Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
148
şəkildə gizlədildiyini belə qeyd edir:
* FBİ-nin məlumatına görə 1990-cı ildə Amerikada -
102.555 qadın zorlama qurbanı olub;
* təxminən 50% qadın və uşaq öz evlərində zorakılığa
məruz qaldıqlarına görə küçədə qalmağa məcbur olub;
* dövlətdən humanitar yardım alan qadınların 2/3-si öz
yaxın partnyorları tərəfindən zorlanmışdır (379).
Vyana Bəyannaməsi və Proqram Aksiyası qadına qarşı
zorakılığı insanlığa qarşı yönəldilmiş zorakılıq adlandır-
mışdır.
O cümlədən, Pekin fəaliyyət Platforması qadınla-
ra qarşı zorakılığı bərabərlik, inkişaf və sülh məqsədlərinə
nail olma yolunda məneələrdən biri hesab edir.
Əksəriyətinin əhalinin ən incə, həssas, kövrək hissəsini
təşkil edən qadınlara qarşı törədilən zorakılıq əslində, qadın
və kişilər arasında tarixən yaranmış ədalətsiz münasibətin
təzahürüdür. Qadın
şəxsiyyətinə mənəvi, fiziki, seksual,
fərdi və cəmiyyət tərəfindən edilən hər cür zorakılıq forma-
ları qeyri-bəşəri, vəhşi hərəkətlər kimi pislənmişdir.
XX əsrin sonu XXI əsrin
əvvəllərində dünyada baş
verən təlatümlü hadisələr insanların
psixi vəziyyətinə,
əsəblərinə, iradələrinə mənfi
təsir göstərərək onlarda dö-
zümsüzlüyün, nevrozun yaranmasına səbəb olur ki, bu da
nəticədə sakitlikdən əsəbi şəraitə, mülayimlikdən aqressiv
davranışlara gətirib çıxarır.
Ümumiyyətlə, elmi ədəbiyyatda qadınlara qarşı zora-
kılıq aşağıdakı kimi qruplaşdırılır: fiziki zorakılıq, iqtisadi
zorakılıq, seksual zorakılıq, psixoloji zorakılıq və cinsi zo-
rakılıq.
BMT-nin 1993-cü ildə qəbul etdiyi “Qadınlara qarşı
hər cür zorakılığın aradan qaldırılması”na dair Bəyannamə-