Amea fəLSƏFƏ VƏ Sİyasi-HÜququ təDQİqatlar institutu k. C. AĞayeva etika və gender: sosial-əxlaqi davranişIN


Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə50/149
tarix19.07.2022
ölçüsü1,13 Mb.
#62817
1   ...   46   47   48   49   50   51   52   53   ...   149
Etika və gender

Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
58
razları da diqqəti cəlb edir. Qadın və kişilərin qəhrəmanlıq 
ruhu əsərdə güclü, kaloritli boyalarla işlənmişdir. Ən ma-
raqlısı isə budur ki, Dədə Qorqud igidlik göstərməyən öv-
ladlara – oğul və qızlara ad qoymaqdan imtina edir. Yalnız 
qəhrəmanlara onların layiq olduğu adlar verilir.
Qadın obrazlarının geniş təsvir və təqdim edildiyi şi-
fahi xalq nümunələrindən biri də “Koroğlu” qəhrəmanlıq 
dastanıdır. Tədqiqatçı Y.İsmayılovanın qeyd etdiyi kimi, 
“Koroğlu” dastanındakı qəhrəman-sevgili münasibətlərini 
bir epik ənənə başlanğıcı baxımından “Kitabi-Dədə Qorqu-
d”da görürük. Bu xüsusilə Beyrək-Banuçiçək süjetində 
işıqlandırılır və qadınların epik təsvir cizgiləri “Koroğlu” 
eposundakı qadın obrazlarının təsvir cizgilərində də “tək-
rarlanır”. Yəni Dədə Qorqud eposundakı qızlar igid, qəhrə-
man, at minən, qılınc oynadan, ox atan, güləşən qızlar oldu-
ğu kimi, “Koroğlu” dastanındakı qadınlar da eyni igidliklər 
göstərməyə qadirdir. Məhəbbət dastanlarındakı passiv qa-
dın obrazlarının əvəzində, burada qəhrəman qadın obraz-
larını görürük. Başqa cür ifadə etsək, dastanın tipinə görə 
qəhrəmanlıq təkcə kişilərin yox, eyni zamanda qadın ob-
razların davranışında da ifadə olunur. Beləliklə, “Koroğlu” 
dastanı bütün personajlar sistemində qəhrəmanlığı nümayiş 
etdirir (87: 84-85).
Müəllifin yazdığı kimi, həqiqətən “Koroğlu” dastanın-
da qadın obrazlarını fəallıq və kəmiyyət baxımından ötəri, 
fraqmentar olaraq görmürük. Belə ki, qadın obrazlarının 
həm sayca çoxluğu, həm də epik təsvir baxımdan dolğun-
luğu bu obrazların dastanın personajlar sisteminin mühüm 
məziyyətlərini təşkil etdiyini söyləməyə imkan verir. 
Qadın obrazlarının içərisində mərkəzi yeri təbii ki, 
Koroğlunun sevgilisi Nigar xanım tutur, ancaq bundan 



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin