Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
69
nəticəsi deyil. O həm də cəmiyyətdə
cins probleminə öz
gender baxış bucağı olmayan dünyagörüşünün bəzi çatış-
mazlıqları ilə də bağlıdır. Məhz bunun nəticəsidir ki, prob-
lemin təhlilində bir çox mühüm anlar, müddəalar yaddan
çıxır.
Bu gün Azərbaycanda
gender durumunun bir qədər
mürəkkəbləşdiyi qeyd olunmaqla yanaşı, qadın-kişi mü-
nasibətlərinin harmonik inkişafı
üçün əlverişli mühitin
yarandığını da xatırlatmaq vacibdir.
Əgər birinci hal -
mürəkkəblik əsasən demoqrafik böhranla əlaqədardırsa,
ikinci hal - əlverişli mühit, əsasən hüquqi bazanın möv-
cudluğu ilə bağlıdır. Deyilənlərlə yanaşı Azərbaycanın
bütün mədəniyyətlər üçün daim açıq olduğunu, tolerant-
lıq, dözümlülük nümayiş etdirdiyini də xüsusilə vurğula-
maq lazımdır. Qeyd olunan faktlara istinadən düşünmək
olar ki, yaxın gələcəkdə qadın problemi ilə bağlı bir çox
ümdə məsələlər ölkənin iqtisadi-mənəvi problemləri kon-
tekstində uğurla həll oluna bilər.
Ümumiyyətlə, sosial-mənəvi davranışların etik-gender
tədqiqatları baxımından araşdırılmasının metodoloji prob-
lemlərinə yeni rakursdan nəzər salarkən aydın olur ki, cə-
miyyətin sosiomədəni həyatında kişi və qadın davranışları
arasında mövcud olan fərqlərin mahiyyətini əsasən “zahi-
ri” - cinsi əlamətlər deyil, ictimai-sosial xüsusiyyətlər təş-
kil edir. Məhz buna görə cəmiyyətin müxtəlif sferalarında
hələ də patriarxal mədəniyyət kultunun üstünlük təşkil et-
diyi nəzərə çarpır. Cəmiyyət həyatında mövcud olan bütün
mütərəqqi və mürtəce dəyərlərin mahiyyəti öz rəngarəngliyi
ilə gender münasibətlərində də adekvat şəkildə əks olunur.