Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇ 63 rin köləsi, ən yaxşı halda kölgəsi kimi qiymətləndirir. Heç
bir dini təlimdə qadınların hüququ açıq şəkildə diskrimina-
siya olunmur, amma belə bir faktı inkar etmək olmaz ki, xü-
susən Şərq reallığında qadınların davranış və rəftarına uzun
illər boyu məhdudiyyətlər qoyulmuş, cahillik və nadanlığa
geniş meydan verilmişdir. Elə məhz buna görə də islam,
habelə xristian və yəhudi dinlərindən irəli gələn müəyyən
təlimlərə istinad edən şəxslər qadınların həyat tərzinə, dün-
yagörüşünə təsir göstərmək imkanları əldə etmişlər. Bu sə-
bəbdən də, bizim ölkəmizdə dini fikirlərin təbliği məqam-
larında müxtəlif interpretasiya və fərqli şərh motivlərinin
mövcudluğu diqqəti çəkir. Məlumdur ki, Azərbaycan Qərb
və Şərq sivilizasiyasının kəsişdiyi nöqtədə yerləşir. Ölkə-
nin, necə deyərlər, “mənəvi qapıları” hər iki qütbün üzünə
açıq olduğu üçün burada zahirən bir-birinə zidd olan dəyər-
lərin çulğalaşdığı nəzərə çarpır. Ölkə əhalisinin əskər his-
səsini müsəlmanlar təşkil edən bir məkanda təbii ki, islami
dəyərlər üstünlük təşkil edir. Burada qadınların rəftar və
davranışında bir çox özəl xüsusiyyətlər diqqəti cəlb edir.
Məsələn, bir çox regionlarda xüsusilə cənub bölgələrində
qadınların bir qismi hicaba (örpək) üstünlük verirlər. Hə-
min məsələ son illərin dini-elmi ədəbiyyatında geniş şərh
edildiyi üçün fikrimizi qısaca olaraq bu cür formulə edə
bilərik: Əgər qadın könüllü olaraq üzünü örtürsə burada heç
bir faciə yoxdur; hicabın tətbiqində zor tətbiq olunursa bu,
bağışlanmaz, antihumanist hal kimi dəyərləndirməlidir.
Bir çox tədqiqatçılar, xüsusən Qərb araşdırmacıları Şərq
ədəbiyyatında qadının “ikinci dərəcəli” personaj kimi təq-
dim olunduğunu iddia edirlər. Bu kökündən səhv olan iddi-
adır. Həmin qeyri-obyektiv düşüncələrin ən başlıca təkzibe-