Amea fəLSƏFƏ VƏ Sİyasi-HÜququ təDQİqatlar institutu k. C. AĞayeva etika və gender: sosial-əxlaqi davranişIN


Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə65/149
tarix19.07.2022
ölçüsü1,13 Mb.
#62817
1   ...   61   62   63   64   65   66   67   68   ...   149
Etika və gender

Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
76
hal budur ki, Cozef E. Stiqlitzin qeyd etdiyi kimi, qlobal-
laşmanın həyata keçirilməsinə görə məsuliyyət daşımalı 
olan şəxslər çox zaman məsələnin əks tərəfini onun mədəni 
irs və dəyərlər qarşısında yaratdığı təhlükə haqqında heç 
də tam olmayan bir fikir təlqin edirlər (47: 284). Əlbəttə 
əxlaqi dəyərlərin tamamilə qloballaşma təhlükəsinə məruz 
qaldığını söyləmək düz olmazdı. Görkəmli ingilis alimi 
K.Popper özünün “Açıq cəmiyyət və onun düşmənləri” adlı 
əsərində göstərir ki, əxlaqi qərarlar çox vaxt iradi yollarla 
həll olunur (279). O bu mənada D.Skottun “iradə ağıldan 
üstündür” tezisinə istinad edir. Mütəfəkkirlərin çoxu isə 
insan həyatının gələcək taleyinin etik məsuliyyətdən asılı 
olduğunu qeyd edirlər. Məsələn, Eynşteyn vaxtilə xatırlat-
mağı vacib bilirdi ki, dünyanın (gələcək nəsilləri) taleyini 
elm və texnikanın səviyyəsi deyil, insanların mənəvi aləmi, 
əxlaqı müəyyən edəcəkdir. 
Qloballaşma müasir dünyada, bir çox hallarda elmi-tex-
niki yeniliklərin təkcə “bərabər şəkildə bölüşdürülməsinə” 
deyil, qeyri-bərabər təmərküzləşmələrə gətirib çıxarır. Güc-
lü ölkələrin zəif inkişaf etmiş ölkələrdən yalnız xammal 
mənbəyi kimi istifadə etməsi faktı da nadir hadisələrdən de-
yildir. Bu, məsələnin bəlkə də yalnız qabarıq görünən tərə-
fidir. Ən mühüm məsələ isə, yəqin ki, qloballaşmanın insan 
mənəviyyatında qoyduğu iz, açdığı “cığırdır”. Dünyada 
baş verən qlobal proseslər nəticəsində sanki bütün xalqlar 
və millətlər, habelə onların əxlaqi dəyərləri vahid müstəvi 
üzərində eyni “simmetriya əsasında” düzənlənir. Bu “ey-
nilik” heç də bütün hallarda müsbət cəhətlərlə nəticələnə 
bilməz. İnsan fərdiyyətinin, milli xüsusiyyətlərin aradan 
götürülməsi və ya “eyniləşdirilməsi” bəşəriyyətə yaxşı heç 



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin