alça
əncir
yemiş
armud
nar
tut
Torpaqların düz miqdarı və tipinə görə təsnifatını vermiş Q.Əzizov
torpaqları şorlaşma tipinə görə sodalı, sulfatlı-xlorlu, xlorlu, xlorlu-sulfatlı və
sulfatlı tiplərinə bölmüşdür. Bu təsnifat respublikamız üçün V.R.Volobuyevin
təklif etdiyi təsnifatdan fərqlənsə də, əsasən real vəziyyəti göstərir [8,34].
Zəhərlilik göstəricilərini duzluluq dərəcəsi xarakterizə edir.
Suda tez həll
olunan duzlardan NaCI, NA
2
SO
4
, MgCl
2
, CACl
2
, MgSO
4
, Na
2
CO
3
, Na(HCO
3
)
2
mədəni bitkilərinə daha ziyanlıdır.
Cədvəl 3.2.
Torpaqların şoranlaşmasına və tipinə görə təsnifatı,%-lə [18].
Qradasiyanın adları
Duz tipi
sodalı
xloru
sulfatlı-
xlorlu
xlorlu-
sulfatlı
sulfatlı
şorlaşmamış
<0,15
<0,2
<0,25
<0,4
<0,6-1,0
zəif şorlaşmış
0,15-0,3
0,2-0,4
025-0,5
0,4-0,8
1,0-1,5
orta şorlaşmış
0,3-0,5
0,4-0,8
0,5-1,0
0,8-1,5
1,5-2,0
şiddətli şorlaşmış
0,5-0,8
0,8-1,2
1,0-2,0
1,5-2,5
2,0-3,0
şoranlar
>0,8
>1,2
>2,0
>2,5
>3,0
Bitki kökləri yayılan torpaqdan duzları yuyub çıxarmaq torpaqların
yuyulmasının başlıca məqsədidir. Torpağın üst bir metrlik qatı bitki kökləri yayıla
bilən qatdır və kənd təərrüfatı bitkilərinin kök sistemi də maksimum həmin
dərinliyə qədər gedib çata bilirlər. Adətən yüngül
və orta mexaniki tərkibli
torpaqların yaxşı susızdırma qabiliyyəti onları duzlardan təmizləməyi asanlaşdırır.
Qeyd olunan xüsusiyyətləri əsas götürərək müvafiq meliorativ işlərin
xarakterini əsas götürülməklə Kür-Araz regionunda şorlaşmış torpaqları şərti
olaraq üç əsas qrupa bölürlər.
1. Qranulometrik tərkibi yüngül olan intensiv su
hopdurma qabiliyyətli, tez
həll olunan (sulfatlı-xlorlu xlorlu) şoranlaşmış torpaqlar. Belə qrup torpaqlar
Muğan, Salyan düzünün mərkəzi və şimalında, Şirvan düzünün Kür sahili
zonasında,
həmçinin Salyan, Sabirabad, Neftçala və Zərdab inzibati rayonlarında
rast gəlinir. Həmin torpaqlarda müntəzəm meliorasiya tədbirlərinin həyata
keçirilməsi zəruri hesab olunur.
2. Qranulometrik ağır əsaslı, zəif su keçirmə qabiliyyəti olan sulfatlı, xlorlu-
sulfatlı və stabil şorlaşmış torpaqlar.Bu tipli şorlaşnış torpaqlar əsasən şimal-qərbi
Qarabağ, Şirvan düzünün mərkəzi hissəsi və Muğan
düzünün cənubunda rast
gəlinir. Zəif su buraxma xüsusiyyəti həmin torpaqlarda zəif su hopdurma,
struktursuz olmaları, çətin duz yuyulma xarakterli olması belə torpaqlarda
meliorasiya işlərini ağırlaşdırır.
3. Qranulometrik tərkibi ağır
olan az buraxma qabiliyyətli, sodanın duz
tərkibində olduğu şorakətləşmiş və şorlaşmış torpaqlar. Belə torpaqlar Qarabağ və
Mil düzündə rast gəlinirlər. Həmin torpaqlarda həm müasir əsaslı yumalar tətbiq
olunmalı, həm də kimyəvi meliorantlardan geniş istifadə olunmalıdır [18].
Tədqiqat ərazilərində suvarılan torpaqlarda rast gəlinən şorakətlik kənd
təsərrüfatı bitkilərindən bol və sabit məhsul alınmasına
mənfi təsir edən
səbəblərdən biridir. Fikrimizcə, iqtisadi rayonun torpaqlarının ən mühüm ekoloji
problemi şoranlaşma və təkrar şorakətləşmədir. Şorakət torpaqların
bitkilərinin
inkişafı və məhsuldarlığına neqativ təsiri torpaq məhlulunda olan sodanın və uducu
digər duzların olması ilə bağlıdır.
Torpaqda olan üzvi maddələr duzlaşmanın təsirindən suda həll olaraq suyun
təsirindən üstdən aşağı qatlar istiqamətinə yuyulur. Nəticədə əkinaltı qatda bərkimə
yaranır, torpağın su və hava keçirmə xassələri pisləşir və torpaqların strukturu
pozulur. Həmin torpaqlar daha çox yarımsəhra iqlim şəraitinə malik olan arid
torpaqları arasında topa şəklində rast gəlinir.
V.R.Volobuyev Kür-Araz regionunda şorakətliyin yaranmasının dörd
istiqamətini vermişdir:
1. İlkin torpaqlarda natrium ionları ilə zəngin ellüvial şorakətləşmə;
2. Zəif minerallaşmış suların torpağa hopmasından
yaranan delüvial
şorakətləşmə;
3. Yeraltı sularının sızma təsirindən yaranmış şoran şorakətləşmə;
4. Şorlaşmış torpaqların duzlaşması səbəbindən yaranan şorakətləşmə
[33,34].
Tədqiqat regionunda şoranlaşmış torpaqlara daha çox Şirvan, Muğan, Mil
və
Salyan düzlərində, Kür çayı ətrafında rast gəlinir. Udulmuş natriumun
konsentrasiyasından asılı olaraq şorakətli torpaqlar aşağıdakı formada xarakterizə
olunur [18].
Cədvəl 3.3.
Dostları ilə paylaş: