Amea fəLSƏFƏ VƏ Sİyasi-HÜququ təDQİqatlar institutu k. C. AĞayeva etika və gender: sosial-əxlaqi davranişIN


Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə64/149
tarix19.07.2022
ölçüsü1,13 Mb.
#62817
1   ...   60   61   62   63   64   65   66   67   ...   149
Etika və gender

Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
74
Demokratik prinsiplərə əməl olunması etik-gender 
müs təvisində də öz dolğun əksini tapır. Sosioloq B.A.Reor-
donun yazdığı kimi, “kişi və qadının maraqlarına bərabər 
şəkildə xüdmət etməyən strategiyalar sözün əsl mənasında 
demokratik deyildir. Vətəndaşlar, habelə strategiyaları iş-
ləyib hazırlayanlar gender təhlilinə dair irəli sürülən bütün 
strateji təklifləri necə təqdim etməyi və gender ədalətini hər 
hansı bir strategiyasının ədalətliliyinin qiymətləndirilməsi 
üçün əsas meyarlardan biri kimi daxil etməyi öyrənməlidir-
lər” (40: 52).
“Kişi və qadın strategiyalarının” mahiyyəti isə XX-
XXI əsrlərdə artıq yeni keyfiyyətlər əldə etməkdədir. İstər-
istəməz son yüzilliyin qarşısıalınmaz prosesləri, xüsusən 
qloballaşma həyatın bütün sahələrinə nüfuz etməkdə, bir 
çox əxlaqi “sədləri vurub dağıtmaqda”, öz şərtlərini diktə 
etməkdədir. 
Qloballaşma özünün bütün ziddiyyət və ağrıları ilə in-
sanların həyatına daxil olmaqdadır. Dünyada gedən müasir 
inteqrasiyalar bir tərəfdən insanların həyat şəraitini yüksəl-
dirsə, digər tərəfdən problemlərin sayını artırır. 
Lokal və irimiqyaslı müharibələrdə, münaqişə ocaq-
larında ən çox təhlükəyə məruz qalan, əzilən, məhv olan 
əsasən qadın və uşaqlardır. İndi XXI əsrin ilk illərində orta 
əsrlərdə olduğu kimi güclü dövlətlərin zəif və kiçik döv-
lətlərin üzərinə hücum etməsi adi, gündəlik məsələlərdən 
birinə çevrilmişdir. Zorun hökmranlığı yenə də gündəmdə 
qalmaqdadır. Qloballaşma prosesində bir növ tarixi-ənənə-
vi qaydada təsəvvür edilən sərhədlər “dəyişir”, elmi və in-
formativ mübadilənin radiusu genişlənir, dünyanın müxtə-
lif qitə və qütblərində yaşayan insanlar bir-biri ilə asanlıqla, 


Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
75
az qala heç bir məneə olmadan əlaqə qura bilərlər. Lakin 
müasir urbanizasiya və qloballaşma heç də asanlıqla həyata 
keçirilmir. Əxlaqi və adət-ənənələrin formalaşması bir neçə 
ilin məhsulu kimi qiymətləndirilə bilməz. İnsan adətləri əs-
rlər, minilliklər boyu bərqərar olur. Müasir dövrün ən sə-
ciyyəvi cəhətlərindən biri odur ki, insani münasibətlərin da-
irəsi hədsiz dərəcədə genişlənmişdir. Dar standartlığı yeni, 
ahəngdar, geniş münasibətlər əvəz etməkdədir. 
Kompüterləşmə, kommunikasiya vasitələri, İnternet, 
radio və televiziya, nümayiş etdirilən filmlər, çap olunan 
kitab və jurnallar müxtəlif ölkələr arasında mənəvi körpülər 
qurmuşdur. Mövcud əlaqələr insanların əxlaq və dünyagö-
rüşünə birbaşa təsir göstərir. Görkəmli sosioloqlardan biri-
nin qeyd etdiyi kimi, “qloballaşma o deməkdir ki, müəyyən 
bir yerdə deyilənlər tezliklə bütün dünyaya məlum olur, bir 
ölkədə yeridilən siyasət digərində böyük nəticələrə gətirib 
çıxara bilər (47: 293). Əlbəttə qloballaşma haqqında danı-
şanda, xatırlatmaq lazımdır ki, müasir iqtisadi rəqabət, si-
yasi qərarların qəbulu, bir sözlə, çoxsaylı konfliktlərin həlli 
bir çox hallarda qlobal əxlaqdan və yaxud başqa sözlə, qlo-
bal etikadan asılıdır. Qlobal etikaya cəhd artıq fəlsəfi-etik 
təlimin başlıca cəhətlərindən biri olmuşdur. Fəlsəfə və etika 
daim zəkaya ünvanlanmışdır; məhz buna görə də onlar hə-
mişə universal səciyyə daşımışdır. Həmin keyfiyyətlərinə 
görə qloballaşmanın özü universal zəkaya cəhdin nəticəsi 
kimi dəyərləndirilməlidir (213: 140).
Qloballaşmanın həyatın bütün sahələrinə nüfuzu kəs-
kin müzakirə, mübahisə və tənqidlərlə qarşılanır. Əslində, 
qloballaşma heç də bütün hallarda insanlara, geniş mənada 
cəmiyyətə təkcə xoşbəxtlik gətirmir. Və təəssüf doğuran 



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin