Гядим дювр вя орта ясрляр Тарих вя онун проблемляри, №4 010 zabil bayramli



Yüklə 331,55 Kb.
Pdf görüntüsü
səhifə5/8
tarix14.07.2022
ölçüsü331,55 Kb.
#62762
1   2   3   4   5   6   7   8
1zabil bayramli

Гядим дювр вя орта ясрляр 
Тарих вя онун проблемляри, №4 2010 
 
9
Cahanın hüzuruna daxil olub məktubu onun özünə təqdim etməsinə icazə vermədilər. Səfir Moğol 
sarayına II Şah Abbasın sifarişlərini çatdırdıqdan sonra qarovulla geri göndərildi. II Şah Abbasın 
ondan xeyli qabaq Bəstamdan göndərdiyi Məhəmmədqulu bəy adlı elçisini də eynilə qarşılayıb yola 
salmışdılar (5, 174-175; 4, 47). “Abbasnamə”də göstərilir ki, Qəndəhar tutulub şəhərdə nizam-intizam 
yaradıldıqdan sonra II Şah Abbas 13 rəbioləvvəl 1058-ci ildə buradan Herat istiqamətində geri qayıtdı. 
Şah Herata qayıtdıqdan sonra Qəndəhar bəylərbəyi Mehrab xanla Şah Hüseyin sultan Abdal arasında 
narazılıq baş verir. Bəylərbəyidən inciyən Şah Hüseyin sultan Abdal Hindistan padşahının yanına 
qaçıb onu Qəndəharı tutmağa təşviq edir. O, Şah Cahana məlumatında göstərirdi ki, Şah Abbas 
Qəndəharı tərk etdikdən sonra burada o qədər qoşun qalmamışdır və hər kim istəsə, o vilayətə sahib 
ola bilər. Onun yalanları Hind Şahına təsir elədi. Qəndəharı tutmaq ümidi ilə oğlu Ourəngzeybi vəzir 
Sədullah xan və sipahsalar Bahadur xan, Rüstəm xan Dəkəni, Qılıc xan və bir dəstə sərdarı böyük 
qoşunla Qəndəhara göndərdi. Özü də böyük oğlu və vəlihədi Daraşokuhla Kabilə daxil oldu. 
Ourəngzeyb və Sədulla xan Qəndəhara çatıb, şəhəri mühasirəyə aldılar. Qılıc xan Özbəyi, Xəncər xan, 
Qubad xan və (4, 48) Allahqulu xanı Bost qalasını mühasirəyə almağa yola saldılar. II Şah Abbas 
Heratda ikən Mehrab xandan hindlilərin təcavüzü barədə məktub aldı. O, Ərdəbil hakim və 
mütəvəllisi Əli xan, əmiraxurbaşı Nəcəfqulu bəy Zənginəyə fərman verdi ki, əsas qoşun gələnə qədər 
hərəkət edib Qılıc xanın şərindən Bost əhalisini uzaqlaşdırsınlar və hind mühasirəçilərini dağıtsınlar. 
Sipahsalar Murtuzaqulu xan, qullarağası Siyavuş xan (Kuhgiluyə bəylərbəyi), Kirman hakimi və 
qorçubaşı Murtuzaqulu xana fərman verdi ki, sərdarlığı öhdələrinə götürsünlər. Mehrab xanın qardaşı 
Hacı Mənuçöhr xan Şahdan xahiş etdi ki, bir dəstə Şah fədaisi ilə onu ordudan əvvəl həmin bölgəyə 
savaşa göndərsin. Ona icazə verildi və o, 50 nəfər döyüşkən fədai ilə sürətlə savaşmağa yola düşdü. O, 
Zəmindavərə çatdıqda Xəncər xanın qardaşı oğlu Qılıc xan, Qubad xan, Allahqulu xan 3000 nəfərlə 
bu nahiyəni çapıb–talamağa göndərilmişdilər. Xəncər xan və onunla birlikdə olanlar Hacı Mənuçöhrlə 
savaş əvəzinə Zəmindavərə yürüş edib, geri döndükdə Hacı Mənüçöhr xanla savaşmağı qərara alırlar 
(4, 49). Nəcəfqulu bəy Zəngİnə qərara aldı ki, əvvəlcə 1000 süvari ilə Nəzərəli xandan əvvəl hərəkət 
edib Hacı Mənuçöhr xanla birləşib Xəncər xan, Qubad xanla savaşa girib onları məğlub etsinlər. Şah 
bu xəbəri eşidib (4, 49) xoşhal oldu. Bu zaman Qılıc xan çarəsiz qalıb Qəndəhardan geri çəkildi. Şah 
Nəzərəli xana göstəriş verdi ki, əmiraxurbaşı ilə birlikdə təhlükəsiz yerdən hərəkət edib Səfəvi 
əmirlərinə çatsınlar. Səfəvi-Hind qoşunları arasındakı kiçik savaşlarda bir çox Səfəvi əmirləri, o 
cümlədən Azərbaycan bəylərbəyi Pirbudaq xan Qacar, Astra hakimi Sarı xan, ümumiyyətlə, bütün 
Qızılbaş döyüşçüləri çox böyük qəhrəmanlıq göstərdilər. Ourəngzeyb, onun sərdarları, əsgərləri 
Səfəvi sərdarlarının şücaətindən qorxuya düşmüşdülər. Elə buna görə gecə ikən qaçmağa üz 
qoydular. Şahın göstərişi ilə qullarağası Siyavuş bəy onları təqib etdi, ancaq Ourəngzeybi tapa 
bilmədi. H.1058-ci ilin ramazan ayının 7-də Qəndəhar bəylərbəyi Mehrab xan vəfat etdi və onun 
yerinə xassə qulamlarından Otar xan təyin edildi (4, 50; 3, 112).
“Abbasnamə”nin verdiyi məlumata görə hindlilərin Qəndəhara ikinci yürüşü II Şah Abbasın 
Şiraz yaylağından İsfana döndüyü zaman, yəni h.1063(1653)-cü ildə baş verir. Şah Cahan oğlu 
Ourəngzeybi, vəziri Sədulla xanı, bir dəstə əmir, güclü qoşun, çoxlu fil, hərb topları ilə Qəndəharı 
tutmağa göndərdi. Qəndəhar bəylərbəyi Otar xan hindlilərin yürüşü barədə xəbəri II Şah Abbasa 
çatdırdı. Şah dərhal ordunun səfərbər edilməsi haqqında fərman verdi. Sipahsalar Əliqulu xan 
başqalarından əvvəl Qəndəhar tərəfə hərəkət etdi. Şah bu zaman İsfahanı tərk edib Abbasabad adlı 
bağa gedir. Hindlilər 71 gün Qəndəharı mühasirədə saxladılar. Səfəvi qoşuni yaxınlaşdıqda geri 
çəkilməkdən savayı çarələri qalmadı. İkinci dəfə də məğlub olub Qəndəhardan qaçdılar. Halbuki hələ 
Səfəvilərin əsas ordusu Abbasabaddan çıxmamışdı (4, 53, 54). 
Moğolların Qəndəhara yeni hücumundan istifadə edən Türküstanın yeni hakimi Əbdüləziz 
xanın göstərişi ilə Buxara özbəkləri Maruçax bölgəsini qarət etmişdilər. II Şah Abbas iki cəbhədə 
müharibənin çətin olacağını nəzərə alaraq Əbdüləziz xanın sarayına elçi göndərib onunla müqavilə 
bağlamağa nail olur. Bu müqaviləyə görə özbəklər də Moğollara qarşı müharibəyə başlamalı idilər. 
Nəticədə II Şah Abbasın uğurlu siyasəti ilə özbəklərin Hind sərhəddini pozması (3, 117, 123) 
Səfəvilərin Moğollarla Qəndəhar üstündəki çəkişmələrdə üstünlüyünü təmin etdi.



Yüklə 331,55 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin