Giriş
Mövzunun aktuallığı. Kənd təsərrüfatı məhsulları istehsalı
əhalinin ərzaq
məhsulları ilə təmin edilməsində, həmçinin torpaq ehtiyatlarından səmərəli
istifadə olunmasında və regionların sosial-iqtisadi inkişafında mühüm əhəmiyyət
kəsb edir.
Regionda inkişaf etmiş kənd təssərrüfatı olmadan
onun iqtisadi yüksəlişi
mümkün deyil. Eyni zamanda kənd təssərrüfaının inkişaf etdilməsi sosial-iqisadi
vəzifə kimi də qiymətləndirilməlidir.
Azərbaycanda kənd təsərrüfaının intensivliyini və davamlılığını təmin emək
üçün mükəmməl aqrar siyasət həyata keçirilir. Bu siyasət Kür-Araz (Aran) iqtisadi
rayonu üçün də xarakerikdir. Aqrar sektorda həmin siyasətin aparılmasının əsas
məqsədi iqisadi rayonda torpaq ehtiyatlarından səmərəli istifadə etməklə kənd
təsərrüfaının hərtərəfli inkişafını, xüsusi mülkiyyəti kimi sahibkarlıq işlərini
getdikcə yüksəltməkdən, cəmiyyətin qida ehtiyatlarına,
emal sahələrinin isə
xammala olan tələbaını təmin etməkdən ibarətdir. Bu məqsədə çatmaq üçün kənd
təssərrüfatında istehsal münasibələrinin bazasını təşkil edən torpaq və digər şəxsi
mülkiyyətin özəlləşdirilməsi əsas hesab olunur.
Aparılan araşdırmalar göstərir ki Kür-Araz iqisadi rayonunda kənd
təssərrüfaının əlverişli qurulması üçün müvafiqiqlim
və torpaq mühitinin, əmək
resurslarının, ixtisaslı aqrar kadrların olmasına baxmayaraq,iqtisadi və ekoloji
vəziyyətlə əlaqədar XX əsrin axırlarında kənd təsərrüfatı məhsulları istehsalı xeyli
azalmışdır. Bunu nəzərə alaraq torpaq sahəsində 1991-ci ildən başlayaraq
islahatlar həyata keçirmək üçün zəruri olan bir çox
qanunlar və normaiv-hüquqi
aktlar qəbul edildi. Nəticədə kolxoz və soxvozların əmlakı özəlləşdirildi, torpaqlar
kənd əhalisinin xüsusi mülkiyyəinə verildi. Kənd təsərrüfatında torpaq
üzərində
sahibkarlıq fəaliyyətinin hüquqi təminatı yarandı və bu proses daim
təkmilləşdirilir.
Torpaq islahatları rəqabətin və iqtisadi sərbəstliyin yaranmasına, kəndin
sosial simasının əsaslı dəyişilməsinə əlverişli şərait yaratmışdır.Torpaq üzərində
struktur dəyişikliklərinin hüquqi və iqtisadi baxımdan dəstəklənməsi makroiqtisadi
baxımdan uğurlu nəticələrə, torpaq və su ehtiyatlarından məqsədyönlü istifadəyə
gətirib çıxarmışdır.
Ölkə tərəfindən hazırlanmış «Azərbaycan Respublikası regionlarının sosial-
iqtisadi inkişafı Dövlət Proqramları»nda (2004-2008; 2009-2013; 2014-2018)
hazırlanmış
tədbirlərin həyata keçirilməsi torpaq ehtiyatlarından kənd
təsərrüfatında səmərəli və intensiv istifadəyə, səmərəli təsərrüfat formalarının
yaradılmasına, artmaqda olan əhalinin əmtəəlik və
rəqabət qabiliyyətli qida
ehtiyatlarına olan tələbatının və respublikanın qida təhlukəsizliyinin təmininə
səbəb olmuşdur. Eyni zamanda ölkəmizdə 2015-ci il «Kənd təsərrüfatı ili» kimi
qeyd olunmuşdur. Belə kompleks tədbirlərin əsasını aqrokompleksdə, əkinçilikdə
torpaq və su sərvətlərindən yüksək kompleks istifadə və həmçinin məhsulun maddi
əhəmiyyətinin yüksəldilməsi
məsələləri təşkil edir ki, həmin məsələlər Kür-Araz
iqtisadi rayonu üçün daha xarakerikdir. Torpaqlardan istifadənin iqtisadi
səmərəliliyinin artırılmasına, yeni torpaq münasibətlərinin formalaşdırılmasının
hüquqi və sosial-iqtisadi əsaslarına, torpaqların ekoloji problemlərinin həllinə
iqtisadi rayonda xüsusi diqqət yetirilir. Bu baxımdan
yerinə yetirilən magistr
dissertasiya işində torpaqdan istifadənin iqtisadi səmərəliliyinin yüksəldilməsi,
şoranlaşma,bataqlıqlaşma,çirklənmə və eroziya ilə mübarizə və s. problemlərinin
həlli problemləri öz şərhini tapmışdır ki, bu da mövzusunun akuallığını və praktiki
əhəmiyyəini şərləndirir.
Dissesrtasiya işində torpaqların potensial məhsuldarlıq imkanlarının
müəyyənləşdilməsi, onların kadastı,yəni keyfiyyətcə və keyfiyyət baxımdan
qiymətləndirilməsi, əkinçilik sisteminin yenidən qurulması, torpaqlardan kompleks
istifadənin planlaşdırılması, gələcək inkişafı və digər eyni məsələlərin aradan
qaldırılmasına və torpaqdan isifadənin iqtisadi səmərəliliyinin yüksəldilməsi
problemlərinin tədqiqinə xüsusi əhəmiyyət ayrılmışdır.
Dostları ilə paylaş: