Amea fəLSƏFƏ VƏ Sİyasi-HÜququ təDQİqatlar institutu k. C. AĞayeva etika və gender: sosial-əxlaqi davranişIN


Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə53/149
tarix19.07.2022
ölçüsü1,13 Mb.
#62817
1   ...   49   50   51   52   53   54   55   56   ...   149
Etika və gender

Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
61
mından mövqeyi məsələsinə də aid etmək olar. Bu sahədəki 
mülahizələr əksərən həqiqi islam pozuntuları üzərində deyil, 
müsəlman əhalisinin üstünlük təşkil etdiyi bir çox ölkələrdə 
formalaşmış həyat təcrübəsindən irəli gəlir ki, bunun da çox 
vaxt həqiqi islamla və şəriətlə heç bir əlaqəsi olmur (68: 89).
Dinin bir çox ölkələrdə mədəniyyət kvintessensiya-
sı rolunda çıxış etməsini nəzərə alaraq xatırlatmağı vacib 
bilirik ki, bir çox sahələrlə yanaşı gender problemləri də 
islam təlimindən çıxış edilərək xristianlığa qarşı qoyulur. 
Bu məsələ ilə bağlı alman müəllifi M.V.Hoffmanın “Alman 
müsəlmanın gündəliyindən” kitabında qeyd edilən fikirlər 
diqqəti cəlb edir: “Adətən müsəlmanların bir çoxu hesab 
edir ki, islamda qadınların məscidə getməsinə və həccdə iş-
tirak etməsinə icazə verilir. Bəzən elə adamlara rast gəlmək 
olur ki, o, müsəlman qadınlarında həyat enerjisinin və ak-
tivliyinin çatışmadığı haqda cəfəng nağıllara inanır. 
İnsan nə qədər də həqiqətdən uzaq ola bilərmiş?!
Və nə qədər qəribə olsa da, onların şəksiz yanlışlığı 
çoxdan inandırıcı surətdə sübut olunmasına baxmayaraq, 
bu uydurmalar yaşamaqda davam edir. 
İslamda qadın nəinki aktivdir, o, eyni zamanda dini 
planda kişilərlə bərabər hüquqludur...
Müsəlman qadınlar şəriət qaydalarına görə 1400 ildən 
artıq müddətdə elə hüquqlara malik idilər ki, onların av-
ropalı bacıları bu hüquqları iyirminci əsrdə güclə qazana 
biliblər. Məsələn, izdivacı götürsək, müsəlman qanunlarına 
görə, o qadının əmlak hüquqları üçün heç bir mənfi nəticə 
verə bilməz. Belə ki, məhz qadın və yalnız o, ərə gedənə 
qədər ona məxsus olmuş əmlakla istədiyi kimi rəftar etmək 
hüququna malikdir. Müasir Avropanın nailiyyət saydığı ər 



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin