Əlyazması hüququnda


Bitkilərin duza davamlılığı [18]



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə13/18
tarix08.06.2022
ölçüsü0,61 Mb.
#60960
1   ...   10   11   12   13   14   15   16   17   18
crai-F-rid-Dissertasiya-son (1)

Bitkilərin duza davamlılığı [18] 
Duzazəifdavamlı 
Duzaortadavamlı 
Duzadavamlı 
üçyarpaqyonca 
buğda 
Şəkərçuğunduru 
yonca 
küncüt 
Yem çuğunduru 
Esparset (xaşa) 
soğan 
düyü 
alma 
pambıq 
qarpız 


alça 
əncir 
yemiş 
armud 
nar 
tut 
Torpaqların düz miqdarı və tipinə görə təsnifatını vermiş Q.Əzizov
torpaqları şorlaşma tipinə görə sodalı, sulfatlı-xlorlu, xlorlu, xlorlu-sulfatlı və 
sulfatlı tiplərinə bölmüşdür. Bu təsnifat respublikamız üçün V.R.Volobuyevin
təklif etdiyi təsnifatdan fərqlənsə də, əsasən real vəziyyəti göstərir [8,34]. 
Zəhərlilik göstəricilərini duzluluq dərəcəsi xarakterizə edir. Suda tez həll 
olunan duzlardan NaCI, NA
2
SO
4
, MgCl
2
, CACl
2
, MgSO
4
, Na
2
CO
3
, Na(HCO
3
)
2
mədəni bitkilərinə daha ziyanlıdır. 
Cədvəl 3.2. 
Torpaqların şoranlaşmasına və tipinə görə təsnifatı,%-lə [18]. 
Qradasiyanın adları 
Duz tipi 
sodalı 
xloru 
sulfatlı-
xlorlu 
xlorlu-
sulfatlı 
sulfatlı 
şorlaşmamış 
<0,15 
<0,2 
<0,25 
<0,4 
<0,6-1,0 
zəif şorlaşmış 
0,15-0,3 
0,2-0,4 
025-0,5 
0,4-0,8 
1,0-1,5 
orta şorlaşmış 
0,3-0,5 
0,4-0,8 
0,5-1,0 
0,8-1,5 
1,5-2,0 
şiddətli şorlaşmış 
0,5-0,8 
0,8-1,2 
1,0-2,0 
1,5-2,5 
2,0-3,0 
şoranlar 
>0,8 
>1,2 
>2,0 
>2,5 
>3,0 
Bitki kökləri yayılan torpaqdan duzları yuyub çıxarmaq torpaqların 
yuyulmasının başlıca məqsədidir. Torpağın üst bir metrlik qatı bitki kökləri yayıla 
bilən qatdır və kənd təərrüfatı bitkilərinin kök sistemi də maksimum həmin 
dərinliyə qədər gedib çata bilirlər. Adətən yüngül və orta mexaniki tərkibli 
torpaqların yaxşı susızdırma qabiliyyəti onları duzlardan təmizləməyi asanlaşdırır. 
Qeyd olunan xüsusiyyətləri əsas götürərək müvafiq meliorativ işlərin 


xarakterini əsas götürülməklə Kür-Araz regionunda şorlaşmış torpaqları şərti 
olaraq üç əsas qrupa bölürlər.
1. Qranulometrik tərkibi yüngül olan intensiv su hopdurma qabiliyyətli, tez 
həll olunan (sulfatlı-xlorlu xlorlu) şoranlaşmış torpaqlar. Belə qrup torpaqlar 
Muğan, Salyan düzünün mərkəzi və şimalında, Şirvan düzünün Kür sahili 
zonasında, həmçinin Salyan, Sabirabad, Neftçala və Zərdab inzibati rayonlarında 
rast gəlinir. Həmin torpaqlarda müntəzəm meliorasiya tədbirlərinin həyata 
keçirilməsi zəruri hesab olunur.
2. Qranulometrik ağır əsaslı, zəif su keçirmə qabiliyyəti olan sulfatlı, xlorlu-
sulfatlı və stabil şorlaşmış torpaqlar.Bu tipli şorlaşnış torpaqlar əsasən şimal-qərbi 
Qarabağ, Şirvan düzünün mərkəzi hissəsi və Muğan düzünün cənubunda rast 
gəlinir. Zəif su buraxma xüsusiyyəti həmin torpaqlarda zəif su hopdurma, 
struktursuz olmaları, çətin duz yuyulma xarakterli olması belə torpaqlarda 
meliorasiya işlərini ağırlaşdırır.
3. Qranulometrik tərkibi ağır olan az buraxma qabiliyyətli, sodanın duz 
tərkibində olduğu şorakətləşmiş və şorlaşmış torpaqlar. Belə torpaqlar Qarabağ və 
Mil düzündə rast gəlinirlər. Həmin torpaqlarda həm müasir əsaslı yumalar tətbiq 
olunmalı, həm də kimyəvi meliorantlardan geniş istifadə olunmalıdır [18]. 
Tədqiqat ərazilərində suvarılan torpaqlarda rast gəlinən şorakətlik kənd 
təsərrüfatı bitkilərindən bol və sabit məhsul alınmasına mənfi təsir edən 
səbəblərdən biridir. Fikrimizcə, iqtisadi rayonun torpaqlarının ən mühüm ekoloji 
problemi şoranlaşma və təkrar şorakətləşmədir. Şorakət torpaqların bitkilərinin 
inkişafı və məhsuldarlığına neqativ təsiri torpaq məhlulunda olan sodanın və uducu
digər duzların olması ilə bağlıdır.
Torpaqda olan üzvi maddələr duzlaşmanın təsirindən suda həll olaraq suyun 
təsirindən üstdən aşağı qatlar istiqamətinə yuyulur. Nəticədə əkinaltı qatda bərkimə 
yaranır, torpağın su və hava keçirmə xassələri pisləşir və torpaqların strukturu
pozulur. Həmin torpaqlar daha çox yarımsəhra iqlim şəraitinə malik olan arid
torpaqları arasında topa şəklində rast gəlinir. 
V.R.Volobuyev Kür-Araz regionunda şorakətliyin yaranmasının dörd 


istiqamətini vermişdir: 
1. İlkin torpaqlarda natrium ionları ilə zəngin ellüvial şorakətləşmə; 
2. Zəif minerallaşmış suların torpağa hopmasından yaranan delüvial 
şorakətləşmə; 
3. Yeraltı sularının sızma təsirindən yaranmış şoran şorakətləşmə; 
4. Şorlaşmış torpaqların duzlaşması səbəbindən yaranan şorakətləşmə 
[33,34]. 
Tədqiqat regionunda şoranlaşmış torpaqlara daha çox Şirvan, Muğan, Mil 
Salyan düzlərində, Kür çayı ətrafında rast gəlinir. Udulmuş natriumun 
konsentrasiyasından asılı olaraq şorakətli torpaqlar aşağıdakı formada xarakterizə 
olunur [18]. 
Cədvəl 3.3. 

Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin