Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇ 57 Elmdə gender nisbəti 1992-ci ildən sonra bu sahədə
çalışan qadınların payının azalması istiqamətində də dəyiş-
mişdir. 1998-ci ilin əvvəlinə olan məlumata görə, elmi-təd-
qiqat, layihə-konstruktor və texnoloji işlərlə məşğul olanla-
rın 40,8 %-i qadın, 59,2%-i kişi olmuşdur.
Qadınlar elmlər doktorlarının 10 %-ni (kişilər -90 %),
elmlər namizədlərinin 29,9 %-ni (kişilər-70,1 %;) təşkil et-
mişlər. Müxtəlif elm sahələrində müəyyən gender disbalan-
sını müşahidə etmək olar. Məsələn, hərbi elmlər sahəsində
(100 %) bu disbalans maksimaldır və kişilərin xeyrinədir,
memarlıq (67,4), incəsənət (56,1), psixologiya (56,1), bi-
ologiya (53,4) sahələrində isə, qadınların üstünlüyü gözə
çarpır. Bütün elm sahələrində elmlər doktoru elmi dərəcəsi
almış kişilərin sayı mütləq üstünlük təşkil edir (83: 51).
Elmə ayrılan xərclərin azalması və ümumiyyətlə, elmi
işlərə tələbatın azalması alimlərin, o cümlədən də qadın-
ların bu sahədən uzaqlaşmasına gətirib çıxarır. Hazırki
dövrdə elm, bazar münasibətləri sistemində özünə yer tapa
bilmir və elmin təşkili sahəsində qlobal islahatlara böyük
ehtiyac duyulur.
Qadın-şəxsiyyət məsələləri uzun illər sosial mahiyyət
kəsb edən bir problem kimi fəlsəfi-əxlaqi və ədəbi-bədii
fikrin diqqət mərkəzində olmuşdur. Bu mənada norma və
davranışların bədii-estetik inikası nəzərdən keçirilsə, maraq
doğurmaya bilməz.
Azərbaycan xalqının şifahi və yazılı ədəbiyyat nü-
munələrində qadın həyatı, qadın taleyi daim aparıcı yerləri
tutmuşdur. Bunun ən tutarlı nümunəsi kimi ilk yazılı abidə-
miz “Kitabi-Dədə Qorqud”u götürmək olar. Oğuz tayfala-
rının dilində yazılmış bu əsərdə Oğuz bəyləri ilə mübarizə
aparan düşmən tayfalarının geniş təsviri fonunda qadın ob-