Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇ 149 də (CEDAW), “qadınlara qarşı zorakılıq” anlayışını cinsi
əlamət əsasında törədilib, qadınlara fiziki, psixoloji, cinsi
zərər yetirən və əzab verən istənilən zorakılıq aktı, eləcə də
belə hərəkətlərin ediləcəyi ilə hədə-qorxu gəlmə, istər icti-
mai, istər şəxsi həyatda azadlıqdan özbaşına məhrumetmə,
yaxud hər hansı bir işə məcburetməni əhatə edən əməllər
kimi müəyyən edilmişdir.
Bəziləri dünyanın bütün ölkələrində qadın zorakılığının
yeni doğulmuş qız uşaqlarının öldürülməsindən tutmuş ailə-
də zorakılığa və yaşlı qadınlara münasibətdə qəddar davra-
nış hallarına qədər müxtəlif formaları olduğunu iddia edirlər.
Müasir dövrdə bütün zorakılıq növləri cəmiyyətdə və
ailədə baş verməkdədir. Zorakılıq əməlləri bütün yaş qru-
puna aid edilən qadınlara qarşı münasibətdə təzahür edir.
Qadınlara qarşı uzun illər mövcud olan və heç vaxt kəskin
tənqid edilməyən zorakılığın cəzasız qalması və kişilərin
aqressivliyi, qadınların laqeyd və passivliyi, bəşər cəmiy-
yətində “təbii hal” kimi qəbul edilməsi ilə nəticələnmiş-
di. Bütün bunlar isə qadın zorakılığının dərinləşməsinə və
genişlənməsinə səbəb olmuşdur. Rus tədqiqatçısı T.Sido-
renko “ailə zorakılığı” anlayışının müasir anlamda tərifini
belə vermişdir: ailə zorakılığı hüquqi kontekstdə bir şəxsin
onunla əlaqədə olan digər şəxslə münasibətdə anormal və
qəddar davranışı deməkdir (169: 13).
Betti A.Reardon zorakılığı digərlərinin hüquqlarına,
yaxud da ehtiyaclarına məhəl qoymadan ayrı-ayrı şəxslər,
yaxud fərdlər tərəfindən cəhd edilmiş məqsəd və məramlar
fonunda vurulan niyyətli və qaçılası mümkün olan bir zərər
kimi səciyyələndirir. Burada zorakılıq geniş mənada götü-
rülür və qadın zorakılığı onun tərkib hissəsi kimi göstərilir.