Elyazma.org elektron kitabxanası...
Əjdər Ol
HEKAYƏLƏR
Rafiq Tağı ki, Rafiq Tağı
N
ecə deyə bilərəm ki, Rafiq Tağı ilə mənimki tutmur?! Zarafat deyil, yalançılar
sözü olmasın, bu günəcən onunla bir ton çörək kəsmişik, xeyirdə
-
şərdə yanaşı
oturmuşuq, yol yoldaşı olmuşuq, ərklə bir
-
birimizin yazdıqlarını eninə
-uzununa
isladıb çırpmışıq, kalan mübahisələr eləmişik…
Bəzən bir
-
iki saatlıq, bəzən bir
-
iki günlük aramız sərniyib, bir
-
birimizə ya
npörtü
baxmışıq. Sonra təzədən isinişmişik, necə deyərlər, çəkişib bərkişmişik. Amma,
bütün bunlar o demək deyil ki, onun qələmindən tam sığortalanmışam. Rafiq bəydir,
bir də gördün beyni qızdı, siyasətçidən tutmuş ədəbiyyat adamlarına qədər neçələri
kimi
mənim də pişiyimi ağaca dırmaşdırdı.
Rafiq Tağıdan qoruna bilməkdən ötrü gərək işi yaş olan hər bir kəs onu yaxşı tanısın
və bu «naüzibillah» adamdan min ağac uzaq olmağın fənnini öyrənsin. Mənim
canıma cəfa basıb bu sicilləməni yazmaqda bir məqsədim də gələcək
«zərərdidə»ləri bəzi incə mətləblərdən duyuq salmaqdır.
Rafiq Tağının bağladığı vedrələrin (adam dolamaqda, yetənə yetib, yetmədiyinə
vedrə, özü də əməlli səs çıxartsın deyə, kauçuk yox ha, alüminium vedrə
bağlamaqda dəf mütəxəssis olan güləş Murad
Köhnəqala yada düşür) danqıltısını
çox eşitmişik. O, yaxasından yapışdığının leşini sürüməmiş əl çəkən deyil.
Əndrəbadi bənzətmə olsa da, necə ki, killer aradan götürmək istədiyinin cəmdəyinə
üç-
dörd güllə boşaltdıqdan sonra onun gicgahına bir «kontrolnu»
sıxır, Rafiq bəy də
qəzetdə
-
məzetdə qabağına qatıb qovduğunun nəfəsini qaraltmayınca köpü yatmaz.
O, axıracan gedənlərdəndir.
Yetmişinci
-
səksəninci illərdə ədəbi mühitdə çoxları həcvgu şair Şamxal Rüstəmin
biədəb qələmindən tük salardı. Şamxal balaca dar
a-
bara eləyən qələm dostlarından
girinə keçənin məzələnə
-
məzələnə abrını ətəyinə büküb, xoruzunu qoltuğuna
verərdi. Amma, indi Şamxal Rüstəm koroğluluğunu yerə qoyub, dişləri tökülmüş
qoca yalquzağa oxşayır, daha heç kəs ondan qorxmur.
Bir an Şamxal Rüstəmi xatırlatsa da, Rafiq Tağı şəbədə qoşmaq sənətində
bambaşqa qələm sahibidir.
Baş aparıb Rafiq Tağıdan yazıramsa, gərək lap başdan başlayam. Yəni, onun özünə
görə olmayan arıq
-
uruq canının təsvirindən. Bu da halva deyil. Əvvəla, ona görə ki,
Rafiq Tağını
n orda-
burda (qəzetdə, jurnalda, kitabda) şəklini görənlər həyatda
onunla min dəfə üz
-
üzə gəlsələr, nişan verən olmasa, qətiyyən bu əzvay yazıçını
tanımazlar. Rafiq bəy böyüklü
-
kiçikli ədib bacı
-
qardaşlarından çox
-
çox fərqli olaraq,
məsələn, Nizami, Məhsəti, Nəsimi, Füzuli, Vaqif, Saib Təbrizi (bunların portretini
rəssam təxəyyülü yaratsa da), canım sizə desin, Axundov, Bakıxanov, Üzeyir bəy,
Mirzə Cəlil, Sabir, Hadi kimi bircə şəklilə tanınır. Sanki, onun ayrı şəkli
-
zadı yoxdur.
O, qismət olsa, ədəbiyyat müntəxabatlarında yer tutacaq «qəşəng şəkil» məsələsini
həll eləyib.
Rafiq (qızışdım, «bəy» əlavəsi yaddan çıxdı) bu məşhur şəklində cılız, ordubatıq
olsa da, xeyli cavandır, hətta bazburutdu görünür. Dəstgaha baxın: qara kostyum,
ağ koynək, ciddi qalstuk,
münasib sağanaqlı eynək, ədibanə fors, geniş alın, hələ
yerində möhkəm qərar tutmuş gur şəvə saçlar, nikbinliyə meylli dodaqlar, sanballı
bığ və bütün bunları özündə cəmləşdirən onun «ilham vəziyyəti»ndəki anı.
Rafiq bəy bu şəkli redaksiyalara, nəşriyyatlara, mətbəələrə verib
-almaqdan
yorulmur. Bu şəkil artıq ona qanı qaynayan və onu burunlayan bütün qəzet
redaksiyalarının kompüterlərində həkk olunub. Onun heç bir oxşarı olmayan yek
şəkli bütün çap olunan yazılarının parovozudur. (Təzəlikcə Rafiq Tağı ilə
oturan
yerdə, köhnələrin dililə desək, «şiklimi atdırmışam». Gələcəkdə onun tutmacası
tutub mənə ilişib
-
eləsə, həmin «şikli» uzun şəkilaltı sözlə qəzetlərin birində yapdırıb,
onu təkşəkilli klassiklərin cərgəsindən aşırdacağam, bunu bilsin.)
Bu tək şəkil
Rafiq bəyin pozitiv şəklidir. O, indiki görünüşünü yəqin özünün neqativi
sayır. Necə ki, «Pozitiv. Neqativ» kitabının üz qabığında bu şəkillə yanaşı, indisinə
işarə ilə həmən şəklin neqativini də verib. Hətta, eyni adlı bir hekayə də yazıb.
Çoxbilmişlərdən biri mənə dirsək göstərib deyə bilər: «Rafiq Tağının «Düşmənimin
xatirinə» kitabındakı şəkli başqadır». Mən də onun sözünü ağzında qoyub deyərəm:
«Həmən şəkil Rafiq bəyin məşhur şəklindən çox
-
çox qabaq çəkilib, onda dostum
hardan bilərdi, vaxt gələcək gözəl
-
göyçək bir şəkli meydana çıxacaq, əlinin içini
iyləməmişdi ki…»
İndi də Rafiq bəyin mənim onunla tanışlığımın yaşıdı, bəlkə də böyüyü olan qara,
köhnə vaxtların kiçik çamadanına oxşayan yumşaq dərili «diplomat» çantası haqda
bir neçə kəlmə. Bu qara «diplomat»dan nələr çıxmır?! Əlyazması, kitablar, qələm,
uşaqlara «snikers», tonometr, yanında fonendoskop, birdəfəlik şprislər, cürbəcür
«medikament»lər (axı, o, həkimdir), buzlu toyuq, mandarin torbası, bir cüt banan və
sair və ilaxır. Son on
-
on beş ildə iri bir qarışıq mallar mağazasının malı girib
-
çıxıb bu
«diplomat»a. Bu «diplomat» Rafiq bəyin yük yeridir, yəni heç vaxt maşını
olmadığından «baqajnik»idir. Mistik duyğular oyadan, ilin dörd fəslində aramızda
dolaşan bu dördkünc maddi kölgəni (qara sevdalı
mistika aşiqi Adil Mirseyidin Rafiq
bəyin «diplomat»ına bir düzüm şer həsr etməməsi məni təəccübləndirir) bir neçə
dəfə əlimə alıb, gözəyarı çəkisini yoxlamışam, dolu vaxtı 5
-
7 kilo ağırlığında olur. Adı
çəkilən çantanın uzaqbaşı 8 kiloqram yük tutumu var
.
Bu «baqajnik»lə bağlı bizim…
Paho… Qapımızın zəngi çalındı. Qələmi vərəqə çırpıb yerimdən dik qalxıram və
dodaqaltı deyinə
-
deyinə candərdi qapıya sarı gedirəm. Görəsən, hansı
mərdümazardır əlimin üstünə gələn?
…Hə, gəldim. «On üçüncü qabırğa»nı, qohumbalanı birtəhər (41 dəqiqəyə) başdan
elədim.
İlan
-
qurbağa yazıma baxıram: «Bu «baqajnik»lə bizim… (kələfin ucunu tapdım)
ailənin də xüsusi bir xatirəsi var.
Səhv etmirəmsə, ötən əsrin doxsan dördüncü ilinin axırına yaxın aylardan biri idi.
Bakıda ərzaq qıtlığı hökm sürürdü. Xalqı xoşbəxt eləməyə girişən «Vahidbank»
əmanətçilərə verdiyi aylıq bank faizini otuza qaldırmışdı. Tüğyan edən inflyasiyadan
yaxşı pul qıran «Vahidbank» mağazalar şəbəkəsində aylıq faizlər əvəzinə
əmanətçilərə talonla verdiyi ərzağı od qiymətinə fırıldadırdı.
Rafiq Tağı da «Vahidbank»a pul qoyubmuş. Nə qədər? Bunu bilmirəm. Hər halda
Rafiq bəy kimi lütün birinin bankda sanballı əmanəti ola bilməzdi. Qərəz, günlərin bir
günü o, axşamüstü bizə zəng çaldı və bildirdi ki, yarım saata sizdə olacağam. Düz
yarım saatdan sonra Rafiq bəy özünü yetirdi və bizə qardaş köməyi gətirdiyini deyib
bayaqdan haqqında naqqallıq elədiyim qara «diplomat»ını şəstlə açdı.
«Diplomat»a səliqə ilə yerləşdirdiyi makaron, pesok (şəkər tozu), qreçka (qarabaşaq
y
arması) torbalarını, sıx
-
sıx kağıza bükülmüş yarımkiloluq (çox olmazdı) kərə yağı,
«squşonka»nı (qatılaşdırılmış südü), xırda doğranmış «rafinad» qənd qutusunu,
buzlu «Doux» toyuğunu ərklə stolun üstünə düzdü.
Həmin anda Rafiq bəyin işıqlı üzü projektor kimi göz qamaşdırırdı. O, böyük bir işi
başa çatdırmış adam kimi rahat və xoşbəxt görünürdü.
Rafiq bəyin qara dərili (Rədd olsun irqçilik!) «diplomat»ı milli iqtisadiyyatımız,
səhiyyəmiz və ədəbiyyatımız qarşısında özünə görə xidmətləri olan hörmətə layiq
bir
zaddır. (Sitatın sonu.)
İlin dörd fəslində Rafiq Tağını «diplomat»sız görməzsən.
Yayın cırhacırı… Qısaqol ağ köynəkdə Rafiq bəy küçəni keçir. Əlindəki də əlində.
Yəqin, iki işin (O, iki yerdə həkimlik edir.) birindən qayıdır.
İkinci görünüş: Payızın mısmırığını sallayan vaxtı… Əyninə yaxası düyməli bozarmış
qara jaket geymiş qələmə (yəni içi içindən keçən) və qələm dostum dayanacaqda 10
nömrəli trolleybusu gözləyir.
«Trolleybus» dedim, yadıma bir əhvalat düşdü. Rafiq bəy («bəy» sözü sizi
qıcıqlandırmasın, o, bu sözü bütün tanış
-
bilişinə yaraşdıra bilir) ekstremal yazıları ilə
iqtidarla çiling-
ağac oynayan vaxtlarda şair Əlisəmid Kür onun qarşısını kəsib həm
əllə, həm də dillə deyir:
–
Rafiq, (soruşacaqsınız, bəs Əlisəmidin «bəy»i harda qaldı? Mən də sizə
deyəcəyəm, Əlisəmidə olar), yığışdır o cəncəl yazıları, trolleybusla
-tramvayla gedib-
gələn adamsan, cangüdənin zadın da yox, sənin qanını şoruldatmağa nə var…
Rafiq bəyin cavabına fikir verin:
–
Yamyamlar (adamyeyənlər) ölkəsində yaşayırıq?!
«Yamyam
lar» sözündən qaşınma tutub üz
-
gözü əyilən Əlisəmid Kür siqaretinə od
vurub sarı Tula samovarı kimi pıqqıldaya
-
pıqqıldaya ondan aralanır.
Doğrudan da, trolleybus
-
tramvay Rafiq Tağının sevimli və əlverişli nəqliyyat
vasitələridir. Bakımızın meri Abutalıbovun Rafiq bəygilin evinin yanından keçən
tramvay xəttini sökdürdüyünü görəndə tramvaycıl dostumu düşünə
-
düşünə
ürəyimdən qara qanlar axırdı.
Qapıları şaraq
-
şuraq açılıb
-
örtülən, trolleybusdan fərqli buynuzlarının tokdan
çıxması ilə mənzil başına çatmaqda adamı dəngül
-
düngül «podvadit» eləyən, özü
demişkən, «içi azadlıq havalı», babuşkalarla zəngin Bakı tramvayları Rafiq bəyə
illərlə çaşqa
-
loşqa olduğu moskvalı dost
-
tanışlarını xatırlamaqda araçılıq eləyirdi.
Eh… Dalağım sancıb, deyəsən, Bakıda tramvay xətlərinin bir ucdan sökülməsinə
məhz Rafiq Tağı baisdir. Axı, Bakıda ondan çox tramvaydan istifadə edən yoxdur.
(Elə yaxşı eləyirlər, iqtidara az sataşsın.) Hayıf o xətlərdən! Necə də bir başıpozuq
sərnişinin diliuzunluğunun güdazına getdi…
Üçüncü mənzərə: Başında qara kepka, əynində təzəcə aldığı qəhvəyi gödəkçə
(keçən qış nimdaş paltosunun dalından dəyib) Axundov kitabxanasının pilləkənləri
ilə yuxarı qalxır, ağır «baqajnik»i də özü ilə. Rafiq Tağının bütün əlyazmaları
«diplomat»ında dəm alıb çıxıb, ən azı Axundov kitabxanasından evlərinə qədər olan
məsafə boyu. Çünki, o, Moskvadan Bakıya köçəndən sonra iş otağı kimi məhz bu
kitabxananın iri oxu zallarını seçib və yazdıqlarının hamısını burda yazıb. (Moskvada
yazdıqları «Leninka»nın yadigarıdır.) Elə buna görə də bu möhtəşəm bilik sarayına
ən çox ayaq döyən oxucu və yazıçı kimi gələcəkdə heykəli olmasa da, Axundov
kitabxanası kimi mötəbər bir binanın harasındasa onun balaca, ucuzvari büstünün
qoyulmasına indidən razıyam.
Dördüncü qarşılaşma: Xeyrə
-
şərə və qalan bütün tədbirlərə ütülü
-mütülü geyib
getdiyi qara kostyumu əynində olan Rafiq bəy, tutalım, Bakı İncəsənət Mərkəzinin
sərgi salonundan çıxır. Mərkəzdə rəssam Yusif Mirzənin norveçli səyyah Tur
Heyerdalın xatirəsinə həsr etdiyi sərgisi açılıb. Deməli, Rafiq bəy dostumuz Yusifin
ona bağışladığı bahalı kağızda çap olunmuş «buklet»i indicə «diplomat»ına qoyub,
işlənməkdən köhnələn və yaxşı bağlanmayan qapağını yerinə oturtduqdan sonra
onun yeyilmiş cəftəsini güclə yerinə dürtüb.
Bir gün eşitsəniz ki, qələm dostumun «diplomat»ından odlu silah, məsələn, pistolet,
Kalaşnikov avtomatı (Sökülməsə, çətin yerləşər), qumbara çıxıb, matınız
-qutunuz
qurumasın. Özümdən heç nə uydurmuram, Rafiq bəy bu barədə ağzından «utka»
buraxıb.
Onun «İki Tağıyev İlqar» hekayəsi çap
olunandan sonra mətbuatda və «klassik»
AXCP-
çilərin yığıncaqlarında böyük səs
-küy, vur-
çatdasın başladı. (Rəhmətlik
Əbülfəz Elçibəy barədə yazılan nataraz cümlələrə görə.) «Klassiklər»lə möhkəm
dartışan vaxtlarda bir gecə Rafiq bəygilə zəng edən gənc səsinin cır və qəzəbli
yerinə salıb ev yiyəsinə bəyanat verir: «AXCP «klassiklər» qanadının gənclər
təşkilatı səni («sizi» yox ha) qətlə yetirmək barədə yekdil qərar qəbul edib».
Rafiq bəy cin atına minmir?! Və dərhal əks hücuma keçir: «Get, öz qanaddaşlarına
de ki, çox o yan-
bu yan eləməsinlər, tüpürərəm hər şeyə, evimi satıb verərəm
partladıcı maddələrə (Vurhavurda bunun danışığının səliqəsinə baxın!), gətirib sizin
bütün cəbhəçilərinizi binaqarışıq partladıb yerlə
-
yeksan edərəm!»
Mən Rafiq bəyin tünd xasiyyətinə bələdəm, eləyər, eləyər.
Xırdalasaq, görün bu bircə cümlədə onun kimliyini göstərən nə qədər incə məqamlar
gizlənib.
«Evimi sataram»
–
yəni, silah –sursata pulum yoxdur, yəni, bərk ayaqda borc pula,
onun-
bunun hesabına iş görüb özümü abırdan salmaram, yəni, öz külüm də AXCP
əhlilə göyə sovrulandan sonra oğul
-
uşaq miras borclarımın xəcalətini çəkməz və
nəhayət, yenə də yəni, mən də mənəm.
Hə, yeri düşmüşkən, onu da deyim ki, Rafiq bəy haqq
-
hesabda düzlüyə son dərəcə
qail adamdır. Borc pul alıb dalına keçən qələm sahiblərindən və başqalarından deyil.
Rafiq Tağı, doğrudan da, haçansa şərəf naminə terrorçuluğa əl atmaq üçün evini
satsa, aldığı «limonka»ları mütləq «diplomat»ına yığacaq. Onun «baqajnik»inə üç
sıra, beş
-
beş düzsək, düz on beş «limonka» yerləşər.
Yaxşı ki, cəbhəçilərin «klassik» qanadı çox dirənmədi. Yoxsa, Rafiq bəyin əlindən
xata çıxacaqdı.
Düzdür, uzun çək
-
çevirdən sonra «ANS»
-
də onun dilindən «Üzr istəyirəm!»
qopartdılar. Ancaq, gözünə döndüyüm günahkar, «klassiklər»dən deyil, üzrü
E
lçibəyin ruhundan dilədiyini bildirdi.
Onun vur-
tut ikicə yolu vardı: ya qarşı tərəfdən üzr istəmək, ya da terrorist olmaq.
(ABŞ
-
ın qulağına qurğuşun!) Yaxşı ki, o, terrorist olmadı, elə bircə bin Laden
yazıçımız çatışmırdı.
Yazıçı Anarın bu mövzuda Rafiq bəyə atmacasını da yada salaq. Qulağımla eşitdim,
Anar müəllim Yazıçılar Birliyinin «Natəvan» klubundakı yığıncağında Birliyin bu
ərköyün üzvünə üz tutub dedi:
«Elçibəyin şərəfini qoruyan təşkilat vardı, ona görə mərhumun ruhundan üzr istədin,
amma Mirz
ə Cəlilin arxasında duran dılğır bir qurum olmadığı üçün onun incik
ruhundan (Rafiq Tağı bir yazısında xərifləyib Mirzə Cəlili «ədəbi kollaborasionist»
adlandırmışdı) üzr istəmək yadına düşmədi».
Aradan xeyli müddət keçib, hələ də Rafiq bəy Anarın bu sərrast ittihamına yönlü və
yaxud yönsüz bir cavab verməyib.
Qələmi yerə qoyuram, köhnə vaxtlarda dediyimiz kimi, burda bir «perekur».
Əşşi, postmodernizm yançısı Həmid Herisçilə hardan bizə ürcah oldu? Modernizmi
keçdik ki?! Hayıf deyildi, fikirlərimizi qələmimizin iynəyə bənzəyən ucu ilə sapa
muncuq kimi düzə
-
düzə gedirdik. İndi dəbdə olmaq üçün gərək oxucuya xəbərdarlıq
-
zad eləmədən qəfil gedişlər edəsən, gözbağlaycıfason fokslar göstərəsən.
Daha iş işdən keçib. Həmid də özümüzünküdür, onun postmodernist qıdıqlamaları
Rafiq Tağının «ilham atlarının mehtəri» adlandırdığı (Nə qansız adamdır bu
R.Tağı?!) Vaqif Yusifli haqqında yazdıqlarının yanında toya
-
bayrama getməlidir.
Qərəz, postmodernizm kirvənin də könlünü aldıq.
Valı çevirib, havanı dəyişək.
Deyəsən, Allah Rafiq Tağını yaxşısını
-pisini saf-
çürük eləyənlərindən biri kimi
yaradıb. Rafiq bəy gücsüz, yazıq, imkansız, bədbəxt, mağmın və bu seriyadan olan
adamların həm dostu, həm də sözçüsüdür. Onun üçün, məsələn, il boyu səhərdən
axşamacan «Azərbaycan» nəşriyyatının yan
-
yörəsində gicəllənən İlyas Ərnəfəs hər
hansı ətli
-
canlı kişi, incə
-
mincə, xanım
-
xatın qadın millət vəkilindən çox
-
çox maraqlı
tip və bədii obyektdir. O, bir ayağı o dünyada olan, huşu getmiş, haqqı tapdanan
qocaya görə istənilən yekə
adamı güdaza verməyə hazırdır. Onun demokratiyasında
zərrəcə güzəşt yoxdur.
Cəmiyyətdə problemlər yaradan obyektiv səbəbləri sadalayanda Rafiq bəy döyükə
-
döyükə sənə baxsa da, danışdıqlarının axırda beş qəpiklik qiyməti olmur.
Ay nə bilim, təzəcə qazandığımız dövlət müstəqilliyi, keçid dövrünün əngəlləri,
Qarabağ müharibəsi, qaçqınlar, superdövlətlərin siyasi məngənəsində sıxılmağımız,
iqtisadi gerilik
–
Rafiq bəyin demokratiya şüuru bunları nəzərə almır. Onun
nəzərində demokratiya demokratiyadır, vəssal
am!
Bayaq təxminən belə dedim ki, Rafiq Tağının tənqidi yırtıcı tənqiddir. Tənqidçi Vaqif
Yusiflidən sitat gətirək: «Yazıçılar, özünüzü Rafiq Tağıdan qoruyun!» Zırıltı kəlamdır.
Bu sözü elə
-
belə adam desəydi, fikir verməzdik, ancaq, avtoritetin sözündən s
onra,
indi Rafiq Tağını görəndə şəkkə düşürsən. Hətta, hərdən onun kamikadze kimi
şübhəli davranışından ürəyin düşür. Allah, özün saxla!
Bilirsiniz ki, dozasına görə tənqidlər müxtəlif cür olur. Rafiq bəy bu məsələdə zəhər
tuluğudur və onun saçmaları tənqidin sonuncu, öldürücü stadiyasıdır. Qabaqlar
elektrik dirəklərində xəbərdarlıq lövhəsi asılardı və onun ruscadan tərcüməsi beləydi:
«Əl vurma, öldürər!» Bax, Rafiq bəy də hərdən həmin elektrik dirəklərindən birinə
dönür.
Onun yaşıdları gözlərini açıb ədəbiyyatda (elə siyasətdə də) ötəri, miyana, elə
-
belə,
«xala xətrin qalmasın» tənqidlər görüblər. Uzun
-
uzadı tərifdən sonra cüzi,
nəsihətvari iradlar eşidiblər. Məsələn, rəhmətlik Mirzə İbrahimov tanınmış dövlət
adamını bacardığı qədər geninə
-
boluna öyəndən sonra deyir: Əziz yoldaş… icazə
verin, bir az da sizi tənqid edim… Pauza. Rəyasət Heyətinin tən ortasında oturmuş
həmən əziz yoldaş arif olduğu üçün ona məlum, lakin başqalarına naməlum üslubda
tərifin qabağında xeyli təmkinli və toxdaq görünür. İclas iştirakçılarının isə gözləri
bərəlir. Necə? Tənqid? Baho, deyəsən, hörmətli Mirzə müəllim çaşıb.
Bu dəm Mirzə müəllimin yastı səsi yenidən eşidilir:
–
Əziz yoldaş… Siz çox işləyirsiniz, özünüzü yorursunuz, səhhətinizlə lazımi qədər
məşğul olmursunuz. Xahiş edirəm, hərdən istirahət edin, sağlamlığınızın qeydinə
qalın, siz xalqa çox lazımsınız.
Və salondakılar, elə Mirzə müəllimin özü də zəif, seçmə tütün doldurulmuş qəlyanın
saçaq-
saçaq tüstüsünə oxşayan rahathülqum bir nəfəs alır… Əla! Fantan! Neynədi
əəə Mirzə müəllim!
İndi adamlar qazdan ayıqdır, belə tənqidlər yerimir. Obyektiv, bütöv tənqidlər olmasa
da, fısqırıq öcəşmələr, «Dartma, yaxam cırıldı!» notları üstə boğuşmalar baş alıb
gedir. Ancaq, motivindən və keyfiyyətindən asılı olmayaraq, finişə çatan tən
qid lap
azdır.
Niyə ədəbi, ictimai
-
siyasi tənqidlərdə müəyyən hədd gözlənilir?! Hə, bax, indi sarı
simə toxunmalı olacağam.
Deyək ki, bir məşhur müxalifət nümayəndəsi başqa bir tanınmış iqtidar yetkilisini,
əski və sürtük ifadə ilə desək, tənqid atəşinə tutur. Deyir, deyir, deyir… gəlib bir
sərhəd ki var, ora çatanda dayanıb dəvə kimi xıxır. Yaxşı bilir ki, daha həddi aşmaq
olmaz. Axı bundan o yana ikisi də eyni cür qələt qarışdırırlar. Bir az da
aydınlaşdırıram; yığıb altını doldurmaq ehtirası, araçı, işdüzəldən kimi gecələr
səlahiyyətli adamların qəbul otaqlarında üz
-
üzə gəlmələri, dəbdəbəli yaşam tərzini
qazanmaqdan ötrü nəyə desən razı olmaları, kef, bazlıq məsələləri onları bir
-birinin
yanında boğaz eləyir. Belə məqamda onlar, dəllallar kimi razılaşma yolu ilə susurlar.
Rafiq bəyin yeyib
-
içdiyini zəhərə döndərən, şəkildən
-
şəklə düşən belələridir.
Son on ildə Rafiq Tağıdan çoxlarının ağzı yanıb.
Vaxt vardı o, bütün müxalifət qəzetlərinin ən dəbdə olan yazarı
-
yazıçısı idi. «Rafiq
bəy, orda oturma, burda
otur!» Bir oyun durğuzurdular, gəl görəsən. Ambisiyalılar
hamısı rəqibinin əleyhinə ondan bəhrələnmək istəyirdi. Ancaq, qoltuğuna qarpız
verdiklərini sonradan peşman eləmək Rafiq Tağının köhnə ibnəsidir. Rafiq bəy
«Qırmızı dastan» kimi yazıları yazanda müxalifət camaatının əziz
-
bircəsinə
çevrilmişdi. Onu «bəh
-
bəh»lə, xahiş
-
minnətlə partiyaya qəbul eləmişdilər, hətta
əlüstü, sorğu
-
sualsız Siyasi Şuranın üzvü seçmişdilər. Elə ki, «Göy dastan» ortaya
çıxdı, ondan soyudular, o, öz həmfikirlərini tənqid edəndə isə «əqidə» dostlarının
əlləri yanlarına düşdü. Daha sonra yazdıqlarının bəhrəsi bu oldu ki, bütün
müxalifətdə duran partiyalı qəzetlər ona əyri
-
əyri baxmağa başladılar və müxalifət
Rafiq bəyin pisini vurdu. Axırda Rafiq bəyin gözündə müxalifət, müxalifətin gözündə
Rafiq Tağı çürük çıxdı.
Artıq Rafiq Tağı müxalifətçilər üçün arzuolunmaz şəxsdir. Daha hər hansı bir
müxalifət rəhbərinin nəyinə lazımdır «boşboğaz»ın birisini özünə yaxın buraxıb,
olsun pis kişi. İndi həmin adamların onun haqda fikri məlumdur: «Rafiq Tağı
vızqırdacaq!»
Daha Rafiq Tağı bütün siyasi təşkilatlardan gen gəzir, bitərəfdir. Ancaq o, bitərəf
kimi yenə də şərəşür, ipə
-
sapa yatmazdır.
Bu yazıçı siyasətçilərin başına gətirdiyi oyunu indi də yazıçıların başına gətirir. O
heç vaxt oxu atıb, yayını gizlətmir. Ümumi giley
-
güzar edib «Ad çəkmək istəmirəm»
ifadəsini qətiyyən işlətmir, düznəquludur.
Bayaq başqa cür demişdim, indi də bakılılar demişkən, alayı cür deyirəm: dili şirin,
qələmi acı olan Rafiq Tağıdan çoxlarının xoşu gəlmir, nəinki xoşu gəlmir, hətta
zəndeyi
-
zəhləsi gedir. Bunlar adi adamlar olsaydı, dərd yarı idi. İllət burasındadır ki,
həmən adamların əksəri bərkgedən tanınmışlar, Telman Orucovun sözü olmasın
(lap olsun!), «qoliaf»lardır. Amma, insaf da yaxşı şeydir, gərək onu da deyək ki,
meydangirliyindən və «lotuluğ»undan qalmayan bu «yaramaz»ın Zəlimxan Yaqub
kimi bir məzhəbə qulluq eləyənlərdən heç vaxt solaxay yazısı olmayıb, olmayacaq
da. Onun işi nala
-
muxa vuranlarladır.
Rafiq bəy qayğıkeş və «kəllə» həkimliyinə, adam içində
ipək xasiyyətinə (dostumuz
Paşa Qəlbinur kimi), yumşaq, lirik
-
psixoloji hekayələrinə görə böyük hörmət sahibi
ola bilərdi, amma…
Amma, hayıf ki, onun buynuzu da var. Bir də gördün qəfildən kimisə götürdü
buynuzuna.
Bir neçə müddət bundan əvvəl yenə onun
beyninin qurdu tərpəndi.
Hər il uzunmüddətli Əylis səfərinə çıxıb oradan «dərs gətirməyə» (Əbdürrəhim bəyi
də yad edək!) gedən şirin
-
şəkər Əkrəm Əylisli bu il də döş oğlan kimi Bakıya
qayıdanda Rafiq bəy onu burunlayıb qəzetdə haylı
-
haraylı qələm dostuna
papaq
atdı: «Əkrəm Əylisli ictimai rəylə gizlənpaç oynayır». Yəni o, nahaq yerə Əylisə
gedib-
gəlməyini dilə
-
dişə salıb fors eləyir. Kiminsə öz kəndində lövbər salmağı nə
matah şeymiş?
Əkrəm Əylisli Rafiq Tağının bu atmacasını eyninə almadı. Çünki Rafiq bəy haqqında
mötəbər sözünü o, bildir, ya inişil deyib: «…Dostum Rafiq Tağı da orijinal
görünməyin köhnə bazıdır, ixtisaslı həvəskarıdır». (Yəni Rafiqin dediklərinə bir qoz).
Rafiq Tağının çoxlarında olmayan bir yaxşı xüsusiyyəti var. O, haqlı oldu
-
olmadı,
qaraladığı adamdan vur
-
tut bircə dəfə, amma karlı yazır. Məsələn, mən inanmıram
ki, bu zəqqumçu «kişünas» (rəvayətə görə, elmi işi «ki» bağlayıcısından olduğu
üçün mərhum dostu Vidadi Məmmədov bir zaman Kamil Vəliyevə zarafatla
«kişünas» deyirmiş. Bu xəbər
Rafiq bəyə indi çatıbmış kimi o, «kişünas»ı mənfur
mənada ortaya ataraq, Kamil Vəli Nərimanoğlunu «Dədə Qorqud» kannibalı
(düdəmə sözləri hardan tapır ey bu?!) adlandırıb və əlbəttə, kişinin xətrinə dəyib)
Kamil Vəli Nərimanoğludan haçansa dübarə nəsə yazacaq. Hətta gələcəkdə Kamil
müəllim yazılarında və teleçıxışlarında onu sancsa da… necə ki, indi belə eləyir.
(Bir-
biri haqda yorulmadan, usanmadan «çevir tatı
-
vur tatı» döyənək, horra yazılar
yazan qələm düşmənlərini heç cür anlaya bilmirəm. Deyək ki, cavanların beyni
qandır, anlamırlar, bəs, bu ağsaqqallara nə xəbərdir?!)
Rafiq Tağı ilə mübahisələrim barədə…
Onun Qərblə Şərqi müqayisə edən və ikincini ayağa verən yarıfəlsəfi, yarıbədii
yazısını (Qərəz janr deyil!) qəzetdə oxuyaraq dostumun xeyli subyektiv fikirlərindən
incik düşüb ona zəng edirəm və iradlarımı bildirərək moizə oxuyuram:
–
Ay Rafiq bəy, Şərq barədə belə qəzəbli, ümumi yazılar yazma, axı, Şərq geniş
anlayışdır, sənin dediyin kimi, «şər mənbəyi» deyil. Uzaq Şərqdən tutmuş Orta,
Yaxın Şərqə qədər bir məsafə birləşir bu adda. Sən bütöv Şərqin incəliklərini harda
və nə zaman öyrənmisən? Bu mövzuda konkret faktların yoxdur, axı?! Elə Qərbi də
qavramaq, onun nədə üstün olduğunu fəhm etmək hələm
-
hələm asan deyil.
Yaxud ona deyirəm: Ay qardaş, sənin nə işin var Mirzə Cəlillə?!
M.F.Axundov Füzuliyə «zəif şair» deyib nə qazandı, sən o boyda kişiyə atmaca atıb
nə irəli düşəsən? Niyə həlləm
-
qəlləm işlərimizin, korafəhm əməllərimizin acığını o
rəhmətliklərdən çıxırsan? Onlar yazdıqlarını geri götürəsi
deyil ki…
Kimə deyirsən?! Rafiq Tağı nəinki bircə cümləsindən, heç nöqtə
-
vergülündən
keçməz. Heç kəs bilmir, mən bilirəm, yaddan çıxıb mətnə düşməmiş bir nöqtəli
vergülə görə qəzetin məsul katibinə evindən zəng vurub düzəliş olunmasını xahiş
edən bu vasvası qələm adamı sonradan ürəyi durmayıb iki marşrut dəyişərək,
«Rezonans» qəzetinin redaksiyasına gəlib və nöqtəli vergülü mətndə yerinə qoyaraq
rahat nəfəs alıb.
Bir tərəfdən baxanda düz eləyib. Yaddan çıxan nöqtəli vergül məsul katibin çox
vecinədir? Bir də bizdə belə xırda
-
mırda şeyləri qıdan kimdir?
Rafiq bəydən başqa kimdir səhər qəzetdə şerini oxuyarkən «uzaq yerin
prozektorlarından qorxuram» misrasında çoxbilmiş kimi prozektor (patoloq
-anatom,
çölləmə desək
-
meyityaran) sözünü guya düzəldib «projektor» şəklinə salan
korrektorla çənə
-
boğaz edən?! Yenə Rafiq bəy!
Başqa bir telefon söhbətimiz:
Mən: Rafiq bəy, sən dünənki qəzetdə olan yazında nahaq yerə «Tanrı türkü
qorusun!» deyiminə qulp qoyursan.
Onun köndələn cavabı: Bəs Tanrı başqa xalqların başına daş salsın?
Mən: Əvvəla, türkün Tanrısının səlahiyyətlərini ərəblər doqquzuncu əsrdə alıb
veriblər Allaha. Biz indi Allahın «yurisdiksiya»sındayıq. Noolar, Tanrı qeyri
-qanuni
şəkildə türkü qoruya bilir, qorusun. Qoy Allah bizqarışıq cəmi müsəlmanları hi
fz
etsin, Boq özününküləri oxranyat eləsin, büt bütpərəstlərə yiyə dursun, Krişna
hinduların «Rama, Rama…» dualarını əlindən almasın, ingiliscə qart
-qurt
danışanlardan tutmuş köklü
-
köməcli ingilislərə qədər hamısı bir
-
birinə «God bless
you!» (Allah səni qorusun!) desin və sair.
O: Sən məsələni ora
-
bura yozma, «Tanrı türkü qorusun!» şovinist ifadədəir.
Mən: Nə şovinizm, bu, bir türk alqışıdır.
O: Biz belə şüarla cılızlaşırıq!
Mən: Sən bu ifadəyə etirazınla ağzıgöyçəklərə dil verirsən, öz milli mənsubiyyətinə
şübhə yaradırsan.
O: Onlar Azərbaycanın xəritəsini və kimin harada məskunlaşmasını bilməyən
yelbeyinlərdir.
Mən: Sən qaşınmayan yerdən qan çıxardansan.
O, doğulduğu Masallıdakı Xoççobanlı kəndinin ləhcəsilə son akkordu vurur:
–
Sən düz demersən!
Dediyindən ürəyi soyumur, öz üslubunda kürəyimdən zol çıxardır: «Bizim iqtidar
nümayəndəsindən bundan artıq nə gözləyəsən?!» Hə, aldım payımı… Nə yaxşı ki,
şifahi… Şifahi xəbərdarlıqla yazılı töhmət arasında nə fərq olduğunu yaxşı bilirsiniz.
Rafiq
Tağının qələm kəsəri şifahi danışığının kəsərindən xeyli artıqdır. Ümumiyyətlə,
o, adi vaxtlarda dinləməyə daha artıq üstünlük verir. Düz də eləyir, deyəcəkləri
onsuz da ona bəllidir, amma, eşidəcəklərini isə bilməyə bilər.
Bir dəfə də o, kiminsə barəsində xoş sözlər deyəndə dilim dinc durmadı, söz atdım:
–
Rafiq bəy, sənin şifahi nitqinə etibar yoxdur, sən adam haqda sözünün
«məmmədqulu»sunu qələm
-
kağızla deyirsən.
Dostum qımışdı:
–
Bu fikri Baba Vəziroğlu da mənə deyib.
Rafiq bəy naqolay yazısı ilə hər
hansı qəzetin bağlanmasının, fəaliyyətinin
dayandırılmasının, çapının zəbt olunmasının və yaxud redaktorunun istefasının
səbəbkarı ola bilər.
Uzağa niyə gedirəm, 1994
-
cü ilin yayında baş redaktoru olduğum «Quruluş»
qəzetinin ilk sayında Rafiq Tağının hekayəsini çap etdiyim üçün təsisçinin məndən
üzü döndü. Onunla düz gəlməməyimə başqa səbəblər olsa da, təsisçi «gic
-gici»
hekayəni əlində bayraq (soyuq silah mənasında) eləyib üstümə düşdü və mən ixtiyar
sahibinə «əleykim» deyib, həmin qəzetdən o gedən getdi
m.
«Vətəndaş həmrəyliyi» qəzetinin işinin xeyli dayanması Rafiq Tağının hekayəsinin
ucbatından olmayıbmı?!
Axır zamanlarda qəzet redaktorları onun çapa gedəcək yazılarını bittə
-
bittə
oxuyurlar. Başqa əlac yoxdur, bu xatalı adamdan gərək özünü gözləyəsən.
«Ədalət»in baş yazarı Aqil Abbas kompüterin qabağında kəmali
-
ədəblə oturub
sabahkı nömrədə çap olunası hekayəsinin korrektura səhvlərini düzəldən Rafiq
Tağıya deyir:
–
Rafiq bəy, işim çoxdur, bu yazını diqqətlə oxuya bilməmişəm, sənə etibar edib
(kimə, kimə, Rafiq Tağıya?!) çapa verirəm, bax, mənimçün «əmma» çıxartma ha.
Rafiq Tağı dillənir:
–
Aqil bəy, narahat olmayın, (o, hamı ilə «siz»lə danışır, hətta hərdən qəsdən
«sən»ə keçsə də, tez özünü düzəldib «siz»i bərpa edir. O, bir dəfə ikimizin də dostu,
telejurnalist Qorxmaz Şıxalıoğluna deyirmiş: Əjdərlə söhbətə əvvəlcə «siz»lə
başlayıram. Elə ki, ara qızışır, «sən»ləri yağdırıram onun cəmdəyinə və «sən» deyə
bilmədiyim bütün rəsmi adamların acığını çıxıram ondan.) bu, hekayədir, o biri (yəni
vayqanlı) yazılardan deyil.
Yazıçılar arasında ən söyüşcül, ağzının qaytanı olmayan Aqil Abbas coşur:
–
Sən elə hekayədə də adamın anasını sssss…
Bəlkə də ömrü boyu dilinə söyüş gətirməyən Rafiq bəyin bu anda Mahatma
Qandinin sifətinə oxşayan, çöhrəsini və hədəqədən çıxmış gözlərini görən Aqil
Abbasın dili paravoz kimi tormoz verib sürütdənir və o, biədəb söz əvəzinə başqa
kəlmə işlətməyə məcbur olur:
–
… ağladırsan!
Vaxt olub ki, Rafiq bəyin bəzi hərəkətlərindən baş açmamışam.
Bir neçə il bundan qabaq Aşura günü Rafiq bəy iş yerimə gəlib dedi: «Bu gün
niyyətlərin qəbul olan günüdür, gəl Təzəpir məscidinə gedib nəzir paylayaq!». Onun
qaraniyyət adam olmadığını bildiyimə görə, qoşalaşıb məscidə getdik. Dilənçilərə bir
qədər nəzir paylayandan sonra rəfiqim Rafiqin təkidilə basırıqda İmam Hüseyn
müsibəti çəkə
-
çəkə məscidin həyətinə təpildik. Bir neçə yerdə halaylanmış saqqallı
cavanlar haray-
həşirlə zəncir vururdular. Bir dövrəyə girdik. Mən həm saqqallı
cavanların yeknəsəq hərəkətlərindən tez usandığımdan, həm də işə tələsdiyimdən
Rafiq bəyin qulağına pıçıldadım ki, bəsdir, gedək.
O, sıxıla
-
sıxıla dedi:
–
Sən işdəsən, get, mən hələ bir az burada qalmaq istəyirəm.
Mən ondan ayrılıb yenə də tünlüyü yara
-
yara məscidin həyət darvazasına doğru
hərəkət etdim. Darvazaya çatanda geri qanrılıb Rafiq bəy tərəfə boylandım və
gözlərimə inanmadım: Rafiq bəy bayaq durduğu yerdə «Şah Hüseyn! Vay Hüseyn!»
deyənlərə dəm tutub şıdırğı sinəzənlik edirdi.
Mən yerimdə quruyub onun nə qədər novruzəlicəsinə və ürəkdən sinə vurduğuna
heyrətlə
baxırdım. Bu görkəzmə adamın səmimi müsəlmanlığı da varmış. Birdən
onun gözü mənə sataşdı, dərhal çaşdı və enib
-
qalxan əli sinəsində quruyub asta
-
asta aşağı düşdü.
Mən bir andaca qeybə çəkilmək istədim və ildırım sürətilə dönüb məscidin
həyətindən çıxan axına qoşuldum. Daha geri baxmadım və onun «oğurluğ»unu
tutduğuma görə it kimi peşman oldum.
Rafiq Tağının «oğurluğ»unu heç vaxt üzünə vurmasam da, indi onun xarakter
cizgilərini zənginləşdirmək istəyim mənə güc gəldi. Həmişə sivilizasiya haqda
alabəzək ibarələr fırladan, Kirxada Amerika saksafonçusu Con Ferqussonun
konsertini ötürməyən, ancaq plovu hələ də beş barmağının beşilə də yeyən qələm
dostumu hərtərəfli tanıtmağa çalışmağım kimləri yorursa, zəhmət çəkib bu yazının
gerisini oxumasın, incimərəm.
Raf
iq bəyin məşhur şəklinə baxıram, yenə yadıma onunla bağlı başqa bir əhvalat
düşür.
Yanılmıramsa, 2000
-
ci ilin 20 Yanvar günü Rafiq bəylə Şəhidlər Xiyabanını ziyarət
edib çıxanda o, dedi: «Bəxtiyar Vahabzadə (B.Vahabzadə onun haqqında hansısa
qəzetdə təzəcə isti sözlər yazmışdı.) «Kaspar»da yatır, gedək ona baş çəkək!».
Biz xəstəxanaya getdik, şairin yatdığı palatanı asanlıqla tapıb qapını döydük.
İçəridən səs gəldi:
–
Buyurun!
Qapını açıb içəri keçdik, «Buyurun!» deyən şairin köhnə dostu həkim Nurəddin
R
zayev imiş.
Bizi görən Bəxtiyar Vahabzadə çarpayıdan dikəlib oturdu. Onların təkidilə Rafiq bəy
tək boş stulda əyləşdi. Mən də yanımı çarpayının qırağına qoydum. Şairlə yüngülcə
hal-
əhval tutduq. O, zorla «Yaxşıyam!» desə də, canını dişinə tutub oturmuşdu
,
danışmağa heyi qalmamışdı.
İki həkim (Nurəddin doxturla Rafiq doxtur) Bəxtiyar müəllimin prostat vəzisində olan
xəstəliklə bağlı pıçıldaşmağa başladılar. Köhnə kişilərə məxsus böyük
-
kiçik yanında
ədəb göstərmək ustadı şair ağrıdan qıvrılsa da, özünü saxlayıb çarpayıya
uzanmırdı. Rafiq bəyin başı söhbətə bərk qarışdığından onu görmürdü.
Bu dəqiqə Bəxtiyar müəllimə ən böyük hörmətin onu rahat buraxmaq olduğunu
duydum və gözlənilmədən yerimdən qalxıb dedim:
–
Bəxtiyar müəllim, yastığınız yüngül olsun! Biz gedək!
Rafiq bəy üzə düşüb ayağa qalxdı. Şair bizə ürəkdən «Çox sağ olun, zəhmət
çəkmisiniz!» dedi.
Nədənsə, mənə elə gəldi ki, o, bizim gəlişimizdən çox gedişimizə sevindi. Neynəsin,
can ağrıyanda heç kim adamın gözündə olmur.
Rafiq bəy yanıma düşüb mənimlə qapıdan çıxdı. Ona görə belə deyirəm ki, qapıdan
çıxanda dostumun qırımı xoşuma gəlmədi. Binadan on
-
on beş addım aralanan kimi
Rafiq bəy qoparağımı götürdü:
–
Sən çox sərtsən. Sözümü ağzımda qoydun. Nurəddin Rzayevə bir
-iki söz
deyəcəkdim.
O, gül
ümsədiyimi görüb susdu. Yəqin düşündü ki, bu gülümsəməkdə bir hikmət var.
Həm də, deyəsən, verəcəyim cavabdan çəkinib, dərinə getmədi.
Rafiq bəyin hər il bir günü iluzunu yerdə qalan bütün günlərindən, özü demişkən,
səmərəli və mənalı olur. O gün dostum inzivaya çəkilib daha çox düşünməyə, daha
çox yazmağa və oxumağa çalışır. Heç bir dəvət onun saqqızını oğurlaya bilməz. İlin
mənalı və səmərəli gününə çevrilən həmin gün Rafiq bəyin ad günüdür –
5 avqust.
Yeniyetmə çağlarında gələcəyin bu «şipitilni» yazıçısı özünə söz verib ki, ömrünün
axırına qədər ad günlərini bütün başqa günlərindən daha səmərəli və mənalı
keçirəcək. Deməli, o, hələ də sözünün ağasıdır.
Rafiq Tağının 1991
-
ci ildə çap olunmuş «Düşmənimin xatirinə» kitabına ön söz
yazan yazıçı Elçin təxminən belə deyib ki, on beş ildir Rafiqlə dostluq edirəm, onun
dostluğunda konyunktura görməmişəm. Elçin müəllimin 91
-
dən bəri Rafiq bəydən
yana fikrinin dəyişib
-
dəyişmədiyini bilmirəm. Ancaq işin üst
-
üstə düşməyinə baxın,
mən də həmən 91
-
ci ildən Rafiq bəylə tez
-tez oturub-
dururam, bu günəcən onun
dostluğunda konyunktura əlamətlərinin görünmədiyi barədə bütün konyunkturşiklərə
arayış verə bilərəm.
Qabaqlar yazdıqlarına görə hərdən Rafiq bəyə acığım tutardı. İndisə, onun yazılı
saçmalarını görəndə başımı bulayıb, qımışa
-
qımışa onun heç vaxt düzəlməyəcəyini
gözümün altına alıb, öz
-
özümə deyirəm:
–
Rafiq Tağı ki Rafiq Tağı…
Dostları ilə paylaş: |