Amea fəLSƏFƏ VƏ Sİyasi-HÜququ təDQİqatlar institutu k. C. AĞayeva etika və gender: sosial-əxlaqi davranişIN


Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə124/149
tarix19.07.2022
ölçüsü1,13 Mb.
#62817
1   ...   120   121   122   123   124   125   126   127   ...   149
Etika və gender

Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
152
və qadınların bir hissəsinin də bunu qəbul etməsini cəmiy-
yətdə mənəvi inkişafa zərbə kimi qiymətləndirmək olar.
E.Süleymanovanın rəhbərliyi altında iş yerlərində, cə-
miyyətdə və ailədə qadının zorakılığa və ədalətsizliyə məruz 
qaldığını aşkarlamaq üçün 1500 ailədə sorğu keçirilmişdir. 
Sorğuda iştirak edən qadınların yarısından çoxu evdə fiziki 
təzyiq, kobud rəftar, təhqir, şəxsiyyətlərinin, ləyaqətlərinin 
alçaldılması ilə üzləşdiyini söyləmişlər. E.Süleymanova 
bu sahədə qadına qarşı fiziki, psixoloji, seksual zorakılığı 
aradan qaldırmaq üçün bir çox ölkələrdə olduğu kimi res-
publikamızda da ailədə və cəmiyyətdə qadın hüquqlarını 
müdafiə edən gender bərabərliyinə yönəlmiş qətnamə və 
qanunlar qəbul olunmasını təklif etmişdir.
E.Süleymanova əksər hallarda ailələrdə qadınların 
maddi, mənəvi, psixoloji baxımdan zorakılığa məruz qal-
dığını, bununla yanaşı, bəzi ailələrdə kişilərin də belə təz-
yiqlərə məruz qaldıqlarını qeyd edir, belə hallarda qadın-
ların ədalətli və təmkinli olmalarını tövsiyə edir (33: 103-
104). Cəmiyyətdə qadınlara qarşı yüzlərlə cinayət törədilir: 
zorlama, sui-qəsd cəhdi, cana qəsd, qəsdən öldürmə, sağ-
lamlığa ağır zərbə vurma və s. hallar qeydə alınmışdır. 
Çox təəssüf ki, yoxsulluq ucbatından miqrantlıq həyatı-
na məhkum olan bəzi Azərbaycan qadınları xarici ölkələrdə 
fahişəliyə, narkotik maddələr yaydığına görə həbs olunmuş, 
bəziləri yoluxucu xəstəliklər yaydıqlarına görə xəstəxana-
lara göndərilmişdir. Cəmiyyətin mənəvi inkişafına əngəl 
törədən problemlərdən biri fahişəlik, əxlaqsızlıqdır. Fa-
hişəlik qanunla təqib edilməsə də, bardellər saxlamaq, qız 
və qadınları müəyyən vasitələrlə ələ alıb, cinsi istismarın 
təşkilində iştirak etmək cinayət hesab olunur və AR CM-



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin