Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
71
Hər dövr özünəməxsus davranış normaları ilə səciy-
yələnir. Cəmiyyətdənkənar
etik mülahizələrin mövcudlu-
ğu barədə düşünmək absurddur. Elə buna görə də əksər
etik-fəlsəfə tədqiqatçıları əxlaq və mədəniyyət (habelə si-
vilizasiya) sistemlərinin eyni kökə malik olduqlarını vur-
ğulayırlar. Görünür, məhz elə bu nöqteyi-nəzərdən çıxış
edərək M.Veber faktlar və dəyərlər arasında, başqa sözlə,
olanlarla ola biləcəklər arasında əsaslı fərqlərin mövcudlu-
ğunu israr edir. Bir az da dəqiq ifadə etməyə çalışsaq, etika
olanları (1-ci halda) tədqiq edərkən elm kimi, ola biləcək-
ləri (2-ci halda) tədqiq edərkən qeyri-elm kimi çıxış edir.
M.Veber
onu da qeyd edir ki, dəyərlərə münasibətdə biz
konkret siyasi və mənəvi pozisiya nöqteyi-nəzərindən çıxış
edə bilmərik və ya çıxış etməməliyik. Həmin baxışa (eləcə
də digər mülahizələrə) diqqət yetirən Azərbaycan filosofu
İ.Məmmədzadə özünün “Etikaya giriş” əsərində göstərir ki,
etika elm kimi iki əsas ümumi hissədən ibarətdir: əxlaq fəl-
səfəsi və etika. Əxlaq fəlsəfəsi əxlaqın əsas suallarına cavab
verməyə çalışır, etika isə olan və olabiləcəyin bütün proble-
matikasını öyrənməyə çalışır. Əlbəttə bu cür bölgünün özü
də şərtidir, lakin həmin bölgü indiki halda Azərbaycanda və
bütün dünyada baş verən mənəvi
proseslərin mahiyyətini
dərk etməkdən ötrü əhəmiyyətlidir (213: 21).
İctimai-siyasi-iqtisadi həyatın elə bir hissəsi yoxdur
ki, etik “qanunlardan” yan keçsin. Özündə davranış nor-
malarını ehtiva edən bir elm kimi xarakterizə olunan eti-
ka, bu gün yeni keyfiyyətlərlə zənginləşməkdədir. İ.Məm-
mədzadənin
qeyd etdiyi kimi, bu gün təkcə postsovet
ölkələri (o cümlədən bizim ölkəmiz) deyil, habelə bütün
dünya özünün keçid mərhələsini yaşayır (213: 147). Müa-