AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild
105
UOT: 582.288
AZƏRBAYCAN MİKOBİOTASI ÜÇÜN NAXÇIVAN MUXTAR RESPUBLİKASINDAN
DÖRD YENİ MAKROMİSET
Sadıqov A. S., Seyidova H. S.
Azərbaycan MEA Botanika İnstitutu
AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutu
Tədqiqat nəticəsində Naxçıvan Muxtar Respublikası ərazisindən Azərbaycan mikobiotası
üçün dörd yeni növ - Tephrocybe rancida (Fr.) Donk, Galeropsis desertorum Velen. et Dvorak,
Geastrum minimum Schwein, Trichaster melanocephalus Czern. aşkar edilmişdir.
Açar sözlər: aqarikoid, fəsilə, gleba, qasteroid, meyvə cismi, sıra
Yaşadığımız əsrin əvvəllərinə qədər Naxçıvan Muxtar Respublikasının ərazisində cəmi
bir neçə papaqlı göbələk məlum idisə ( 3), son illərdə tədqiqat nəticəsində burada xeyli maraqlı
növlər aşkar edilmişdir (1, 2). H. Seyidovanın topladğı materialların bir çoxu AMEA Botanika
institutunun ibtidai bitkilərin sistematikası şöbəsində işlənilmişdir.
MATERIAL VƏ METOD
Nümunələr ümumi qəbul edilmiş marşrut metodu üzrə toplanılmışdır və AMEA Botanika
İnstitutunun mikoloji herbarisində saxlanılır. Toplanmış göbələklərin bütün morfolojı
elementləri yerindəcə təsvir edilmişdir. Burada isə onların quruluşlarındakı məlumatlar bir daha
yoxlanılmış, mikroskop altında onların spor ölçüsü, forması, rəngi, səthinin hamar və ya nahamar
olması, bundan əlavə qasteroidlərdə qlebanın, kopillisiyin forması və ölçüləri dəqiq-
ləşdirilmişdir. Ətraflı təsvirlər əldə etdikdən sonra bu nümunələr şöbədə saxlanılan müvafiq
təyinat kitablarının (4, 6, 9, 10) köməyi ilə təyin edilmişdir. Herbari materiallarının son işlənməsi
zamanı Naxçıvan MR ərazisindən Azərbaycan mikobiotası üçün yeni olan daha 4 makromiset -
2 aqarikoid və 2 qasteroid növün aşkar olunduğu məlum olmuşdur. Aşağıda bu növlərin qısa
təsviri və sxematik şəkilləri verilir.
NƏTICƏ VƏ MÜZAKIRƏLƏR
Sıra - Agaricales
Fəsilə - Tricholomataceae
Tephrocybe rancida (Fr.) Donk - Acılaşan tefrosibe.
Papaqcıq 3-5 sm diam., qabarıqlı, sonralar sərilmiş-təpəcikli, kənarları azca dalğalı, zəif
selikli, tund boz, quruduqda acilaşandır. Ləti nazik, bozumtul, yumşaq dadlı və acılaşmış un
qoxuludur. Lövhələr zəif qovuşan, sıx, ensiz, boz və ya qonurvari bozdur. Ayaqcıq 4-10 / 0,3 -
0,5 sm, silindrik, içi boş, kənarlardan basılmış, əsasa getdikcə uzun kökvari, səthi tüklü,
bozumtul qonurdur. Sporlar 6-8 / 3-4 mkm, rəngsiz, oval və hamardır.
Növ meşədə, çox vaxt otlar arasında bitir. Yeməli deyildir.
Toplanması: Herbari nüsxəsi №1402, Şahbuz rayonu, Batabat ərazisi, torpaqda,
çürüntülər arasında, 21 VII 2009.
Qeyd edək ki, bəzi müəlliflərdə (4, 10) bu növ Collybia cinsində təmsil olunmuşdur.
AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild
106
Şəkil : 1- Tephrocyde rancida, 2 - Galeropsis desertorum, 3 - Geastrum minimum,
4 – Trichaster melanocephalus, a) sporlar.
Fəsilə - Bolbitiaceae
Galeropsis desertorum Velen. et Dvorak - Səhra qaleropsisi.
Göbələyin meyvə cismi 11 sm uzunluqda ola bilir. Papaqcıq 1-2 / 0,2–0,3 sm, iyvari –
silindrik, yanlardan bir qədər basılmış, kənarları sanki parçalanmış, nazik, azca lifli, zolaqlı, boz
qəhvəyi rəngindədir. Lövhəciklər tünd qəhvəyi, nazik, sıx və anastomozludur. Ayaqcıq tünd
rəngli, çox nazik 0,3–0,5 sm enində və 4 - 8 sm uzunluqda, əsasa getdikcə nazikləşəndir. Spor
kütləsi qəhvəyidir. Sporlar 10 -12 / 5,5–8 mkm, ellipsoidal – badamvari, ikiqat divarlı, qonur –
qəhvəyidir.
Toplanması: Herbari nüsxəsi №1401, Babək rayonu, Nehrəm kənd ətrafı, torpaqda, 6
V 2011.
Qeyd edək ki, bəzi ədəbiyyatlarda (7, 9) bu cinsin növlərini aqarikoid, bəzilərində isə
(5, 6, 8) qasteroidlərə aid edilir.
Sıra - Geastrales
Fəsilə - Geastraceae
Geastrum minimum Schwein. - Kiçicik qeastrum.
Meyvə cismi açılmış halda 1,2–2,5 sm diametrindədir. Ekzoperidiy, demək olar ki, orta
hissəsindən, ucu iti olan 5-9 dilimə parçalanır. Endoperidiy yumurtavari, 0,9 – 1,2 / 0,8–1 sm
ölçüdə, kiçik ayaqcıqlı, ağımtıl və ya qəhvəhidir. Təzə dövründə onun səthi xırda kristalcıqlarla
örtülü olur ki, onlar da yağmur vaxtı asanlıqla yuyulub gedir. Endoperidinin təpəsində konusvari,
lifli, nazik borucuqlu peristom vardır ki, onun deşikli hissəsi ətrafı kiprikvaridir. Gleba 0,2–1 sm
enində, yetişdikdə tünd qəhvəyi rəngində toz kütləsinə çevrilir. Burada yerləşən sporlar 4-5 mkm,
şarvari, zəif ziyilli, qəhvəyi rənglidir. Kapilisiy sapvari, 3,5– 6 mkm enində, septasıs,
qəhvəyivaridir.
Toplanması: Herbari nüsxəsi №1404, Şahbuz rayonu, Keçili kənd ətrafı, torpaqda, 19 V
2010.
Trichaster melanocephalus Czern. - Qarabaşlı triqaster.
AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild
107
Göbələyin cavan, tam yetişməmiş meyvə cisimləri 5-7 sm ölçüdə, soğanabənzər və ya
armudvari formalı, təpəciyində yerləşib buruncuğa bənzər çıxıntı iki sm-ə qədər ölçüdə olur. Bu
göbələk tam yetişdikdə peridiy bərabər olmayan 4-6 dilimə parçalanaraq yerə sərilmiş halda və
yaxud tünd şarformalı qlebanı torpaqdan yuxarı qaldırır. Yetişmiş qleba tünd qəhvəyi və ya qara
rəngli olub, spor kütləsinə (tozuna ) parçalanır. Sporlar qəhvəyi, 3-6 mkm, dairəvi, tikanlı –
ziyillidir.
Monotip cins olan bu növ meşə, park və bağlarda yayıla bilir.
Toplanması: Herbari nüsxəsi №1403, Şahbuz rayonu, Biçənək meşəsi, palıdliq, 13 VII
2010.
ƏDƏBİYYAT
1.
Sadıqov A.S., Seyidova H,S. Macrolepiota Singer cinsi və onun növləri Naxçıvan Muxtar
Respublikası mikobiotası üçün yenidir. AMEA Botanika institutunun elmi əsərləri, 2008, cild
28, s.129 – 130.
2.
Sadıqov A.S., Seyidova H.S. Hygrophoraceae fəsiləsinin növləri Naxçıvan Muxtar
Respublikasının mikobıotası üçün yenidir. AMEA Botanika institunun elmi əsərləri, 2009, cild
29, s. 209 – 211.
3.
Seyidova H.S. Naxçıvan Muxtar Respublikası mikoflorasının tədqiqi vəziyyəti. AMEA
Naxçıvan Bolməsinin Xəbərləri, Təbiət və texniki elmlər seriyası, 2007, № 2, s. 133 – 136.
4.
Васильева Л. В. Агариковые шляпочные грибы Приморского края. Ленинград,
« Наука», 1973, 331 с.
5.
Грибы СССР. Москва, «Мысль», 1980. 303 с.
6.
Зерова М.Я., Сосiн П. Э, Роженко Г.Л. Визначнiк грибiв Украiни. Киiв, Наукoва
Думка, 1979, т.5, кн. 2. 565 с.
7.
Сосин П. Е. Определитель гастеромицетов СССР. Л., «Наука», 1973.
8.
Arora D. Mushroom Demystified. Ten Spead Press. Berkeley, 1986. 958 p.
9.
Horak E. Röhrlinge und Blatterpilze in Europa. Munchen, 2005. 555 s.
10.
Lange J. Flora Agaricina Danica. Vol. 2, p.15. Copenhagen, 1936.
РЕЗЮМЕ
ЧЕТЫРЕ НОВЫХ МАКРОМИЦЕТА ДЛЯ МИКОБИОТЫ АЗЕРБАЙДЖАНА ИЗ
НАХЧИВАНСКОЙ АВТОНОМНОЙ РЕСПУБЛИКИ
Сaдыгов А. С., Сейидова Г. С.
В резултате исследований на территории Нахчыванской Автономной Республики
обнаружены 4 новых макромицета ( Tephrocybe rancida ( Fr.) Donk, Galeropsis desertorum
Velen. et Dvorak, Geastrum minimum Schwein., Trichaster melanocephalus Czern.) для
микобиоты Азербайжана.
Ключевые слова: агарикоид, гастероид, глеба, плодовое тело, порядок, семейство
SUMMARY
FOUR NEW MACROMYCETES FOR THE MYCOBIOTA OF AZERBAIJAN
FROM NAKHCHIVAN AUTONOMOUS REPUBLIC
Sadigov A.S., Seyidova H.S.
AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild
108
In the result of investigation four new macromycetes (Tephrocybe rancida ( Fr.) Donk,
Galeropsis desertorum Velen. et Dvorak, Geastrum minimum Schwein., Trichaster
melanocephalus Czern.) have been added to Azerbaijan mycobiota found in Nakhchivan
Autonomous Republic.
Key words: agaricoid, family, gasteroid, gleba, fruiting body, order
BİTKİ EHTİYATLARI
UOT 634.743: 541.
ABŞERON VƏ KÜRDƏMİR RAYONUNDA BECƏRİLƏN ÇAYTİKANI
MEYVƏLƏRİNİN FİZİKİ- KİMYƏVİ XÜSUSİYYƏTLƏRİ
Kərimova İ.S., Novruzov E.N.
AMEA Botanika
Abşeron və Kürdəmirdə becərilən çaytikanı (Hippophae L.) növünün müxtəlif sort və
formalarının meyvələrinin fiziki-kimyəvi tərkibi müqayisəli öyrənilmişdir. Aparılmış təcrübələrin
nəticələrindən məlum oldu ki, Abşeron və Kürdəmirdən yiğılmış çaytikanının eyni sortların
meyvələrində şirə çıxımı, 100 q meyvədən alınmış cecədə toxumun və qabığın çəkisi kəskin
fərqlənmir. Lakin eyni sortun meyvələri şirədə və tam meyvədə quru maddənin miqdarına görə
fərqlənir. Bu isə Kürdəmirdə iqlimin Abşerondan fərqli olaraq isti və quraqlıq keçməsilə
əlaqədardır.
Açar sözlər: Hippophae L., cecə, quru maddə, meyvə, şirə
Azərbaycan florası qiymətli dərman, efir yağlı, alkaloidli, flavnoidli, vitaminli, boyaq
bitkiləri ilə zəngindir (2-4). Bu bitkilər arasında iydə fəsiləsinin ( Elaeagnaceae Luss.) adi
çaytikanı Hippophae rhammnoides L. növü özünün çoxşaxəli xüsusiyyətləri ilə müxtəlif ixtisaslı
tədqiqatçıların - sistematiklərin, kimyaçıların, biokimyaçıların , əczaçıların, texnoloqların diqqət
mərkəzindədir. Bunun başlıca səbəbi çaytikanının müxtəlif orqanlarının qidalı və bioloji fəal
maddələrlə zəngin olmasıdır. Çaytikanı meyvələri vitaminlər, şəkərlər, üzvi turşular, mikro və
makroelementlərlə, bioloji fəal maddələrlə zəngin qida məhsulları və tibbi preparatlar almaq üçün
qiymətli xammaldır (8,10-15).
Azərbaycanda çaytikanının öyrənilməsinə keçən əsrin 70-ci illərindən başlanmışdır (5, 6,
7, 9 ). Aparılmış bioloji və biokimyəvi tədqiqatlar nəticəsində 100-dən çox təsərrüfat əhəmiyyətli
formalar müəyyən edilmiş və onların əsasında yeni sortlar yaradılmışdır. Alınmış sortlar əsasən
Abşeronda əkilib, becərilir.
Bitki orqanizmində gedən maddələr mübadiləsinə, o, cümlədən bioloji fəal və qidalı
maddələrin sintezinə iqlim və torpaq amilləri güclü təsir edir. Müxtəlif torpaq, iqlim şəraitində
bitkilər, xüsusilə onların bar orqanlarının böyümə və inkişafının izlənilməsi bitkilərdə gedən
bioloji və fizioloji dəyişiklikləri müəyyənlişdirmək və mühüm təcrübi əhəmiyyət kəsb etməklə
yanaşı, xammalın toplanması üçün əlverişli iqlim şəraitini müəyyənləşdirməyə də imkan verir.
Azərbaycanda çaytikanı növünün arealını genişləndirmək, şoran torpaqlardan səmərəli
istifadəni artırmaq məqsədilə 2006-ci ildə Kürdəmir rayonunda Zəfəranı, Şəfa, Hibrid-4 çaytikanı
AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild
109
sortları əkilmişdir. Burada əkilmiş sortlar üzərində tədqiqat işini davam etdirərək (15) iqlim və
torpaq amilləri ilə kəskin fərqlənən Kürdəmir və Abşeron şəraitində becərilən çaytikanı
sortlarının meyvələrinin fiziki-kimyəvi xüsusiyyətlərinin öyrənilməsindən alinmış nəticələr bu
məqalədə öz əksini tapmışdır.
Tədqiqat işinin məqsədi Kürdəmir və Abşeron şəraitində becərilən çaytikanı meyvələrinin
mexaniki tərkibini, quru maddənin miqdarını və s. müqayisəli şəkildə öyrənməkdir.
AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild
110
TƏDQIQATIN MATERIAL VƏ METODLARI
Tədqiqatın materialı çaytikanın Kürdəmir və Abşeron şəraitində becərilmiş Zəfəranı,
Şəfa, Hibrid-4 sort və formalarının meyvələridir. Meyvələr tam yetişkənlik formasında
toplanmışdır. Meyvələrin fiziki-kimyəvi xüsusiyyətləri - çəkisi, tərkib hissələri, şirə çıxımı və
quru maddənin miqdarı öyrənilmişdir. Meyvələr analizə hazırlanmış və tədqiqatın aparılması
A.İ.Yermakovun ümumi qəbul edimiş metodlarına əsaslanmışdır (1).
NƏTICƏLƏR VƏ ONLARIN MÜZAKIRƏSI
Abşeron və Kürdəmir şəraitində becərilən çaytikanının Zəfəranı, Şəfa və Hibrid-4 sort
və formalarının yetişmiş meyvələrinin müqayisəli öyrənilməsi göstərir ki, sortlar bir-birindən
meyvələrinin çəkisinə, şirə çıxımına, tərkibində olan quru maddəinin miqdarına görə fərqlənir
(1-ci cədvəl). Çaytikanının tədqiq olunan bütün sortlarının meyvələrində quru maddənin
miqdarı Abşerona nisbətən Kürdəmirdə çox olmuşdur. Cədvəldən göründüyü kimi, Abşeron
şəraitində becərilən çaytikanı sortlarından Zəfəranı sortunun meyvəsində 14,1%, Hibrid-4
formasının meyvəsində 17,9%, Şəfa sortunun meyvəsində 13,2% quru maddə olduğu halda,
bu göstərici Kürdəmir şəraitində becərilən Zəfəranı sortunun meyvəsində 15,9%, Hibrid-4
formasının meyvəsində 21,2%, Şəfa sortunun meyvəsində 14,9% olmuşdur. Hər iki şəraitdə
becərilən Hibrid-4 formasının meyvəsində quru maddənin miqdarı çox olmuşdur.
Müxtəlif çaytikanı sortlarının meyvələrindən alınmış şirədə də bu fərq özünü göstərir.
Belə ki, Abşeron şəraitində becərilən çaytikanı sortlarından Zəfəranı sortunun meyvəsindən
alınmış şirədə quru maddə 7,1%, Hibrid-4 formasının meyvəsindən alınmış şirədə 8,6%, Şəfa
sortunun meyvəsindən alınmış şirədə 6,3% olmuşdur. Kürdəmir şəraitində becərilən çaytikanı
sortlarından Zəfəranı sortunun meyvəsindən alınmış şirədə 8,3%, Hibrid-4 formasının
meyvəsindən alınmış şirədə 10,2%, Şəfa sortunun meyvəsindən alınmış şirədə isə 7,4% quru
maddə olmuşdur.
CƏDVƏL 1
Abşeron və Kürdəmirdə becərilən çaytikanı sortlarının mexaniki və kimyəvi tərkibi
Aparıln təcrübələr
Abşeron
Kürdəmir
Zəfəranı
Hibrid-4
Şəfa
Zəfəranı Hibrid-4
Şəfa
100 ədəd meyvənin
çəkisi (q-la)
59,6
55,4
50,4
60,1
58,1
52,3
100 q meyvənin şirə
si (ml-lə)
73,7
62,1
71,1
74,3
63,3
72,5
100 q meyvənin şirə
si (q-la)
81,6
74,1
76,1
82,0
75,1
77,1
Quru maddə tam
meyvədə (%-lə)
14,1
17,9
13,2
15,9
21,2
14,9
Quru maddə şirədə
(%-lə)
7,1
8,6
6,3
8,3
10,2
7,4
Çaytikanının Zəfəranı, Hibrid-4 və Şəfa sort və formalarının meyvələrinin və onlardan
alınmış cecənin mexaniki tərkibi Abşeron və Kürdəmirdə şəraitində müqayisəli öyrənilmişdir
(2-ci cədvəl ). Məlum olmuşdur ki, Abşeron şəraitində becərilən çaytikanı sortlarının
meyvələrindən alınmış cecədə toxum uyğun olaraq 23,9 %-dən 31,3 %-ə qədər, qabıq isə 68,7
%-dən 76,1 %-ə qədər təşkil edir. Tam meyvədə toxum 6,2 %-dən 8,6 %-ə qədər, qabıq isə
19,4 %-dən 19,9 %-ə qədər təşkil edir. Kürdəmir şəraitində becərilən çaytikanı sortlarının
meyvələrindən alınmış cecədə isə toxum 20,7%-dən 30,4 %-ə qədər, qabıq 69,1 %-dən 79,3
% -ə qədər təşkil edir. Tam meyvədə toxum 5,3%-dən 8,1%-ə qədər, qabıq isə 18,7%-dən
20,4%-ə qədər təşkil edir.
AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild
111
Cədvəl 2
Abşeron və Kürdəmir şəraitində becərilən çaytikanı sortlarının meyvələrin
tərkibində toxum və qabığın miqdarı (%-lə)
Sortun
adı
Abşeronda
Kürdəmirdə
cecədə
tam meyvədə
cecədə
tam meyvədə
toxum
qabıq
toxum qabıq toxum
qabıq
toxum
qabıq
Zəfəranı
23,9
76,1
6,2
19,7
20,7
79,3
5,3
20,2
Hibrid-4
31,3
68,7
9,1
19,9
30,4
69,6
9,0
20,4
Şəfa
30,7
69,3
8,6
19,4
30,1
69,1
8,1
18,7
Abşeron və Kürdəmir şəraitində becərilən çaytikanı sortların meyvələrinin şirə çıxımı
da fərqlidir (3-cü cədvəl). Abşeronda becərilən çaytikanı sortlarının meyvəsində şirə çıxımı
74±1,50%-lə 81±0,68% arasında dəyişir, Kürdəmirdə becərilən çaytikanı nümunələrdə şirə
çıxımı 75±1,50%-lə 82±0,03% arasında dəyişir. Meyvələrindəki şirə çıxımına görə Zəfəranı
sortu yüksək göstəriciyə malikdir.
Cədvəl 3
Müxtəlif çaytikanı sortlarının meyvələrində şirə çıxımı (%-lə)
Sortun adı
Abşeronda
Kürdəmirdə
Zəfəranı (şirə çıxımı %-lə)
81±0,68
82±0,03
Hibrid-4 (şirə çıxımı %-lə)
74±1,50
75±1,50
Şəfa (şirə çıxımı %-lə)
76±1,36
77±1,15
ƏDƏBİYYAT
1.
А. И. Ермаков. В. В. Арасимович, М. И. Смирнова. Иконникова, Н. П. Ярощ, Г. А.
Луковникова. Методы биохимического исследования растений. ,,Колос’’ 1972.
2.
Акулинин И. А. Облепиховое масло в лечении ожогов. Советская медицина, 1958,
№ 11, с.137.
3.
Атлас лекарственных растений СССР. Гос. изд-во мед. лит. М.,1962.
4.
Гроссгейм А.А. Растительные богатства кавказы.М. 1952, 631c.
5.
Исмаилов Н.М. Алколоидоноеные растения Азербайджана. Баку, 1975. 199 c.
6.
Касумов М.А. Красильные растения Азербайджана и возможности их
использования. Автореф.дисс.д.б.н.Баку,1998.44 c.
7.
М.Г.Абуталыбов, С.М.Асланов, Э.Н.Новрузов. Химический состав зрелых плодов
облепихи, произрастающей в Азербайджане. Растительные ресурсы.
T.XIV, вып. З. 1978 Ленинград с. 220-221.
8.
Михиев А.М., Деманко В.И. Облепиха. М. 1990, с. 48
9.
Новрузов Э.Н. Флавоноиды репродуктивных органов некоторых растений флоры
Азербайджана. Изв. НАН Азерб. сер. биол. наук.2004, № 3-4, с.16-28
10.
Терешук Л.В. Облепиха в комбинированных молочных продуктах, Молочная пром-
сть. 2001, № 5, с. 48-49
11.
Терешук Л.В., Равлов С.С.,Остроумова Т.А. Использование продуктов переработку
облепихи при выработке молочных продуктов. Хранение и переработка сельхозсырья.
1998, № 8, с.41
12.
Шишкина Е. Е. Селекция облепихи на улучшенный химический состав. кн.
Облепиха в культуре. Барнаул, 1970, 54 с.
AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild
112
13.
Шугам Н. А., Шнайдман Д. О. Жирные кислоты и фосфолипиды в масле облепихи.
Изв. вузов. Пищевая технология, 1967, № 1, с.52.
14.
Эйдельнант А.С. Облепиха в медицине, косметике, кулинарии. М. Крон-Пресс.1998,
375с.
15.
Kərimova İ.S., Novruzov E.N.. Abşeron və Kürdəmir rayonlarında becərilmiş çaytikanı
sortlarının müqayisəli xarakteristikası. AMEA-nın Botanika İnstitutunun elmi əsərləri. 2011.
XXXI-ci cild, s.165-168
РЕЗЮМЕ
ФИЗИКО-ХИМИЧЕСКАЯ ХАРАКТЕРИСТИКА ПЛОДОВ ОБЛЕПИХИ,
ВЫРАЩЕННЫХ В КЮРДАМИРСКОМ И АПШЕРОНСКОМ РАЙОНАХ
Керимова И.С., Новрузов Э.Н.
Проведено сравнительное изучение химического состава плодов различных
сортов и форм облепихи (H. rhamnoides L.), выращенных на Апшероне и в Кюрдамире.
Установлено, что плоды не отличаются по выходу сока, выжимке и по весу кожуры. Но
в плодах, выращенных в Кюрдамире, содержание сухих веществ на 12,8- 15,0% больше,
чем в плодах, выращенных на Апшероне. Вероятно, это связано с климатическими
факторами Кюрдамирского района.
Ключевые слова: Hippophae L., жом, плоды, сок, сухие вещества
Dostları ilə paylaş: |