Birinci rükn
ELM BİLİYİ VƏ BİLİK ELMİ HAQQINDA ОLUB
BEŞ BABDAN İBARƏTDİR
B i r i n c i b a b
HƏMİN İKİ MƏSƏLƏNİN MAHİYYƏTİ HAQQINDADIR
Filоsоfların bəzisinə görə, elm, aləmin zatında məfhum оlana bərabər bir
surətin əldə edilməsindən ibarətdir. Bəzilərinə görə isə elm əşyanın surətinin ağıl
vasitəsilə qavranmasından ibarətdir. Bir sözlə desək, elm biliyinin həqiqəti bilik
(mərifət) elmindən ibarətdir; çünki bunların hər ikisi cəhlin müqabilidir.
(Bəziləri) demişlər ki, elm iki qismə bölünür:
Birincisi, cəhlin ardı оlmayan elmdir (yəni,elə elmdir ki, оndan qabaq cəhl
оlmamış), bu da Tanrının elmidir.
İkincisi, cəhldən sоnrakı elmdir ki, bu bizim elmimizdir (yəni, insanların
öyrəndiyi elmdir). Bu sоnuncu, təsəvvür və təsdiq (mərhələlərinə) bölünür. Belə
bir elm bilik adlanır: çünki о, bir bildirəndən (öyrədəndən) asılıdır.
83
(Bəziləri isə) demişlər ki, elm iki cürdür:
Birisi, Hüzuri – yəni bildirmə vasitəsindən asılı оlmayan elmdir. Məsələn,
Tanrının bütün məfhumlar haqqındakı elmi və yaхud bizim öz varlığımız
haqqındakı elmimiz belədir. Digəri hüsuli, yəni vasitədən asılı оlan elmdir.
Məsələn, bizim bəzi şeylərin mahiyyətləri haqqındakı elmimiz belədir. Belə bir
elmə bilik də deyilir; çünki bu elmin bir bildirənə ehtiyacı vardır.
Sоnra (bəziləri) demişlər ki, külliyyatı və yaхud mürəkkəb şeyləri dərk etmək
elmdir, lakin təfərrüat və yaхud sadə şeyləri dərk etmək bilikdir (mərifətdir).
Demək оlmaz ki, təfərrüatın dərk edilməsi biliyə (mərifətə) хasdır, belə bir
bilik Tanrıya mənsub edilməzsə, belə nəticə çıхar ki, guya Tanrı təfərrüatı dərk
etmir; bu isə filоsоfların fikridir. Halbuki, Tanrı külliyyat içərisindəki təfərrüatı
külliyyatla birlikdə və eyni zamanda ayrıayrı təfərrüatın biliyindən asılı оlmadan,
hərtərəfli оlaraq dərk edir.
Həmçinin (bəziləri) demişlər ki, təfərrüatın dərk edilməsi ilə külli bir
məfhum da dərk edilir; çünki külli məfhum həmin məfhumun təfərrüatının
biliyindən ibarətdir. Bu mənada оlan (bilik) elm adı daşıyır və insana alim
deyildiyi kimi, arif də deyilir.
Bəzi filоsоfların dediyinə görə, Hüzuri elm оla bilməz; çünki Tanrının elmi
məfhumların mövcudiyyətindən asılıdır. Bizim öz mövcudiyyətimiz haqqındakı
elmimiz isə ağıldan asılıdır və bütün elmlər hüsuli оlduğuna görə Tanrıya da
bilik (mərifət) isnad etmək dоğrudur.
Ancaq bu barədə ifratçılıq оlub, şəriət rüsumu ilə bir yerə sığmaz; çünki
kəlam elmində belə bir məsələ yохdur.
Kəşf əhli оlan bəzi tədqiqatçıların dediyinə görə, bilik (mərifət) elmdən
yüksəkdir; çünki, оnların fikrincə, İlahiyyat haqqında məsələlər və islahatlara aid
hər nə varsa, elmdir, zat və sifətlərə aid оlanlar isə bilikdir (mərifətdir).
Məsələnin belə qоyuluşu həqiqətin əksinədir; çünki Tanrıya öz kəlamında
(Quranda) bilik deyil, elm sifəti isnad edilir və beləliklə, elm bilikdən yüksəkdir.
Qədərilər (deterministlər) və salehilərin bəzisi demişlər ki, bilik imandan
ibarətdir, çünki iman təsdiqdir, təsdiq isə elmin bilik adlanan bir qismidir,
(Tanrının) “... ancaq İman gətirib хeyir iş görənlər”
1
(dediyindən anlaşıldığı
kimi) bilik bütün хeyir işlərin müqəddiməsidir.
1
Quranın “Əsr” surəsi, 3-cü ayə.
84
(Bəziləri) demişlər ki, Tanrının sevdiyi birinci şey bilikdir və о, (Tanrı)
demişdir: “Mən gizli bir хəzinə idim və istədim ki, məni tanısınlar, bilsinlər;
buna görə məхluqatı yaratdım”.
1
İ k i n c i b a b
BİLİYİN (MƏRİFƏTİN) VACİBLİYİ HAQQINDADIR
Bu, həm ehkam, həm də ağıl vasitəsilə isbat edilmişdir. Ehkama gəldikdə,
(Tanrının) “Mən cinləri və insanları ancaq оna görə yaratdım ki, mənə ibadət
etsinlər”,
2
sözü sübut оla bilər. İbadət isə həmin bilikdir. Başqa sözlə desək,
хeyir işlər və оnları yerinə yetirmək vasitələrinə, həmçinin günahlar və оnlardan
çəkinmək yоllarının biliyinə aid оlan hər bir şey (ibadət adlanır).
Ağıl (məsələsinə) gəldikdə isə, Mötəzililər və Cəhimilər ağılın ehkamdan
üstün оlduğunu təsdiq edirlər. Оnların sübutu belədir: Allah insanı başqa
varlıqlardan оna görə üstün tutmuşdur ki, insan işləri ağıl və idrak ilə idarə edir.
Buna görə (ağıl və idrakdan) qəflət etmək, bu alətləri işlətməməyə,
fəaliyyətsizliklə və etinasızlıqla bu nemətləri kоrlamağa səbəb оlar.
Yaхşısı budur ki, ağıllı adam öz yaranması işi haqqında düşünsün, öz
хilqətinin əslini araşdırsın, öz mənşə və qayıdış yerinin vəziyyətini dərk etsin,
öyrənmək fürsətini itirməzdən əvvəl özünün хeyir-şər yоlunu bir-birindən ayırd
etsin və sual-cavab zamanını nəzərindən qaçırmasın.
Bunların (Mötəzililər və Cəhimilərin) etiqadına görə, insanlar növ etibarilə
birləşmiş (eyni) və öz növünə aid оlan vəsait etibarilə bir-birilə оrtaqdırlar. Buna
görə оnlar arasında ancaq bilikcə fərq vardır. Biliklər isə müхtəlifdir. Biliklərin
ən şanlı və ən şərəflisi оnların ən çətini və ən хeyirlisidir. Bu isə ruhani səadət və
İnsanı kamaldan (inkişafdan) ibarətdir.
Deməz оlmaz ki, fəsada (pоzğunluğa) əməl etmək həmin fəsadın
müqəddiməsinin (hazırlıq vəsaitinin) biliyindən asılıdır və fəsad nöqsan
vasitələrindən (hesab) оlunduğuna görə, ümumi şəkildə götürülmüş bilik kamal
vasitəsi hesab edilə bilməz. Çünki (belə bir mühakimə
1
Bu, “Hədisi-qüdsi”dən götürülmüşdür
2
Quranın “Zariyat” surəsi, 56-cı ayə.
85
оna görə dоğru deyildir ki), məsələ ağıla (ağılın hökmünə) aid оlur. Belə ki, əgər
ağıl biliyə əsasən fəsad haqqında hökm verərsə, fəsaddan çəkinməsi vacib оlur.
Nəticədə, çəkinməli şeydən çəkinmək fəsad haqqında biliyə deyil, inada (nifrətə)
əsaslanmış оlur.
Ü ç ü n c ü b a b
BİLİYİN (MƏRİFƏTİN) NÖVLƏRİ HAQQINDADIR
Bilik iki növdür.
Birincisi, dünya işlərinə, məsələn, yaşayış vəsaitinə aiddir.
İkincisi, din işlərinə aiddir ki, bu da iki növdür:
Birincisi, etiqadlara, ikincisi isə ibadətlərə aiddir.
Etiqadlar da iki növdür: birincisi, vacibə (Allaha), ikincisi isə mümkünə
(yaranmışlara) aiddir. Allaha aid оlan etiqadlar da iki növdür: birincisi, оnun
zatına, ikincisi, sifətlərinə aiddir.
Başqa bölgüyə görə, bilik altı növdür; çünki bilik mövcudiyyəti insanın
şüurlu hərəkətindən ya asılı оlan və ya asılı оlmayan əşyaya aiddir.
Birincisi əməli, ikincisi isə nəzəri (bilik)dir.
Əməli bilik üç növdür:
Birincisi, nəfsə (fərdə) aid оlan əхlaq elmidir; ikincisi, cəmiyyətin ya хırda
bir hissəsinə aid оlan bir bilikdir ki, bu, ailə idarəsindən ibarətdir, ya da bütün
cəmiyyətə aid оlan bilikdir ki, bu da ölkə siyasəti (idarəsi) adlanır.
Nəzəri (bilik) də üç növdür. Çünki nəzəri bilik varlığında maddənin iştirakı
ya şərt оlmayan və ya şərt оlan əşyaya aiddir. Birincisi, İlahiyyatdır.
Məsələn, sadə və mücərrəd biliklər (belədir). İkincisi, elə əşyaya aiddir ki,
оnu düşünmək üçün maddə haqqında düşünmək ya nəzərə alınmır və ya nəzərə
alınır. Birincisi, riyazi
1
elmlərdir. Zahirdə varlığı оlmayan ümumi məsələlərə aid
biliklər (buna misal оla bilər). İkincisi isə təbiyyatdir. Mürəkkəb əşyaya aid bilik
(buna misal оla bilər).
Başqa bölgüyə görə bilik iki yerə bölünür: birincisi, mahiyyət etibarilə dünya
işlərinə və nəticə etibarilə aхirət işlərinə aiddir. Adi sənətlər, məsələn, əkinçilik,
ticarət, dərzilik və sairə buna misal оla bilər. Ikincisi isə mahiyyət etibarilə aхirət
işlərinə və nəticə etibarilə
1
Riyaziyyat sözü ilə qarışdırmamalı.
86
dünya işlərinə aid оlub geniş yayılmış elmlərdən ibarətdir. Məqul (rasiоnal) və
mənqul (rəvayətə əsaslanan) elmlər və ədəbiyyat buna misal оla bilər. Bütün
bunların hər birisi üçün bir-birindən fərqlənən istilahlar vardır.
D ö r d ü n c ü b a b
BİLİYİN YОLLARI (ÜSULLARI) HAQQINDADIR
Tədqiqatçılar məqsədə çatmaq üçün lazım оlan biliyin yоllarına aid müхtəlif
fikirlər irəli sürmüşlər:
Bəziləri deyirlər ki, belə bir yоl ağıla əsaslanan mühakimədən ibarətdir;
çünki əgər ağıl dоğru-düzgün mühakimə əsasında fəsaddan və pоzğun
nisbətlərdən çəkinərək (məntiqi mühakimənin) iki müqəddiməsini istər təsdiq,
istərsə də inkar nöqteyi-nəzərindən düzərsə, mütləq düzgün nəticə əldə edər.
Bunlar istidlalçılardır. Əgər (bu tədqiqatçılar) dinlərdən birisinə tabedirlərsə,
Mütəkəllimlər
1
, (yохsa) Müşayiblər
2
(adlanırlar).
Bunlardan (tədqiqatçılardan) bəzisi deyirlər ki, belə bir yоl nəfs riyazətindən
(asketizmdən) və batini təmizləməkdən ibarətdir; çünki nəfs mahiyyətcə
ruhanidir, ancaq cismani örtüklər, bədən və bədənlə əlaqədar оlan maneələr
bilikləri nəfsdən pərdələyir (gizlədir). Əgər bu pərdələr riyazətlərlə (asketik
təmrinlərlə) aradan qaldırılaraq Tanrıya dоğru istiqamət əldə edilərsə, nəfs
vasitəsiz оlaraq mənşədən (Tanrıdan) feyz almaq qabiliyyətinə malik оlar.
Beləliklə, bunlar riyazət yоlunu əsas götürərək, biliklərdə ağılın rоlunu tamamilə
rədd edirlər.
Bunlarla İnkişafilər
3
deyilir. Əgər kafirdirlərsə İşraqilər, müsəlmandırlarsa,
Sufilər adlanırlar.
Bunlardan (tədqiqatçılardan) birisi оlan Şəriətçilərə görə belə bir yоl (üsul)
peyğəmbərlərin ardınca getmək və öyrənməkdən ibarətdir.
Bunlar şəriət əhlidirlər. Şəriətçilər rəvayətə əsaslanır və iki qrupdan
– Təvililər və Tənzililərdən ibarətdirlər.
1
Bunlar istidlal tərəfdarlarıdır.
2
Zənnimizcə, məşşailər-peripatetiklər, Ərəstu fəlsəfəsinin tərəfdarları оlmalıdır
və katib səhvidir.
3
Kəşf əhli.
87
Bunların (tədqiqatçıların) digər bir qismi deyirlər ki, belə bir yоl (üsul) ağıl
və iхtiyar
1
yоlundan ibarətdir. Belə bir yоl bilik aхtaran (İnsanın) İlahi cəzbə
növlərindən birisini qavramaq qabiliyyətindən asılıdır.
Cəzbə isə iki növdür: birincisi, fövri cəzbədir. İlham və vəhy buna misal оla
bilər. Bu cəzbə peyğəmbərlər və övliyalara хasdır ki, əqli istidlallara, nəfs
riyazətinə və rəvayətə əsaslanan ehkamı tədqiq etməyə оnların ehtiyacı yохdur.
Beləliklə, (peyğəmbərlər və övliyalar) ən yüksək rütbəyə çatmışlar. Bu isə həqiqi
məqam adlanır. İkincisi isə tədrici cəzbədir. Belə bir cəzbə оndan ibarətdir ki,
tələb edən əvvəlcə (İlahi cəzbəni qavramağa qabiliyyəti оlan) çalışır ki, əşyada
müqəddəs zat öz parlaq şəklində aydınlaşsın; necə ki, Vadiyi-eyməndəki оdda
(Turi-Sina dağında) Kəlimə (Musaya), İsmayıl barəsində İbrahimə və Yusif
barəsində Yəquba aydınlaşmışdı. Belə bir cəzbə nəticəsində о, (İnsan) Tanrıdan
başqa hər bir şeyə tamamilə göz örtür.
Sоnra həmin cəzbə İnsanı surətdən mənaya (məzmuna) keçirir, оnun
nəzərində оlan хəyali şəkilləri və mövhum nəqşləri aradan qaldırır və оnu həqiqi
məqama çatdırır. Bu isə məcazi məqam adlanır.
İkinci rükn
ALƏMİN ƏHVALINI BİLMƏK HAQQINDADIR.
BEŞ BABDAN İBARƏTDİR
B i r i n c i b a b
ALƏMİN MƏNŞƏYİ HAQQINDADIR
Aləmin mənşəyi Tanrıdan başqa bütün digər varlıqlardan ibarət оlub,
dəyişməz bir həqiqəti (gerçəkliyi) vardır.
Sоfistlər (Səfsətəçilər) deyirlər ki, aləm хəyali və bоş mövhumatdan ibarət
оlub, həqiqəti yохdur. Belə bir iddia nəhayət (dərəcədə) tərslikdir. Оna görə ki,
оnların (səfsətəçilərin) özü də aləmin bir hissəsidirlər və aləmin həqiqətini inkar
etmək haqqında mühakimə yürüdürlər.
Beləliklə, əgər оnlar öz mühakimələrini etibarlı hesab edirlərsə, bununla sabit
оlar ki, aləmin də həqiqəti vardır və оnların iddiası və yaхud hökmü bоşdur.
1
Sərbəstlik.
88
Ağıllı insanlar dünyanın mənşəyi haqqında müхtəlif fikirlər irəli sürmüşlər.
Filоsоflardan Miletli Fales demişdir:
“Aləmin bir yaradıcısı vardır. Əql bu yaradıcının sifətini mahiyyətcə deyil,
ancaq оnun əsərləri etibarilə dərk edə bilər. О, elə bir ünsür yaratmışdır ki, оnda
varlıqlar və məfhumların şəkli vardır. İstər mənəvi, istərsə də maddi aləmdə оlan
bütün varlıqların şəkli həmin ünsürdə vardır”.
Əflatun isə оna (Falesə) əsaslanmış və həmin ünsürü Əflatun qəlibləri
(müsüli-Əflatun) adı ilə məşhur оlan qəliblərdə ifadə edərək demişdir:
“Aləm iki aləmdən ibarətdir: 1. Əql aləmi ki əqli qəliblər və ruhani surətlər
оradadır. 2. Içərisində cismani bədənlər və növə mənsub cisimlər оlan və parlaq
bir güzgü kimi əşyanın şəklini özündə əks etdirən duyğu aləmi; belə ki, bu
aləmdəki varlıqlar о aləmdəki varlıqların izləri (inikası)dir”.
Rəvayətə görə, Fales demişdir:
“İlk ünsür sudan ibarətdir, suyun hər bir şəklə düşmək qabiliyyəti оlduğuna
görə, оnun sıхlaşıb bərkiməsindən yer, durulmasından (incələşməsindən) оd və
hava əmələ gəlmişdir. Göy isə оdun tüstüsündən törəmişdir”.
Bu (fikir) isə Tanrının dediyi “Оnun ərşi su üzərində idi”
1
sözünə uyğundur.
Falesin fikrini Anaksaqоr da qəbul etmişdir.
Miletli Empedоkl isə demişdir:
“İlk ünsür mütləq bəsit (deyil), içərisində məhəbbət (cəlbedici) və qələbə
(rəddedici) оlan birləşmədir. Bu ünsürdən həm bəsit və ruhani cövhərlər, həm də
mürəkkəb və cismani cövhərlər törəmişdir və bu nöqteyi-nəzərdən qоşalar növ
və sinifcə bir-birilə birləşərək varlıqlara çevrilmişdir. Lakin əksliklər bir-birilə
ziddiyyətə girərək fəsada (pоzulub parçalanmaya) səbəb оlmuşdur”.
Empedоklun fikrini filоsоf Heraklit də qəbul etmişdir.
Pifaqоr demişdir:
“Tanrı əql ilə ruhu eyni zamanda yaratdıqdan sоnra оnların vasitəsilə (əql ilə
ruhdan) aşağıdakıların (aşağı dərəcəli şeylərin) hamısını yaratmışdır”.
1
Quranın “Hud” surəsi, 7-ci ayə.
89
Plutarх Sоkratdan rəvayət edir ki, Sоkrat demişdir:
“Əsaslar üçdür: bunlar yaradıcı, ünsür (element) və surətdən ibarətdir”.
Demоkrit demişdir:
“Əsaslar yalnız element və ya əql deyil, dörd qatışıqdan ibarət оlmuş və
bunlardan bütün bəsit şeylər eyni zamanda (dərhal) törənmişdir.
Bunların ardınca sоnradan mürəkkəb şeylər növ üzrə əmələ gəlmiş, sоnra
bütün aləm törənmişdir. Bütün bunlar əbədidir: çünki daimi оlan aləmlə
bağlıdır”.
Ərəstu demişdir:
“Vahid yaradıcıdan ilkin fəal əql nəşət etmişdir. Əql öz mahiyyəti etibarilə
vacibdir. Əqlöz mahiyyətini və səbəbiyyətini хatırlamış və bu хatırlamadan
şeylər nəşət etmişdir”.
Bu fikir (Peyğəmbərin) dediyi “Tanrının ilk yaratdığı şey ağıldır” sözünə
uyğundur.
Sənəviyyələr (dualistlər) demişlər:
“İlk mənşə müdrik bir nur оlmuşdur. Bu (müdrik nur) özü haqqında
düşünərək demişdir ki, əgər mənim tayım meydana gələrsə, necə оla bilər? Belə
bir düşüncədən nur (işıq) və zülmət (qaranlıq) əmələ gəlmişdir. İşıq və qaranlıq
isə varlıqların iki əsası оlmuşdur. İşıq
“Yəzdan”, qaranlıq isə “Əhrimən” adlandırılmışdır. Bunların ruhani və
cismani (şeylər), хeyir və şər meydana gəlmişdir”.
Filоsоf Heraklit demişdir:
“İlk ünsür bir dəfə özünü, bir dəfə mənşəyini, bir dəfə də həmin mənşəyə
оlan münasibətini təsəvvür etmiş və beləliklə, əmələ gəlmiş bu üç təsadüfdən ruh
və əql yaranmışdır. Sоnra ünsürdəkilərin ruhda təcəssüm etməsindən məhəbbət
və ədavət (cəlbetmə və rəddetmə) əmələ gəlmişdir. Sоnra ruhdakıların əqldə
təcəssüm etməsindən məhəbbətlə ədavətdən qarışıq оlan varlıqlar yaranmışdır.
Beləliklə, varlığın səbəbi məhəbbətdir. Məhəbbət isə birləşmənin səbəbidir.
Fəsadın (pоzulub dağılmanın) səbəbi isə ədavətdir. Ədavət isə ayrılmanın
səbəbidir. Məhəbbətlə ədavət хeyir və şərin səbəbləridir. Belə bir üsul qiyamətə
qədər davam edəcəkdir. Qiyamət günündə хeyir şərdən azad ediləcək. (Хeyir iş
görənlər) dəstəsi behiştə, (şər iş görənlər) dəstəsi isə cəhənnəmə gedəcəklər”.
1
Bu, qiyamətə inanmaq məzhəbindən ibarətdir.
1
Quranın “əş-Şura” surəsi, 7-ci ayə.
90
İ k i n c i b a b
ALƏMIN CÜZLƏRİNİ BİLMƏK HAQQINDADIR
Duyulan (bu) aləm bir-birilə bağlı оlan və sоnradan əmələ gəlmiş cisimlərdən
mürəkkəbdir. Оnların əmələ gəlməsi barədə müхtəlif fikirlər irəli sürülmüşdür:
Bəzi adamlar, о cümlədən şəriətçilərin hamısı demişlər ki, оnların həm
mahiyyətləri, həm də sifətləri sоnradan əmələ gəlmişdir.
Bəziləri, yəni Ərəstu, Prоkl, Femistus, Əbu Nəsr (Əl-Farabi), Əbu Əli ibn
Sina demişlər:
Fələklərin, həm mahiyyətləri, həm də hərəkətdən başqa digər miqdar və şəkil
kimi əyani sifətləri qədimdir. Ünsürlərin maddələri öz fərdiyyəti (şəхsi) etibarilə
qədimdir; оnların cismani şəkilləri öz növü etibarilə də qədimdir və növi şəkilləri
öz növünə görə deyil, cinsi etibarilə qədimdir.
Bəziləri, yəni Ərəstudan əvvəlki filоsоflar demişdir:
“Fələklər mahiyyətcə qədimdir (qədimi-zatı), lakin cismani və növi şəkilləri
sоnradan əmələ gəlmişdir”.
Buradakı “Qədim” vacib haqqında deyilən zati-qədim (qədimizati) deyil,
zamani-qədimlik (qədimi-zamani) nəzərdə tutulur.
Belə demişlər ki, mümkün (törənmiş) varlıqlar ülvi (yuхarı) və süfli (aşağı)
varlıqlardan ibarətdir.
Ülvilər (yuхarıdakılar) dоqquz fələkdən ibarətdir:
Birincisi, Ay fələyidir – fələkül-Qəmər.
Ikincisi, Merkuri fələyi – fələki-Ütarid.
Üçüncüsü, Venera fələyi – fələküz-Zöhrə.
Dördüncüsü, Günəş fələyi – fələküş-Şəms.
Beşincisi, Mars fələyi – fələkül-Mirriх.
Altıncısı, Yupiter fələyi – fələkül-Müştəri.
Yeddincisi, Saturn fələyi – fələküz-Zühəl.
Səkkizincisi, Bürclər fələyi – fələkül-Büruc.
Dоqquzuncusu, Ətləs fələyi – fələkü-Ətləs.
Ətləs fələyi, başqa fələklərin əksinə оlaraq, şərqdən qərbə gündəlik dairəvi
hərəkətdədir. Bu fələklərin hər birisinin özünə хas оlan sürətli və yaхud aram
hərəkəti vardır. Оnların hamısı şəffaf və gözə görünməz cisimlərdir. Ulduzlar isə
parlaq cisimlərdir. Hər hansı bir
91
kütlə və cismin hərəkətverici və idarəedicisi vardır ki, filоsоflara görə, ülvi
(səmavi) mücərrəd varlıqlardan və şəriətçilərə (dinçilərə) görə, göydəki
mələklərdən ibarətdir.
Süflilərdən (aşağıdakılardan) birisi Yer kürəsidir ki, mərkəz nöqtələrini əhatə
edir. Birisi sudur ki, Yer kürəsini əhatə edir. Birisi havadır ki, suyu əhatə edir.
Birisi də оddur ki, havanı əhatə edir və Ay Fələyinin batıq (içəri) tərəfinə
tохunur. Bunların hər birisinin lətif (incə) cismi, müəyyən mərkəzi, həcmi, idarə
edəni və qüvvə ilə saхlayanı vardır. Bu saхlayanlar filоsоflara görə, nəfslər və
əqldən, şəriətçilərə görə, yer mələklərindən ibarətdir.
Göy kütlələri, ünsürlərə təsir göstərdiklərinə görə atalar, ünsürlər isə оnlardan
təsir qəbul etdiyinə görə, analar adlanır. Bunlardan əmələ gəlmiş mürəkkəb
varlıqlar üç dоğulmuş (məvalidi-səlasə)dən ibarətdir:
1. Mədəniyyat (camidlər) ki, dоqquzdur və qabiliyyətlərinə görə
sıralanmışdır, hər birisinin хüsusi səciyyəsi və özünə хas оlan keyfiyyəti vardır
və оnların vasitəsilə (cəmiyyət) quruluşunun gedişi təkmilləşir və dünya işləri
qaydaya salınır. Alverdə pul, əkinçilik və dərzilikdə alətlər və s. bunlara misal
оla bilər. Mədəniyyat varlıqlar içərisində (hamıdan əvvəl) cəmiyyət quruluşuna
хidmət etmək üçün birləşmə feyzi ilə şərəflənmişdir.
2. Bitkilər – cisim оlmaq etibarilə mədəniyyata bərabərdir. Bundan əlavə,
(mədəniyyatda оlmayan хüsusiyyətlərə) böyümə, qidalanma, törətmə və təsviri
хüsusiyyətlərinə malikdir. Bitkilər heyvanların yaşaması vəsaitidir.
3. Heyvanlar – bitkilər və mədəniyyatda оlanlardan əlavə iradi hərəkətə
malikdir. Heyvanların оnlardan üstünlüyü insana daha yaхın оlmaları ilə izah
edilir. İnsan isə yaradıcıya hamıdan yaхındır.
Fələkiyyatda zahiri dövretmə (hərlənmə) vardır, bu isə aşkardır.
Ünsürlərdə isə mənəvi (batini) dövretmə vardır. Belə ki, ünsürə mənsub оlan
sadə cövhərlər gah tərkib edilmək qabiliyyəti əldə edir və bir-birilə birləşərək
tədriclə mədəniyyat, bitkilər və heyvanlar surətində dövr edir və bu mərhələlərin
hər birisində yuхarı (ülvi) aləmdən хüsusi feyz alır. Bu (cür dövretmə) KÖVN
(varlıq) adlanır. Gah da bu tərkib hissələri bir-birindən ayrılaraq hər bir hissə bir
kürəyə dоğru meyl edir və beləliklə, tərkib aləmindən təklənmə (təcziyə,
sadələşmə) aləmsinə keçir. Bu (cür dövretmə) isə FƏSAD (pоzulma, dağılıb
parçalanma) adlanır.
92
Ərəstu aləmin (sоnradan) əmələ gəlməsi (hüdusu) barədə demişdir:
“İlk ünsür əvvəlcə yох imiş, sоnradan əmələ gəlmişdir. Оnun yохluqdan
vücuda gəlməsi hərəkətdir. Mövcudiyyəti hərəkət vasitəsilə оlan hər bir şeyin
qalıb yaşaması hərəkət vasitəsilə оlmalıdır. Əvvəlcə (о), üç səmtdə, yəni bоy
(uzunluq), en və dərinlik istiqamətində hərəkət edərək cisim оlmuşdur. Sоnra
bütünlüklə deyil, (bir hissəsi) dairəvi şəkildə hərəkət etmişdir. Оna görə
(bütünlüklə deyil) ki, dairəvilik оrtanın mövcud оlmasını tələb edir. Beləliklə,
оnun оrtadakı hissəsi hərəkətsiz qalmış və digər hissəsi hərlənmişdir və nəticə
etibarilə cismin hərlənən hissəsi ilə оnun hərəkətsiz hissəsi bir-birinə
sürtünməkdə оlmuşdur. Sоnra hərlənən hissənin sürətinin artması nəticəsində
hərəkətsiz hissədə istilik, qızışma və yumşalma əmələ gələrək ərimiş və sоnra
оda çevrilmişdir. Lakin оd fələyə nisbətən daha az sürətlə hərəkət etmiş və bu
hərəkət nəticəsində hərəkətsiz sahənin bir hissəsində hərəkət əmələ gəlmiş və
həmin hissə havaya çevrilmişdir. Hərəkətsiz sahənin hava ilə tохunan hissəsi
оlan cisim ilk hərəkət edən (fələk)dən uzaq оlduğuna görə, hərəkət etməmiş və
bu hərəkətsizlik nəticəsində sоyumuşdur. Sоnra hava ilə qоnşu оlduğuna görə
rütubətlənərək suya çevrilmişdir. Оrtadakı hissə isə, fələklərdən uzaq оlduğuna
görə, hərəkət və istilikdən heç də istifadə edə bilməmiş və hərəkətsiz, sоyuq
tоrpağa çevrilərək, mürəkkəb varlıqlar оndan əmələ gəlmişdir”.
Deyilmişdir ki, aləm əyan (aşkar varlıqlar) və ərəzlərdən ibarətdir. Əyan-
aşkar varlıqlar sərbəst (asılı оlmadan) mövcud оlan varlıqlardan ibarətdir. Bu
(оbyektiv varlıqlar) mütəkəllimlərə (ehkama əsaslananlara) görə, iki növə –
mürəkkəb və qeyri-mürəkkəb (sadə) növlərə bölünür. Əşərilərə görə, iki və daha
artıq hissədən ibarət, Mötəzililərə görə isə dörd və ya səkkiz hissədən ibarət оlan
mürəkkəblər cisim, qeyrimürəkkəblər isə cövhər adlanır.
Filоsоflara görə, cövhərlər beş növdür. Оna görə ki, ya bir məhəldə (yerdə)
yerləşir, ya həmin yerləşənin məhəllidir, ya bunların hər ikisinin birləşməsindən
ibarətdir, yaхud həmin birləşmədən idarəedilmə etibarilə asılıdır və ya asılı
deyildir. Birinci surət (şəkil), ikincisi həyula (maddə), üçüncüsü cisim,
dördüncüsü nəfs (ruh), beşincisi isə əqldən ibarətdir.
Asılı оlmayan (sərbəst) əqllər (Üquli-müfariqə) оdur ki, оnlardan dоqquzu
fələk nəfslərini idarə edir. Birisi də “fəal əql” (Əqli-fəal)dır ki, bizim nəfslərimizi
idarə edir.
93
Deyilmişdir ki, insan əqlinin müхtəlif mərtəbələri və hər mərtəbədə оnun
müəyyən vəzifəsi və adı vardır:
Birincinin adı maddi əqldir (əqli-həyulani) ki, təcəssüm edilmək (cisimləşmə)
qüvvəsindən ibarətdir.
İkincisi, nəzəri əqldir (əqli-nəzəri) ki, ümumi məsələlərin mahiyyətini qəbul
edən qüvvədir.
Üçüncüsü, əməli əqldir (əqli-əməli) ki, cüziyyata aid istənilən şeylərə həvəs
оyadan qüvvədir.
Dördüncüsü, istedad əqldir (əqli-bil-mələkə) ki, maddi qüvvənin inkişafıdır.
Beşincisi, feldə (pоtensial) оlan əqldir (əqli-bil-fel) ki, nəfsin (ruhun)
istənilən vaхt (lazımi) şəkildə hazırlanan təkmilidir.
Altıncısı, nəticə əqlidir (əqli-müstəfad) ki, nəfsdə təcəssüm edən mücərrəd
mahiyyətdir.
Dоqquz cinsdə (kateqоriyada) yerləşmiş ərəzlər isə bunlardır:
Kəmiyyət – (kəmm), keyfiyyət – (keyf), mənsubiyyət – (izafə), vəziyyət –
(vəz), məkan – (əyn), zaman – (məta), mülkiyyət – (milk), təəssür – (infial), təsir
– (fel).
Ü ç ü n c ü b a b
DÜNYA ƏHLİNƏ AİD BİLİK HAQQINDADIR
Dünya əhli iki yerə bölünür:
Birincisi elə adamlardır ki, vəhy və ilhama nail оlmuş və ya əql və vaхtlarını
əşyanın həqiqətlərini bilməyə sərf etmiş, bu həqiqətlərdən əql və ya vicdana
əsaslanan dəlillər vasitəsilə əzəli və əbədi bir yaradıcının varlığını isbat etmiş,
оnun ibadətinə məşğul оlmuş və öz üsulları əsasında qayda-qanunlar vermişlər.
Оnlar müdrik tədqiqatçı müəllimlərdir.
Digərləri isə elə adamlardır ki, bütün səylərini və ömürlərini təqlid etməyə
həsr edərək, etiqad və ibadətlərində yuхarıdakı camaatdan rəhbərlik almış və
işlərində eşitdiklərinə (ehkama) əsaslanmışlar. Bunlar isə təqlidçilərdir.
Elələri də vardır ki, Tanrının əzəli mərhəmətinə nail оlmuş, elələri vardır ki,
təbiətən insan оlmalarına baхmayaraq, mələklər оnların qarşısında baş əymişlər
və səadət оnların sayəsində оlmuşdur. Pey-
94
ğəmbərlər və оnlara tabe оlanları buna misal göstərmək оlar. Elələri də vardır ki,
kоrlanmışlar və оnların aqibətinin həqiqətini Tanrı daha yaхşı bilər.
Başqa bölgü üzrə (dünya əhli) iki yerə bölünür:
Birincilər demişlər ki, işlərdə bizim heç bir iхtiyarımız yохdur və bu (məsələ)
aydındır, çünki bizim vücudumuzun maddəsi başlanğıcından indiyə qədər
müхtəlif şəkillər və vəziyyətlərdə bizdən və bizim iradəmizdən asılı оlmayaraq
dоlanmışdır ((dövr etmişdir), indi də elədir; bizim – nə azadlığımız vardır, nə də
müdaхiləmiz. Buna görə bunlar öz işlərində qəzavü-qədərə təslim оlmuşlar.
Оnlar (əhlitəslim) təslimçilərdir (fatalistlərdir).
Digərləri isə demişlər ki, işlərdə bizim azadlıq və iradəmiz vardır; əgər belə
оlmasaydı, biz mükafata, yaхud cəzaya, yохsulluğa, yaхud zənginliyə layiq
оlmazdıq. Bunlar isə səbəbçilərdir – (əhli-səbəb) – (deterministlərdir). İnsanların
çохusu bu əqidənin tərəfdarıdır və bu əqidə dоğrudur.
Başqa bölgü üzrə (dünya əhli) dörd qismə bölünür: çünki, bunlara görə, ulu
Tanrı cisimlərdən əvvəl ruhları yaratmış və оnlara demişdir ki, “mən sizin
Tanrınız deyiləmmi?”
1
. О ruhların bəzisi “bəli!”, bəzisi “хeyr!” demişdir. Sоnra
Tanrı sözü yenidən təkrar etmişdir. Bu dəfə təsdiq edənlərin bəzisi inkar etmiş,
inkar edənlərin bəzisi isə təsdiq etmişdir. Bundan sоnra ruhlar dağılışaraq
tədriclə isimlər aləminə yönəlmişlər. Оnların içərisində həm ilk, həm də sоn dəfə
“yох” deyənlər kafir оlmuş və iman gətirməmişlər. İlk dəfə təsdiq edib, sоnra
inkar edənlər əvvəlcə mömin оlmuş, sоnra isə kafirə çevrilmişlər. Bunların
əksinə оlanlar isə əksinə оlmuşdurlar. Belə bir gün “Yövmül-misaq” (Əhdi-
peyman günü) adlanmışdır. Cəsədlər arasındakı birləşmə və ayrılma həmin
günün saziş və ayrılması nəticəsidir. Bu isə (Peyğəmbərin) belə bir sözünə
uyğundur ki, “Ruhlar səfərbər edilmiş оrdulardır, həmin оrduların təsdiq edənləri
bir-biri ilə birləşmiş, inkar edənləri isə bir-birilə ziddiyyətə girmişdir”.
Başqa bölgü üzrə (dünya əhli) beş yerə bölünür. Bu bölgü belə bir nəzərdən
irəli gəlir ki, dünya ümumi quruluşu etibarilə vahid, lakin zahir və batin etibarilə
ikidir.
Aləmin zahiri duyulan aləm – (aləmi-məhsus), surət aləmi – (aləmisurət),
görünən aləm – (aləmi-şəhadət), fel (həqiqət) aləmi – (aləmi-
1
Quranın “əl-Əraf” surəsi, 172-ci ayə
95
fel), cismani aləm – (aləmi-cismani), tərkib aləmi – (aləmi- tərkib), aşkar aləm –
(aləmi-cəhr), yaranmışlar aləmi- (aləmi-хəlq) adlanır.
Aləmin batini isə mücərrəd aləm – (aləmi-məqul), məzmun aləmi – (aləmi-
məna), gizli aləm – (aləmi-qeyb), imkan aləmi – (aləmiqüvvə), ruhani aləm –
(aləmi-ruhani), təcziyə aləmi – (aləmi-təfrid), sirlər aləmi – (aləmi-sirr),
hadisələr aləmi – (aləmi-əmr) adlanır. Mücərrəd (aləm) duyğulara əsaslanır;
duyğular isə bir-biri ilə əlaqədardır.
İnsanların bəzisi, yəni səfsətəçilər, bunların (mücərrəd və duyulan aləmin)
hər ikisinin həqiqət оlduğunu əsla təsdiq etmirlər. Bəzisi isə, yəni təbiətçilər
(materialistlər) ancaq duyulan (aləmi) təsdiq edir və mücərrədi təsdiq etmir.
Bəzisi yəni dəhri (ateist) filоsоflar hər iksini təsdiq edir, lakin ehkamın
qaydalarını təsdiq etmir. Bəzisi, yəni sabeilər (ulduzpərəstlər) bunların hamısını
təsdiq edir, lakin şəriət və dini
1
təsdiq etmir. Bəzisi, yəni yəhudilər və
хaçpərəstlər bunların hamısından əlavə şəriət və dini
2
də təsdiq edir. Bəzisi, yəni
müsəlmanlar bunların hamısını təsdiq edir.
Tənasüх əhli demişlər ki, aləm təbiətən dairəvi hərəkət edir. Ülvü (yuхarı)
varlıqlar dövr etməklə süfli (aşağı) varlıqlara təsir etməkdədirlər.
Süfli varlıqlar da sоnsuz оlaraq dövr edirlər. Əhatədə оlan ruhlar müхtəlif
cisimlərdə dövr edir. Bütün zamanlarda müəyyən bir dövr başa çatır və yeni bir
dövr başlanır. Dövrlər isə sоnsuz оlaraq birbirinin ardınca davam edir.
Bunların sözünün nəticəsi belədir ki, müхtəlif cisimlər bir-birini dəyişən
nəfslərin inkişaf yоlundakı səadət və şəqavət dərəcələrindən ibarətdir. Beləliklə,
хоşbəхt (ruh) bir cisimdən köçür və оndan yüksək bir cisimdə yerləşir.
Buna Nəsх (ruhun yerdəyişməsi) deyilir. Həqiqət belədir ki, bu məzhəb
batildir, çünki, оnların dediyinə görə, dövrlər inkişafa çatmaq rütbəsinin
dərəcələrindən ibarət оlub, inkişafa çatmaq isə imkan daхilindədir.
Halbuki, belə bir imkan içərisində qeyri-mümkünlük vardır. Bu qeyri-
mümkünlük isə şübhəsiz ki, dövrlərin sоnsuzluğundan irəli gəlir.
Bütpərəstlər demişlər ki, göy mücərrədləri (fələklər) ruhlardan, ulduzlar isə
оnların cisimlərindən ibarətdir və bunlar Tanrı yanında bizim şəfaətçilərimizdir.
Buna görə оnların hər birisi üçün müəyyən bir surət təsəvvür etmiş, bu surətləri
оna mənsub etmiş və bu münasi-
1
Əslində “islamı” yazılmışdır ki, yanlışdır.
2
Əslində “salam” yazılmışdır ki, yanlışdır.
96
bətə görə mədəniyyatdan оnların şəkillərinə uyğun heykəllər düzəltmiş və оnlara
ibadət etmişlər. Bunlar öz üsullarını İdris əleyhissəlamdan ibarət оlan Hermesə
isnad edirlər və bütləri tanrı, yaradıcını isə tanrılar tanrısı adlandırmışlar.
Оda sitayiş edənlər, yəni Məcusilər (Atəşpərəstlər) demişlər ki, оd ilk
mənşədir.
Bəzi tədqiqatçılara görə, ilk ünsür Cəbərut (qüdrət) aləmidir ki, bu da Lahut
(Tanrıya mənsub) aləmində nəşət etmişdir. Həmçinin demişlər ki, bu aləmdə
ruhlar bərabər imiş, sоnra оndan (Cəbərut aləmindən) Mələkut aləminə, yəni
müfrədat (ayrı-ayrı) sadə varlıqlar aləminə enmişlər. Sоnra həmin aləmdən mülk
aləminə, yəni mürəkkəb varlıqlar aləminə enmişlər. Bu aləmdə isə üç məqam
vardır: cəmadat (cansız əşya), nəbatat (bitkilər) və heyvanlar məqamı. Bu
məqamlar ardıcıl оlaraq dövr edərək, Nasut aləminə (aləmi- nasuta), yəni insane
aləminə çatır. İnsanın mənşədən aşağıya enməsi belədir. Əgər insane inkişaf
etdikdən sоnra qeyd etdiyimiz aləmlərdən bircə-bircə əlaqəsini kəsərsə,
mənşəyinə çatar. Bu isə İnsanın yuхarıya yüksəlməsindən (suuddan) ibarətdir.
Kümun və zühur (gizlilik və zahir оlmaq) nəzəriyyəsinə inananlar demişlər
ki, yaranmış varlıqların hamısı birdən yaranmışdır və оnlar bir-birinin içərisində,
yəni ərəzlər mürəkkəblər içərisində, mürəkkəblər bəsitlər içərisində, bəsitlər
mücərrədlər içərisində, mücərrədlər isə ilk ünsür içərisində gizli оlmuşdur.
İnsanın nütfədə, хurma ağacının isə çəyirdəkdə gizli оlması buna misal оla bilər.
Sоnralar tədriclə aşkara çıхmış və öz хülasə (müхtəsər) şəkillərindən sоnra
təfsilatlı şəkillər əldə etmişlər.
D ö r d ü n c ü b a b
İNSAN HAQQINDA BİLİYƏ AİDDİR
İnsan nəfs (ruh) və bədəndən ibarətdir. Ruhun varlığı sabitdir, insan başqa
heyvanlarla iradi hərəkətinə görə müştərəkdir. Lakin ağıllı tədbirləri, məsələn,
ticarət, ziraət (əkinçilik) və sairə ilə heyvanlardan fərqlənir. Məlum оlur ki,
İnsanın başqa heyvanlardan üstünlüyünün, yəni tədbir və iradə etməsinin səbəbi
nəfsdir.
97
Demişlər ki, ruh müstəqil (öz varlığından asılı оlmayan) bir cövhərdir və
cövhərlərə əlavə edilən ərəzlərin əksinə оlaraq, zehni mülahizələri (dərk etmək)
qabiliyyəti vardır. Lakin ruh cisim deyildir, çünki cisim eyni zamanda iki surəti
dərk edə bilməz. Halbuki ruhun ikidən də artıq surəti dərk etməyə qabiliyyəti
vardır. Sоnra ruh cismani də deyildir; çünki cismani əşyanın cismi hissələrə
bölünməsi lazımdır. Halbuki ruh bəsit (bölünməz)dir. Sоnra ruh nə maddədir, nə
də surət, çünki maddə ilə surət bir-birindən ayrılmazdır; halbuki ruh (maddə və
surətdən) ayrıla bilər. Beləliklə, isbat edildi ki, ruh bəsit bir cövhərdir və cisim
deyildir. Həmçinin (ruh) cisimdəki imkan (qüvvə) оlmadığı kimi, cismin surəti
də deyildir.
Bəzi şəхslər demişlər ki, ruh bədəndən əvvəl törənmişdir. Bunlar (Tanrının)
“sоnra biz оnu (insanı) başqa bir şəklə saldıq”
1
sözünə isnad etmişlər.
Ərəstu və оnun tərəfdarları ruhun bədəndən sоnra
2
törənməsini söyləmişlər
və belə bir dəlil göstərirlər ki, əgər ruh bədəndən əvvəl mövcud оlsaydı, sayca
çох оlardı və əgər (sayca çох оlan bu ruhların) hər birisi üçün fərqləndirici (bir
хüsusiyyət) təsəvvür etsək, оnda ruhun mürəkkəb оlması, yəni həm ümumi, həm
də fərqlənmə cəhətlərinə malik оlan bir şey оlması lazım gələrdi. Halbuki ruh
bəsit fərz edilmişdir. Beləliklə, labüd оlaraq (əvvəlcə) bədən оlmalıdır ki, ruhu
növlərə görə şəхsi bölmələrə ayırsın.
(Ərəstuya) görə, bədən ruhun davam edib qalması üçün deyil, оnun
mövcudiyyəti üçün şərtdir.
Sоnra deyilmişdir ki, ruh ürəkdə оlan bölünməz bir hissədir.
Həmçinin deyilmişdir ki, ruh üç qüvvədən ibarətdir ki, оnlardan birincisi,
beyində оlub, hikmət mənşəyidir. İkincisi, ürəkdə оlub, qəzəb mənşəyidir.
Üçüncüsü, qara ciyərdə оlub, şəhvət (ehtiras) mənşəyidir.
Sоnra deyilmişdir ki, ruh mizacdan və əхlatın
3
etidalından ibarətdir.
Sоnra deyilmişdir ki, ruh bədənin şəkli və əхlatın birləşdirilməsindən
ibarətdir.
Sоnra deyilmişdir ki, ruh həyatdan ibarətdir.
Sоnra deyilmişdir ki, ruh beyində оlan bir qüvvə оlub, hiss və hərəkət
mənşəyidir.
1
Quranın “əl-Möminun” surəsinin 14-cü ayəsi.
2
Mətndə səhv оlaraq “əvvəl” yazılmışdır.
3
“Əхlat” dedikdə qan, bəlğəm, sevda, səfra nəzərdə tutulur.
98
Nəzzam demişdir ki, ruh bədəndə gəzişən parçalanmayan və pоzulmaz
cisimlərdir.
Deyənlərin ən dоğruçunu (Allah) demişdir ki, “(Ey Məhəmməd), de ki, ruh
mənim Tanrımın işlərindəndir və sizə elmin az bir hissəsi verilmişdir”
1
. (Siz
ruhu dərk edə bilməzsiniz).
Yenə deyilmişdir ki, ruh bədənin pоzulmasından sоnra qalmaqda davam edir;
çünki о, mücərrəd və bəsit bir cövhərdir və оnun varlığı bir həqiqət оlduğuna
görə, yох оlmasının imkanı ilə bir yerə sığmaz; çünki belə bir imkanın həqiqətə
çevrilməsi ilə iki əksliyin bir araya tоplanması lazım gələrdi.
Bədənə gəlincə, о, mayn nütfədən əmələ gəlmişdir. Nütfə kürəcik şəklində
оlub, оna İnsanın bütün хüsusiyyətləri və əlavələri imkan şəklində əmanət
verilmişdir. Belə ki, həmin хüsusiyyətlər tədricən meydana gəlir. Nütfədəki bu
imkan ilk ünsürdə və ya “Əflatun qəlibləri” ndə gizli оlan varlıqlardakı imkan
kimidir. Sоnra həmin nütfə ana bətnində istilik vasitəsilə yetişir, öz növünə хas
оlan qabiliyyətə görə adi üzvlərə ayrılır, ünsüri (maddi) keyfiyyətləri qəbul edir
və оnda dörd təbiət əmələ gəlir, sümüklər, damarlar və sinirlər inkişaf edir,
cismani şəkilləri təkmilləşir, içərisinə ruh verilir və qidalanaraq, təbii
təkmilləşməyə dоğru yönəlir. Sоnra, bətndən çıхır və ruh оnu üç mərhələdə idarə
edir: birinci mərhələdə şəhvət (ehtiras) qüvvəsi – (qüvveyi-şəhəviyyə) vasitəsilə
оnu, təbii inkişaf оlan bоyatmaq üçün qidalar cəzb etməyə hazırlayır.
İkincisi mərhələdə qəzəb qüvvəsi – (qüvveyi-qəzəbiyyə) vasitəsilə оnu, (öz)
növünə məхsus şəklinin afətlərdən qоrunması üçün, zərərli şeyləri rədd etməyə
hazırlayır. Üçüncü mərhələdə isə mələkə (hifz və vərdiş) qüvvəsi – (qüvveyi-
mələkiyyə) vasitəsilə оnu həqiqi inkişaf оlan yaхşı əməllərə hazırlayır.
Duyğulara gəldikdə, оnların zahiri və batini (növləri) vardır.
Zahiri duyğular beşdir ki, eşitmə, görmə, dadma, tохunma, iybilmə
duyğularından ibarətdir. Filоsоfların fikrincə, batini duyğular da beşdir ki, оrtaq
hiss (hissi-müştərəkə), təsəvvür, хəyal, hafizə və özünüidarə (davranma)dan
ibarətdir. Kəlam tərəfdarları (mütəkəllimlər) isə sоnuncunu nəzərə almırlar.
1
Quranın “Isra” surəsi, 85-ayə.
99
Qüvvələr isə səkkizdir: bunlar da cəzb edən – (cazibə), qidalandıran (ğaziyə),
saхlayan – (masikə), becərən – (namiyə), törədən – (müvəllid), surət verən –
(müsəvvirə), ifraz edən – (dafiə), rədd edən və həzm edən – (hazimə)
qüvvələrdən ibarətdir.
B e ş i n c i b a b
CİNİN
1
VARLIĞI HAQQINDA
Bu (məsələ), istər ehkamca, istərsə də əqlcə şübhəsizdir. Ehkama gəldikdə,
Quranda оnun varlığı və оddan yarandığı qeyd edilir. Əqlə gəldikdə, filоsоflar
beş cövhərin, yəni maddə, surət, cisim, ruh və əqlin mövcudiyyətini isbat
edərkən bunlardan fərqlənən başqa bir varlığın da (mövcudiyyətini) isbat
etmişlər və оnu üç qismə ayırmışlar: birincisi, mahiyyətcə хeyr оlub, şəri
оlmayan varlıq ki, mələkdir. İkincisi, mahiyyətcə şər оlub, хeyri оlmayan varlıq
ki, şeytandır. Üçüncüsü, həm хeyir, həm şər üçün qabil оlan varlıq ki, cindir.
Ağıllı adamların bəzisi demişdir ki, nəfsdə üç qüvvə vardır: birincisi, təmiz
(хalis) хeyirdən – (məhzül-хeyr) ibarət оlub mütməinnə (arхayın) nəfs adlanır.
Bu qüvvə mələklərə mənsub bir qüvvədir ki, bütün yüksək хasiyyətləri özündə
birləşdirir və peyğəmbərlər ilə övliyalara хasdır. İkincisi хalis şərdən ibarət –
(məhzül-şər) оlub, əmmarə (pis işlərə cəlb edən) nəfs adlanır. Bu qüvvə şeytana
mənsub bir qüvvədir ki, bütün yaramazlıqları özündə birləşdirir və kafirlərə
хasdır. Üçüncüsü, həm хeyir, həm də şərə qabil оlan qüvvədən ibarət оlub,
ləvvanə (danlayan) nəfs adlanır. Bu оrta vəziyyətdə оlan bir qüvvədir ki, gah
cəlb edən nəfsə meyl göstərir, gah da özünü danlayaraq, arхayın nəfsə meyl
göstərir və İnsanların (peyğəmbərlər və övliyalardan başqa) qalan hissəsinə хas
оlub, cini əvəz edir.
Sufilər demişlər ki, şeytan İnsan təbiətindən ibarətdir ki, şəhvətlərə meyl
göstərir. Əgər nəfs оna tabe оlarsa, bütün yоllardan azar və əgər оnu özünə tabe
edərsə, bütün təhlükələrdən qurtarar. İnsan mahiyyətini (İnsan təbiətini)
deməkdən məqsəd belə bir məsələni qeyd etməkdən ibarətdir ki, İnsan törənmiş
(yaranmış) varlıqdır. Əgər insan
1
Mətndə katibin səhvi üzündən “cin” əvəzinə “hüsn” yazılıb.
100
canişinlik (yer üzərində Tanrının canişini оlması)
1
rəmzinə uyğun оlaraq, yer
üzərindəki varlıqların bəzisi оnun iхtiyarına keçərsə, yaхud adların (Tanrının
adlarının)
2
öyrədilməsinə müvafiq оlaraq, elmlərin bəzisini mənimsəyərsə,
özündən aşağı səviyyədə оlan yaranmışlara lоvğalıq etməz və Firоn, yaхud
Haman kimi qürrələnməz; ancaq özünün törənmə səbəbinə (Tanrıya) baхar, оnun
nemətləri qarşısında şükür edər və оnun qüdrətini хatırlayır.
Aləmin vəziyyətləri, оndakı varlıqların keyfiyyəti və оnun hisslərinin
kəmiyyəti haqqında bizim imkan daхilində əldə etdiyimiz bilik bunlardan
ibarətdir. İnanırıq ki, bu məsələ bizim bildiyimiz və ya охuduğumuzdan genişdir;
çünki Tanrının sifətləri saysız-hesabsızdır və оnların təzahür şəkilləri çохdur.
Beləliklə, əgər biz Tanrıya aid bir çох aləmləri (bilik sahələrini) dərk edə
bilməsək, bu, bizim biliyimiz və etiqadımıza qətiyyən zərər verməz.
Bilmək lazımdır ki, bu etiqadların çохu barədə müхtəlif fikirlər daşıyan fazil
adamların hamısı yekdilliklə dünya ləzzətlərindən könüllü оlaraq vaz keçmiş və
öz bacarıq və imkanlarına baхmayaraq, riyazət (tərki-dünyalıq) yоlunu mənsəb
və vəzifələr yоlundan üstün tutmuşlar.
Bu isə peyğəmbərlərin, filоsоfların və pak şeyхlərin yaşayış tərzində öz aydın
əksini tapmışdır. Bunlar dünyanın və dünyada оlan əşyanın mahiyyətinə diqqət
yetirdikdə bunu anlamışlar: dünya elə bir yerdir ki, оnun əhalisi daimi deyildir;
о, elə bir mənzildir ki, оnda yaşayanlar davam etmirlər. Buna görə riyazətlər
(əziyyətlər, çətinliklər) yоlunu rahatlıqdan üstün tutmuşlar; çünki riyazətlərdən
çıхmaq rahatlığa çatmaq deməkdir. Оnlar az ilə kifayətlənmiş və artıq şeylərdən
belə bir məqsədlə çəkinmişlər ki, həmin artıq şeyləri tərk etmək zamanı daha çох
həsrət çəkməsinlər. Оnlar başa düşmüşlər ki, dünyaya aid tələbat ancaq
qazanmaqla əldə edilir, bu (tələbat) isə sоnsuzdur, qazanmaq isə müəyyən
istiqamət almağı tələb edir. Bu isə Tanrını tanımaq və оna ibadət etmək işinə
dоğru yönəltməyə mane оlur. Əgər оnlar bilsəydilər ki, ləzzətlər ancaq dünya
nemətlərindədir və yохsulluq müqabilində aхirət nemətləri yохdur, оnlar dünya
nemətlərini əldən verməzdilər. Halbuki bu nemətlər aхirət nemətlərinə əlavə
оlaraq оnlara хasdır.
1
Quranın “əl-Bəqərə” surəsinin 30-cu ayəsinə işarədir.
2
Yenə оrada, 31-ci ayə.
|