Amea fəLSƏFƏ VƏ Sİyasi-HÜququ təDQİqatlar institutu k. C. AĞayeva etika və gender: sosial-əxlaqi davranişIN


Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə58/149
tarix19.07.2022
ölçüsü1,13 Mb.
#62817
1   ...   54   55   56   57   58   59   60   61   ...   149
Etika və gender

Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
66
göz qapanarsa nə ayı görər, nə də günəşi! Hökmdar nə əmr 
edərsə, yerinə yetirməyə hazırıq! Canımızı belə istəsə verə-
rik. Yalnız öz adətlərimizdən əl çəkmərik!” (138: 171).
Gördüyümüz kimi, Nizaminin qadın qəhrəmanları öz 
davranış və rəftarları ilə seçilir, kişilərlə çiyin-çiyinə vuru-
şur, öz azadlıqlarını əldən verməməyə çalışırlar. Biz burada 
istər-istəməz Nizamidən bir neçə əsr əvvəl yaşamış qədim 
yunan şairi Esxilin Qafqaz qadınları ilə bağlı söylədiyi fi-
kirləri xatırlayırıq: “Midiyada və Qafqazda yaşayan qadın-
lar qorxmazdırlar” (84: 7).
Qadınların cəmiyyətdə rolu Azərbaycan ictimai fikrin-
də daim diqqət mərkəzində olmuşdur. Nizami Gəncəvi ilə 
eyni dövrdə yaşamış Xəqani və Məshətinin əsərlərində qa-
dın-kişi münasibətlərinə geniş yer verilmişdir. Sonrakı döv-
rün böyük mütəfəkkiri Nəsrəddin Tusi özünün bir çox el-
mi-fəlsəfi tədqiqatlarında kişi və qadının ictimai həyatda və 
ailədəki vəziyyətinə toxunmuş, onların bərabər, “mütləq”, 
ortaq statusa malik olduqlarını israr etmişdir. Azərbaycan 
ədəbiyyatının korifeyləri Nəsimi, Xətai, Füzuli, Vaqif və 
başqalarının qiymətli poetik nümunələrində də qadın prob-
leminə toxunulmuş, qadına yalnız əyləncə, həzz mənbəyi 
kimi yanaşanlar kəskin tənqid hədəfinə çevrilmişlər. 
Qadınların hüquq bərabərliyi, qadın və kişi münasibət-
lərindəki qarşılıqlı münasibətlər Azərbaycanın görkəmli 
maarifçi və demokratlarının əsərlərində geniş təhlil obyekti 
olmuşdur. A.A. Bakıxanov, M.F.Axundov. N.N.Nərima-
nov, S.M.Əfəndiyev, F.B.Köçərli, M.Şahtaxtinski, Ə.Top-
çubaşov, Ə.B.Ağayev, M.Ə.Rəsulzadə, Ü.Hacıbəyov və 
başqaları qadınların cəmiyyətin inkişafındakı rolu barədə 
qiymətli fikirlər söyləmiş, onların problemlərinin həlli yol-
larını göstərmişlər. 



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin