Amea botanika İnstitutunun elmi əsərləri, 2012- ci IL, XXXII cild



Yüklə 7,48 Mb.
Pdf görüntüsü
səhifə8/64
tarix14.01.2017
ölçüsü7,48 Mb.
#5478
1   ...   4   5   6   7   8   9   10   11   ...   64

 

Diaqram. Tədqiqat ərazisində yayılmış bitki növlərinin həyat formalarına görə tədqiqi. 

 


                                       AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

 



Tədqiqat ərazisində eyni zamanda bir çox nadir və endemik bitki növləri də mövcuddur. 

Belə ki, burada Qafqazın 20 endemik bitki növü; Azərbaycanın isə 2 endemiki və 2 nadir bitki 

növü yayılmışdır [3].  

 

Qafqaz endemikləri:  



 

Alchemilla amicta Juz. 

 

Alchemilla grossheimii Juz. 



 

Allium karsianum Fom. 

 

Astragalus mollis Bieb. 



 

Campanula caucasica M.B. Jacq. 

 

Campanula trautvetteri Grossh. 



 

Carduus seminudus Bieb. 

 

Centaurea fischeri Willd. 



 

Cephalaria media Litv. 

 

Dianthus subulosus Freyn et Conrath 



 

Heracleum chorodanum (Hoffm.) DC. 

 

Linaria schelkovnikovii Schischk. 



 

Rubus caucasicus Focke 

 

Saxifraga juniperifolia Adam. 



 

Salvia verbascifolia Bieb. 

 

Scutellaria orientalis L.  



 

Sedum stevenianum Rouy et Camus 

 

Taraxacum grossheimii Schischk. 



 

Thymus collinus Bieb. 

 

Ziziphora serpyllacea Bieb. 



Azərbaycan endemikləri:  

 



Rosa nisami Sosn.  

 



Scutellaria karjagini Grossh. 

Azərbaycanın nadir bitkiləri:  

 

Veronica austriaca L. 



 

Alchimilla grossheimii Juz. 

 

  

 

                   Rosa nisami Sosn.                                        Rubus caucasicus Focke 


                                       AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

 



 

Scutellaria orientalis L. 

 

Azərbaycan  florası  üçün  vacib  sayilan  endemik  və  nadir  bitki  növlərinin  tədqiqat 



ərazisində  antropogen  amillərdən  qorunması  sahəsində  bir  sıra  tədbirlər  planı  işlənib 

hazırlanmışdır.  Belə  ki,  bitki  növlərinin  yayılma  yerləri  müəyyən  olunmuş,  onların  qorunması 

məqsədilə növün ekoloji şəraitinə uyğun olaraq yeni  yayılma yerlərinə köçürülməsi, daha sonra 

tikinti işləri bitdikdən sonra əvvəlki yayılma yerlərinə bərpa edilməsi nəzərdə tutulmuşdur.  

 

 

ƏDƏBİYYAT  



 

1.

 



Флора Азербайджана. Баку, Изд. АН Азерб. ССР, т. I-VIII, 1950-1961. 

2.

 



Hacıyev V.C. Azərbaycanın yüksəkdağlıq bitkiliyinin ekosistemi Bakı: Təhsil, 2004, 130 s.   

3.

 



Azərbaycan SSR-nin  Qırmızı Kitabı. Bakı: İşıq, 1989, 541 s. 

4.

 



Зернов  А.С.  Растения  Российского  Западного  Кавказа.  Полевой  атлас.  Москва, 

Товарищество научных изданий КМК, 2010, 448 с. 

5.

 

Rothmaler,  Exkursionsflora  von  Deutschland.  Spektrum  Akademischer  Verlag.  Band  3, 



Berlin, 2011, 753 p. 

6.

 



Гаджиев В.Д., Алиев Д.А., Кулиев В.Ш., Вагабов З.В. Высокогорная растительность 

Малого Кавказа (в пределах Азербайджана). Баку, Изд-во «Элм», 1990, 211 стр. 

7.

 

Müseyibov M.A. Azərbaycanın fiziki coğrafiyası. Bakı: Maarif, 1998, 399 s. 



8.

 

Полевая геоботаника: под редакцией Лавренко Е.М.,  А.А. Корчагина, М., Изд.: АН 



СССР, 1960, т. II, с. 83-86. 

9.

 



Серебряков  И.Г.  Жизненные  формы  высших  растений  и  их  изучение.  //  В  кн.: 

«Полевая геоботаника», Изд.: АН СССР, М.-Л., 1964, т. 3, с. 146-205. 

10.

 

Гроссгейм А.А. Определитель растений Кавказа. // Изд.: Наука, М., 1949, с. 41-44. 



 

 

 

 

 

 

 

 

                                       AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

 



SUMMARY 

CURRENT STATE OF ENDEMIC AND RARE PLANT SPECIES  

OF SOME AREAS OF GEDEBEY REGION 

 

Garakhani P.Kh, Karimov V.N., Dadashova A.G. 



Azerbaijan National Academy of Sciences, Institute of Botany 

 

Current  state  of  endemic  and  rare  plant  species  grown  within  the  area  of  construction  of  the 



pipeline and a new plant (in Soyudlu and Arikhdam Villages) according the project being carried 

out by the Azerbaijan International Mining Company (AIMC) to win gold and copper in Gedebey 

region have been given in the article.  

 

Key words: endemic, rare, family, genus, species 



 

РЕЗЮМЕ 

СОВРЕМЕННОЕ СОСТОЯНИЕ ЭНДЕМИЧНЫХ И РЕДКИХ ВИДОВ РАСТЕНИЙ 

НЕКОТОРЫХ ОБЛАСТЕЙ КЕДАБЕКСКОГО РАЙОНА 

 

Гарахани П.Х., Керимов В.Н., Дадашева А.Г. 



Азербайджанская Национальная Академия Наук, Институт Ботаники 

 

В  статье  рассматривается    современное  состояние  эндемичных  и  редких  видов 



растений,  произрастающих  в  зоне  строительства  трубопровода  и  нового  завода  (селения 

Сеюдлу  и  Арыхдам),  проводимого  по  проекту  компании  Azerbaijan  International  Mining 

Company (AIMC) с целью добычи золота и меди в  Кедабекском районе. 

 

Ключевые слова: эндемик, редкие, семейство, род, виды 

 

 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



                                       AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

 



 

 

 

UOT 581 

 

NAXÇIVAN MUXTAR RESPUBLİKASINDA  ASTRAGALUS L. CINSINƏ MƏNSUB 



OLAN NÖVLƏRİN ÖYRƏNİLMƏSİ TARIXİ 

 

Qənbərov D.  



Naxçıvan Dövlət Universiteti 

 

Məqalədə  Astragalus  L.  cinsinə  aid  növlərin  bizə  qədər  öyrənilməsində  əməyi  olan 



tədqiqatçıların işləri araşdırılmışdır. Bu da onlara istinad etməklə, bundan sonra aparacağımız 

tədqiqatların  istiqamətini  düzgün  müəyyənləşdirməyə  imkan  verəcəkdir.  Ədəbiyyat 

məlumatlarına  görə  region  ərazisində  Astragalus  L.  cinsi  çoxnövlü  cinslər  sırasına  daxildir. 

Həmin növlərin əksəriyyəti aztapılan, nadir, endemik və xalq təsərrüfatı əhəmiyyətli bitkilərdir.   

   

Açar sözlər: Bitkilik, flora, cins, növ, gəvən, təsnifat, ekosistem, fitosenoz     

          

                         

Özünəməxsus  zəngin  floraya  malik  bitki  örtüyü  olan  Naxçıvan  Muxtar  Respublikasının 

ərazisi yaranması və formalaşması baxımından ən qədim regionlardan biri hesab edilir. Ərazinin 

geoloji  keçmişini  araşdırdıqda,  burada  tropik  meşələrin  mövcud  olduğu  aydınlaşır.  Lakin 

sonradan  kəskin  iqlim  dəyişgənliyi,  eyni  zamanda  qitələrin  yerdəyişməsi  və  digər  geoloji 

proseslər nəticəsində burada müasir torpaq-iqlim və ona uyğun flora biomüxtəlifliyi yaranmışdır. 

Ona  görə  də  Naxçıvan  MR-in  müasir  ərazisi  özünün  genezisi  və  coğrafi  mövqeyi  ilə  Cənubi 

Qafqazda  mühüm  yer  tutur.  Belə  bir  özünəməxsusluq  onun  milyon  illər  davam  edən  tarixi- 

təkamül  prosesi  gedişində  formalaşan  təbii-tarixi,  fiziki-coğrafi  şəraiti,  geoloji,  geomorfoloji 

qruluşu,  torpaq-iqlim  xüsusiyyətləri,  ekoloji  və  antropogen  amillərin  kompleks  təsiri  ilə  sıx  

əlaqədardır.  

 Təbii  sərvətlər  içərisində  bitkilər  aləmi  özünün  ekosistemdə  tutduğu  mövqeyi  və  qida 

zəncirinin  başlanğıcı  olduğuna  görə  xüsusi  əhəmiyyət  kəsb  edir.  Məlumdur  ki,  hər  bir  ölkənin 

sosial-iqtisadi  məsələlərinin  həllində  bitkilər  aləmindən  səmərəli  istifadə,  onların  mühafizəsi 

üzərində dövlət nəzarəti, nadir növlərin müəyyən edilməsi və qorunması kimi bir sıra kompleks 

vəzifələrin  yerinə  yetirilməsi  durur.  Regionun    ərazisində    floranin    əmələ  gəlməsi  və 

formalaşması prosesi ilə bir sıra görkəmli alimlər tədqiqat işləri aparmışlar. 

Ərazi  florasının tam halda tədqiqi ilk dəfə olaraq Ə.Ş. İbrahimov tərəfindən aparılmış və 

hərtərəfli təhlil olunmuşdur. 1980-cu ildə Ə.Ş. İbrahimov “Naxçıvan MR-in yüksək dağ bitkiliyi 

və onun xalq təsərrüfatı əhəmiyyəti” mövzusunda apardığı dissertasiya işində bölgənin subalp və 

alp zonasında yayılmış Astragalus L. cinsinə aid 31 gəvən növü tədqiq etmişdir. Həmin növlərin 

2-si  (A.  aureus  Willd.,  A.  glycyphylloides  DC.)  ərazi  üçün  yeni  növ  kimi  qeyd  edilmişdir.  O, 

1982-2005-ci  illərdə  isə  “Naxçıvan  MR-in  bitkiliyi,  onun  məhsuldarlığı  və  botaniki-coğrafi 

rayonlaşdırılması”  mövzusundakı  doktorluq  dissertasiya  işində  ərazinin  florasında  Fabaceae 

Lindl.  fəsiləsinin  95  cins  və  300-dən  artıq  növlə  təmsil  olunduğunu  bildirmişdir.  Ən  çox  növü 

olan Astragalus L. - gəvən cinsi 88 növlə fərqlənmişdir. Fəsilənin nümayəndələri son taksonomik 

nomenklaturaya  əsasən  2  cıns  arasında  bölünmüşdür.  Onlardan  16-sı  Astragalus  L.  cinsindən 

yeni yaradılmış Astracantha Podlech cinsinə verilmiş, qalan 72 növü isə Astragalus L. cinsinin 



                                       AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

 



özündə  saxlanılmışdır.  Ə.Ş.  İbrahimov  hər  iki  dissertasiya  işində  Naxçıvan  MR  bitkiliyinin 

təsnifatını  vermiş,  Astragalus  L.  və  Astracantha  Podlech  cinslərinə  aid  formasiya  sinifləri, 

formasiya  və  assosiasiyalar  ayırmaqla,  geobotaniki  istiqamətdə  tədqiqatlar  aparmışdır.  Sonrakı 

tədqiqatlarında  florada  aparılmış  taksonomik  və  nomenklatur  dəyişiklikləri  nəzərə  alıb  3  növü 

digər növlərlə birləşdirərək 85 növlə əvəz etmişdir (15, 16, 17). 

Naxçıvan MR-in florasının, bitki aləminin hər tərəfli sistematik, biomorfoloji, bioekoloji, 

fitosenoloji,  bitki  ehtiyatları,  biokimyəvi  istiqamətlərdə  kompleks  tədqiqat  işləri  aparılmışdır. 

Ancaq ərazidə  Astragalus  L. cinsinə aid  növlər  ayrıca tədqiqat  mövzusu olaraq  götürülməmiş, 

elmi əsaslarla, bütövlükdə daha dərin öyrənilməmişdir. Həmçinin məlumdur ki, zaman keçdikcə 

aparılan tədqiqatların nəticələri köhnəlir, yeni növlər yaranır, yaxud qonşu ölkələrdən bu əraziyə 

növlər  miqrasiya  edir.  Ona  görə  də  vaxtaşırı  onların  araşdırılmasına  və  yeni  yaranmış 

xüsusiyyətlərinin tədqiq olunmasına böyük ehtiyac vardır. Bu cəbəbdən regionda  Astragalus  L. 

cinsinə  aid  növlərin  yayılması,  növ  tərkibinin  dəqiqləşdirilmısi,  faydalı  növlərinin  təbii 

ehtiyatlarının  müəyyən  edilməsi,  təbii-tarixi,  ekoloji,  antropogen  və  s.  təsirlərdən  dəyişilmiş 

şəraitə  uyğun  tədqiqatının  aparılması,  mühafizəsi,  səmərəli  və  davamlı  istifadə  olunması  üçün  

əməli təkliflərin, tövsiyyələrin işlənib hazırlanması son dərəcə vacib, həm də aktual məsələlərdir.  

Naxçıvan  MR-in  müasir  florası  qədim  tarixə  malikdir.  A.N.  Kriştafoviç  ali  bitkilərin 

(Telomophyta)    inkişafını  Tallasofit  (dənizlərin  florası),  Paleofit,  Mezofit  və  Kaynofit  olmaqla 

dörd  eraya  ayırır.  Naxçıvan  MR-in  florasının  və  bitki  aləminin  inkişafı  Mezofit  və  Kaynofit 

eralarına  aid  edilir.  Mezofit  era  Neomezofit  və  Paleomezofit  floraların  mövcud  olduğu  Perm, 

Trias,  Yura,  Təbaşir  dövrlərini,  Kaynofit  era  isə  Paleogen,  Neogen  və  dördüncü  dövrləri  əhatə 

etmişdir. Regionun  kserofit tipli florası tarixi baxımdan Aralıq dənizi, Ön Asiya və İran floraları 

ilə sıx genetik əlaqədə inkişaf edib formalaşmışdır (18, c. 69).  

A.A. Qrossheym çoxcildli “Qafqaz florası” küllüyyatının V cildində Astragalus L. cinsinə 

aid  235  gəvən  növü  vermişdir  (14)    .  O,  həmin  növlərin  70-ni  Naxçıvan  MR-in  müxtəlif 

bölgələrinin:  Culfa,  Ordubad,  Əznəbürd  (indiki  Çalxanqala)  və  s.  kimi  ərazilərinin  düzənlik  və 

dağlarında, quru, gilli yamaclarında, yarımsəhralarda, təpələrdə, aşağı və orta dağlıq qurşaqlarda 

yayılmasını göstərir. “Azərbaycan florası”nın V cildində isə Astragalus L. cinsinə aid 155 gəvən 

növü verilmişdir. A. Qrossheym, N. Qançarov və M. Popov, N. Qançarov və A. Barisova, həmin 

növlərin  80-ni  Naxçıvan  MR-in  müxtəlif  bölgələrinin  düzənlik  və  dağlarında,  quru,  gilli 

yamaclarında,  yarımsəhralarda,  təpələrdə,  aşağı,  orta  və  yüksək  dağlıq  qurşaqlarda  yayılmasını 

göstərmişlər(14, 19, 20).  

S.K. Çerepanov «Сосудистые растение России и сопредельных государств» kitabında 

Naxçıvan MR-in müxtəlif bölgələrində yayılmış Astragalus L. və Astracantha Podlech cinslərinə 

aid  68  gəvən  növ  vermişdir  (21).  2001-ci  ildə  T.H.  Talıbov  “Naxçıvan  MR-in  flora 

biomüxtəlifliyi  və  onun  nadir  növlərinin  qorunması”  adlı  kitabında  Naxçıvan  MR  ərazisində 



Astragalus  L.  cinsinə  aid  89  növün  yayıldığını  qeyq  edir  (10).  Həmin  növlərin  3-ü  (A. 

nachitschevanicus Rzazade,  A. parodoxus Bunge,  A. prilipkoanus Grossh.) nadir növ kimi qeyd 

edilmişdir.  2003-ci  ildə  isə  “Naxçıvan  MR-in  flora  biomüxtəlifliyinin  endemik  növləri”  adlı 

məqaləsində  Naxçıvan  MR-da  Astragalus  L.  cinsinə  aid  9,  Qafqaz  ərazisi  üçün  isə  10  endem 

növün adını qeyd etmişdir (11). Həmçinin, həmin məqalədə A. brachypetalusA. multicaulus və 

A.  johannus  növlərinin  Azərbaycan  florasında  rast  gəlindiyindən  endem  növ  kimi  sayıla 

bilməməsini  qeyd  etmişdir.  2008-ci  ildə  T.H.  Talıbov.,  Ə.Ş.  İbrahimov  “Naxçıvan  Muxtar 

Respublikası  florasının  taksonomik  spektri”  kitabında  son  taksonomik  və  nomenklatur 

dəyişikləri, əlavələri nəzərə almaqla Astragalus L. cinsinin 69 və Astracantha Podlech  cinsinin 

isə  16  növünün  bölgədə  yayıldığını  qeyd  edirlər  (12).  2010-cu  ildə  T.H.  Talıbov  və  Ə.Ş. 

İbrahimov nəşr etdirdikləri Naxçıvan Muxtar Respublikasının  fundamental “Qırmızı Kitab”ında 



                                       AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

 



Astracantha  Podlech  cinsinə  aid  3  (A.  aurea  Podlech,  A.  karyaginii,  A.  flavirubens)  və 

Astragalus  L.  cinsinin  isə  6  (A.  badamliensis,    A.  nachitschevicus,  A.  paradoxus,  A. 

prilipkoanus, A. regelii, A. szovitsii) növü nadir növ kimi qeydə alınmışdır (13). 

M.Z.  Piriyev.,  F.T.  Talıbova  2002-ci  ildə  “Buynuzmeyvə  paxladən  və  onun  təsərrüfat 

əhəmiyyəti”  adlı  məqalələrində  A.  cornutus  növünün  təsərrüfat  əhəmiyyəti  haqqında  məlumat 

vermişlər (6, s.16-17). 2003-ci ildə M.Z. Piriyev “Naxçıvan MR-da yem əhəmiyyətinə malik olan 



Astragalus  L.  növlərinin  öyrənilməsi”  adlı  məqaləsində  A.  cicer  L.,    A.  viridis  Bunge,  A. 

cornutus Pall. və s. növlərin yem əhəmiyyətli olduğunu qeyd etmişdir (7, s. 34-35). 2006-cı ildə 

M.Z. Piriyev “Naxçıvan MR-in çəmən və otlaqlarının yaşıllaş-dırılmasında paxladən növlərinin 

istifadə  perspektivləri”  adlı  məqaləsində  Naxçıvan  MR-da  çəmən  və  otlaqların  məhsuldarlığını 

artırmaq üçün paxladən növlərinin təsərrüfat əhəmiyyəti haqqında məlumat vermişdir  (8, s. 66-

68).  

2008-ci ildə N.K. Abbasov Naxçıvan Muxtar Respublikasının yay otlaq və biçənəklərində 



Fabaceae Lindl. fəsiləsinin yem bitkilərini öyrənməsi ilə əlaqədar olararaq Astracantha Podlech 

və Astragalus L. cinslərinin  yem əhəmiyyəti barədə məlumatlar vermişdir (1, s. 75-82).  

2009-cu ildə A.H. İsmayılov “Naxçıvan MR-da Gilənçay hövüzəsinin florası, bitkiliyi və 

onların  fitomeliorativ  əhəmiyyəti”  mövzusunda  apardığı  dissertasiya  işində  Astragalus  L. 

cinsinin 48 və Astracantha Podlech cinsinin isə 9 növünü tədqiq edərək, onların müxtəlif bitkilik 

tiplərinndə yayıldığını qeyd etmişdir (2).  

2010-cu ildə F.X. Nəbiyeva “Arid ərazilərin florası və səhralaşma” kitabında Astracantha 

Podlech cinsinə aid 1, Astragalus L. cinsinin isə 10 növünün Arazboyu düzənliklərdə yayıldığını 

göstərir (5).  

2010-ci  ildə  N.V.  Mövsumova  “Naxçıvan  MR  ərazisinin  efemer  və  efemeroidləri”  adlı 

məqaləsində  yarımsəhra  bitkilik  tipi  üçün  xarakterik  olan  yovşanlı-gəngizli-şoranlı 

assosiasiyasında A. asterias Stev. ex Ledeb. növünün üstünlük təşkil etdiyini qeyd edir (3, s. 75-

82).  2011-ci  ildə  N.V.  Mövsumova.,  S.C.  İbadullayeva  “Duzdağ  ərazisinin  bitkilik  tipləri  və 

onların təsnifatı” adlı məqalələrində müxtəlif bitkilik tiplərində Astragalus L. cinsinə aid 6 növün 

yayıldığını qeyd edirlər (4, s. 67-72).  

2011-ci ildə M.M. Seyidov “Şahbuz Dövlət Təbiət Qoruğunun flora və bitkiliyinin ekoloji 

qiymətləndirilməsi”  mövzusunda  apardığı  dissertasiya  işində  Astragalus  L.  və  Astracantha 

Podlech cinslərinə aid 50 gəvən növü tədqiq edərək onları müxtəlif bitkilik tiplərində yayıldığını 

qeyd etmişdir (9). 

Beləliklə,  aparılan  araşdırmalar  nəticəcində  məlum  olmuşdur  ki,  Naxçıvan  MR 

biomüxtəlifliyində Paxlakimilər fəsiləsinin ən çox növə malik olan  Astragalus L. və Astracantha 

Podlech  cinslərinin  nümayəndələri  regionun  bitki  örtüyümün  formalaşmasında  böyük  rol 

oynayırlar. Onlar haqqında ədəbiyyat mənbələrində məlumatlara tez-tez rast gəlinir. 

 

                                 



ƏDƏBİYYAT    

          

1.    Abbasov  N.K.  Naxçivan  Muxtar  Respublikası  yay  otlaqlarının  yem  əhəmiyyətli  paxladən 

(Astragalus L.) növləri. Naxçıvan Dövlət Uviversitetinin Elmi Əsərləri, Qeyrət, 2012, s. 75-82 

2.    İsmayılov  A.H.  Naxçıvan  Muxtar  Respublikasında  Gilançay  hövzəsinin  florası,  bitkiliyi  və 

onların fitomeliorativ əhəmiyyəti: Biol. elm. sahə. fəls. dok. … dis. avtoref. Bakı, 2009, 22 s. 

3. Mövsumova N.V. Naxçıvan MR ərazisinin efemer və efemeroidləri / Azərbaycan  Botaniklər 

Cəmiyyəyinin Elmi Əsərləri, Bakı, 2010, cild I, s. 112-114 



                                       AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

 



4.  Mövsumova N.V., İbadullayeva S.C. Duzdağ ərazisinin bitkilik tipləri və onların təsnifatı  / 

AMEA Botanika İnsitutunun Elmi Əsərləri, Bakı, 2011, s. 67-72                                                      

5.  Nəbiyeva  F.X.  Arid  ərazilərin  florası  və  səhralaşma  (Kür-Araz  оvalığı,  Arazboyu    

düzənliklər). Naxçıvan: Tusi, 2010, 240 с.  

6. Piriyev M.Z.,Talıbova F.T. Buynuzmeyvə paxladən və onun təsərrüfat əhəmiyyəti/ Naxçıvan 

Dövlət Uviversitetinin Elmi Əsərləri, Qeyrət, 2002, s.16-17 

7.  Piriyev  M.Z.    Naxçıvan  MR-in  çəmən  və  otlaqlarının  yaşıllaşdırılmasında  paxladən     

növlərinin istifadə perspektivləri / Naxçıvan Dövlət Uviversitetinin Elmi Əsərləri, Qeyrət, 2003, 

s. 34-35 

8.  Piriyev  M.Z.  “Naxçıvan  MR-da  yem  əhəmiyyətinə  malik  olan  Astragalus  L.  növlərinin 

öyrənilməsi / Naxçıvan Dövlət Uviversitetinin Elmi Əsərləri, Qeyrət, 2006, s. 66-68 

9.  Seyidov  M.M.,  Salayeva  Z.K.    Şahbuz  Dövlət  Təbiət  Qoruğu  florasının  sistematik  təhlili  // 

AMEA Naxçıvan Bölməsinin Xəbərləri.  Təbiət və texniki elmlər seriyası, 2008, №4 s.74-79. 

10.Talıbov  T.H.  Naxçıvan  MR  flora  biomüxtəlifliyi  və  onun  nadir    növlərinin  qorunması 

(Cormobionta üzrə). Bakı: Elm, 2001, 192 s. 

11. Talıbov T.H.   Naxçıvan MR-in flora biomüxtəlifliyinin endemik növləri /Naxçıvan   Dövlət 

Uviversitetinin Elmi Əsərləri, Qeyrət, 2003, s. 55-61 

12.Talıbov  T.H.,  İbrahimov  Ə.Ş.  Naxçıvan  Muxtar  Respublikası  florasının  taksonomik  spektri 

(Ali sporlu, çılpaqtoxumlu və örtülütoxumlu bitkilər). Naxçıvan, 2008, 364 s.     

13.Talıbov T.H.,  İbrahimov Ə.Ş.  Naxçıvan Muxtar Respublikasının Qırmızı  Kitabı (Ali sporlu, 

çılpaqtoxumlu və örtülütoxumlu bitkilər).  Naxçıvan, 2010, 677 s. 

14.Гроссгейм А.А. Флора Кавказа: Т.5. Баку: АзФАН СССР, 1952, 453 с. 

15. 

Ибрагимов  А.Ш.  Растительность  высокогорий  Нахчыванской  Автономной     



Республики  и  ее  хозяйственное  значение.  Автореферат  дисс.  ...  канд.  биол.  наук.  Баку, 

1980, 26 с.    

16.Ибрагимов  А.Ш.  Растительность  Нахчыванской  АР  и  ее  народнохозяйственное 

значение. Баку: Элм,2005, 230 с. 

17.Ибрагимов  А.Ш.  Растительность  Нахчыванской  Автономной  Республики,  ее    

производительность и ботанико-географическое районирование. Автореферат дисс. ... д-ра 

биол.наук. Баку, 2007, 44с. 

18.Криштафович А. Н. Географическое распределение растительности СССР в третичном 

периоде / II сессия геогр. съезда, Тез. Док. Сек. Биогеография. Л., 1947, с. 69 

19.Флора Азербайджана: Т.5. Баку: Изд. АН. Азерб. ССР, 1954,  579 с. 

20.Флора СССР. Т.13, М.-Л.: Изд. АН СССР, 1946, 918 с. 

21.Черепанов  С.К.  Сосудистые  растения  России  и  сопредельных  государств  (в  пределах 

бывшего СССР). С.-Петербург: Мир  и семья-95, 1995, 992 с. 

 

 



 

 

 



 

 

 



 

 

 



                                       AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

 



 

 

 



 


Yüklə 7,48 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin