Amea fəLSƏFƏ VƏ Sİyasi-HÜququ təDQİqatlar institutu k. C. AĞayeva etika və gender: sosial-əxlaqi davranişIN


Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə47/149
tarix19.07.2022
ölçüsü1,13 Mb.
#62817
1   ...   43   44   45   46   47   48   49   50   ...   149
Etika və gender

Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
55
bankda məhz qadınlar çalışmalıdır, amma postsovet məka-
nında bank xidməti sahəsində qadınlardan daha çox kişilə-
rin çalışdığı diqqəti cəlb edir. Bu cəhətdən qadınların siyasi 
həyatdakı mövqeyi və fəaliyyəti də diqqəti cəlb edir. Belə 
ki, cəmiyyətdə uzun illərdən bəri formalaşmış streotipləri 
real zəmində baş verən proseslər alt-üst edə bilər. Adətən, 
qadınların siyasi fəaliyyətini lazımi səviyyədə anlayıb qiy-
mətləndirə bilməyən sosial qruplar siyasətin “kişi işi” ol-
duğunu iddia edirlər. Halbuki tarixdən bizə məlumdur ki, 
bir çox ölkələrin başında uzun müddət qadın hökmdarlar 
dayanmışdır. Üstəlik onların bəzisi qəddarlıq, təmkin, cə-
sarət, risk və s. “kişilərə xas” cəhətlərə görə kişilərdən heç 
də geri qalmamışlar. 
Müasir dövrdə qadınların hakimiyyətdə olması, dövlət 
idarəçiliyində fəallığı heç kəsdə təəccüb doğurmur. Hətta 
bir çox region və ölkələrdə qadın “hökmranlığı” açıq-aşkar 
görünür. Məsələn, Skandinaviya ölkələrində idarəetmənin 
bir çox pillələrində qadınların kəmiyyəti üstünlük təşkil 
edir. Ümumiyyətlə, qadın-kişi fəallığının artıb-azalması 
müəyyən mənada qeyri-sabit səciyyə daşıyır: Dünən qa-
dınların fəallığının yüksək olduğu bir sahədə, bu gün kişi 
dominantlığı nəzərə çarpa bilər. Bu cür halların yaranması-
nın isə çoxlu obyektiv və subyektiv, habelə sosial mahiyyət 
kəsb edən cəhətləri vardır. Bu cəhətdən təhsil sistemində 
son illərdə baş verən dəyişikliklər özlüyündə maraq doğu-
rur. Məsələn, R.İbrahimbəyovun qeyd etdiyi kimi, Azər-
baycanda 1995-ci ildən bəri ali məktəblərə qəbul olan ki-
şilərlə qadınların sayı arasında kişilərin xeyrinə olan fərq 
sabitləşmişdir (1,1 dəfə). Nəzərə almaq lazımdır ki, sənəd 
verən qızların sayı oğlanların sayını üstələyir. 



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin