Amea fəLSƏFƏ VƏ Sİyasi-HÜququ təDQİqatlar institutu k. C. AĞayeva etika və gender: sosial-əxlaqi davranişIN


Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə56/149
tarix19.07.2022
ölçüsü1,13 Mb.
#62817
1   ...   52   53   54   55   56   57   58   59   ...   149
Etika və gender

Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
64
dici arqumenti kimi böyük Azərbaycan şairi N.Gəncəvinin 
“Xəmsə”sini nəzərdən keçirmək kifayətdir. Kişi və qadın 
münasibətləri Nizaminin əsərlərində humanist ideyalar işı-
ğında təqdim edilir. Onun qəhrəmanları gender ayrı-seçki-
liyinə qarşı çıxan, daim özünü təkmilləşdirməyə cəhd edən, 
nəcib ideyalar uğrunda vuruşan insanlardır. Nizaminin qa-
dın obrazları Nüşabə, Fitnə, Şirin, Leyli və s. öz məhəb-
bətlərinə sadiq qalan zərif cinsin güclü nümayəndələridir. 
Həmin obrazlar məişət səviyyəsindən yüksəkdə dayanan, 
özlərinin və ailələrinin xoşbəxtliyi uğrunda mübarizə apa-
ran, mənsub olduqları dövlətin və cəmiyyətin mənafeyini 
hər şeydən uca tutan, az qala konkret prototipləri olan per-
sonajlardır. Nizaminin əksər qadın qəhrəmanları fəal həyat 
mövqeyi seçən, kişilərlə bərabər səviyyədə dayanan, hətta, 
bəzi məqamlarda öz ər və qardaşlarından daha tədbirli və 
uzaqgörən insanlardır. Nizami daim qadın azadlığını təbliğ 
etmiş, əsil sevgini, sədaqəti vəsf etmişdir. Görkəmli dövlət 
xadimi, böyük mütəfəkkir M.Ə.Rəsulzadə özünün “Azər-
baycan şairi Nizami” adlı tədqiqat əsərində Nizaminin qa-
dınlara münasibətindən danışarkən yazır: “Nizamidə kişilər 
kimi at minən, vuruşan, eyş-işrət içində ismət və namusları-
nı, qiymət və şərəflərini qoruyan qadınlara aid çox canlı və 
şairanə misallar tapa bilərsiniz, amma şairin təsvir etdiyi ən 
gözəl, qüvvətli və kamil bir qadın obrazı, şübhəsiz Şirindir. 
Bir tərəfdən ən ülvi sevgi ilə Xosrova aşiq olan bu şahzadə, o 
biri tərəfdən də qadınlıq şərəfini uca tutan bir insandır... Hər 
hansı bir normal qadında olduğu kimi, Şirində də iki daxili 
duyğu daima bir-biri ilə mübarizədədir. O, qadınlıq hissi ilə 
sevir, aşiq olur, təkliyə qatlanır, illərcə gözləyir. Fərhad kimi 
fədakar aşiqə şəfqət göstərsə də, əsl məqsədindən dönmür. 



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin