getmiş, xeyli əraziləri əhatə etmişdir.
Həm Sovetlər dönəmində, həm də müstəqillik illərində iqtisadi rayon
ərazisində suvarma sistemləri və kollektor-drenaj
şəbəkəsi tikilmiş, yeni su
anbarları və suötürücü qurğular istifadəyə verilmiş, torpaqların meliorasiyası
həyata keçirilmişdir. Aparılan araşdırmaya görə həmin
tədbirlərin nəticəsində
regionda suvarlıan torpaqlarda orta illik məhsulun həcmi, yaxud taxıl, pambıq,
tərəvəz-bostan bitkiləri, meyvə və üzüm istehsalı 2-8 dəfə artmışdır.
Son illərə qədər,xüsusən də müstəqillik illərinin
ilk dönəmlərində iqtisadi
vəsait və maliyyə çatışmazlığı üzündən Kür-Araz regionunda suvarma qurğularını
lazımi səviyyədə saxlamaq və yaxşılaşdırma işlərini davam etdirmək tədbirləri
xeyli müddət ləngimişdir. Kollektor-drenaj sistemlərinin lillənməsi, onların
təmizlənməsi üçün vəsaitin çatışmaması onların tamamilə sıradan çıxmasına və
nəticəsində sayrı-ayrı sahələrdə təkrar şorlaşmaya səbəb olmuşdur.
Kollektor-
drenaj və suvarma qurğularının mükəmməl olmadığı ərazilərdə, əsasən şoranlaşma
və təkrar şorlaşma Şirvan düzündə özünü daha aydın şəkildə biruzə vermişdir.
Şoranlaşmış torpaqları duzlardan yuyub təmizləmək üçün onun şorlaşma
dərəcəsini bilmək lazımdır. Torpaqdakı duzların miqdarını şərti hissələrə bölərək
onlara fərqli adlar qoyulur. Belə bölgü torpaqların şorlaşma həddinə görə təsnifatı
adlanır. Bitkilərin duzlara davamlılıq təsnifatının əsasını onların buraxıla
bilən
həddi ilə müəyyən edirlər. Bitkilər şoranlaşmağa davamlılığına əsasən üç qrupa
ayrılır [18]. (cədvəl 3.1)
Cədvəl 3.1
Dostları ilə paylaş: