Гядим дювр вя орта ясрляр Тарих вя онун проблемляри, №4 2010 7 çəkilməsi Səfəvilərin Qəndəharı geri almasına şərait yaratdı. Artıq bu zaman II Şah Abbas yaşa
dolmuş, hakimiyyəti tam öz əlinə alıb Osmanlı sultanı Sultan İbrahimlə (1640-1648) də diplomatik
əlaqələri yaxşılaşdırmağa nail olmuşdu. Ancaq Şah Cahan isə əksinə Sultan İbrahimə yanlış məktub
yazaraq özündən incik salmışdı. Belə bir vəziyyətdə II Şah Abbasın cəsusları Qəndəhardan ümidverici
xəbərlər gətirmişdilər. Qəndəhara hücum planı hələ Cannesar xan Səfəvi məmləkətində olarkən
hazırlanılırdı. Səfəvilər ciddi hərbi hazırlıqla məşğul ikən Hind səfiri yola salınmışdı. H. 1058(1648) –
ci ildə Qəndəhar məsələsi ilə əlaqədar hərbi şura çağrıldı və şurada iştirak edən bütün əmirlərin yekdil
rəyi əsasında Qəndəharın geri alınması üçün hərbi əməliyyat barədə qərar qəbul olundu (4,43). Ancaq
bu xəbərin Hindistana çatmaması üçün bir sıra addımlar atıldı. Məhəmməd Tahir Vəhid yazır ki,II Şah
Abbas 1648–ci ilin aprelində Məşhədi ziyarət etmək və Qəndəharı Moğollardan geri almaq məqsədilə
İsfahanı tərk edib Xorasana yola düşdü. Xorasan yolunda Tacabad bağında Şaha Gürcüstan hakimi
Rüstəm xanın göndərdiyi məktub çatdırıldı. Rüstəm xan məktubda Gürcüstandakı siyasi vəziyyəti
ətraflı şərh etmişdi. Məlum olduğu kimi Kaxet hakimi Təhmuras xan I Şah Abbas dövründə fitnə -
fəsadla məşğul olur və Kartilini də tutub öz hakimiyyətinə tabe etmək istəyirdi. Rüstəm xan yazırdı ki,
artıq onların arasında baş vermiş yeni savaşda Təhmuras xan məğlub olmuş, igid oğlu Davud Mirzə
öldürülmüş və özünün də başı tezliklə şaha göndəriləcək. Ölkənin şimal bölgəsində mərkəzdənqaçma
hərəkatının qarşısının alınması, sakitlik yaradılması bütün qüvvənin Qəndəhar uğrunda savaşa cəlb
edilməsinə şərait yaradır. II Şah Abbas Germab –Siyakuh yolu ilə hərəkət edib Xorasana çatdıqda
Türküstandan Nəzər Məhəmməd xanın elçisi Mehdi Xacə və Urgənc valisi tərəfindən Əbulqazi xan
Şahın düşərgəsinə gəldilər. Onlar dövlət başçıları adından Şaha kömək etməyə hazır olduqlarını
bildirdilər (4, 43). Bu zaman II Şah Abbasın Qəndəhar hərbi əməliyyatı Moğol təhlükəsi ilə üzbəüz
olan Nəzər Məhəmməd xanın da mənafeyinə uyğun idi və elə buna görə də, Səfəvi sarayına elçi
göndərib özbəklər tərəfindən Xorasan sərhədlərinin pozulmayacağına təminat verdi. II Şah Abbas
məmləkətin bütün inzibati vahidlərinə hərbi səfərbərlik barədə fərmanlar göndərmiş və müharibəyə
çox ciddi şəkildə hazırlaşmışdı. Şah Simnana çatdıqda, Kəskər hakimi Əliqulu xan, Astrabad hakimi
Mehrab xan, Ərdəbil mütəvəlisi və hakimi Nəzərəli xan, Loristan hakimi Əliqulu xan güclü hərbi
alayları ilə gəlib əsas ordu ilə birləşdilər. Şahin ordusu h. 1058 (1648)-ci il comadiyoləvvəlin 9-da
Bəstam şəhərinə daxil oldu. II Şah Abbasın Qəndəhar hərbi səfəri Osmanlı sarayında da ciddi
rahatsızlıq yaratmış və Sultan Şahın Bağdada da hücum edəcəyindən şübhələnirdi. Sultan İbrahim
(1640-1648) II Şah Abbasın Osmanlı dövlətinə münasibətini aydınlaşdırmaq üçün 1648-ci ildə Səfvi
sarayına elçi göndərir. Osmanlı elçisi Şahla Bəstamda görüşüb Sultanın məktubunu ona təqdim edir.
Bu məktubda iki dövlət arasında sülh və dostluq əlaqələrini ifadə edən Sultan Şahdan ona bir fil də
göndərməsini xahiş edirdi. II Şah Abbas Osmanlı elçisi ilə danışıqlarda iki dövlət arasında sülh və
dostluq əlaqələrinin qorunub saxlanmasına ciddi riayət etdiklərini ifadə etmiş və həm də bu məqsədlə
Osmanlı elçisi ilə İstanbula Qasım bəyin oğlu Məhəmmədqulu bəyi göndərdi (4, 43). Osmanlı elçisi
ilə diplomatik danışıq əsnasında rahatsızlıq aradan qaldırıldıqdan sonra Şahın göstərişinə əsasən
tüfəngçiağasıbaşı Qələndər Sultan və Abbasqulu xan Məşhədə gedib buradakı hərbi ləvazimatı, topları
şəhərdən çıxarıb hərbi əməliyyata hazırladılar. Məhəmmədqulu bəyə isə 500 tümən pul verilib
tapşırıldı ki, Məşhəd, Herat, Fərah və Bəstamdan qoşun üçün ərzaq və sursat tədarük etsin (3,106;
4,44). Şah Bəstama çatanda, Osmanlı dövlətindən Sultan İbrahimin xoşməramlı səfiri gəlib ölkənin
qərb sərhədlərindən arxayın olmasını Şaha çatdırır. II Şah Abbas Bəstamda qaldığı yeddinci həftədə
Şahqulu bəy ayamalı Maqsud bəyin oğlu Qulu bəyi Şah Cahanın sarayına elçi göndərib, Bəlxi Nəzr
Məhəmməd xana və Qəndəharı da Səfəvilərə qaytarmasını tələb edir. Ancaq Moğol sarayına
göndərilən nümayəndə heyəti bir nəticə əldə edə bilmədi. Şah Cahan Səfəvilərin həyata keçirdiyi hərbi
səfərbərlik və Qəndəhara hücuma hazırlaşdıqlarını 1648-ci ilin oktyabrında Dehlidə eşitmişdi. O,
Qəndəhara tezliklə əlavə qüvvə göndərilməsini əmr edib, özü də Kabilə yola düşdü. Qış
yaxınlaşdığından Hind sərkərdələri ucqar ərazilərə qoşun yeridilməsini istəmirdilər. Onlar hesab
edirdilər ki, havalar pis olduğuna görə II Şah Abbas da Qəndəhara hücum etməyəcəkdir. Elə buna
görə Lahorda qışlamağı qərara aldılar. Ancaq II Şah Abbas hava və yolun pis olmasına baxmayaraq
sürətlə hərəkət edib 1648-ci ilin dekabrında Qəndəhara çatdı. Hərbi əməliyyatlar üçün qışın seçilməsi