельнант А.С. Облепиха в медицине, косметике, кулинарии. М. Крон-Пресс.1998, 

375с. 

15.


 

Kərimova  İ.S.,  Novruzov  E.N..  Abşeron  və  Kürdəmir  rayonlarında  becərilmiş  çaytikanı 

sortlarının müqayisəli xarakteristikası. AMEA-nın Botanika İnstitutunun elmi əsərləri. 2011. 

XXXI-ci cild, s.165-168 



 

 

РЕЗЮМЕ 

ФИЗИКО-ХИМИЧЕСКАЯ ХАРАКТЕРИСТИКА ПЛОДОВ ОБЛЕПИХИ, 

ВЫРАЩЕННЫХ В КЮРДАМИРСКОМ И АПШЕРОНСКОМ РАЙОНАХ 

 

Керимова И.С., Новрузов Э.Н. 



 

Проведено  сравнительное  изучение  химического  состава  плодов  различных 

сортов и форм облепихи (H. rhamnoides L.), выращенных на Апшероне и в Кюрдамире. 

Установлено, что плоды не отличаются по выходу сока, выжимке и по весу кожуры. Но 

в плодах, выращенных в Кюрдамире, содержание сухих веществ на 12,8- 15,0% больше, 

чем  в  плодах,  выращенных  на  Апшероне.  Вероятно,  это  связано  с  климатическими 

факторами Кюрдамирского района. 

 

Ключевые слова: Hippophae L., жом, плоды, сок, сухие вещества 



 

 


Yüklə 7,48 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin