ƏDƏBİYYAT
1.
Аскерова Р.К. Род Nepeta L. Флора Азербайджана, т.7, Баку, Изд. АН Азерб. ССР.
1957, с.254-272.
2.
Аскерова Р.К. О котовниках Кавказа (р. Nepeta L.). Материалы по флоре и
систематике высших растений Азербайджана, Баку, Изд. «Элм». 1972, с.72-110.
3.
Билимович О.Ф. Значение анатомии околоплодника Labiatae. Труды
Воронежского Гос. Ун-та. Воронеж, 1937, т.7.
4.
Гроссгейм А.А. Род Nepeta L. Флора Кавказа Л.-Изд. Наука, 1967, т.7, с.329-343.
5.
Ильинский А.П. Высшие таксономические единицы в геоботанике. // В кн. Сов.
ботаника, 1935, № 5, с. 14-19.
6.
Кузнецов А.И. Принципы деления Кавказа на ботанико- герграфические
провинции. Зап. Ак. наук, сер.физ.мат., т. 24, № 1, СПб, 1909.
7.
Левин Е.Г. Род Lophanthus и его аналог Pseudolonhanthus Levin. Фл. и систем.
высш. раст ., в. 5, стр. 256, М.Л., 1941.
8.
Липский В.И. Флора Кавказа. Тр. Тифл. Бот. сада, вып. IV. СПб, 1898.
9.
Международный кодекс ботанической номенклатуры (Сент-Луисский кодекс),
принятый шестнадцатым Международным ботаническим конгрессом, Сент-Луис,
Миссури. Перевод с английского. СПб.: Тзд-во СПХФА, 2001, 210 с.
10.
Макарова З.И. О значении анатомического строения околоплодника для
систематики трибы Nepeteae (Labiatae). Бот. журн., т. II, № 1, Л., 1967.
11.
Малеев В.П. Основные этапы развития растительности Средиземноморья и
горных областей юга СССР (Кавказ и Крым) в четвертичный период. Тр. Гос.
Никит. Бот. сада, ХХВ, в 1-2, 1948.
12.
Методические указания к систематике растений. (Под редакцией М. Г. Агаева).
Л:, 1986.
13.
Попов Н.Г. Предварительная таблица определения крымско-кавказских видов р.
Nepeta L. Тр. Бот. сада им. Юрьев. унив., т. ХİV Юрьев, 1913.
14.
Портениер Н.Н. Методические вопросы выделение географических елементов
флоры Кавказа // Ботанический журнал, 2000, №6,с. 76-84.
15.
Портениер Н.Н. Система географических елементов флоры Кавказа //
Ботанический журнал, 2000, №9, с. 26-33.
16.
Пояркова А.И. Новые виды котовника. Бот. мат-лы герб. Бот. Инст. АН СССР, т.
ХV, М.Л., 1953.
17.
Пояркова А.И. Котовник род Nepeta L. Флора СССР, т.20, Л. 1954, с.286-437.
AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild
18.
Федоров А.А. История высокогорной флоры Кавказа в четвертичное время.
Матер. по четвертич. периоду СССР, вып. 3, М., 1952.
19.
Федорович А.Н., Серкова А.А. Перспективы использования котовника
закавказского для получения новых продуктов. Тезисы докл. III Всес.симп.
«Актуальные вопросы изучения и использования эфиромасличных растений и
эфирных масел», Симферополь, 1980, с.209-210.
20.
Флора СССР.- М., 1951, т.17, с. 223-259.
21.
Черепанов С.К. Сосудистые растения России и сопродельных государств ( в
пределах бывшего СССР) Санкт-Петербург: «Мир и семья –95» 1995
22.
Bentham G. Labiatarum genera et species. London, 1832.
23.
Bentham G. in A. DI Candole-Prodromus systematis naturalis regni vegetabilis, pars
ХII, Parisiis, 1848.
24.
Bieberstein Marschall. Flora taurico- caucasica, II, 1808, III– 1819.
25.
Boissier E. Flora orientalis, IV, Lugduni, 1879.
26.
Boissier E. und Buhse F. A. Aufzahlung der auf einer Reise durch Transaucasien und
Persien gesammelten Pflazen. Nouv. Mem. Soc. Nat. Mosc., XII, 1880.
27.
Briquette I. Labiatae. Engler A. u. Prantl K. Die naturlichen Pflanzenfamilien. I. IV,
Abt. 3a u. Leipzig, 1897.
28.
Bunge A. Labiatae Persicae. Mem. Ac. sc. St. Petersburg, ser. VII, t. XXI, N 1, St.
Petersb., 1873.
29.
Budantsev AL & Lobova TA. Fruit morphology, anatomy and taxonomy of Tribe
Nepeteae (Labiatae). Edinburgh J. Bot., 1997, 54:p.183-216.
30.
Chisa E. statunnile eu Nepeta ucranica L. in Romania. Bull. yard. mus. bot. univers.
Cluj, Timisara, 2002.
31.
Koch C. Beitra ge zu einer Flora des Orientes , Halle, 1848-51. Hegi G, Illusir. Mittel –
Europa, Bd. v, 4, Muncden, 1927.
32.
Henckel A. von Donnersmarsk. Adumbrationes plantarum Horti Halensis academici
selectarum. Halae, 1806.
33.
Meyer C.A. Verzeichnlss der Pflancen in Caucasus und Caspischen meeres St. letersb,
1831.
34.
Moench E. Methodus plantas horti botanici et agri Marburgensis astaminum situ
decribendi Marburgi Catt., 1794
35.
Lamarck. Encyclopedie methodique ou par ordre de matieres t. I Paris, 1789.
36.
Ledebour C. F. Flora altaica, vol. II, Berolini, 1830.
37.
Ledebour C. F. Flora Rosiica, v. III, 1847-1849, Stuttgartiae.
38.
Linnaeus C. Genera plantarum, ed. I, Lugduni, 1737.
39.
Liotta Riv. Jtal. Essenze Profumi, 5, 140, 1923; 7, 129, 1925. (цитирован по
E.Gildemeister, Fr. Hoffman and VII, 1961).
40.
"Nepeta". Flora of China 17: 107.
http://www.efloras.org/florataxon.aspx?flora_id=2&taxon_id=122138.
AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild
SUMMARY
PHYLOGENIA OF THE NEPETA L. GENUS IN THE AZERBAIJAN FLORA
*Ibadullayeva S.J., **Mammadaova Z.A.
*Institute of Botany of the ANAS, **Mardakan Arboretum of the ANAS
On the result of the evolution several sections and genera concerning to each section have
been originated out of the similar genera of the Lamiaceae Family spread in the Azerbaijan
flora. The general morphological evolution in species origination of the Nepeta L. Genus has
occurred by way of changing of corona, calyx, nutlet and flowering group. The second main
direction in the species origination is geographical races. The systematic changes and
identities indicated in the sub-section representatives migrated from each race are specific.
Xerophylic elements of Iran and Mediterranean are considered as the main migration wave in
the formation of the genus. In the species origination a distinction is observed between the
morphological properties shown above depending on the environment where plant grew even
from the same geographical race. It has created an opportunity for origination of new forms
and species gradually. 27 species of the genus have been registered as well as about the
systematical and geographical evolution of each one have been informed in the article.
Key words: Lamiaceae, Nepeta, sistematics, geographical races, evolution
РЕЗЮМЕ
ФИЛОГЕНИЯ ВИДОВ РОДА NEPETA L. ВО ФЛОРЕ АЗЕРБАЙДЖАНА
*Ибадуллаева С.Дж., ** Мамедова З.А.
*Институт Ботаники НАНА, ** Мардаканский Дендрарий НАНА
В результате эволюции схожих родов семейства Lamiaceae в Азербайджанской
флоре возник секций и родов, соответствующих каждый секции. Основная
морфологическая эволюция в происхождении видов рода Nepeta L. произошла путем
изменения короны, чашечки, орешка и группы цветения. Второе основное направление
в происхождении видов географические расы. Систематические изменения и сходства,
обозначенные в представителях подраздела, мигрировавших из каждой расы, являются
своеобразными. Главной волной миграции в формировании рода считаются
ксерофильные элементы Ирана и Средиземноморья. В происхождении видов
наблюдются различия между морфологическими свойствами, указанными выше в
зависимости от окружающей среды, где растение произрастало даже из той же самой
географической расы. Это создало возможность для постипенные возникнювения
новых форм и видов. В статье приводится информация о регстрации 27 видов этого
рода, а также о систематическом и географическом развитии каждого из них.
Ключевые слова: Lamiaceae, Nepeta, систематика, географические расы,
эволюция
AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild
UOT: 581.71
NAXÇIVAN MUXTAR RESPUBLİКASI ƏRAZİSİNDƏ YAYILAN ZİRİNC
(BERBERİS L.) NÖVLƏRİNİN TƏDQİQİ
Talıbov T.H., Ibrahimov Ə.M.
AMEA Naxçıvan Bölməsi, Bioresurslar İnstitutu
t_talibov@mail.ru; enver_ibrahimov@mail.ru
Naxçıvan MR ərazisində aparılan çoxillik tədqiqatlar və ədəbiyyat məlumatlarına
əsaslanaraq, Berberis L. cinsinin növ tərkibi araşdırılmış və yayılma zonaları
dəqiqləşdirilmişdir. Müəyyən olunmuşdur ki, ərazidə Berberis L. cinsinin altı (B.densiflora
Boiss. & Buhse., B. iberica Stev. & Fisch. ex DC., B. integerrima Bunge., B. orientalis
C.K.Schneid.., B. sphaerocarpa Kar. & Kir., B. vulgaris L.) növü və iki (Berberis vulgaris f.
alba West., Berberis vulgaris f. lutea Regel) forması yayılmışdır. Bunlardan B. integerrima
Bunge., B. orientalis C.K.Schneid. növlərinin statusu bərpa edilmiş, Berberis vulgaris f. alba
West., Berberis vulgaris f. lutea Regel formaları isə Azərbaycan və Naxçıvan florasına ilk
dəfə daxil edilmişdir. Zirincin Berberis thunbergii f. atropurpurea forması əraziyə
introduksiya olunaraq park və bağların yaşıllaşdırılmasında istifadə olunur.
Açar sözlər: Naxçıvan Muxtar Respublikası, zirinc, Berberis L., yeni yayılma zonaları,
introduksiya
Naxçıvan Muxtar Respublikasının zəngin bitki örtüyü içərisində yabanı zirinc növləri
əhəmiyyətinə görə ağac və kol cinsləri arasında önəmli yerlərdən birini tutur. Son dövrlərdə
nəşr olunan ədəbiyyat mənbələrində (6, s.86) Berberis L. cinsinə daxil olan yabanı növlərl
haqqında məlumatların verilməsinə baxmayaraq, onların sistematik tərkibi, təbii ehtiyatı və
istifadə perspektivləri tam araşdırılmamış olaraq qalmaqdadır.
MATERIAL VƏ METODIKALAR
Tədqiqat işi 2007-2012- ci illərdə Naxçıvan MR-in bütün dağlıq zonalarının meşə-
kolluq ərazilərində bitən zirinc növlərinin toplanılması, herbariləşdirilərək təyin edilməsi ilə
aparılmışdır. Bu zaman ümumi qəbul olunmuş floristik və geobotaniki üsullardan istifadə
olunmuşdur (6,8,10, 14,15). Nov və formaların təyini və adlarının dəqiqləşdirilməsi
S.K.Çerepanova (16) aparılmışdır.
EKSPERIMENTAL HISSƏ
Məqalədə əvvəllər qeyd edilmiş növlərin yayılma yerləri dəqiqləşdirilmiş, bəzi
növlərin isə yeni yayılma zonaları haqqında məlumat verilmişdir. L.İ. Prilipko “Растительное
отношения в Нахичеванской АССР“ (12, с.164) əsərində Naxçıvan MR ərazisində Berberis
L. cinsinə daxil olan iki - şərq zirinci (B. orientalis C.K.Schneider), tamkənaryarpaq zirinc (B.
integerrima Bunge), “Лесная растительность Азербайджана“ (13, c. 293) kitabında üç –
adi zirinc (B. vulgaris L.), sıxçiçək zirinc (B. densiflora Boiss. & Buhse) və gürcü zirinci (B.
iberica Stev. & Fisch. ex DC.), “Флора Кавказа“ (10, с.81-82) və Флора Азербайджана“
(14, с.111-112) əsərlərinin 4- cü cildində üç- B. vulgaris L., B. iberica Stev. & Fisch. ex DC.,
B. densiflora Boiss. & Buhse, “Azərbaycanın ağac və kolları“ (1, с.128-131) kitabının 2-ci
cildində isə iki- B. iberica Stev. & Fisch. ex DC. və B. densiflora Boiss. & Buhse növün
yayılması haqqında məlumat verilmişdir. Muxtar respublika ərazisində yabanı zirinc haqqında
məlumatlara M.S. Məmmədov və b. əsərlərində də rast gəlinir. Müəllif əvvəlcə ərazidə
zirincin bir- B. densiflora Boiss növünü (3, с.191-193) göstərsə də, sonrakı tədqiqatlarda (7,
AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild
s.95-98) üç - B. densiflora Boiss. & Buhse, B. iberica Stev. & Fisch. ex DC., B. vulgaris L.
növün olduğunu qeyd edir.
E.M. Qurbanov (11, s.185) Naxçıvançay hövzəsinin bitkiliyini öyrənərkən tədqiqat
ərazisində 2 növ zirincin (B. vulgaris L., B. iberica Stev. & Fisch. ex DC.) yayıldığını
göstərmişdir.
A.M. Əsgərov (2, s.148) Azərbaycan florasında zirincin B. vulgaris L. və B. iberica
Stev. & Fisch. ex DC. növlərinin yayıldığını göstərməklə, sərbəst növ kimi qəbul edilən B.
densiflora Boiss. & Buhse növünü B. iberica Stev. & Fisch. ex DC. növünün tərkibində
vermişdir.
Ə.Ş. İbrahimov (9, s.73-88) isə muxtar respublika florasının bitkiliyi və onun xalq
təssərrüfatı əhəmiyyətini öyrənərkən ərazidə zirincin dörd - B. vulgaris L., B. sphaerocarpa
Kar. & Kir., B. densiflora Boiss. & Buhse, B. iberica Stev. & Fisch. ex DC. növünün
yayılması haqqında məlumat vermişdir.
Zirinclə əlaqədar son tədqiqat işləri T.H. Talıbov və Ə.Ş. İbrahimov (6, s.86)
tərəfindən verilmişdir. Müəlliflər tərəfindən aparılan araşdırmalar zamanı muxtar respublika
florasının ali sporlu, çılpaqtoxumlu və örtülütoxumlu bitkilərinin taksonomik tərkibi
müəyyənləşdirilmişdir. Kitabda digər bitkilərlə yanaşı zirincin də yabanı halda dörd - B.
densiflora Boiss. & Buhse, B. iberica Stev. & Fisch. ex DC., B. sphaerocarpa Kar. & Kir. və
B. vulgaris L. növlərinin yayıldığı qeyd edilmişdir. Ədəbiyyat məlumatlarından da
göründüyü kimi L.İ. Prilipko tərəfindən verilən B. integerrima Bunge sonrakı ədəbiyyatlarda
göstərilməmiş, B.orientalis C.K.Schneider isə “Флора Кавказа“ və “Флора Азербайджана“
kitablarında B. vulgaris L. növünün sinonimi kimi verilmişdir. Əlavə olaraq adi zirincin
Qafqaz və Azərbaycan florasında yarpağının forma və quruluşuna görə fərqlənən üç – var.
orientalis Boiss., var. littoralis Boiss., var. brachhybotrys Boiss. variasiyalarının da olduğu
göstərilmişdir. Lakin S.K. Çerepanov (16, s. 218-219) sistematik taksonların dəqiqləşdirilməsi
ilə əlaqədar təqdim etdiyi son bölgüdə B.integerrima Bunge, və B.orientalis Schneid.
növlərini sərbəst növ kimi qəbul etmişdir.
Göründüyü kimi Naxçıvan MR ərazisində aparılan elmi-tədqiqat işlərinin çoxşaxəli
olmasına və yeni -yeni növlərin aşkar edilməsinə baxmayaraq, heç bir tədqiqat işində yabanı
zirincin növlərinin dəqiq yayılma zonaları və müasir sistematikası tam araşdırılmamışdır.
Beləliklə, aparılan çoxillik tədqiqat işlərinin nəticələrinə və ədəbiyyat məlumatlarına
əsaslanaraq, muxtar respublika ərazisində yayılmış Berberis L. cinsinin növ tərkibi aşağıdakı
kimi olmuşdur.
B. densiflora Boiss. & Buhse. Nouv. Mem. Soc. Nat. Mosc., XII, 9 (1860); – B.
vulgaris v. follis latioribus subintegerrimis, Ldb., I, 79. – B. integerrima (non Bge.) - Н.Буш
во Fl. Cauc. Crit. III, 216 (1903); Опред., Лютиковые, 75 (1919); Гроссгейм, II, 126
(1930); Флора СССР, VII, 558 (1937); Гроссг., Опред. раст. Кав., 61 (1949); Фл. Кавк.
IV, 82 (1950); Фл. Азерб., IV, 112 (1953); Дер. и куст. СССР, 3, 64 (1954); Azərbaycanın
ağac və kolları, II,130, (1964) – Sıxçiçək zirinc
Hündürlüyü 1-3 m olan çoxşaxəli iri koldur. Cavan budaqları qonurumtul- sarıdır,
tikanları alt budaqlarda üçhaçalı, üst budaqlarda isə sadədir. Yarpaqları tərsyumurtavari və ya
uzunsov olub, saplağa doğru daralandır və rəngi solğun yaşıldır. Üst budaqlardakı yarpaqlar
tamkənarlı, aşağı budaqlardakı yarpaqların kənarlarında isə yuxarıya doğru yönəlmiş tikanlı
dişciklər vardır. Çiçəkləri çoxçiçəkli salxımlarda yerləşir. Narıncı qırmızı rəngli giləmeyvələri
yumurtavari, girdə, bəzən uzunsov olub, 6 mm uzunluqdadır. May-iyun aylarında çiçəkləyir,
sentyabr- oktyabrda yetişir.
Yayılması: Aşağı və orta dağlıq qurşaqlarda 800- 1800 m hündürlükdəki dağların daşlı
yamaclarında, qayalıqlarda, seyrək meşəliklərdə, kolluqlar arasında və dərələrin dibində
zirincin B. vulgaris L. növü ilə birlikdə tək-tək bitir.
AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild
B. iberica Stev. & Fisch. ex DC. Syst. II, 9 (1821); Rupr. Fl. Cauc., 48 (1869);
B.integrifolia (non Bge.) - Н.Буш Fl. Cauc. Crit. III, 216 (1903); Опред., Лютиковые, 75
(1919); B. crataegina (non DC.) – Гроссг., II, 126 (1930); Флора. СССР, VII, 558 (1937);
Гроссг., Опред. раст. Кав., 61 (1949); Фл. Кавк. IV, 82 (1950); Фл. Азерб., IV, 111 (1953);
Azərbaycanın ağac və kolları, II,129, (1964) – Gürcü zirinci
Hündürlüyü 3 m-ə çatan çox gövdəli şaxələnən koldur. Alt budaqlardakı tikanları
üçhaçalı, üst budaqlarda isə sadə olub, uzunluğu 4 sm-ə qədərdir. Topa halında yerləşmiş
yarpaqları dərivaridir, tərsyumurtavaridir, hər iki tərəfdən torvari damarlıdır və saplağa doğru
daralandır. Yarpaqları tamkənarlıdır. Çiçəkləri çoxçiçəkli əyilən salxımlarda toplanmışdır.
Yetişmiş giləmeyvələri al qırmızı rəngdə olub, uzunsov silindrvaridir və bir sm- ə qədər
uzunluqdadır. Ağacda uzun müddət qalır. May-iyun aylarında çiçəkləyir, sentyabr- oktyabrda
yetişir.
Yayılması: Aşağı və orta, bəzən isə yuxarı dağ qurşağına kimi seyrək meşəliklərdə,
kolluqlarda, çay vadilərində yayılmışdır. Ona seyrək hallarda dağ yamaclarında kserofit
formasiyaların tərkibində də rast gəlinir. Yayıldığı sahələrdə tək-tək və ya qruplar halında
xırda cəngəlliklər əmələ gətirir.
B. integerrima Bunge. Linnaea 18, 149 (1844); Delect. semin. Hort. Bot. Dorpat., 6
(1843); Syn: B.densiflora Boiss. & Buhse, Aufz. Transk. Pers. t. 32 (1860); Флора. СССР,
VII, 558 (1937); Дер. и куст. СССР, 3, 61 (1954) – Tamkənaryarpaq zirinc
Hündürlüyü 3 m-ə çatan çoxgövdəli şaxələnən koldur. Budaqları qonurumtul və ya al-
qırmızıdır. Tikanları adətən sadədir, lakin bar gətirməyən budaqlarda 2 və ya üçhaçalı olur.
Yarpaqları dərivaridir, tərsyumurtavari və ya uzunsovdur və tünd yaşıl rənglidir, 4-5 sm
uzunluğu, 1.3- 1.8 sm enində olub, tam kənarlıdır. Cavan budaqlarda olan yarpaqlar bəzən iri
olmaqla, kənarları tikanlı dişciklidir. Saplağa doğru pazvari daralmışdır. Çiçəklərin 12- 20
ədədi birlikdə uzunluğu 5 sm olan çoxçiçəkli salxımlarda toplanmışdır. Yetişmiş
giləmeyvələri tərsyumurtavari və ya uzunsov olub, 7- 8 mm uzunluqda, 4- 4.5 mm enindədir.
Rəngi al- qırmızıdır və üzəri ağımtıl tozcuqla örtülmüşdür. May-iyun aylarında çiçəkləyir,
sentyabr- oktyabrda yetişir.
Yayılması: Muxtar respublikanın Ordubad rayonunun Kotam kəndinin ətraf
ərazilərindəki daşlı yamaclarda, sonradan buraxılmış əkin sahələrinin kənarlarında və
Gilanşayın sol sahilində zirincin digər növləri ilə birlikdə yayılmışdır.
L.İ.Prilipko (12, с.164) tərəfindən verilən B. integerrima Bunge “Флора Кавказа“
(10, s.82), Флора Азербайджана“ (14, s.111) və “Azərbaycanın ağac və kolları“ (1, s.129)
kitablarında B. densiflora Boiss. & Buhse. [B. integerrima (non Bge.)] növünün sinonimi
kimi verilsə də, S.K. Çerepanovun (16, s. 218-219) son əsərində sərbəst növ olaraq qəbul
olunmuşdur. Toplanılan herbari materiallarının təhlili zamanı müəyyən olunmuşdur ki, B.
integerrima Bunge. növü tamkənarlı yarpaqlarının və al- qırmızı rəngli, üzəri ağımtıl tozcuqla
örtülmüş meyvələrinə görə fərqlənir.
B. orientalis C.K.Schneid. Bull. Herb. Boiss., ser. 2, V, 666 (1905); Флора. СССР,
VII, 557 (1937); Фл. Азерб., IV, 111 (1953); Дер. и куст. СССР, 3, 61 (1954); – Şərq
zirinci.
Hündürlüyü 2 m-ə çatan koldur. Cavan budaqlarının qabığı sarımtul- qonur, yaşlı
budaqların qabığı isə boz rəngdədir. Tikanları sadə və üçhaçalıdır. Əsasən incə, bəzən isə
dərivari yarpaqlar ellipsvari və ya ellipsvari- neştərşəkillidir, 4.5 sm uzunluqdadır, hər iki
tərəfi açıq yaşıl rənglidir və kənarları aydın olmayan dişciklidir. Yarpaqlar aydın seçilən
torvari damarlıdır. 20 və ya daha çox çiçəkləri 7 sm uzunluqda çoxçiçəkli salxımlarda
toplanmışdır. Giləmeyvəsi uzunsovdur və al- qırmızı rəngdədir. May-iyun aylarında
çiçəkləyir, sentyabr- oktyabrda yetişir.
Yayılması: Naxçıvan MR ərazisində əsasən Babək rayonunun Aşağı və Yuxarı
Buzqov kəndlərinin ətraf ərazilərindəki seyrək meşəliklərin və qismən çay kənarlarının quru
AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild
daşlı yamaclarında bitir. Ona bəzən dağ yamaclarında olan əkin sahələrinin ətrafında da rast
gəlinir. Yayıldığı ərazilərdə tək-tək bitir.
Şərq zirinci də Naxçıvan MR üçün L.İ. Prilipko (12, с.164) tərəfindən verilsə də
sonrakı ədəbiyyatlarda (8, 10, 14, 15) B. vulgaris L. növünün sinonimi kimi göstərilmişdir.
S.K. Çerepanovun (16, s.113) sistematik taksonların dəqiqləşdirilməsi ilə əlaqədar təqdim
edilən əsərində şərq zirinci də sərbəst növ kimi qəbul olunmuşdur.
Muxtar respublika florasında zirincin yabanı növlərinin öyrənilməsi məqsədilə gedilən
ekspedisiyalar zamanı toplanılmış herbari materiallarına və ədəbiyyat məlumatlarına əsasən
müəyyən edilmişdir ki, adi zirincdən fərqli olaraq B. orientalis C.K. Schneid. növündə
tikanlar incə və kiçik olmaqla, yarpaqları ellipsvaridir və kənarları aydın olmayan dişciklidir.
B. sphaerocarpa Kar. & Kir. Bull. Soc. Nat. Moscou, 14, 3, 176 (1841); Флора.
СССР, VII, 555 (1937); Дер. и куст. СССР, 3, 64 (1954); Journ. Linn. Soc. London (Bot.)
57, 227 (1961) – Yumrumeyvə zirinc
Hündürlüyü 2 m-ə qədər olan çoxşaxəli koldur. Budaqları əvvəlcə qırmızımtıl, parlaq,
sonra isə bozumtul olur. Tikanları sadə və üçhaçalı olub, uzunluğu 2.5 sm-ə qədərdir.
Tərsyumurtavari və ya oval formalı yarpaqları 6 sm uzunluqdadır. 4.5 sm uzunluqda
çoxçiçəkli salxımlarda toplanmış çiçəkləri sarımtıl- narıncı rənglidır. Giləmeyvəsi 1 sm
uzunluqdadır, qaradır və üzəri bəzən aydın seçiləcək göyümtül rənglidir. May-iyun aylarında
çiçəkləyir, sentyabr- oktyabrda yetişir.
Yayılması: Muxtar Respublikanın Culfa rayonunu Ərəfsə və Ləkətağ ərazilərində
seyrək meşəliklərin kənarlarında və çay vadilərində tək- tək və ya itburnu, yemişan və
murdarça kimi kol bitkiləri ilə birlikdə qrup halında bitir.
B. vulgaris L. Sp. pl. 330 (1753). M.Bieb. Fl. Taur. Cauc., I, 286 (1808); Boiss. Fl.
Or., I, 102 (1867); Rupr. Fl. Cauc., 47 (1869); Липский Фл. Кававк.б 214 (1899); Radde
Mus. Cauc., II, 47 (1901); Н.Буш во Fl. Cauc. Crit. III, 213 (1903); Syn: B. orientalis
Schneider- Bull. Herb. Boiss. ser. 2, V, 666 (1905); Медвед. Дер. и куст., 4 (1919);
B.orientalis C.K. Schn. – Гроссг., II, 125 (1930); Флора. СССР, VII, 557 (1937); Гроссг.,
Опред. раст. Кав., 61 (1949); B. vulgaris var. B.orientalis (Schn.) Grossh., Фл. Кавк. IV,
81 (1950); Фл. Азерб., IV, 111 (1953); Дер. и куст. СССР, 3, 67 (1954); Azərbaycanın
ağac və kolları, II,128, (1964) – Adi zirinc
2 - 3 m hündürlükdə çoxşaxəli koldur. Cavan budaqlarının qabığı sarımtıl-qonur və ya
sarımtıl-boz, yaşlı budaqların qabığı isə boz rəngdədir. Yarpaqaltlıqları adətən üçhaçalı tikanlı
olub, uzunluğu 2 sm-ə bərabərdir. Tikanlar bərk, iti uclu və sərt olub, bəzən budaqlarda tək-
tək yerləşirlər. Açıq -yaşıl rəngli yarpaqları incədir, yumurtavari və ya tərsyumurtavari, bəzən
neştər formalıdır, üst tərəfdən parlaq, alt tərəfdən isə aydın seçilən torvari damarlıdır.
Yarpaqlar uc hissədən küt, qaidədən isə pazvari daralmışdır, kənarları kirpikvari
mişardişciklidir. 15-20 ədəd çiçəkləri açıq-sarı rəngli olub, salxımlarda toplanmışdır.
Giləmeyvəsi uzunsov olub 12 mm uzunluqdadır və al- qırmızı rəngdədir. Dadı çox turşdur, 2-
3 toxumludur. May-iyun aylarında çiçəkləyir, sentyabr- oktyabrda isə yetişir.
Yayılması: Naxçıvan MR ərazisində adi zirincə 1100 - 2300 m d.s.h. daha çox seyrək
meşəliklərdə, kolluqlqarda, çay vadilərində və əkin tarlalarının kənarlarında rast gəlinir.
Yayıldığı sahələrdə tək-tək və ya qruplar halında bitir. Bəzən sıx cəngəlliklər əmələ gətirir.
Ordubad rayonunun Gilançay kəndi ətrafında eyni adlı çayın vadisi boyunca zirincin müxtəlif
növlərindən ibarət formasiyası əmələ gəlmişdir. İstiyə, soyuğa və şaxtaya davamlıdır.
Morfoloji xüsusiyyətlərinə görə polimorfdur. Muxtar respublika florasında zirincin
yabanı növlərinin öyrənilməsi məqsədilə gedilən ekspedisiyalar zamanı toplanılmış herbarı
materiallarına və ədəbiyyat məlumatlarına əsasən B. vulgaris L. növünün iki formasının da
yayıldığı məlum olmuşdur.
Berberis vulgaris f. alba West. - Hündürlüyü 2 m- ə çatan çoxşaxəli, tikanlı koldur.
B.vulgaris növündən ağ rəngli giləmeyvələri ilə fərqlənirlər. Giləmeyvəsi enli oval və ya
AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild
yumurtavari- ovaldır, 0.7-0.8 sm uzunluqdadır, 1-2 toxumludur. Dadı turşa- şirindir.
Quruduqda ağımtıl, açıq- qəhvəyi rəngdə olur. Toxumları qəhvəyidir, uzunsovdur, ortadan
basıqdır, küt və ya itiucludur. May-iyun aylarında çiçəkləyir, sentyabr- oktyabrda yetişir. Bu
forma Azərbaycan və o cümlədən Naxçıvan MR florasına ilk dəfə tərəfimizdən daxil edilir.
Yayılması: Muxtar respublikanın Ordubad rayonunun köhnə Kotam kəndinin
yuxarısından Soyuqdağa gedilən yolun sol tərəfində və Gilançayın eyni adlı kəndi ilə Biləv
kəndi arasındakı kolluqlarda zirincin müxtəlif növləri ilə birlikdə yayılmışdır.
Berberis vulgaris f. lutea Regel - 1.5 m hündürlükdə, üzəri sərt tikanlarla örtülü
koldur. B.vulgaris növündən yalnız parlaq sarımtıl rəngli giləmeyvələri ilə fərqlənir.
Giləmeyvəsi uzunsov- yumurtavari olub, bir sm- ə qədər uzunluqdadır və 1-2 toxumludur.
Dadı nisbətən şirindir. Qurudulmuş meyvələri sarı rəngdədir. Toxumları açıq qəhvəyidir,
uzunsov- yumurtavaridir, ortadan nisbətən basıqdır və itiucludur. May-iyun aylarında
çiçəkləyir, sentyabr- oktyabrda yetişir. Bu forma Azərbaycan və o cümlədən Naxçıvan MR
florasına ilk dəfə tərəfimizdən daxil edilir.
Yayılması: Muxtar respublikanın Ordubad rayonunun köhnə Kotam kəndinin
yuxarısında Soyuqdağa gedilən yolun sol tərəfində adi zirinc ilə birlikdə yayılmışdır.
Berberis thunbergii DC. f. atropurpurea
50- 60 sm hündürlüyündə kiçik və incə tikanlı koldur. Yarpaqları al qırmızı rəngdən
qəhvəyi- qırmızı (tünd bənövşəyi) rəngədək dəyişilir. Payızda yarpaqlar parlaq- qırmızı
rəngdə olur. 2-6 ədədi birlikdə salxım çiçək qrupunda toplanmış çiçəklərin daxili görünüşü
sarı, xarici isə qırmızımtıldır. Giləmeyvələri açıq -qırmızı və ya parlaq- qırmızı olub,
uzunluğu bir sm-dir. May-iyun aylarında çiçəkləyir, sentyabr- oktyabrda yetişir. Yetişmiş
meyvələri yeyiləndir və qış dövründə də budaqlarda qalır.
Dekorativ bitki kimi hal- hazırda Naxçıvan şəhərinin park və xiyabanlarının
yaşıllaşdırılmasında geniş istifadə olunur. T.S. Məmmədovun “Abşeronun ağac və kolları“ (4,
s.47) kitabında Berberis thunbergii DC. növündən Bakı və Abşeronun yaşıllaşdırılmasında
istifadə olunduğu qeyd edilmişdir.
Naxçıvan MR-də yabanı yabanı zirinclə əhatə olunmuş təmiz kolluqlara Şərur
rayonunun Xanbulağı ərazisində, Culfa rayonunun Ərəfsə, Ləkətağ və Ordubad rayonunun
Gilançay kəndi ətrafında rast gəlmək mümkündür. Onlar yuxarı, orta və qismən az hallarda
aşağı dağlıq qurşaqlarda tək-tək və yaxud çox da böyük olmayan qruplar şəklində yayılmaqla,
meşə kolluqların əmələ gəlməsində əsas subdominant bitkilərdən biridir (5, s.346-355).
Dostları ilə paylaş: |