3.3. Kür-Araz iqtisadi rayonunun torpaqlarını çirkləndirən mənbələr
və onların aradan qaldırılmasının iqtisadi səmərəliliyi
Statistik məlumatların təhlili göstərir ki, Kür-Araz iqtisadi rayonu hələ
keçmiş sovetlər dövründə inkişaf etmiş sənaye və çoxsahəli kənd təsərrüfatına
malik olmuşdur. İqtisadi rayonda istehsal olunan ümumi məhsulun 45%-i
sənayenin, 35%-i kənd təsərrüfatının payına düşmüşdür. Respublikada istehsal
olunan ümumi sənaye məhsulunun 12%-i, o cümlədən, elektrik enerjisinin 85%-i,
neft hasilatının 8,5%-i, neft-kimya məhsullarının 2,5%-i, yeyinti sənayesinin 2%-i,
xam pambığın 95%-i iqtisadi rayonun payına düşür [18,40]. Kənd təsərrüfatında
pambıqçılıq,quru subtropik meyvəçilik, taxılçılıq, üzümçülük,tərəvəzçilik və
bostançılıq iqtisadi rayonda ixtisaslaşmış təsərrüfat sahələridir.. Kür-Araz iqtisadi
rayonunun müasir inkişaf səviyyəsi və ekoloji vəziyyəti təsərrüfatın müxtəlif
sahələrinin inkişafı və ixtisaslaşmasına təsir göstərir. İqtisadi rayon ərazisi zəngin
neft-qaz
və
mineral-xammal
ehtiyatlarının
çoxluğuna,
həmçinin
su
çatışmamazlığma görə səciyyələnir. Tədqiqat ərazisinin zəngin təbii-resurs
potensialı, onun intensiv mənimsənilməsi və sənaye qovşaqlarının formalaşması
sürətlə gedir. Təsərrüfat komplekslərinin strukturunu təyin edən su təsərrüfatı
problemlərinin həlli müasir mərhələdə ən mühüm amillərdəndir. İqtisadi rayonda
suvarma əkinçiliyinin intehsiv inkişafı su təchizatının əhəmiyyətini həmişə
artıracaqdır. Regionda ümumi torpaq fondunda aqrar sektorda istifadə oluna bilən
torpaqlar tədqiqat ərazisinin 3/2 hissəsini əhatə edir və bunun da 42%-i əkilir.
Əkinçilik məqsədilə becərilən torpaqların yarısında suvarma tətbiq edilir [29,40].
Mövcud torpaq və su ehtiyatlanndan regionda elmi-texnoloji qaydalara əməl
edilmədən istifadə, kənd təsərrüfatında məhsuldarlığı aşağı salmaqla yanaşı iqtisadi
və ekoloji tarazlığın pozulmasına da səbəb olmuşdur. Əkinçilikdə istifadə edilən
mineral gübrələr və bitki mühafizə vasitələri məhsul istehsalını artırmaqla yanaşı
onun mühafizə olunmasına imkan yaratsada torpağın və ətraf mühitin
çirklənməsinə səbəb olur. Kənd təsərrüfatında torpaqların meliorativ vəziyyətinə
çəkilən xərclərin az olması səbəbindən torpaqların ekoloji şəraiti pisləşmişdir,
torpaqlar şoranlaşmış və bataqhqlaşmışdır. Səbəbi ərazinin torpaq qurunt şəraiti
öyrənilmədən su anbarları yaradılıb əkin sahələrini suvarmaq üçün torpaq kanallar
çəkilməsidir. Lakin su anbarlarından, kanallardan sızan sular həm torpaq
sahələrində duzlaşma və bataqlıqlaşma yaradır, həm də ekoloji şəraiti
gərginləşdirir. Hesablamalar göstərir ki, regionun əsas su ehtiyatı mənbəyi Kür və
Araz çayları və onların iqtisadi rayon ərazisindən axan qollarının sularıdır. İqtisadi
rayon ərazisində su ehtiyatlarından səmərəli istifadə edilməsi və onların
mühafizəsi, mövcud təsərrüfatın ərazi strukturlarının yenidən qurulmasına və
məhsuldar qüvvələrin gələcək inkişafına əhəmiyyətli təsir edər. Tədqiqat
ərazisində istifadə edilməyən dövlət torpaqlarının mənimsənilməsinin ekoloji
aspektləri mühüm əhəmiyyət daşıyır. Həmin torpaqlara mənsub ekosistemin
korlanmadan mühafizə edilməsi tədbirlərini qabaqcadan nəzərə almaq vacib
məsələdir.
Toplanmış məlumatların təhlili göstərir ki. Kür-Araz iqtisadi rayonunda
məhsuldar qüvvələrin inkişafı və yerləşdirilməsi bir sıra iqtisadi və ekoloji
problemlərlə sıx bağlıdır. Bunlara yanacaq və mineral-xammal resurslarından
səmərəli və kompleks istifadə, su mənbələrinin çirklənmədən mühafizəsi, iri
şəhərlərin hava hövzəsinin qorunması, landşaft strukturlarına texnogen təsirin
optimallaşdırılması və s. aiddir. Yuxarıda qeyd edilən pozuntuların bərpa edilməsi
və çirklənmədən qorunması mühüm iqtisadi və ekoloji əhəmiyyət kəsb edir.
İqtisadi rayon zəngin neft-qaz ehtiyatlarına malikdir. Həmin ehtiyatlar Kürovdağ,
Qarabağlı, Neftçala, Kürsəngə, Pirsəhhət, Mişovdağ, Qalmaz, Muradxanlı,
Mollakənd və s. yataqlardadır. Neftçala və Xıllıdakı yodlu-bromlu su ehtiyatları
sənaye əhəmiyyətli yataqlardır. Rayonun ərazisində çöküntü süxurlarının geniş
yayılması, burada tikinti xammalının çox böyük ehtiyatlannm olmasına səbəb
olmuşdur. Regionda kərpic-kirəmit gili, mişar daşı, kirəc ehtiyatları, əhəng daşı.
çınqıl və gil, qum-çınqıl, yüksək temperaturlu termal su ehtiyatları və s. çox böyük
təsərrüfat əhəmiyyəti daşıyır. Buradakı termal su quyusu 10 mln. m3-dən çox
suvermə qabiliyyətinə malikdir və suyun temperaturu 75-85°C -yə çatır. Həmin
termal suların tərkibi mineral duzlarla zəngindir.Sulardan həm müalicə üçün, həm
də şəhər təsərrüfatında, məişətdə və s. geniş istifadə edilə bilər.Regionda olan
termal suların tərkibindəki mineral maddələr kimya sənayesi üçün əsas
xammallardan biridir. Eyni zamanda mineral suların çıxarılıb istifadə edilməsi və
çirklənmədən mühafizəsi məsələləir də öyrənilməlidir. Kür-Araz iqtisadi
rayonunun sosial-iqtisadi inkişafında mühüm yer tutan mineral-xammal
ehtiyatlarından səmərəli və kompleks istifadə edilməsi, mühafizəsi,regionda
ekoloji-iqtisadi tarazlığın qorunub saxlanmasında mühüm əhəmiyyət daşıyır.
Statistik təhlil göstərir ki, XX əsrin ikinci yarısında iqtisadi rayonun ayrı-ayrı
sahələrində ətraf mühit, insanların səmərəsiz fəaliyyəti nəticəsində əhəmiyyətli
mənfi təsirə məruz qalmışdır. Xüsusən də neft-qaz hasilatı sahələrində 100 hektara
yaxın torpaq yararsız vəziyyətə düşmüş, tikinti materialları istehsal olunan
ərazilərdəki yataqların ətrafında isə ətraf mühit korlanmışdır.
İqtisadi rayon ərazisində su təsərrüfatı problemlərinin aradan qaldırılması
təbiət və cəmiyyətin qarşılıqlı təsiri sistemində mühüm aktuallığa malikdir.
Hazırda su ehtiyatlarından regionda səmərəli istifadənin əsas yolu əkinçilikdə
torpaqların suvarılmasının, əhalinin su təminatının, elektrik enerjisinin istehsalı və
balıqçılıq kimi mühüm sahələrin daha geniş inkişafıdır. Rayonda çay şəbəkəsi
Kürdən və onun qolları olan Tərtərçay, İnciçay, Aqquşa, Araz çayı və s. xırda
çaylardan ibarətdir. Yer səthinə yaxın yerləşən yeraltı sular rayonun su ehtiyatını
tamamlayır [18,19]. Ümumiyyətlə regionun kənd təsərrüfatında əkin sahələrinin,
sənayenin və mənzil-kommunal təsərrüfatının suya olan tələbatı süni suvarma
sistemləri vasitəsilə ödənilir. İqtisadi rayonun əsas suvarma mənbələri Yuxarı
Qarabağ, Yuxarı Şirvan, Əzizbəyov, Baş Mil, Baş Muğan və Sabir adına
kanallardır. Tədqiq edilən rayonda suvarma sistemlərinə aid olan su anbarları və su
kanalları iqtisadi cəhətdən çox böyük səmərə verir. Təəssüflə deyd etməliyik ki,
onların tikintisinin düzgün aparılmaması, torpaq kanallar üzündən gedən sızmalar
hesabına torpaqlar şoranlaşaraq keyfiyyətini itirir. Nəticədə böyük vəsait hesabına
həmin torpaqlar bərpa edilərək təsərrüfat dövriyyəsinə qaytarılır. Mingəçevirdən
başlayaraq Kürün sol sahilləri boyu torpaq sahələri Yuxarı Qarabağ kanalından
sızan sular hesabına demək olar ki, şoranlaşdıraraq yararsız vəziyyətə
düşmüşdür.Eyni zamanda paralel olaraq suvarılmada sudan düzgün istifadə
edilməməsi səbəbindən torpaq sahələri yuyularaq eroziyaya məruz qalmışdır.
Bəzən isə əkin sahələrinə mineral gübrələrin, pestisid və herbisidlərin verilməsi
zamanı aqrotexniki qaydaların pozulması üzündən həmin məhsullar su ilə yenidən
təbii su mənbələrinə qarışaraq suyun kimyəvi çirklənməsinə səbəb olur. Kür-Araz
iqtisadi rayonunun torpaq sahələri Gürcüstanın və Ermənistanın ərazilərindən
keçən Kür və Araz çaylanın yuxarı axınında sənaye tullantıları və məişət çirkabları
ilə çirklənmiş sularla çirklənməyə məruz qalır. Araşdırılan məlumatların təhlili
göstərir
ki,
Ermənistanın
sənaye
müəssisələrindən
atılan
tullantılar
Arpaçay,Oxçuçay,Bazarçay və s. vasitə və yollarla Araz çayını çirkləndirir. Bu
tullantılar qatılıq həddindən 100 dəfə və daha çox olan ağır metallardır ki,onlar da
əsasən Ermənistanın Qafan-Qaçaran mis-molibden kombinatlarının çirkab suları
ilə Oxçuçaya və onun vasitəsilə Araza axıdılır. Ermənistan ərazisindən Razdan
çayına axıdılan çoxlu miqdarda mis, fenol, ammonyak, azot və digər radioaktiv
məhsullar Arpaçay vasitəsi ilə Araz çayını çirkləndirərək həmin çirkli sularla Kür-
Araz iqtisadi rayonunun torpaq sahələri suvarılır ki, bu da əraziyə öz mənfi ekoloji
təsirini göstərir. Əldə edilən statistik məlumatlara əsasın deyə bilərik ki, Arazın bu
ölkənin ərazisindən axan hissəsində misin miqdarı yol verilən qatılıq həddindən 25
dəfə, fenol 5 dəfə, manqan 2—4 dəfə çoxdur [18]. Gürcüstanda Tbilisi və Rustavi
şəhərlərindən Kür çayına axıdılan təmizlənməmiş məişət çirkab suların və
müəssisə tullantılarının çirkləndirməsi hesabına yol verilən qatılıq həddindən
fenolun miqdan 15-25 dəfə çoxdur. Azərbaycan ərazisində Kür çayının ən çox
çikrlənmiş qollarından biri Qoşqar çayıdır ki, onun da çirklənmə mənbəyi
Daşkəsən şəhər-kommunal və dağ-mədən sənaye müəssisələrinin çirkab sularıdır.
Bu çayın suyunda mis birləşmələri yol verilən qatılıq həddindən 20 və fenol 8 dəfə
çoxdur [18,40]. Kür və Araz çayları və onların tranzit qolları həm qonşu
Gürcüstan və Ermənistan ərazisində, həm də Azərbaycanın öz ərazisində Gəncə,
Mingəçevir, Şirvan və başqa şəhərlərin kommunal-məişət və sənaye çirkab suları
ilə güclü çirklənməyə məruz qalırlar. İqtisadi rayonun ərazisində suvarılan torpaq
sahələrinə çəkilmiş suvarma kanalları mütəmadi təmizlənmədiyindən, onların
faydalı iş əmsalı da aşağı düşür. Bunun qarşısını almaq üçün ilk növbədə həm
suvarma prosesində, həm də kanallarda həyata keçirilən aqrotexniki və
hidromeliorativ tədbirlərlə su itkisini azaltmaq və ətraf mühitin qorunmasına ciddi
əməl etmək lazımdır. Respublikanın ən iri qış otlaqlarının olduğu regionda
suvarılmanın düzgün aparılmaması səbəbindən torpağa ziyan dəyir. Salyan, Muğan
və Şirvan düzlərində kollektor-derenajların vaxtaşırı təmizlənrnəməsi nəticəsində
kollektor-derenaj sularının səviyyəsi qalxaraq ətraf ərazilərin torpaq örtüyünün
şoranlaşmasını artırır. İqtisadi rayonun ərazisində həm yeraltı suların qalxması,həm
də gölləmə suvarma səbəbindən ifrat nəmlənmə və rütubət sevən bitkilərin geniş
inkişaf etdiyi sahələrdə bataqlıqlar geniş yayılmışdır. Bataqlıqlar əsasən Ağgöl,
Mehmangöl, Sarısu və s. ətrafında, xüsusilə çayların gətiımə konusları aralarındakı
çökəkliklərdə yayılmışdır. Muğan düzündə Ağçala gölü ilə əlaqədar olaraq ümumi
sahəsi 500 km2 -dən çox bir neçə bataqlıq yaranmışdır [18]. XX əsrin 2-ci
yarısında Kür-Araz ovalığında o dövr üçün mükəmməl kollektor-drenaj
sistemlərinin yaradılması nəticəsində bataqlıqların sahəsi nəzərə çarpacaq dərəcədə
azalmışdır. Lakin son illər iqtisadi böhran səbəbindən, həm də meliorasiya işlərinin
zəif aparılması üzündən rayonun ərazisində yerləşən kollektor-drenaj sistemi
dolmuş və lazımı səviyyədə təmizlənmədiyindən drenaj sularını çəkib apara bilmir
ki, bunun da nəticəsində bataqlıqların sahəsi yenidən artmışdır. Araşdırmalar
göstərir ki, Yuxarı Qarabağ və Yuxarı Şirvan kanalları sahilləri boyunca yeni
bataqlıqlar yaranır ki,bu da ərazidə yeni ekoloji-iqtisadi gərginliyin artmasına
səbəb olmuşdur. Kür-Araz iqtisadi rayonunda kənd təsərrüfatında əkinçiliyin üstün
inkişafı torpaq sahələrinin məhsuldarlığının artmasını, suvarma və digər
aqrotexniki tədbirlərinin təkmilləşdirilməsini, şoran torpaqlann meliorasiyasını
tələb edir.
İqtisadi rayonda ən iri kollektordan biri olan Baş Şirvan kollektorundan ildə
təxminən 250 min hektardan çox əkin sahələrində toplanan şor sular axıdılır. Mil-
Qarabağ və Muğan-Salyan kollektorları birləşdirildikdən sonra Baş Mil-Muğan
adlanan bu kollektorun uzunluğu 416 km olmuş və onun vasitəsilə 506 min hektar
ərazidən toplanan şor sular axıdılmağa başlanmışdır [18,40]. Təəssüf ki,əsas
kollektorlara birləşdirilən ikinci dərəcəli kollektor-drenajlarda uzun illər təmizləmə
işlərinin aparılmaması, ətraf sahələrdə qurunt sularının səviyyəsinin qalxmasına
səbəb olur və nəticədə torpaqlar şoranlaşmaya və təkrar şorlaşmaya məruz qalır.
Ümumiyyətlə əhəmiyyətli miqdarda maliyyə vəsaiti, əmək və əsas fondlar
hesabına yaradılan yerüstü və yeraltı su ehtiyatlarından məqsədyönlü, səmərəli və
qənaətlə istifadə edilərsə tədqiqat rayonu üçün ən vacib ekoloji və iqtisadi
problemləri həll etmək olar. Kür-Araz iqtisadi rayonunun iqtisadiyyatında və
ekologiyasında Xəzər dənizi mühüm əhəmiyyət daşıyır. Xəzərin təbii-coğrafi
iqlimi şəraiti Kür-Araz iqtisadi rayonunun iqliminə mühüm təsir göstərir. 1978-ci
ildən Xəzər dənizinin səviyyəsinin qalxması ilə əlaqədar səth dalğaları və qurunt
sularının səviyyəsinin qalxması səbəbindən iqtisadi rayonun dəniz sahili
ərazilərinə, xüsusilə ən çox Salyan və Neftçala inzibati rayonlarında 40 000
hektara yaxın sahəyə ziyan vurmuşdur. Deməli, səviyyə tərəddüdü həm region
ərazisinin sosial-iqtisadi inkişafına və həm də ekoloji mühitinə çox böyük zərər
gətirmişdir. XX əsrin 2-ci yarısınadək Xəzərin səviyyəsi mütamadi endiyindən
sahil zolağında sənaye, kənd təsərrüfatı, yaşayış məntəqələrinin tikintisi geniş
inkişaf etmişdir. Neftçala rayonunda iki balıqartırma zavodları, kənd təsərrüfatına
yararlı geniş əkin sahələri və bir sıra yaşayış məntəqələri 1978-ci ildən dəniz
səviyyəsinin qalxması ilə əlaqədar su altında qalmış, ərazi böyük iqtisadi və ekoloji
zərərə uğramışdır. İqtisadi rayonda Kür çayı boyunca Neftçala, Hacıqabul, Salyan
rayonlarında çoxlu təbii və süni axmazlar mövcuddur və onlar balıqçılıq
təsərrüfatının inkişafı üçün xüsusi əhəmiyyətə malikdir. Nohur balıqçılığı yerli
əhalinin ərzaq təminatında böyük rol oynayır. Ancaq tədqiqatlar göstərir ki,
Salyan, Neftçala və digər inzibati rayonlarda əhalinin bir qismi özünün pay
torpaqlarında nohur düzəldərək balıq yetişdirirlər. Bu proses həm əkin yerlərinin
azalmasına, həm də ətraf torpaqların şoranlaşmasına və çoxlu su itkisinə səbəb
olaraq ekoloji-iqtisadi tarazlığı pozur. Eyni zamanda suvarma əkinçiliklə məşğul
olan fermerlər su çatışmamazlığından əziyyət çəkirlər. Tədqiqat rayonunun
mühüm sərvəti olan torpaq həm kənd təsərrüfatında başlıca istehsal vasitəsi,həm də
məhsuldar qüvvə kimi mühüm sosial-iqtisadi əhəmiyyətə malikdir. Deməli,
torpaqdan istifadənin yaxşılaşdırılması, mühafizəsi və münbitliyinin artırılması
qarşıda mühüm problem kimi durmaqdadır. Torpaqdan istifadə prosesində lazımi
aqromeliorativ tədbirlər həyata keçirilmədikdə onun strukturu pozulur, münbitliyi
azalır və kənd təsərrüfatı istifadəsindən çıxır. Eyni zamanda iqtisadi rayonda
torpaqlar hasilat sənayesinin, əsasən də neft-qaz və tikinti materiallarının hasilatı
sahələrinin inkişafı nəticəsində də korlanmışdır. Ərazidə neft-qaz hasilatı zamanı
100 hektar, tikinti materiallarının hasilatı ilə 120,2 hektar yararlı torpaqlar
korlanmışdır [18,29]. Aparılan araşdırmaların təhlili göstərir ki, regionda kənd
təsərrüfatına yararlı torpaqların münbitliyin azalması prosesi səciyyəvidir. Səbəbi
torpaqların düzgün istifadə olunmamasıdır. Nəticədə torpaqların deqradasiyası
artır, mühitlə mədəni bitkilər arasında ekoloji-iqtisadi tarazlığı pozulur.
Kür-Araz iqtisadi rayonunda torpaq sərvətinin ərazi üzrə yerləşməsinin
təhlili göstərir ki, burada torpaqların mühafizəsi və yaxşılaşdırılması üzrə bir sıra
tədbirlərin görülməsi məqsədəuyğundur. Rayonun sosial-iqtisadi inkişafının
təminində ilk növbədə torpaqların aqromeliorasiya yolu ilə optimallaşdırılması və
regionda kənd təsərrüfatının inkişafı mühüm əhəmiyyət daşıyır. Ərazini
bütövlükdə eroziya prosesinin gedişinə qarşı hazırlamaq, şırımlarla əkin aparmaq,
qoruyucu meşə zolaqları salmaq və s. tədbirlərin görülməsi zəruridir. İqtisadi
rayonda təsərrüfatın müxtəlif formaları ilə korlanmış torpaqlar geniş yayılmışdır.
Neftçala, Salyan, İmişli, Kürdəmir inzibati rayonlarının ərazilərində neft-qaz
hasilatı ilə çirklənmiş torpaqları, Bəhramtəpədə və s. tikinti materiallarının hasilatı
zamanı korlanmış torpaqları rekultivasiya edərək təsərrüfat dövriyyəsinə
qaytarmaq, onları bərpa etmək lazımdır ki, ərazinin ekoloji vəziyyətinin
yaxşılaşdırılmasına və stabilləşməsinə şərait yaransın.
|