Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇ 61 mından mövqeyi məsələsinə də aid etmək olar. Bu sahədəki
mülahizələr əksərən həqiqi islam pozuntuları üzərində deyil,
müsəlman əhalisinin üstünlük təşkil etdiyi bir çox ölkələrdə
formalaşmış həyat təcrübəsindən irəli gəlir ki, bunun da çox
vaxt həqiqi islamla və şəriətlə heç bir əlaqəsi olmur (68: 89).
Dinin bir çox ölkələrdə mədəniyyət kvintessensiya-
sı rolunda çıxış etməsini nəzərə alaraq xatırlatmağı vacib
bilirik ki, bir çox sahələrlə yanaşı gender problemləri də
islam təlimindən çıxış edilərək xristianlığa qarşı qoyulur.
Bu məsələ ilə bağlı alman müəllifi M.V.Hoffmanın “Alman
müsəlmanın gündəliyindən” kitabında qeyd edilən fikirlər
diqqəti cəlb edir: “Adətən müsəlmanların bir çoxu hesab
edir ki, islamda qadınların məscidə getməsinə və həccdə iş-
tirak etməsinə icazə verilir. Bəzən elə adamlara rast gəlmək
olur ki, o, müsəlman qadınlarında həyat enerjisinin və ak-
tivliyinin çatışmadığı haqda cəfəng nağıllara inanır.
İnsan nə qədər də həqiqətdən uzaq ola bilərmiş?!
Və nə qədər qəribə olsa da, onların şəksiz yanlışlığı
çoxdan inandırıcı surətdə sübut olunmasına baxmayaraq,
bu uydurmalar yaşamaqda davam edir.
İslamda qadın nəinki aktivdir, o, eyni zamanda dini
planda kişilərlə bərabər hüquqludur...
Müsəlman qadınlar şəriət qaydalarına görə 1400 ildən
artıq müddətdə elə hüquqlara malik idilər ki, onların av-
ropalı bacıları bu hüquqları iyirminci əsrdə güclə qazana
biliblər. Məsələn, izdivacı götürsək, müsəlman qanunlarına
görə, o qadının əmlak hüquqları üçün heç bir mənfi nəticə
verə bilməz. Belə ki, məhz qadın və yalnız o, ərə gedənə
qədər ona məxsus olmuş əmlakla istədiyi kimi rəftar etmək
hüququna malikdir. Müasir Avropanın nailiyyət saydığı ər