Amea botanika İnstitutunun elmi əsərləri, 2012- ci IL, XXXII cild



Yüklə 7,48 Mb.
Pdf görüntüsü
səhifə7/64
tarix14.01.2017
ölçüsü7,48 Mb.
#5478
1   2   3   4   5   6   7   8   9   10   ...   64

 

 

 

 

 

 

 

                                       AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

 



SUMMARY 

ABOUT GEOGRAPHICAL SPRED OF SOME REPRESENTATIVES OF THE LEGUME 

FABACEAE LINDL. FAMILY OF THE FLORA OF AZERBAIJAN 

 

Ahmed-zade F.A., Gasimova G.C. 



Institute of Botany of the ANAS 

 

Information  about  the  vital  forms  of  (annual,  perennial,  trees,  bushes),  bioecology  and 



geographical elements of representatives of the legume Fabaceae Lindl. Family spread in many 

regions  of  Azerbaijan,  geographical  components,  useful  properties  of  representatives  of 



Medicago L., Ononis L., Lotus L., Robinia L., Colitea L. genera of the Fabaceae Lindl. Family 

have  been  given  in  the  article.  Additional  spaces  of  distribution  of  the  species  have  been 

ascertained based on analysis of herbarium material. 

  

Key words: vital forms, spreading areas, geographical components, bioecology 



 

XÜLASƏ 

AZƏRBAYCAN  FLORASININ  PAXLALILAR  FƏSİLƏSİNİN (FABACEAE        

LİNDL.) BƏZİ  NÜMAYƏNDƏLƏRİNİN  COĞRAFİ YAYILMASI HAQQINDA  

MƏLUMAT 

 

Əhməd-zadə F.Ə., Qasımova G.C. 



AMEA Botanika İnstitutu 

 

Məqalədə  Fabaceae  Lindl.  fəsiləsinin  Medicago  L.,  Ononis  L.,  Lotus    L.,  Robinia 



L.,Colitea  L.  nümayəndələrinin  həyati  formaları  (birillik,  çoxillik,  ağaclar,  kollar), 

bioekologiyası,  coğrafi  elementləri,  herbari  və  ədəbiyyat  materiallarının  araşdırılması  zamanı 

onların Azərbaycanın bir çox rayonlarında yayılması haqqında   məlumatlar verilmişdir.  

 

Açar sözlər: həyati formaları, yayılma sahələri, coğrafi elementləri, bioekologiyası 



 

  

 



 

  

 



 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

                                       AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

 



 

UOT 582.001.4 

 

TRIPLEUROSPERMUM CAUCASICUM (WILLD.) HAYEK NÖVÜNÜN ÖYRƏNILMƏ 



TARIXI 

 

Mustafayeva S.C. 

Azərbaycan MEA Botanika İnstitutu, Bakı, Badamdar şossesi, 40 

msitara@mail.ru 



 

Təqdim  olunan  məqalədə  Tripleurospermum  caucasicum  (Willd.)  Hayek    növünün 

öyrənilmə tarixi və taksonomik vəziyyətindən bəhs edilir.  

 

Açar  sözlər:  Asteraceae,  Anthemideae,  Chamaemelum  melanolepis,  Ch.caucasicum, 

Ch.karjaginii, Tripleurospermum  caucasicum, T. subnivale, T.karjaginii

 

 

 

Asteraceae Dumort. – Asterkimilər fəsiləsi ikiləpəli bitkilər içərisində ən böyük fəsilədir. 

Fəsilənin nümayəndələri yer kürəsinin bütün qitələrində və iqlim zonalarında, xüsusilə də ən çox 

Şimali  Amerikanın  mülayim  en  dairəsində  geniş  yayılmışlar.  Onlara  hər  yerdə  -  tundradan 

ekvatora, dəniz sahillərindən alp  qarlarına, faydasız, səmərəsiz qumluqlardan bərəkətli,  münbit, 

məhsuldar qaratorpaqlara kimi rast gəlmək olar. 

Azərbaycan florasında Asteraceae fəsiləsinin 125 cinsdə cəmləşən 584 növü yayılmışdır 

[3].  Təqdim  olunan  məqalə  Asteraceae    fəsiləsinin  Anthemideae  Cass.–  Antemidiyakimilər 

tribasına aid  olan, keçən əsrin əvvəllərində floramızda  Chamaemelum Vis.  – Xamemelyum  adı 

ilə  tanınan  cinsin  bir  nümayəndəsi  olan  Chamaemelum  melanolepis  Boiss.  et  Buhse  – 

Qarapulcuqlu  xamemelyum  növünün,  hal-hazırda  isə  Tripleurospermum  –Üçqabırğacıq  cinsinə 

aid  olub,  Tripleurospermum  caucasicum  (Willd.)  Hayek  -  Qafqaz  üçqabırğacığı  adlanan  növün 

öyrənilmə tarixinə həsr olunmuşdur. 

  

MATERIAL VƏ METODLAR 

Tərəfimizdən  T.caucasicum  Lerik  rayonunun  Böyük  Orant  kəndi  ətrafından  yuxarı  və 

subalp dağ qurşaqlarının (1800 -2200 m dəniz səv. hündürlükdə) müxtəlifotlu çəmənliklərindən 

yığılmışdır. Burada o, Astragalus hohenacheri Boiss., Papaver orientale L., Cardaria draba (L.) 

Desv.,  Fumaria  schleicheri  Soy.-Willem,  Reseda  lutea  L.,  Leopoldia  caucasica  (Griseb.) 

Losinsk. və s.  bitkilərdən ibarət  senozda qruplar şəklində rast gəlinir. 



 

ALINAN NƏTICƏLƏRIN MÜZAKIRƏSI 

Elmdə  Chamaemelum  melanolepis  Boiss.  et  Buhse  növü  haqqında  ilk  məlumatlar  XIX 

əsrin  ortalarından  başlayaraq  məlum  olmuşdur.  Belə  ki,  1847-ci  ildə  İrana  səfəri  zamanı  riqalı 

botanik  F.A.Buze  (F.Buhse),  ilk  dəfə  olaraq,  Saxend  dağlarında  (Şax-Yurdunun  yanında) 



Chamaemelum Vis. cinsinə xas, sarğı yarpaqcıqları qara, həmçinin başqa fərqlı əlamətləri olan və 

əvvəllər təsvir olunmuş  başqa növlərdən  fərqli bir növ  yığmışdır. Bu növ Buassye (E.Boissier) 

tərəfindən  öyrənilmiş  və  Buze  ilə  birlikdə  təsvir edilərək,  Chamaemelum  melanolepis  Boiss.  et 

Buhse adlandırılmışdır. 

1860-cı  ildə  Buassye və  Buzenin  “Aufzaehlung”-nin  nəşrindən sonra heç  bir botanik bu 

işdə  “romaşka”nın  yeni  növünün  təsvirinə  fikir  verməmiş  (1),  Buassye  isə  “Flora  orientalis” 



                                       AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

 



əsərində  onu  sərbəst  növ  kimi  yox,  Chamaemelum  oreades  Boiss.  (Tripleurospermum  oreades 

(Boiss.)  Rech.fil.;    Tripleurospermum  tchihatchewii  (Boiss.)  Bornm.)  növünün  sinonimində 

işlətmişdir [2]. 

An.A.Fedorov  öz  müşahidələri  və  əsaslı  dəlillərinə  ğörə  Chamaemelum  melanolepis 

novünün sərbəst növ kimi qəbul edilməsi fikrini irəli sürmüşdür. 

1937-ci  ildə  An.A.Fedorov  Zəngəzur  dağ  silsiləsinin  qar  örtüyündə  Ch.  melanolepis 

növünü tapmışdır. Əvvəl onu Ch.oreades növü kimi təyin etmiş, sonra isə aşağıdakı əlamətlərinə 

görə  onun  Ch.  melanolepis  növü  olduğunu  müəyyən  etmişdir:  çiçək  yatagının  konus  formalı, 

sarğı yarpaqcıqlarının qara rənglı və toxumcalarının 2 nöqtəli vəzicikli olması. An.A.Fedorov bu 

növü  burada  yığan  zaman  onun  əriyən  qar  ləkələri  yaxınlığında  rast  gəlindiyini  müşahidə 

etmişdir. Onu müşayət edən növlər Oxyria digyna (L.) Hill., Senecio taraxacifolius (Bieb.) DC.

Helichrysum  pallasi  (Spreng.)  Ledeb.  kimi  bitkilərdir.  Bu  ərazidə  Ch.  melanolepis-in  sıx  və 

möhkəm  topaları  parlaq  ağ  çiçəkləri  ilə  birlikdə  bütöv  zolaq  əmələ  gətirmişdilər.  Sonralar 

An.A.Fedorov başqa  əməkdaşlarla birlikdə 1944-cü ildə də Alagöz dağının zirvəsində subnival 

zolaqda da bu bitkini  tapmışdır. Burada  gecikmiş payıza qədər  Ch. melanolepis-in  vegetasiyası 

davam edir, qarın yağmasından və şaxtadan qorxmayaraq bol-bol çiçəkləyir. Hündür dağlardakı 

həyat tərzinə görə Ch. melanolepis əsil kriofil bitkidir. Çox güman ki, bu növün ekoloji və bioloji 

xüsusiyyətləri kriofil inkişaf nəticəsində Qafqaz və ön Asiya daglarında ilk dəfə buzlaşmanın və 

dağların zirvəsində arktik səhra iqliminin xüsusiyyətlərinə oxşar alp iqliminin əmələ gəlməsi ilə 

formalaşmışdır.  Bunu  Chamaemelum-u  müşaiyət  edən  Holarktika  florasının  tipik  arkto-alp 

elementi olan Oxyria digyna bitkisi də təsdiq edir [10]. 

İlk  dəfə  olaraq,  Ch.  melanolepis  növü,  həmçinin,  Radde  tərəfindən  1871–ci  ildə  Kiçik 

Qafqazda, 1898-ci ildə Şah dağın cənub yamacında, həmçinin Bekker tərəfindən 1880-cı ildə Baş 

Qafqaz dağ silsiləsinin Dağıstan hissəsində, Qusar rayonunda Şah dağın şimal yamacında 3200-

3400 m dəniz səv. hündürlükdə və bir sıra başqa alimlər tərəfindən də yığılmışdır [10]. 

V.Lipskiyə  görə  Ch.  melanolepis  növü  morfoloji  əlamətləri  ilə  Ch.caucasicum  növünə 

çox  yaxınlaşır.  Ümumiyyətlə,  Ch.  melanolepis  tərkibində    dağ  ön  Asiya-Qafqaz  növləri  -  Ch. 



grandiflorum 

Boiss. 


et 

Hausskn. 

(Matricaria 

breviradiata 

(Ledeb.) 

Rauschert.;  

Tripleurospermum 

breviradiatum 

(Ledeb.) 

Pobed.)

Ch.caucasicum 

(M.B.) 


Boiss. 

(Сh.melanolepis  Boiss.  et  Buhse;      Ch.karjaginii  Manden.;  T.  subnivale  Pobed.;  T.  caucasicum 

(Willd.) Hayek), Ch.oreades Boiss. (Tripleurospermum oreade (Boiss.) Rech.fil.; T.tchihatchewii 

(Boiss.) Bornm.) - olan genetik sıraya daxildir. Ch. melanolepis  ön Asiya və şərqi Qafqazın daim 

qar və buzlaqlar olan alp florasının qar yanı bitkisidir [5]. 

“Flora  Azerbaycana”  kitabının  VIII  tomu  (1961)  üçün  Chamaemelum  cinsini  işləyən 

R.M.Sofiyeva  Ch.  melanolepis,  Ch.caucasicum  və  Ch.karjaginii  növlərini  ayrı-ayrılıqda  təsvir 

etmişdir,  baxmayaraq ki, onlar morfoloji əlamətlərinə görə bir-birlərinə çox oxşayırlar [9]. 

Y.Q.Pobedimova isə bir qədər gec nəşr olunmuş “Flora SSSR” kitabının XXVI tomunda 

(1961)  Chamaemelum  cinsinin  növlərini  Tripleurospermum  Sch.  Bip.  cinsinin  tərkibində  təsvir 

edərək, Ch.caucasicum növünü həm T. caucasicum, həm T. karjaginii, həm də Ch. melanolepis 

növü ilə birlikdə T.subnivale növünün sinonimikasında vermişdir [8]. 

Bununla  yanaşı,  tərəfimizdən,  həm  S.K.Çerepanov  təsnifatı  [11],  həm  “Konspekt  flora 

Qafqaza”  [4],  həm  də  A.M.Əsgərovun  “Azərbaycan  florasının  konspekti”  [3]  əsərləri  –  təftiş 

edilmiş və bu əsərlərdə də Chamaemelum cinsinin növləri Tripleurospermum cinsinin tərkibində 

verilmiş,  Ch.  melanolepis,  Ch.caucasicum,  Ch.karjaginii  və  T.  subnivale  növləri  birləşdirilərək 



T.caucasicum adlandırılmışdır. 

T.caucasicum  çoxillik  çılpaq  və  ya  seyrək  tüklü,  10-40  sm  hündürlükdə  ot  bitkisidir. 

Yarpaqları uzunsov və ya tərsyumurtavarı və ya yumurtavari, ikiqat lələkvarı, xətti-bizvari-sivri 



                                       AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

 



hissəciklərə  bölünmüşdür.  Yuxarı  yarpaqları  çox  kiçilmişdir,  oturaqdır,  aşağı  yarpaqları 

saplaqlıdır. Səbətləri yarımkürə formalı 10-15 mm enində, tək-təkdir. Sarğı yarpaqcıqları çılpaq, 

uzunsov,  küt,  enli  qara  rəngli  zarla  haşiyələnmişdir.  Çiçək  yatağı  yarımkürə  və  ya  konus 

formalıdır.  Dilşəkilli  çiçəkləri  ağ  rəngdə  olub  sarğıdan  1,5-2  dəfə  uzundur.  Toxumcaları 

uzuncov-xətti,  hamar,  üst  hissədə  qabırğasız,  alt  tərəfdə  3  ədəd  yoğun  qabırğalı,  təpə  hissədə 

qəhvəyi rəngli dilimləri olan taclıdır. 

 İyun-iyul aylarında çiçəkləyir, iyul-avqust – toxumlayır. Mezokserofit bitkidir.  

T.caucasicum  Azərbaycanda  Böyük  Qafqazın  Quba  sahəsi,  şərq  və  qərbinin,  Kiçik 

Qafqazın  şimal,  mərkəz  və  cənubunun,  həmçinin  Naxçıvanın  dağlıq  hissəsinin  subalp  və  alp 

qurşaqlarının  yüksək  dağ  çəmənlərində,  qayalıqlarda,  əriyən  qar  örtüyünün  ətrafında,  daşlı  və 

ovulmuş yamaclarda rast gəlinir [6, 7, 9]. 

Qafqazdan təsvir olunmuşdur. Coğrafi tipi Qafqazdır. Qafqaz endemikidir. 

      


YEKUN 

Beləliklə,  subalp  və  alp  florasının  nümayəndəsi  olan  Tripleurospermum  caucasicum 

morfoloji  əlamətləri  ilə  bir-birinə  oxşar  olan  Chamaemelum  melanolepis,  Ch.caucasicum, 

Ch.karjaginii, Tripleurospermum karjaginii, T. subnivale növlərinin birləşməsindən əmələ gəlmiş 

kriofil  bitkidir. 

 

 

ƏDƏBIYYAT 

 

1.

 



Boissier  E.  und    Buhse  F.  Aufzaehlung  der  auf  einer  Reise  durch  Transcaucasien  und 

Persien gesammelten Pflanzen. Mem. De la Soc. İmp. Nat. De Moscou, XII (1860), 118 C. 

2.

 

Boissier E. Flora Orientalis etc., Genevae et  Basileae, III (1875), 333 C. 



3.

 

Əsgərov A.M. Azərbaycan florasının konspekti. Bakı, “Elm”, 2011, 202 C. 



4.

 

Конспект флоры Кавказа. Санкт- Петербург - Москва, 2008, Том 3 (1), 469C 



5.

 

Липский В. Флора Кавказа. Тр. Тифлисского Ботан. сада, C.Петербург, 1899. Вып. 4. 



584 с. 

6.

 



Мустафаева  С.Д.  Биоразнообразие  видов  Tripleurospermum  Sch.Bip.  флоры 

Азербайджана.  Мат.  Всероссийской  конф.  “Проблема  и  стратегия  сохранения 

биоразнообразия растительного мира Северной Азии”. Новосибирск, 2009, с.184-185. 

7.

 



Мустафаева  С.Д.  Azərbaycan  florasında  Tripleurospermum  Sch.Bip.  cinsi  növlərinin 

təyinedici açarı və yayılması. AMEA Botanika İnstitutunun elmi əsərləri, XXXİ cild, 2011, s.33-

37. 

8.

 



Победимова Е.Г. Род Tripleurospermum Sch. Bip. В кн.: Флора СССР, М.-Л., Изд. АН 

СССР, XXVI т., 1961, с. 157-184. 

9.

 

Софиева Р.М. Род  Chamaemelum Vis. В кн.: Флора Азербайджана, Баку,1961,т.VIII, 



с. 277-285. 

10.


 

Федоров  Ан.А.  Chamaemelum  melanolepis  Boiss.et  Buhse  –  малоизвестный  вид 

субнивальной  флоры  Кавказа  и  передней  Азии.  Бот.материалы  Гербария  БИН  им. 

В.Л.Комарова АН СССР, том ХI, М.-Л., 1949, с. 165-172. 

11.

 

Черепанов С.К. Сосудистые растения России и сопредельных государств.  СПб: Мир 



и семья, 1995, c.109-110. 

 

 

 

                                       AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

 



 

SUMMARY 

RESEARCH HISTORY OF TRIPLEUROSPERMUM CAUCASICUM   (WILLD.) HAYEK 

 

Mustafayeva S.J. 



 

Research  history  and  taxonomic  state  of  Tripleurospermum  caucasicum  (fam.Asteraceae)  is 

spoken in the article.  

 

Key 



words: 

Asteraceae, 

Anthemideae, 

Chamaemelum 

melanolepis, 

Ch.caucasicum, 

Ch.karjaginii, Tripleurospermum caucasicum, T. subnivale, T.karjaginii 

 

РЕЗЮМЕ 

ИСТОРИЯ ИЗУЧЕНИЯ TRIPLEUROSPERMUM CAUCASICUM (WILLD.) HAYEK 

 

Мустафаева С.Д. 



 

В  представленной  статье  речь  идет  об  истории  изучения  и  таксономическом 

положении Tripleurospermum caucasicum (cем. Asteraceae).  

 

Ключевые слова: Asteraceae, Anthemideae, Chamaemelum melanolepis, Ch.caucasicum, 



Ch.karjaginii, Tripleurospermum  caucasicum, T. subnivale,. T.karjaginii 

                                                      

 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

                                       AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

 



 

UOT 582.58 

 

GƏDƏBƏY RAYONUNUN QIZIL VƏ MİS MƏDƏNİ ƏRAZİSİNİN ENDEMİK NƏ 

NADİR BİTKİLƏRİNİN MÜASİR VƏZİYYƏTİ 

 

Qaraxani P.X., Kərimov V.N., Dadaşova A.Q. 

Azərbaycan Milli Elmlər Akademiyası Botanika İnstitutu 

 

Məqalədə  Azərbaycan  İnterneyşnl  Mayninq  Kompani  Limited  (AİMK)  şirkəti  tərəfindən 



Gədəbəy  rayonunda  qızıl  və  mis  əldə  edilməsi  məqsədilə  həyata  keçirilən  layihə  üzrə  yeni 

tikiləcək zavod ərazisinə çəkiləcək kəmərxətti boyu və zavod ətrafı ərazilərinin (rayonun Söyüdlü 

və Arıxdam kəndləri) endemik və nadir bitkilərinin müasir vəziyyəti öyrənilmişdir. 

 

Açar sözlər: endemik, nadir, fəsilə, cins, növ, Gədəbəy  rayonu 

 

 

Gədəbəy rayonu Azərbaycanın ən qədim yaşayış məskənlərindən biridir. Rayonun ərazisi 



Kiçik Qafqazın orta və yüksək dağlıq qurşaqlarında yerləşir. Ərazinin bütün hissəsi dağlıq relyefə 

malikdir. Bura üçün qışı quraq keçən soyuq iqlim və yayı quraq keçən mülayim isti iqlim tipləri 

xarakterikdir. Havanın temperaturu yayda +23-26°C, qışda isə -5-8°C təşkil edir. İl ərzində düşən 

yağıntıların  miqdarı  orta  hesabla  500-600  mm-dir.  Ərazidə  əsasən  qonur  dağ  meşə,  qara, 

çimli dağ  çəmən  və  s.  torpaqlar  yayılmışdır.  Küləklər  əsasən  cənub-qərb  istiqamətində  əsir. 

Rayon həmçinin zəngin bitki örtüyünə malikdir ki, burada bir çox dərman, qida, dekorativ və s. 

əhəmiyyətli bitki növlərinə rast gəlmək olar [2, 7].  

Kiçik  Qafqazın  bitki  örtüyü  haqqında  məlumatlar  ilk  dəfə  1928-1929-cu  illərdə  A.A. 

Qrossheym,  A.  A.  Kolakovski  və  A.Q.  Doluxanov  tərəfindən  əldə  edilmişdir.  Sonralar  1930-

1940-cı  illərdən  başlayaraq  Kiçik  Qafqazın  florası  haqqında  bir  çox  alimlər  tərəfindən  daha 

dolğun  və  zəngin  məlumatlar  toplanılmışdır.  Onlardan  T.S.  Heydeman,  L.İ.  Prilipko,  İ.İ. 

Karyagin, Y.M. İsayev, V.C. Hacıyev, Ş. Əfəndiyev, V.Ş. Quliyev və s. göstərmək olar. Gədəbəy 

rayonun  florası  isə  ilk  olaraq  1947-1955-ci  illərdə  V.C.  Hacıyev  və  T.A.  Arşinov  tərəfindən 

tədqiq edilmişdir [6].  

Hələ  keçmiş  Sovet  dövründə  Gədəbəy  ərazisindən  mis,  gümüş  və    qızıl  kimi  faydalı 

ehtiyatlar əldə edilirdi.  Sonralar rayonda bu sahədə mövcud olan bir çox zavodların fəaliyyətinin 

zəifləməsi  və  ya  dayandırılması  ilə  əlaqədar  iqtisadiyyatın    kartofçuluq  və  qoyunçuluq  kimi 

sahələrinin  fəaliyyəti  üstünlük  təşkil  etməyə  başladı.  Lakin  hal-hazırda  2004-cü  ildən 

Azərbaycanda  qızıl  hasilatı  sahəsində  fəaliyyət  göstərən  Azərbaycan  İnterneyşnl  Mayninq 

Kompani  Limited  (AİMK)  şirkəti  tərəfindən  Gədəbəy  rayonunda  yenidən  qızıl  və  mis  əldə 

edilməsi məqsədilə bir sıra iri həcmli layihələr həyata keçirilir. AİMK şirkətinin həyata keçirdiyi 

yeni layihə üzrə tikiləcək zavod ərazisinə çəkiləcək kəmərxətti boyu və zavod ətrafı ərazilərinin 

(rayonun  Söyüdlü  və  Arıxdam  kəndləri)  bitki  örtüyünün  tədqiq  edilməsi  üzrə  monitorinqlər 

aparılmışdır. Tədqiqat ərazisinin hündürlüyü 1395 m-dən başlayaraq, əsasən dağ-dərə sahələrini 

təşkil edir.  

Azərbaycan  florasının  yeni  nəşrinin  hazırlanmasında  Gədəbəy  florasına  daxil  olan 

endemik  və  nadir  bitkilərin  təyin  olunmasında,  ərazidə  Qırmızı  kitaba  daxil  olan  növlərin 

müəyyənləşdirilməsində  və  eyni  zamanda  kəşfiyyat-qazma  işlərinin  ərazinin  ətraf  mühitinə 

təsirini nəzərə alaraq buranın bitki ortüyünün öyrənilməsi aktual məsələlərdən hesab olunur. Belə 


                                       AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

 



ki,  ərazidə  aparılacaq  tikinti  işlərinin  oranın  bitki  örtüyünə,  xüsusilə  Azərbaycan  florası  üçün 

qiymətli olan endemik və nadir bitkilərinə təsirinin qiymətləndirilməsi vacib məsələlərdən hesab 

edilir.  Aparılmış  monitorinqlərlə  bərabər  bitki  növlərinin  qorunması  və  ya  onların  tikinti  işləri 

bitdikdən  sonra  yenidən  bərpa  edilməsi  üçün  qorunma  tədbirlərinin  hazırlanması  və  həyata 

keçirilməsi də aktual məsələlərdən biri kimi qiymətləndirilir.  

 

MATERIAL VƏ METODLAR 

Tədqiqatlar  marşrut  və  yarımstasionar  ümumi  geobotaniki    metodlar  əsasında  aparılmış 

[8];  bitki  növlərinin  həyati  formalarının  analizi  isə  İ.Q.  Serebryakova    görə  verilmişdir  [9]. 

Ərazidə  yayılmış  bitki  növlərinin  siyahısı  tutulmuş,  laboratoriya  şəraitində  ətraflı  öyrənilməsi 

məqsədilə  herbari  nümunələri  toplanılmış;  onların  fotoşəkilləri,  yayılma  yerləri  və  GPS 

koordinarları  haqqında  məlumatlar  əldə  edilmişdir.  Toplanılmış  bitki  materialları  «Флора 

Азербайджана»,  «Определитель  растений  Кавказа»  çoxcildli  əsərlərinə    və  müasir 

ədəbiyyatlara əsaslanaraq təyin edilmişdir [1, 4, 5, 10].   

Bitki örtüyünün növ tərkibinin öyrənilməsi məqsədilə tədqiqat ərazisində nümunə sahələri 

(1x50 sm ölçüdə) seçilmişdir. Bu metod nəticəsində ərazidə mövcud olan dominant bitki növləri 

və eyni zamanda onların məhsuldarlığı tədqiq edilmişdir. Nümunə sahələrində mövcud olan bitki 

növləri 5 ballı şkaladan istifadə edərək qiymətləndirilmiş və sonradan analiz edilmişdir.  

 

NƏTICƏLƏR VƏ ONLARIN MÜZAKIRƏSI 

Ərazinin  coğrafi  şəraiti  müxtəlif  olduğu  üçün  burada  yayılmış  bitki  növləri  də  olduqca 

zəngin  və  müxtəlifdir.  Tədqiqatlar  nəticəsində  şirkətin  yeni  tikiləcək  zavod  ərazisinə  çəkiləcək 

xətt boyu və zavod ətrafı ərazidə yayılmış bitkilərin floristik tərkibi müəyyən edilmiş və məlum 

olmuşdur ki, ərazinin floristik tərkibi 50 fəsiləyə aid olan 288 bitki növündən ibarətdir. Aparılmış 

müşahidələr  nəticəsində  müəyyən  edilmişdir  ki,  ərazidə  əsasən  çoxillik  bitkilər  üstünlük  təşkil 

edir, ağac və kolcuqlar isə az sayda yayılmışdır (diaqram).  

 

 

 



Yüklə 7,48 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin