Amea fəLSƏFƏ VƏ Sİyasi-HÜququ təDQİqatlar institutu k. C. AĞayeva etika və gender: sosial-əxlaqi davranişIN


Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə60/149
tarix19.07.2022
ölçüsü1,13 Mb.
#62817
1   ...   56   57   58   59   60   61   62   63   ...   149
Etika və gender

Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
68
kişi münasibətləri özünün parlaq estetik inikası ilə diqqəti 
cəlb edir. 
Bu gün qəzet və jurnal səhifələrində, televiziya ekran-
larında və efirdə qadın problemini əks etdirən onlarla rub-
lika və proqramlar mövcuddur. Doğrudur, onlar bizi nə qə-
dər qane edir məsələsi də önəmlidir, o da başqa bir tədqiqat 
mövzusudur. 
Yeri gəlmişkən qeyd edək ki, sosiomədəni davranışla-
rın tənzimlənməsində dil faktorunun rolu xüsusilə böyük-
dür. Həmin amilə gender nöqteyi-nəzərdən yanaşarkən belə 
bir qənaətə gəlirik ki, cəmiyyətdə bir növ ayrı-ayrılıqda 
mövcud olan “kişi dili” və “qadın dili” vardır. Bu həm dildə 
işlədilən ibarə, söz fərqlərində, həm də qadın və kişilərin 
dil üslubuna, onların “sözlüyünə” daxil olan leksik vahiddə 
özünü büruzə verir. İstər söz, istərsə də jest və mimika ilə 
ifadə edilməsindən asılı olmayaraq, dil qadının və kişinin 
cəmiyyət həyatında iz qoymasında mühüm rol oynayır. Bir 
sözlə dil, davranışa mütəmadi təsir göstərir. 
Norma və davranışların etik-gender nöqteyi-nəzərin-
dən təhlili və qeyd edilən problemin bədii-estetik mahiy-
yətinin araşdırılması bir daha sübut edir ki, mədəniyyətin 
gender nüanslarının, “gender kodunun” öyrənilməsi hələ 
tam başa çatmamışdır. Filosof Əli Abasovun yazdığı kimi, 
bu gün genderin nə tədqiqat metodologiyası, nə mövzuya 
yanaşmanın qəbul olunan prinsip və metodları, nə də konk-
ret materialı vardır. Qadın mövzusu ənənəvi olaraq müxtə-
lif humanitar tədqiqatlarda və bədii ədəbiyyatda böyük yer 
tutsa da, bu cür baxış bucağı hər hansı müəyyən çıxarış və 
fikirlər üçün yetərli deyildir. Bu təkcə gender probleminin 
ayrılıqda götürülmüş qadın və kişi mövzusu ilə bitməsinin 


Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
69
nəticəsi deyil. O həm də cəmiyyətdə cins probleminə öz 
gender baxış bucağı olmayan dünyagörüşünün bəzi çatış-
mazlıqları ilə də bağlıdır. Məhz bunun nəticəsidir ki, prob-
lemin təhlilində bir çox mühüm anlar, müddəalar yaddan 
çıxır. 
Bu gün Azərbaycanda gender durumunun bir qədər 
mürəkkəbləşdiyi qeyd olunmaqla yanaşı, qadın-kişi mü-
nasibətlərinin harmonik inkişafı üçün əlverişli mühitin 
yarandığını da xatırlatmaq vacibdir. Əgər birinci hal - 
mürəkkəblik əsasən demoqrafik böhranla əlaqədardırsa, 
ikinci hal - əlverişli mühit, əsasən hüquqi bazanın möv-
cudluğu ilə bağlıdır. Deyilənlərlə yanaşı Azərbaycanın 
bütün mədəniyyətlər üçün daim açıq olduğunu, tolerant-
lıq, dözümlülük nümayiş etdirdiyini də xüsusilə vurğula-
maq lazımdır. Qeyd olunan faktlara istinadən düşünmək 
olar ki, yaxın gələcəkdə qadın problemi ilə bağlı bir çox 
ümdə məsələlər ölkənin iqtisadi-mənəvi problemləri kon-
tekstində uğurla həll oluna bilər. 
Ümumiyyətlə, sosial-mənəvi davranışların etik-gender 
tədqiqatları baxımından araşdırılmasının metodoloji prob-
lemlərinə yeni rakursdan nəzər salarkən aydın olur ki, cə-
miyyətin sosiomədəni həyatında kişi və qadın davranışları 
arasında mövcud olan fərqlərin mahiyyətini əsasən “zahi-
ri” - cinsi əlamətlər deyil, ictimai-sosial xüsusiyyətlər təş-
kil edir. Məhz buna görə cəmiyyətin müxtəlif sferalarında 
hələ də patriarxal mədəniyyət kultunun üstünlük təşkil et-
diyi nəzərə çarpır. Cəmiyyət həyatında mövcud olan bütün 
mütərəqqi və mürtəce dəyərlərin mahiyyəti öz rəngarəngliyi 
ilə gender münasibətlərində də adekvat şəkildə əks olunur. 



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin