Amea fəLSƏFƏ VƏ Sİyasi-HÜququ təDQİqatlar institutu k. C. AĞayeva etika və gender: sosial-əxlaqi davranişIN


Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə54/149
tarix19.07.2022
ölçüsü1,13 Mb.
#62817
1   ...   50   51   52   53   54   55   56   57   ...   149
Etika və gender

Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
62
və arvadın ayrılıqda əmlaka sahib olmaları (arvadın öz əm-
lakını kişinin himayəsinə verməsi yox) əslində islam şəriə-
tində çoxdan öz yerini almış, adı bir qaydanın təkrarından 
başqa bir şey deyildir. Doğrudur, qadın genderindən olan-
lara nisbətən kişi genderindən olan uşaqlara varislik mira-
sının daha çox hissəsi düşür, lakin o da doğrudur ki, yalnız 
kişilər öz ailəsini tam tərkibdə saxlamağa borcludur. Əgər 
müsəlman qadın öz südəmər körpəsini əmizdirmək istəmir-
sə, o, kişisini dayə tutmağa da sövq edə bilər. Uşaqların tər-
biyələndirilməsində son söz ona məxsusdur. 
Müsəlman qadın boşanmaq haqqında məsələ qaldırmaq 
hüququna malikdir. Prinsip etibarilə o istənilən adi peşələr-
dən biri ilə məşğul olmaq hüququndan məhrum deyildir. 
...Bir çox digər məsələlər də vardır ki, onların islama 
uyğun olaraq qadın hüquqları ilə bağlı müzakirə etmək 
mümkündür, lakin mən belə hesab edirəm ki, “qadın azad-
lığı uğrunda” geniş miqyaslı hücuma başlamazdan qabaq 
potensial tənqidçilər heç olmazsa yuxarıda gətirilən faktları 
dərk etsinlər!” (74: 90).
Gətirilən misal göstərir ki, qadınlarla və icmalarla işi 
təşkil etdikdə dini normaların ümumən inkar edilməsi prin-
siplərini rəhbər tutmağa heç bir əsas yoxdur. Daha asanı 
odur ki, təlim dinin həqiqi əsasları üzərində qurulsun və on-
dan insanların əsrlər boyu öz maraqları, o cümlədən gender 
maraqları üçün istifadə etmələri nəticəsində yığılıb qalmış 
lazımsız laylar təmizlənsin. Beləliklə, bütün ayintilər və 
yanlış yanaşmalardan, səhv baxış və adətlərdən azad ola-
raq, tam başqa şəraitdə qadınların tamamilə yeni vəziyyəti 
ilə rastlaşırıq. 
Müasirlərimizin bir çoxunun nəzərində bütün dini tə-
limlər qadınların hüquqlarını məhdudlaşdırır, onları kişilə-



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin