N. M. AĞABƏyli



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə46/104
tarix15.07.2022
ölçüsü1,37 Mb.
#62770
növüMühazirə
1   ...   42   43   44   45   46   47   48   49   ...   104
N. M. A AB yli

 
 Məmulatın bişirilməsi 
Keramik məmulatın bişirilməsi onun istehsalında ən məsul 
mərhələdir.
Keramik məmulatı 200 
0
S temperatura qədər qızdırdıqda, onun 
tərkibində olan fiziki birləşmiş su kənar olur. Temperaturun sonrakı 
artımında 

300

400 
0
S temperaturda məmulatın tərkibində olan üzvi 
qatışıqlar və ya əlavələr oksidləşir və asan uçan maddələr ayrılır. 
400

600 
0
S temperaturda gilli mineralların tərkibində olan kimyəvi 
birləşmiş su kənar olur, qələvi-torpaq metalların karbonatları 
parçalanmağa başlayır, kristallik kvars həcmini artırır, üzvi qatışıqlar 
yanır və digər dəyişikliklər baş verir. 700

800 
0
S temperaturda məmu-
latın tərkibində ola biləcək yanacaq qatışıqları yanıb qurtarır və 
asanəriyən maddələr əriyir. Sobada temperatur 800

900 
0
S-yə qalx-
dıqda gilli mineralların və qələvi-torpaq metalların karbonatları tam 
parçalanır və keramik kütlədə maye faza əmələ gəlməyə başlayır. 
1000 
0
S-dən yuxarı temperaturda maye fazanın miqdarı artır və onda, 
çətinəriyən və odadavamlı oksidlər həll olaraq, yeni kimyəvi 
birləşmələr əmələ gəlir. Maye faza (ərinti) bərk hissəciklər arasındakı 
boşluqları dolduraraq, onları bir-birinə yapışdırır. Nəticədə keramik 
kütlənin saxsılaşması baş verir. 
Keramik material və məmulatları bişirmək üçün dövri və fasi-
ləsiz işləyən sobalardan istifadə edilir. 
Dövri işləyən sobalarda bişiriləcək material oraya doldurulur, 
bişirilir, soyudulur və boşaldılır.Belə sobalara kameralı sobalar aiddir 
və onlarda kameraların sayı bir, iki və daha çox ola bilər.
Fasiləsiz işləyən sobalara həlqəvi və tunel sobalar aiddir. 
Həlqəvi soba uzunsov qapalı halqa formada işçi kanaldan ibarət 
olub, şərti olaraq qurutma, qızdırma, bişirmə və soyutma zonalarına 
bölünmüş olur. Sobanın xarici divarında hər kameranı doldurub-bo-
şaltmaq üçün qapı boşluğu vardır. Istehsal prosesində bişiriləcək 
material yaxud məmulat hərəkətsiz qalır, zonalar isə yerini dəyişir.
Sobanın bir kamerasındakı bişmiş hazır kərpic boşaldılır, qonşu 
kameralar çiy kərpiclə dolu olur, kameralarda qızdırma, bişirmə və 
soyutma işləri gedir. 


62 
62 
Soyuyan kərpicin istisindən çiy kərpicin qurudulması üçün 
istifadə olunur. Bu məqsədlə qızmış hava soyuma zonasından çiy 
kərpic doldurulmuş kameralara verilir. 
Həlqəvi sobalarda əksər hallarda bərk yanacaq işlədilir. Ya-
nacağı sobanın tağtavanında olan borucuqlardan birbaşa kameraya 
töküb yandırırlar. Təbii qaz yatağı olan yerlərdə qaz yanacağını bila-
vasitə, kameranın içərisində yandırırlar. 
Həlqəvi sobalarda bişirmə müddəti 4

5 gün davam edir. 
Tunel sobalar daha geniş yayılmışdır. Bu sobaların uzunluğu 
60

165 m, eni 1,5

3 m, hündürlüyü isə 1,5

2,8 m-dir. Tunelin içərisi 
odadavamlı material ilə hörülmüş olur. 
Sobanın işçi kanalı üç zonadan ibarətdir: qızdırma, bişirmə və 
soyutma. Vaqonetlərə doldurulmuş bişiriləcək keramik məmulat 
əvvəlcə qızdırma zonasına verilir. Burada o, bişirilmə zonasından 
gələn tüstü qazları və soyutma zonasından vurulan isti hava ilə 
qızdırılır. Sonra vaqonetlər relslər üzrə hərəkət edərək bişirmə zo-
nasına daxil olur. Qızdırılmış keramik məmulat bu zonada yandırılan 
yanacağın istiliyi hesabına tam bişirilir. Bişirilmiş məmulat soyutma 
zonasına daxil olaraq, tunelin axırından verilən soyuq havanın 
hesabına soyuyur. 
Kameralı və həlqəvi sobalara nisbətən tunel sobalarda məh-
suldarlıq daha yüksəkdir və belə sobalarda bişirmə rejiminə düzgün 
əməl etmək və əmək şəraitini yaxşılaşdırmaq mümkün olur. Tunel 
sobalarda keramik material və məmulatın bişirilmə müddəti 40

80 
saat davam edir.

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin