Amea fəLSƏFƏ VƏ Sİyasi-HÜququ təDQİqatlar institutu k. C. AĞayeva etika və gender: sosial-əxlaqi davranişIN


Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə61/149
tarix19.07.2022
ölçüsü1,13 Mb.
#62817
1   ...   57   58   59   60   61   62   63   64   ...   149
Etika və gender

Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
70
II FƏSİL
SOSİAL-ƏXLAQİ DAVRANIŞIN
ÖYRƏNİLMƏSİNİN TƏTBİQİ ASPEKTLƏRİ
2.1. Etika, gender və qloballaşma
Etika akademik bir elm və fəaliyyət sahəsi kimi daim 
cəmiyyətin mənəvi həyatını öyrənməklə məşğul olmuşdur. 
Bu cəhətdən etik davranışların təhlili istər-istəməz özlüyün-
də maraq doğurmalıdır. Etika deyərkən ilk baxışda cəmiy-
yətdəki əxlaqi münasibətlərin məcmusu nəzərdə tutulur. Eti-
kanın müasir tədqiqat prizmasında öyrənilməsinə bir qədər 
sonra diqqət yetirələcəyi üçün, tədqiqatın bu hissəsində etika 
ilə bağlı bir sıra ümumi müddəalara toxunmaq yerinə düşər.
Cəmiyyətin müasir inkişaf mərhələsində əxlaqi müna-
sibətlərin yeni prinsip və nüanslarla cilalanması müşahidə 
olunmaqdadır. Bu gün xalqlar və ölkələr arasındakı əlaqələ-
rin geniş vüsət alması, informasiya mübadiləsinin artması, 
İnternetin həyatımıza nüfuz etməsi, elmi-texniki tərəqqinin 
son nailiyyətləri insanların həyat və məişətinə öz təsirini 
göstərməkdədir. Təbii ki, bu təsir mənəvi həyatdan da yan 
keçmir. Necə deyərlər, yeni dövr özü ilə yeni əxlaqi təsəv-
vürlər gətirir. 
Məlumdur ki, etika əxlaq, mənəviyyat, geniş mənada 
isə adətlər haqqında elmdir. Zaman keçdikcə etikanın pred-
meti dəyişir. Bu o deməkdir ki, etikanın özü də müəyyən 
dəyişikliklərə məruz qalır. 


Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
71
Hər dövr özünəməxsus davranış normaları ilə səciy-
yələnir. Cəmiyyətdənkənar etik mülahizələrin mövcudlu-
ğu barədə düşünmək absurddur. Elə buna görə də əksər 
etik-fəlsəfə tədqiqatçıları əxlaq və mədəniyyət (habelə si-
vilizasiya) sistemlərinin eyni kökə malik olduqlarını vur-
ğulayırlar. Görünür, məhz elə bu nöqteyi-nəzərdən çıxış 
edərək M.Veber faktlar və dəyərlər arasında, başqa sözlə, 
olanlarla ola biləcəklər arasında əsaslı fərqlərin mövcudlu-
ğunu israr edir. Bir az da dəqiq ifadə etməyə çalışsaq, etika 
olanları (1-ci halda) tədqiq edərkən elm kimi, ola biləcək-
ləri (2-ci halda) tədqiq edərkən qeyri-elm kimi çıxış edir. 
M.Veber onu da qeyd edir ki, dəyərlərə münasibətdə biz 
konkret siyasi və mənəvi pozisiya nöqteyi-nəzərindən çıxış 
edə bilmərik və ya çıxış etməməliyik. Həmin baxışa (eləcə 
də digər mülahizələrə) diqqət yetirən Azərbaycan filosofu 
İ.Məmmədzadə özünün “Etikaya giriş” əsərində göstərir ki, 
etika elm kimi iki əsas ümumi hissədən ibarətdir: əxlaq fəl-
səfəsi və etika. Əxlaq fəlsəfəsi əxlaqın əsas suallarına cavab 
verməyə çalışır, etika isə olan və olabiləcəyin bütün proble-
matikasını öyrənməyə çalışır. Əlbəttə bu cür bölgünün özü 
də şərtidir, lakin həmin bölgü indiki halda Azərbaycanda və 
bütün dünyada baş verən mənəvi proseslərin mahiyyətini 
dərk etməkdən ötrü əhəmiyyətlidir (213: 21).
İctimai-siyasi-iqtisadi həyatın elə bir hissəsi yoxdur 
ki, etik “qanunlardan” yan keçsin. Özündə davranış nor-
malarını ehtiva edən bir elm kimi xarakterizə olunan eti-
ka, bu gün yeni keyfiyyətlərlə zənginləşməkdədir. İ.Məm-
mədzadənin qeyd etdiyi kimi, bu gün təkcə postsovet 
ölkələri (o cümlədən bizim ölkəmiz) deyil, habelə bütün 
dünya özünün keçid mərhələsini yaşayır (213: 147). Müa-



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin