Nəticə və təkliflər
1. Kür-Araz İR-nın geoloji inkişaf tarixi, iqlimi, relyefi, suları, torpaq-bitki
örtüyü təbii-resurs potensialının formalaşmasına və inkişafına səbəb olmuşdur
ki,bu da iqtisadi rayonda tarixən torpaq ehtiyatlarından intensiv istifadəyə səbəb
olmuşdur.
2. İqtisadi rayonun sosial-iqtisadi inkişaf səviyyəsi regionun təbii və əmək
ehtiyatları ilə təmin olunma dərəcəsindən, onların yerləşmə və mənimsəmə
xarakterindən, bu ehtiyatların ictimai istehsala cəlb edilmə və ekoloji-iqtisadi
qiymətləndirmə səviyyəsindən çox asılıdır.
3. Kür-Araz İR-nın ərazisində olan neft, qaz, yod və bromla zəngin
minerallaşmış yeraltı sular, tikinti materialları, torpaq və su ehtiyatlarının ictimai
istehsala cəlb edilməsi və onlardan istifadənin səviyyəsinin getdikcə artması
sənaye sahələrinin,xüsusən də hasilat sənayesinin hərtərəfli inkişafına səbəb
olmuşdur ki, bu da öz növbəsində torpaq resurslarının çirklənməsinə,
şoranlaşmanın, bataqlaşmanın və eroziyanın artmasına, həmçinin digər neqativ
proseslərə səbəb olmuşdur.
4. İqtisadi rayonun təbii sərvətləri əsasında burada neft və qazçıxarma,
kimya, tikinti materialları, energetika sənaye sahələri formalaşmış və həmin
sahələrin inkişafı üçün yeni-yeni köməkçi istehsal sahələri yaranmışdır ki, həmin
sahələrin yaratdıqları sənaye tullantıları regionun ekoloji durumuna mənfi təsir
göstərir.
5. Aran İR ərazisində torpaqların şoranlaşması və neftlə çirkləndirilməsi,
irriqasiya eroziyası, tuqay meşələrinin məhv edilməsi, təbii yerli içməli su
mənbələrinin olmaması, burada yaşayan əhalinin 70-80%-nin Gürcüstan və
Ermənistan ərazilərində ifrat dərəcədə çirkləndirilmiş Kür çayının suyundan
istifadə etməsi və s. də əsas ekoloji problemlərdir.
6. İqtisadi rayonda təbii dağıdıcı hadisələr və müasir dövrdə antropogen
fəaliyyətin yüksəlməsi səbəbindən Kür və Araz çaylarının su rejimindəki
dəyişikliklər, arid iqlim şəraiti və s., ərazidə yerləşən göllərin hidroloji rejimi və
yerləşməsinə təsir etmiş, nəticədə baş verən bu hadisələr yeni su hövzələrinin
meydana gəlməsinə və mövcud göl su hövzələrinin tamamən yox olmasına gətirib
çıxarmışdır.
7. Kür-Araz regionunda kənd təsərrüfatında torpaqlara verilən mineral
gübrələr və bitki mühafizə vasitələri bir tərəfdən məhsul istehsalının artırılmasına
və onun mühafizə olunmasına imkan yaradır, digər tərəfdən torpağın və ətraf
mühitin çirklənməsinə səbəb olur. Regionda bütövlükdə su ehtiyatlarından
səmərəli istifadə edilməsi və onlann mühafizəsi, tədqiq edilən regionda mövcud
təsərrüfatın ərazi strukturlarının yenidən qurulmasına gətirə bilər, məhsuldar
qüvvələrin gələcək inkişafına mühüm dərəcədə təsir göstərər. Regionun sosial-
iqtisadi inkişafı ilə əlaqədar ərazidə istifadə edilməyən dövlət torpaqlarının
mənimsənilməsinin ekoloji məsələləri mühüm əhəmiyyətə malikdir.
8. Aran iqtisadi rayonunda torpaq örtüyünün ərazi üzrə yerləşməsinin təhlili
göstərir ki, burada torpaqların mühafizəsi və bərpası üzrə bir sıra tədbirlərin həyata
keçirilməsi məqsədəuyğundur. Rayonun sosial-iqtisadi inkişafının təmin edilməsilə
əlaqədar ilk növbədə torpaqların meliorasiya yolu ilə saflaşdırılması ərazidə kənd
təsərrüfatının inkişafında mühüm əhəmiyyət kəsb edir. Sonra ərazini bütövlükdə
eroziya prosesinin gedişinə qarşı hazırlamaq, şırımlarla əkin aparmaq, qoruyucu
meşə zolaqları salmaq və s. tədbirlərin görülməsi zəruri hesab olunur. Müxtəlif su
mənbələrinin təsiri altında qurunt sularının səviyyəsinin qalxması ilə bataqlaşma və
şoranlaşma halları baş verən ərazilərdə drenaj şəbəkəsi yaratmaq vacib məsələdir.
Çökəkliklərdə bataqlıqlaşma prosesi gedən torpaqlarda qurunt sularının səviyyəsini
normal vəziyyətə salmaq üçün qurudulma işlərinin aparılması, şoranlaşmanın,
torpaqların münbitliyini artırmaq və torpaqların deqradasiyaya uğramasının
qarşısını almaq olar.
|