2.3. Torpaqdan istifadənin ekoloji nəticələri və onun aradan
qaldırılması yolları
Araşdırmalar göstərir ki, torpaq sahələrinin aqrar sektorda istifadədən
kənarlaşmasının başlıca səbəblərindən ən mühümləri məsuldar torpaq sahələrində
müxtəlif infrastruktur obyektlərinin tikintisinin intensiv artmasıdır. Kür-Araz
iqtisadi rayonunda son 20-30 ildə sənaye, nəqliyyat və başqa strukturların
nəzdindəki torpaq sahələri 20%-ə yaxın yüksəlmişdir.Daha yüksək artımSalyan və
Muğan zonasında 20,2%, nisbətən aşağı göstərici isə Şirvan düzündə qeydə
alınmışdır.Sənaye infrastrukturunun müxtəlif bölmələrinin statistik təhlili göstərir
ki, tədqiqatının göstərdiyi kimi həmin sahələrə yönəldilən investisiya qoyuluşu,
infrastruktur obyektlərinin tutduğu sahələrin həcmi ilə bilavasitə bağlıdır. Misal
üçün, investisiya qoyuluşunun həcmi sahələrin tikintisindən asılı olaraq həmin
dövr qiymətləri ilə 10 min ABŞ dolları civarında dəyişilir.SES və digər
infrastruktur elementlərinin tikintisində 15-400 ha arası torpaq sahəsi nəzərdə
tutulmalıdır[29,40].
Tədqiqatlardan məlum olur ki, su anbarları və mədən sənayesi sahələrinin
inkişafı ilə bağlı olaraq iqtisadi rayonda torpaqlar əkin üçün istifadəyə yararsız
vəziyyətə düşür.Regionda əhalinin artması, şəxsi evlərin və həyətyanı ərazilərin
artması kənd təsərrüfatında torpaqların dövriyyəsindən çıxmasına gətirib çıxaran
əsas səbəblərindən biridir. Son 20 ildə iqtisadi rayonda həyətyanı sahələr 11,2 min
ha artmışdır [40]. İqtisadi rayonun yaşayış məntəqələrində yeni binaların
tikintisini kənd daxilində olan ehtiyat torpaq sahələrində aparmaq mümkündür.
Yaxşı olardı ki, müxtəlif səbəblərdən dövriyyəsindən çıxan torpaqlardan alınan
gəlir həmin ərazilərdə tikilən sənaye müəssisələri tərəfindən ödənilmiş olsun.
Regionda aparılan tədqiqatların nəticələrinə görə iqtisadi rayonda yeni
sənaye parklarının,o cümlədən, neftçıxarma, energetika, kimya,yüngül,yeyinti və
tikinti sənaye sahələlərinin inkişafına əsasən 2017-ci ilə qədər 15-20 min ha
torpaq sahəsi kənd təsərrüfatı dövriyyəsindən çıxarilmışdır. İqtisadi rayonun
müxtəlif zonalarında olan torpaq resurslarının istifadəsindən yaranan nöqsanların
aradan qaldırılması kənd təsərrüfatı sahələrinin ixtisaslaşmasına və kompleks
şəkildə inkişafına böyük təkan verəcəkdir.
Məlundur ki, Kür-Araz təbii-coğrafi regionunun iqlimi yarımsəhra və quru
çöl tipli olduğundan, burada əkinçilik yalnız suvarma yolu ilə inkişaf edə
bilir.Burada su və torpaq ehtiyatları kənd təsərrüfatı sahələrində məhsuldar
qüvvələrin inkişafı və yerləşməsində əsas rol oynayır. Əkinçilik sahələrində suya
olan tələbat ilbəil daha da artır.Kür-Araz iqtisadi rayonunda yerli su ehtiyatı
olmadığından bölgədə məhsuldar qüvvələrin yerləşdirilməsi və inkişafı xeyli əlavə
problemlərə məruz qalır.
Aydındır ki, su təsərrüfatının inkişafına xərclənən vəsaitin səmərəliliyi
suvarılan əkin sahələrindən alınan məhsulun həcmi ilə müəyyənləşdiyindən burada
məhsuldarlıq aşağı olduqda rentabellik də aşağı olur. Ona görə suvarma suyundan
itkisiz və səmərəli istifadə edilməsi bu tədbirlərinə sərf olunan vəsaitin
səmərəliliyini artırır.
Son illərdə suvarma şəbəkəsində olan torpaqların həcminin sabit qalmasına
baxmayaraq, kənd təsərrüfatına yararlı torpaqlar 4,4 min ha, şumluq sahələr 18,7
min ha, çoxillik əkmələr 12,5 min ha, otlaqlar 30,6 min ha artmış, dincə qoyulmuş
sahələr 66,3 min ha və biçənəklər 1,0 min hektar azalmışdır. Bu da onu göstərir ki,
suvarılan əkin sahələrinin artımı dincə qoyulmuş və biçənək sahələrinin hesabına
olmuşdur. Suvarılan əkin sahələrinin genişləndirilməsində kollektor-drenaj
şəbəkəsinin genişləndirilməsinin böyük əhəmiyyəti vardır. Hazırda-iqtisadi
rayonda 180,4 min ha sahə kollektor-drenaj şəbəkəsi ilə təmin edilmişdir ki, bu da
suvarılan əkin sahələrinin yalnız 1/3 hissəsini əhatə edir. Bu da regionda kollektor-
drenaj şəbəkəsinin gələcəkdə daha da genişləndirilməsini mühüm bir vəzifə kimi
qarşıya qoyur [29].
1976-cı ildə istismara verilmiş Sərsəng su anbarının suvarılan torpaqların
genişləndirilməsində mühüm rolu olmuşdur. Həmin su anbarının istismara
verilməsi 140 min ha-dan çox torpağı suvarmağa imkan vermişdir. Eyni zamanda
perspektivdə Baş Şirvan, Baş Mil kanallarının və s. yenidən qurulması nəticəsində
iqtisadi rayonun ərazisində 100 min ha artıq torpaq sahəsinin suvarma suyu ilə
təminatı yaxşılaşdırılacaqdır ki, göstərilən tədbirlərin yerinə yetirilməsi nəticəsində
regionda suvarılan torpaqların sahəsi 800 min ha-a çatdırıla bilər [18,29].
Qeyd etmək lazımdır ki, Respublikamızın təbii-iqtisadi coğrafi zonalardakı
suvarma sistemləri arasında fərqlərdən torpaqların rütubətlə təmin edilmə dərəcəsi
müxtəlif olduğundan məhsuldarlıq da eyni deyildir.
Məlumdur ki, regionda suvarılan torpaqlarda becərilən ərzaq və yem
bitkilərinin yüksək məhsuldarlığa malik olması və həm də həmin torpaqlardan
istifadəedilmə səviyyəsi özünü ümumi məhsulun maya dəyərində göstərir.
İqtisadi rayonda əkilən torpaqların məhsuldarlığı və səmərəliliyi suvarma
əkinçiliyinin göstəriciləri ilə yanaşı həm də dövlətin suvarma sistemlərinin
istismarına ayırdığı xərclərdən də asılıdır.Tədqiqatlar göstərir ki, əkinçilikdə
suvarma sistemlərinin istismarına ayrılan xərclərin az olduğu yerlərdə
məhsuldarlıq da aşağı səviyyədədir.Bu baxımdan regionda suvarma sistemləri
daim təkmilləşdirilməli,rekonstruksiya olunmalıdır.
Aydındır ki, suvarılan torpaqlardan iqtisadi səmərə əldə etməyə təsir
göstərən bir sıra amillər vardır. Həmin amillər irriqasiya sistemlərinin texniki
göstəriclərindən, suvarma üsullarından və rejimindən, suvarılan torpaqların
təmərküzləşmə və ixtisaslaşma səviyyəsindən, maddi-texniki resurslarla
təmininatından əhəmiyyətli dərəcədə asılıdır. Buna görə də göstərilən amillərin hər
biri suvarılan torpaqlardan səmərəli istifadə edilməsinə, onun məhsuldarlığının
yüksəldilməsinə və suvarılmaya yönəldilən investisiyanın iqtisadi səmərəliliyinin
artrılmasına təsir göstərir. Suvarılan topaqlardan istifadənin iqtisadi göstəricilərinin
təhlili göstərir ki, bu torpaqların məhsuldarlığının artırılması və onun iqtisadi
səmərəliliyinin yüksəldilməsi kənd təsərrüfatı məhsullarının istehsal artımından
asılıdır. Suvarma həmçinin təsərrüfatlarda istehsalın həcminin artırılmasında, kənd
təsərrüfatı məhsullarının yüksəlmə istiqamətində satılmasında, təsərrüfatların
iqtisadi cəhətdən möhkəmləndirilməsində və s.-də həlledici rol oynayır. Bu isə, öz
növbəsində, təsərrüfatlarda xalis gəlirin və mənfəətin artmasına, əsas fondların
yüksək səviyyədə olmasına imkan yaradır [29].
Kür-Araz
iqtisadi
rayonunda
kənd
təsərrüfatı
sahələrinin
intensivləşdirilməsinin,səmərəli istifadəsinin əsas məğzi suvarmaya ayrılan
investisiyanın daha tez, əkinçilik və heyvandarlıqda istehsalın həcminin çoxalması
hesabına ödənilməsində özünü doğruldur. Müasir dövrdə regionda suvarmanın
inkişafı üçün irriqasiya sisteminin təkmilləşdirilməsi, suvarma əkinçiliyi
zonalarındakı torpaqlarda istehsalın təmərküzləşməsi və ixtisaslaşması, daha da
genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır.
Suvarılan torpaqların intensivləşdirilməsinin gələcək yolu onların iqtisadi
münbitliyinin artırılması əsasında bu torpaqların iqtisadi səmərəliliyinin
yüksəldilməsindən ibarətdir. Bu, əsasən, suvarılan torpaqlara əmək və vəsait
qoyuluşunun artırılması ilə mövcud çatışmazlıqların – bir tərəfdən investisiya
qoyuluşunun həcmi ilə fondla təminatın aşağı səviyyədə olması, digər tərəfdən isə
suvarma sistemlərinin istifadəyə verilməsilə suvarılan torpaqlardan istifadə
edilməsi və suvarma əkinçiliyi mədəniyyətinin aşağı səviyyəsi arasındakı
əksikliklərin aradan qaldırılması ilə və həmçinin, su təsərrüfatı müəssisələrilə kənd
təsərrüfatı müəssisələri arasında hazırla fəaliyyət göstərən iqtisadi mexanizmin
təkmilləşdirilməi yolu ilə həyata keçirilə bilər.
Kür-Araz iqtisadi rayonunun ərazisində münbitliyi və məhsuldarlığı aşağı
olan şoran və şorakətləşmiş.bataqlıqlaşmış,eroziyaya uğramış torpaq sahələri geniş
yayılmışdır ki, növbəti fəsildə bu məsələ geniş araşdırılır.
|