Amea botanika İnstitutunun elmi əsərləri, 2012- ci IL, XXXII cild



Yüklə 7,48 Mb.
Pdf görüntüsü
səhifə10/64
tarix14.01.2017
ölçüsü7,48 Mb.
#5478
1   ...   6   7   8   9   10   11   12   13   ...   64

 

Acknowledgments 

I  am  deeply  indebted  to  Dr.  Valida  Ali-zade,  director  of  Botany  Institute  of  ANAS  for  their 

contributions  to  mine  participation  to  the  Seed  Conservation  Techniques  Training  Course  in 

Wakehurst  Place  UK.  I  would  also  like  to  thank  the  staff  at  Seed  Conservation  Department  of 

Kew Royal  Botanic Gardens and Millennium Seed Banks Authority, particularly Dr. Kate Gold 

and Clare Trivedi, international project  coordinators  that have contributed to the SCT Training 

Course.  

 

 



References 

 

1.

 



Brown, A. H. D., and J. D. Briggs. 1991. Sampling strategies for genetic variation in exsitu 

collections of endangered plant species. Pages 99–119 in D. A. Falk and K. E. Holsinger (eds.), 



Genetics and Conservation of Rare Plants. New York: Oxford University Press. 

2.

 



Ellis, R. H., T. D. Hong, and E. H. Roberts. 1985. Handbook of Seed Technology for 

Genebanks. Principles and Methodology. Rome: International Board for Plant Genetic 

Resources. 

3.

 

Flora of Azerbaijan 1950-1961. I-VIII vol. 



4.

 

Groom  MJ,  Meffe  GK  &  Carroll  CR.  Principle  of  Conservation  Biology.  Sinauer  Inc, 



Sunderland MA. 2006     

5.

 



Hanson, J. 1985. Procedures for Handling Seeds in Genebanks. Rome: International Board 

for Plant Genetic Resources. 

6.

 

Heywood  VH.  Challenges  of  in  situ  conservation  of  crop  wild  relatives  //  Turk  J  Bot  32, 



2008, 421-432.     

7.

 



Ledig  FT.  The  conservation  of  diversity  in  forest  trees:  why  and  how  should  genes  be 

conserved? // Bioscience 38, 1988), 471-479.     



                                       AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

 



8.

 

Maxted,  N.,  Ford-Lloyd,  B.V.,  and  Hawkes,  J.G.  (1997).  Complementary  conservation 



strategies,  pp.  15–41.  In:  N.  Maxted,  B.V.  Ford-Lloyd  and  J.G.  Hawkes  (eds).  Plant  genetic 

conservation: the in situ approach. Chapman & Hall, London, UK. 

9.

 

Primack  RB.  Essentials  of  Conservation  Biology.  Sinauer  Assoc.,  Inc.,  Sunderland,  MA. 



2006     

10.


 

Smith R.D., Dickie J.B., Linington S.H., Pritchard H.W. and Probert R.J. (eds.). 2003. Seed 

Conservation:  turning  science  into  practice.  The  Royal  Botanic  Gardens,  Kew  Publishing, 

London, UK 

11.

 

Smith,  R.  D.,  and  S.  Linington.  1997.  The  management  of  the  Kew  Seed  Bank  for  the 



conservation of arid land and U.K. wild species. Bocconea 7:273–280. 

12.


 

Wieland,  G.  D.  1995.  Guidelines  for  the  Management  of  Orthodox  Seeds.  St.  Louis,  MO: 

Center for Plant Conservation. 

 

 



XÜLASƏ 

AZƏRBAYCANIN BƏZI ENDEM BITKI NÖVLƏRI ÜÇÜN EX SITU MÜHAFIZƏ 

ÜSULLARININ  PLANLAŞDIRILMASI 

 

Səlimov R.A. 



AMEA Botanika İnstitutunun doktorantı 

AMEA Mərkəzi Nəbatat Bağı 

 

Məqalədə  bitki  genetik  müxtəlifliyinin  mühafizəsinin  müxtəlif  üsulları  və  müasir  elmi 



yanaşmaları  təqdim  edilmişdir.  Eyni  zamanda,  Azərbaycanın  bəzi  endemik  bitki  növlərinin  ex 

situ mühafizəsi məqsədilə planlaşdırılan yeni üsullar qeyd edilir. 

 

Açar sözlər: ex situ, endem, toxum bankı 

 

 

РЕЗЮМЕ 



ПЛАНИРОВАНИЕ EX-SITU СОХРАНЕНИЯ НЕКОТОРЫХ ЭНДЕМИЧНЫХ 

ВИДОВ РАСТЕНИЙ АЗЕРБАЙДЖАНА 

 

Салимов Р.А. 



Докторант Института Ботаники НАН Азербайджана 

Центральный Ботанический Сад НАН Азербайджана 

 

В  статье  представлены  различные  методы  и  современные  научные  подходы  к 



генетическому  разнообразию  растений  в  целом,  и  новые  методы,  которые    планируется 

для ex situ сохранения некоторых эндемичных видов растений Азербайджана.  



 

Ключевые слова: ex-situ, эндемические виды, банк семян 

 

 

 

 



 

                                       AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

 



 

      

İBTİDAİ BİTKİLƏR 

 

     

                           UOT: 582.288 

 

MƏRKƏZİ NƏBATAT  BAĞININ  MİKROMİSETLƏRİ 



 

Ağayeva D.N.

1

, Mayılova T.B.



1

, Fərzəliyev V.S.

2 

1

Azərbaycan Milli Elmlər Akademiyasının Botanika İnstitutu 



Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat bağı 

 

AMEA  Mərkəzi  Nəbatat  Bağında  yerli  və  introduksiya  olunmuş  bitkilər  üzərində  aşkar 

edilmiş  göbələk  növləri  sistematik  qruplar  üzrə  son  dəyişikliklər  nəzərə  alınmaqla  analiz 

edilmişdir.  Təhlil  edilmiş  herbari  nümunələri  Ascomycota,  Basidiomycota  və  Oomycota 

şöbələrinə daxildir  və bütövlükdə 15 sıraya, 32 fəsiləyə və 61 cinsə aid 213 növ yoxlanılmışdır. 

 

Açar sözlər: bitki, göbələk, növ, sistematik tərkib, takson 

 

        

AMEA  Mərkəzi  Nəbatat  bağı    1934  -  cü  ildə  45.7  ha  sahədə  salınmışdır  (6).  Bağın 

yaradıldığı dövrdə əsas inkişaf istiqaməti xalq təsərrüfatı üçün perspektivli bitki növlərinin aşkar 

edilməsi və seçilməsi kimi müəyyən edilmişdi ki, bu da olan floranın in situ və ex situ zənginləş-

dirilməsi  məqsədi  daşıyırdı.  Həmin  zamanda  aktual  olan  digər  məsələ  Bakı  şəhərinin  yaşıllaş-

dırılması üçün yerli şəraitə uyğun olan bitkilərinin introduksiyası idi.  

Nəbatat bağının şəraiti Azərbaycanın quru subtropik iqliminə daha uyğundur. Bağda belə 

şəraitdə inkişaf edən yerli və dünyanın müxtəlif ölkələrindən introduksiya olunmuş ağac, kol və 

ot  bitkilərindən  ibarət  2500  növ    və  formalar    becərilir.  Onlardan  təxminən  1000-ə  qədəri 

Azərbaycana  ilk  dəfə  introduksiya  edilmişdir  (5).  Bu  bitkilərin  əksəriyyəti  hal-hazırda  Bakı 

şəhəri və Respublikanın digər şəhərlərinin yaşıllaşdırılmasında geniş istifadə edilir. Gətirilən əkin 

materialları böyük ehtimalla əraziyə yeni göbələk növlərinin introduksiyasına səbəb olmuşdur.  

Abşerondan  toplanılmış  müxtəlif  göbələk  qruplarına  həsr  olunmuş    məqalələrdə  bağın 

mikobiotasına dair məlumatlara rast gəlinir (1, 2, 3, 4). Bu məlumatlarda mikoloji herbari materi-

alları,  saprotroflar  və    bitki  orqanlarında  nekrotik  ləkələr,  çürümə  və  ya  quruma  törədən 

göbələklər barədə qeydlər vardır.  

Nəbatat  bağının  mikobiotasının  öyrənilməsi  üzrə  uzun  müddət  tədqiqat  işlərinin 

aparılmasına baxmayaraq mikromisetlərə dair ümumiləşdirilmiş çap əsəri yoxdur. Təqdim olunan 

işdə herbaridə saxlanılan və son illər toplanılan nümunələr nəzərdən keçirilmiş, göbələklərin növ 

tərkibi dəqiqləşdirilmiş və müasir taksonomik sistemə uyğun verilmişdir.  



        

 

MATERİAL VƏ METODLAR 

İşin icrası zamanı Nəbatat bağı ərazisindən toplanılmış materiallar və herbaridə saxlanılan 

462  mikoloji  nümunə  araşdırılmışdır.  Təzə  toplanılmış  materiallar  mikroskoplama  metodu  ilə 

(Motic,  DMWB1223ASC)  təyin  edilmişdir.  Məqalədə  qeyd  edilən  bütün  göbələk  növlərinin 

herbari nümunələri Botanika İnstitutunun mikoloji herbarisində saxlanılır. 

        

 


                                       AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

 



 

 

NƏTİCƏLƏR VƏ MÜZAKİRƏLƏR 

Tədqiqat  nəticəsində  bütövlükdə  170  ağac,  kol,  ot  bitkiləri  üzərində  213  göbələk  növü 

aşkar edilmişdir (Cədvəl). Göbələk növləri Ascomycota, Bazidiomycota  və hazırkı taksonomik 

bölgüyə  görə  göbələklərdən  ayrılaraq  onlara  yaxın  Chromista  aləmi  daxilində  təsnifləşən 

Oomycota şöbəsinə aiddir. 

İlk  herbari  materialları  1938-1939-cu  illərə  təsadüf  edir.  Bunlar  ot  bitkiləri  olan  Iris 



paradoxa  Steve.,  Eromopyrum  orientale  (L.)  Laus  et  Spach  və    Serena  rubens  (L.)  Grass  üzə-

rində uyğun olaraq aşkar edilmiş Puccinia iridis Wallr., P. agropyrina Erikss. və Ustilago zernae 

Uljan. bazidiomiset göbələkləridir. 

Taksonların sistematik qruplar üzrə paylanması. Ascomycota şöbəsi  Pezizomycotina 

yarımşöbəsinin  Dothideomycetes,  Leotiomycetes  və  Sordariomycetes  siniflərinin  2-si  Incertae 

sedis  olmaqla  22  fəsiləyə,  46  cinsə  aid  142  növ  təyin  olunmuşdur.  Dothideomycetes  sinfi 

Botryosphaeriales, Capnodiales, Dothideales və Pleosporales sıralarından ibarətdir.   

Botryosphaeriales  sırası  Botryosphaeriaceae  fəsiləsinin  Diplodia  Fr.  (12),  Dothiorella 

Sacc. (2), Microdiplodia Tassi (4), Macrophoma (4), Phyllosticta Pers. (13) və Sphaeropsis Sacc. 

(8)  cinslərinə  aid  42  növü  cəmləyir.  Sıraya  aid  fəsiləsi  Incertae  sedis  hesab  edilən 

Camarosporium Schultzer cinsi 11 növlə təmsil olunmuşdur. Capnodiales sırası Capnodiaceae və 

Davidiellaceae  fəsilələrindən  hər  biri  1  növlə  müəyyən  edilən  Capnodium  Mont.  və  Davidiella 

Crous  &  Braun  cinsləri,  Mycosphaerellaceae  fəsiləsi  fərqli  növ  sayına  malik  Mycosphaerella 

Johanson  (2),  Ovularia  Sacc.  (1),  Ramularia  Sacc.  (1)  və  Septoria  Sacc.  (2)  cinslərinə  aid    8 

növlə  təmsil  olunmuşdur.  Dothideales  sırasının  Dothioraceae  fəsiləsi-nin  Metasphaeria  Sacc. 

cinsinə aid 2 növ qeyd edilmişdir.  

Pleosporales  sırası  cins  sayına  görə  üstünlük  təşkil  edir.  Cucurbitariaceae  fəsiləsinin 

Cucurbitaria Gray cinsinə aid 2, Leptosphaeriaceae fəsiləsinin Coniothyrium Corda cinsinə aid 1 

və  Leptosphaeria  Ces.  &  De  Not.  cinsinə  aid  2,  Montagnulaceae  fəsiləsi  Montagnula  Berl. 

cinsinə aid 1, Phaeosphaeriaceae fəsiləsi Hendersonia Sacc. cinsinə aid 4, Pleosporaceae fəsiləsi 

Alternaria  Nees  (2),  Macrosporium  Fr.  (1),  Pleospora  Rabenh.  ex  Ces.  &  De  Not  (5), 

Venturiaceae fəsiləsi Fusicladium Bonord. (1) və  Spilocaea Fr. (1) cinslərinə aid 2 növ, Incertae 

sedis  olan  Ascochyta  Lib.  (5),  Boeremia  Aveskamp  (1)  və  Phoma  Sacc.  (10)  cinsləri  16  növlə 

təmsil olunmuşlar.  

Leotiomycetes  sinfi  Erysiphales,  Helotiales  sıralarına  aid  göbələk  nümunələrini 

birləşdirir.  Erysiphales  sırasında  Erysiphaceae  fəsiləsinin  Arthrocladiella  Vassilkov,  Blumeria 

Golovin ex Speer, Erysiphe R. Hedw. ex DC., Golovinomyces (U. Braun) V.P. Heluta, Leveillula 

G.Arnaud,  Oidium  Sacc.,  Podosphaera  Kunze  və  Phyllactinia  Lév.  cinslərinə  aid  20  növ  qeyd 

edilmişdir.  Helotiales  sırası  Sclerotinaceae  fəsiləsinin  Botrytis  P.  Micheli  cinsinə  aid  1  növlə 

təmsil olunmuşdur.  

Sordariomycetes  sinfi  Diaporthales  sırasının  Diaporthaceaea,  Gnomoniaceae,  Valsaceae 

fəsilələri ilə verilir. Diaporthaceaea fəsiləsi Diaporthe Nitschke (1) və Phomopsis (Sacc.) Bubák 

(4)  cinslərinə  aid  5  növlə,  Gnomoniaceae  fəsiləsi  Diplodina  Westend.  cinsinə  aid  2  növlə, 

Valsaceae  fəsiləsi  Cytospora  Ehrenb.  (7),  Leucostoma  (Nitschke)  Höhn.  (1)  və  Valsa  Fr.  (2) 

cinslərinə aid 10 növlə göstərilir. 

Hypocreales  sırasına  aid  Clavicipitaceae,  Nectriaceae  fəsilələri  uyğun  olaraq  Claviceps 

Tul. cinsinə aid 1 və Nectriaceae fəsiləsinin Fusarium Link cinsinə aid 1 növlə qeyd olunmuşdur. 

Phyllochorales  sırasının  Phyllachora  Nitschke  ex  Fuckel  cinsinə  aid  2  növ  təyin  edilmişdir. 



                                       AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

 



Xylariales  sırası  Amphisphaeriaceae  fəsiləsinin  Pestalotiopsis  Steyaert  cinsinin  1  növü  ilə 

göstərilmişdir.  

Bütövlükdə  Ascomycota  növ  tərkibinə  görə  18  teleomorf  və  27  anamorf  cinsdən  ibarət 

olmuşdur. Teleomorf göbələklərə 38 növ aid edilmişdir ki, onlar da əsasən Mycosphaerella (2), 



Metasphaeria (2), Cucurbitaria (2), Leptosphaeria (3), Montagnula (1), Pleospora (5), Spilocaea 

(1),  Arthrocladiella  (1),  Blumeria  (1),  Erysiphe  (7),  Golovinomyces  (2),  Leveillula  (2), 



Podosphaera  (3),  Phyllactinia  (1),  Diaporthe  (1),  Valsa  (2),  Claviceps  (1),  Phyllachora  (2) 

cinslərinə aiddir. 

Anamorf göbələklərə Dothiorella (2), Diplodia (12), Microdiplodia (4), Macrophoma (4), 

Phyllosticta  (13),  Sphaeropsis  (8),  Camarosporium  (11),  Capnodium  (1),  Heterosporium  (1), 

Ovularia  (1),  Ramularia  (1),  Septoria  (2),  Coniothyrium  (1),  Hendersonia  (4),  Alternaria  (2), 

Macrosporium  (1),  Fusicladium  (1),  Ascochyta  (5),  Boeremia  (1),  Phoma  (10),  Oidium  (3), 

Botrytis  (1),  Phomopsis  (4),  Diplodina  (2),  Cytospora  (7),  Leucostoma  (1),  Pestalotiopsis  (1) 

cinslərinə aid 104 növ daxildir.  

Bazidiomycota  şöbəsi  Pucciniomycotina  və  Ustilaginomycotina  yarımşöbələrinə  aid  35 

növü birləşdirir.  

Pucciniomycotina  yarımşöbəsinin  Pucciniomycetes  sinfinin  Pucciniales  sırasına  biri 

Incertae sedis olmaqla 5 fəsiləyə və 6 cinsə aid 33 növ daxildir.  Melampsoraceae fəsiləsi Melam-



psora  Castagne  (2),  Phragmidiaceae  fəsiləsi  Phragmidium  Link  (3)  və  Pucciniaceae  fəsiləsi 

Puccinia  Pers.  (25),  Uropyxidaceae  fəsiləsi    Tranzschelia  Arthur  (2)  və  fəsiləsi  Incertae  sedis 

olan Uromyces (Link) Unger (1)  cinsləri ilə təmsil olunmuşdur.   

Ustilaginomycotina  yarım  şöbəsinin  Exobasidiomycetes  sinfi  Tilletiales  sırasının 

Tilletiaceae  fəsiləsinin  Tilletia  cinsinin  2  növü  ilə  göstərilmişdir.  Həmin  yarımşöbənin 

Ustilaginomycetes sinifi Urocystidiales sırasının Urocystidaceae fəsiləsinin Urocystis Rabenh. ex 

Fuckel  (2)  və  Ustilaginales  sırasının  Ustiloginaceae  fəsiləsinin  Ustilago  (Pers.)  Roussel  (2) 

cinslərinə aid 4 növlə təmsil olunmuşdur. 

Oomycota  şöbəsi  Albuginales  sırasının  Albuginaceae  fəsiləsinin  Albugo  (Pers.)  Roussel 

(2), Pustula Thines (1) və Wilsoniana Thines (1) cinslərinə aid 4 növlə, Peronosporales sırasının 

Peronosporaceae  fəsiləsinin  Bremia  Regel  (2),  Hyaloperonospora  Constant.  (3),  Peronospora 

Corda (22) və Plasmopora J. Schröt (1) cinslərinə aid 28 növlə göstərilmişdir. 

Göbələklərin bitki qruplarına görə təhlili. 

Yuxarıda göstərilənlərə əsasən deyə bilərik ki, Ascomycota şöbəsi göbələk növlərinin və 

eləcə də sahib bitki sırasına görə zəngin şəkildə təmsil olunmuşdur. Yabanı, dekorativ,  yem və 

qida    məqsədilə  istifadə  edilən  54  ot  bitkisi  üzərində  29  göbələk  növü  qeyd  edilmişdir.  Geniş 

yayılmış  yabanı  ot  bitkilərindən  Cynadon  dactylon  (L.)  Pers.  üzərində  Phyllachora  cynodontis 

Niessl., Medicago littoralis Rohde üzərində Erysiphe cruciferarum Opiz ex L. Junell, Gypsophila 



scorzonerifolia Ser. üzərində E. communis (Wallr.) Schltdl. göbələk növləri tapılmışdır. Dərman 

bitkilərindən Alhagi maurorum Medik. üzərində Leveillula leguminosarum Golovin,  Calendula 



officinalis  L. üzərində  Pleospora vulgatissima  Speg.,  Peganum harmala  L.  üzərində  Leveillula 

taurica  (Lev.)  G.  Arnaud,  Salvia  verbenaca  L.  üzərində  Oidium  verbenacea  Pass.  və  s.  kimi 

növlərə  təsadüf  edilir.  Dekorativ  bitkilərdən  Narcissus  tazetta  L.  bitkisində  Phyllosticta 



narcissicola Keissl., Dianthus barbatus L. bitkisində Pleospora dianthi De Not., Iris germanica 

L. bitkisində  Heterosporium gracile (Wallr.) Sacc.,  Pleospora herbarum (Pers.) Rabenh.,  Aster 

sp.  bitkisində  Fusarium  oxysporum  Schltdl.  kimi  göbələklər  səciyyəvidir.  Qida  və  yem 

əhəmiyyətli  bitkilərdən  Capparis  spinosa  L.  üzərində  Alternaria  alternata  (Fr.)  Keissl.,  Rumex 



crispus  L.  üzərində  Podosphaera  fulginea  (Schltdl.)  U.Braun  &  S.  Takam.  növləri  qeyd 

edilmişdir. 



                                       AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

 



Elə göbələk növləri vardır ki, onlar eyni zamanda həm ot, həm də kol bitkilərində təsadüf 

edilir.  Bunlardan  Capparis  spinosa  və  Hippophae  rhamnoides  L.  bitkilərində  Alternaria 



alternata (Fr.) Keissl. növü, Santolina virens Mill., Hibiscus syriacus L., Lonicera fragrantissima 

Lindl.  &  Paxton  bitkilərində  Pleospora  herbarum  (Pers.)  Rabenh.  növü,  Genista  tinctoria  L., 



Caragana arborescens Lam. üzərində Macrophoma laburni (Westend) Berl. & Voglino növü və 

s. göstərmək olar. 

Yalnız kollar üzərində müşahidə edilmiş göbələklərə Metasphaeria dispar Penz. et Sacc. 

(Ruta graveolena L.), M. epidermidis Feltgen (Rhamnus alaternus L.), Ascochyta ligustri Sacc. & 

Speg. (Ligustrum japonicum Thbg.), Phoma albozonata Durieu et Mont. (Ziziphus jujuba Mill.),  

Cucurbitaria    ribis    Niessl  (Ribes  aureum  Pursh,  Berberis    sp.),    Diplodia  Pursh.,  Phyllosticta  

cotoneastri    Allesch.  (Cotoneaster  serotinus  Hutch.),  Camarosporium  caraganae  P.  Karst. 

(Caragana  arborescens  Lam.),  C.  robiniae  (Westend.)  Sacc.  (Robinia  hispida  L.)  və  s.  daxil 

olmaqla 45 növ aiddir. 

Meşə və meyvə ağaclarında 37 göbələk növü aşkar edilmişdir. Meşə ağaclarında tez-tez  

rast  gəlinən  növlərə  Ascochyta  quercus  Sacc.  &  Speg.  (Quercus  ilex  L.),  Diplodia  perpusilla 

Desm.,    Phoma  gleditschiae  (Thüm.)  Sacc.  (Albizia  julibrissin  Durazz.),  D.  salicis  Westend. 

(Salix  sp.),  Dothiorella  platani  Briard  et  Futrey,  Phoma  petiolata  (Cooke)  Sacc.  (Parrotia 

persica (DC.) C.A.Mey.), D. carpini Sacc. (Carpinus caucasica Grossh.), Microdiplodia micro-

sporella  (Sacc.)  Sacc.  &  D.  Sacc.  (Acer  negundo  L.,  A.  platanoides  L.),  M.  quercicola  Petr. 

(Quercus  castaneifolia  C.A.M.),  Sphaeropsis  sapinea  (Fr.)  Dyko  &  B.  Sutton  (Larix  sibirica 

Ledb.)  aiddir.  Meyvə  ağaclarında  daha  çox  D.  amygdali  Cooke  et  Harkin.  (Prunus  sp.), 

Phyllosticta  oleae  Petri  və  Capnodium  elaeophilum      Prill.      (Olea      europaea      L.), 

Camarosporium  passerinii  Sacc.  və  Mycosphaerella  mori  (Fuckel)  F.A.  Wolf,  Phyllactinia 

guttata  (Wallr.)  Lév.  (Morus  alba  L.),  Fusicladium  fici  T.M.  Achundov  (Ficus  carica  L.), 

Podosphaera  leucotricha  (Ellis  et  Everh.)  E.S.  Salmon  (Malus  domestica  Borkh.)  növlərinə 

təsadüf edilir.  

Bazidiomycota  şöbəsinə  aid  növlər  ot,  kol  və  ağac  bitkiləri  üzrə  geniş  bitki  sırasına 

malikdir.    Eryngium  biebersteinianum  Nevodovsky,  Bromus  macrostachys  Dsf.,  Convolvulus 



arvensis  L.  kimi  yabanı  ot  bitkiləri  ilə  yanaşı  taxıllarda  (Arrhenatherum  P.  Beauv.,  Secale  L., 

Triticum L.) təsadüf edilən  növlər də vardır. Taxıllardan Hordeum vulgare L., üzərində Puccinia 

hordei  G.H.  Otth.,  Arrhenatherum  elatius  (L.)  P.  Beauv.  ex  J.  Presl  &  C.  Presl  üzərində  P. 

coronifera  Kleb.,  Secale  montanum  Guss.  və  S.  sylvestre  Host.  üzərində  Puccinia  recondita 

Dietel  &  Holw.,  Urocystis  occulta  (Wallr.)  Rabenh.,  U.  tritici  Körn.  və  Triticum  durum  L. 

üzərində  P. striiformis Westend., göbələkləri müəyyən edilmişdir.  

Kol  bitkilərindən  Rubus  caesius  L.  üzərində  Phragmidium  bulbosum  (Fr.)  Schltdl,  Ph. 



violaceum (Schultz) G. Winter və Ph. rubi-idaei (DC.) P.Karst. göbələk növləri aşkar edilmişdir. 

Ağac  bitkilərindən  Populus  alba  L.  üzərində  Melampsora  populnea  (Pers.)  P.  Karst 

göbələyi və Prunus dulcis (Mill.) D.A.Webb üzərində Tranzchelia discolor (Fuckel) Tranzchel & 

M.A. Litv. və T. pruni-spinosae (Pers.) Dietel göbələkləri qeyd edilmişdir.  

Oomycota  şöbəsinə  aid  növlər  əsasən  ot  bitkiləri  üzərində  təyin  edilmişdir.  Bu  bitkilər 

içərisində  yabanı  otlarla  yanaşı  qida,  yem  və  texniki  məqsədlərlə  istifadə  edilənlər    də  vardır. 

Texniki əhəmiyyətli bitki hesab edilən Rubia tinctorum L. üzərində Peronaspora rubiae Gäum, 

Camelina  rumelica  Velen.  üzərində  Hyaloperonospora  cameline  (Gäum.)  Göker,  Voglmayr, 

Riethm., Weiss & Oberw, R. inctorum göbələkləri qeyd edilmişdir.  

Qida  və  yem  kimi  istifadə  edilən  iqtisadi  əhəmiyyətli  bitkilərdən  Amaranthus  blitum  L. 

üzərində  Wilsoniana  bliti  (Biv.)  Thines,  Capsella  bursa-pastoris  L.,  üzərində  Albugo  candida 

(Pers.)  Kuntze,  Pisium  sativum  subsp.  elatius  (Steven  ex  M.  Bieb.)  Asch.  &  Graben.  üzərində 


                                       AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

 



Peronospora  viciae  (Berk.)  de  Bary,  Vicia  sativa  L.  üzərində  P.  mayorii  Gäum.,    Vitis  riparia 

Michx.  üzərində  Plasmopara  viticola  (Berk.  et  M.A.  Curtis)  Berl.  &  De  Toni,  Trigonella 



monspeliaca L. üzərində  P. trigonellae Gäum. göbələkləri aşkar edilmişdir. 

Nəbatat bağının mikromisetlərini analiz edərkən belə qənaətə gəlmək olar ki, onlar əsasən 

aborigen  növlərdir.  Buraya  ilk  növbədə  əsas  yayılma  formalarından  biri  hesab  edilən    əkin 

materialları  ilə  daxil  olan  növlər  aiddir.  Ağac  və  kolların  kökləri  ilə  gələn  torpaq  özü  ilə  yeni 

göbələk  növləri  gətirir.  Habelə  əkin  şəraitini  yaxşılaşdırmaq  üçün  gətirilən  torpaq  da  nəzərdən 

qaçmamalıdır. 

Bəzi  göbələk  növləri  uzun  müddət  zahirən  sağlam  görünən  bitki  orqanlarında  latent 

şəkildə qalır. CytosporaPhomaHendersoniaLeptosphaeria və s. kimi cinslərin növləri bağlara 

məhz  bu  şəkildə  daxil  olurlar.  Onlar  əsasən  qabığın  səthində,  torpaqda,  yarpaq  büküşlərində, 

zədələnmiş  hissələrdə  və  ya  daxildə  qalır  və  əlverişli  şəraitdə  inkişaflarını  bərpa  edərək 

simptomlu (saralma, soluxma, çürümə və s.) və ya simptomsuz, endofit infeksiyalar kimi biruzə 

verirlər.  

Cədvəl. Göbələklərin sistematik tərkibi 

Taksonomik vahidlərin adı 

Cinslər 

Növlər 


mütləq 

ASCOMYCOTA 



Pezizomycotina 

Dothideomycetes 

Botryosphaeriales  

Botryosphaeriace

ae 

Diplodia, Dothiorella, 

Macrophoma, 

Microdiplodia, Phyllosticta, 

Sphaeropsis 

42 


19.72 

                                     Incertae sedis 



Camarosporium 

11 


5.16 

Capnodiales           

Capnodiaceae 

Capnodium  

0.47 



 

Davidiellaceae 



Davidiella 

0.47 



                                     Mycosphaerellace

ae 


Mycosphaerella, Ovularia, Ramu-

laria, Septoria 

2.82 



   Dothideales            

Dothioraceae 



Metasphaeria 

0.94 



   Pleosporales           

Cucurbitariaceae 



Cucurbitaria 

0.94 



 

Leptosphaeriacea



Coniothyrium, Leptosphaeria 

1.41 



                                      Montagnulaceae 

Montagnula 

0.47 



                                      Phaeosphaeriacea



Hendersonia 

1.88 


                                      Pleosporaceae 

Alternaria, Macrosporium, 

Pleospora 

3.75 



                                      Venturiaceae 

Fusicladium, Spilocaea 

0.94 



                                      Incertae sedis 

Ascochyta, Boeremia, Phoma 

16 


7.51 

Leotiomycetes 



 

 

 



Erysiphales            

Erysiphaceae 



Arthrocladiella, Blumeria, Ery-

siphe, Golovinomyces, Leveillula, 

Oidium, Phyllactinia, Podosphaera  

20 


9.39 

Helotiales               

Sclerotinaceae 

Botrytis 

0.47 



Sordariomycetes 

Diaporthales           

Diaporthaceae 

Diaporthe, Phomopsis 

2.35 



                                       AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

 



                                     Gnomoniaceae 

Diplodinia 

0.94 



 

Valcaceae 



Cytospora, Leucostoma, Valsa 

10 


4.69 

Hypocreales           

Clavicipitaceae 

Claviceps 

0.47 



                                     Nectriaceae 

Fusarium 

0.47 



Phyllachorales        

Phyllachoraceae 



Phyllachora 

0.94 



Xylariales               

Amphisphaeriace

ae 

Pestalotiopsis 

0.47 



BASIDIOMYCOTA 

Pucciniomycotina 

Pucciniomycetes 

Pucciniales             

Melampsoraceae 

Melampsora 

0.94 



                                     Phragmidiaceae 

Phragmidium 

1.41 



                                     Pucciniaceae 

Puccinia 

25 


11.73 

                                     Uropyxidaceae 



Tranzschelia 

0.94 



                                     Incertae sedis 

Uromyces 

0.47 



Ustilaginomycotina  

Exobasidiomycetes 

 

 

 



 

Tilletiales 

Tilletiaceae 

Tilletia 

0.94 



Ustilaginomycetes 

Urocystidiales        

Urocystidaceae 

Urocystis 

0.94 



Ustilaginales                         

Ustilaginaceae 



Ustilago 

0.94 



CHROMISTA: OOMYCOTA 

 

 



 

Albuginales            

Albuginaceae 

Albugo, Pustula, Wilsoniana 

1.88 



Peronosporales       

Peronosporaceae 



Bremia, Hyaloperonospora, 

Peronospora, Plasmopara 

28 


13.14 

CƏMİ 


213 

100 


 

Göbələklərin  bağa  toxum  materialı  ilə  daxil  olma  ehtimalı  da  yüksəkdir.  Fusarium  və 



Ustilago  cinslərinə  aid  göbələklərin  bu  yolla  yayılma    ehtimalı  daha  böyükdür.  Hər  iki  halda 

gətirilən  bitki  və  toxum  nümunələri  mikroskopik    üsulla  yoxlanılmalıdır.  Digər  bir  vasitə  kimi 

hava axınını  göstərmək olar. Bəzi göbələklərin sporları hava axını ilə uzaq məsafəyə daşınarkən 

cücərə  bilmək  qabiliyyətini  saxlayacaq  dərəcədə  dözümlü  olur.  Bura  Erysiphe,  Phragmidium



UncinulaMicrosphaeraPuccinia və s. cinslərin növlərini aid etmək olar.  

Nəbatat bağının mikobiotasının formalaşmasına təsir edən amillərdən biri də antropogen 

təzyiqlərdir.  Hər  gün  onlarla  seyirçi  qəbul  edən  bağ  mütəmadi  olaraq  bu  risklə  qarşılaşır. 

 

Cəmiyyətdə  təsərrüfat  fəaliyyətinin  artması  ilə  əlaqədar  risklər  də  durmadan  artır. 



Beləliklə, deyə bilərik ki, bağın mikromiset göbələklərinin miqdarı və tərkibi daima dəyişir. Bu 

dəyişikliklər əksər hallarda gözlə müşahidə edilmir. Onların ardıcıl öyrənilməsi və növ tərkibinin 

təyin  edilməsi  gələcəkdə  bir  sıra  xoşagəlməz  halların  və  bitki  xəstəliklərinin  qarşısını  vaxtında 

alınmasına kömək edə bilər.  



Yüklə 7,48 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin