Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇ 54 rarlamaq məcburiyyətində qalırlar. Daha doğrusu, bu “məc-
buriyyət” bir növ ehtiyaca, tələbata çevrilir. Həmin tələbatlar
isə əxlaqi-etik normalar vasitəsilə həyata keçirilir.
Mütəxəssislər çoxdan sübut etmişlər ki, bir cəmiyyətə
(eləcə də xalqa, qrupa) kişilərə xas olan davranış və nor-
malar, digər cəmiyyətdə tamamilə başqa şəkildə, “qadınlara
məxsus olan” norma və davranışlar kimi qəbul edilir. Ümu-
miyyətlə, insan dünyaya göz açdığı vaxtdan etibarən kişi və
qadın davranış normalarının “bölgüsü” ilə üzləşir, bir növ
“gender sisteminin” öbyektinə çevrilir. Belə ki, uşaqların
valideynləri hələ ilkin mərhələdə onlara “kişi və qadına
məxsus” ümdə davranış qaydalarını öyrədir, nəyin məqbul
və ya nəyin qəbuledilməz olduğunu izah edirlər. Sonrakı
mərhələdə cəmiyyət özü “gender balansını” təmin edərək
öz vətəndaşlarının şüuruna müxtəlif vasitələrlə təsir göstə-
rir, kişi və qadın davranışının müxtəlif aspektlərini forma-
laşdırır. Nəticədə, cəmiyyətin bütün sosial sfera və sosial
pillələrində qadın və kişiyə məxsus olan davranış normaları
rəsmiləşdirilir. Hətta yalnız qadınlara məxsus ola biləcək
peşə və sənətlər haqqında təsəvvürlər yaranır.
Heç kəsə sirr deyildir ki, məsələn, poladəridən, inşa-
atçı, yükdaşıyan, tokar, çilingər, dülgər, santexnik və s.
peşələrdə çalışan kişilərin sayı qadınlara nisbətən qat-qat
çoxdur. Lakin həkim, müəllim, tərbiyəçi, xidmətçi, satıcı
və s. peşələrdə qadınların sayının üstünlük təşkil etdiyi də
məlumdur. Sanki peşə və sənətlər qadınlar və kişilər ara-
sında əvvəlcədən, “könüllü” şəkildə bölüşdürülmüşdür. Əs-
lində, isə bu cür “bölgü” sırf nisbi səciyyə daşıyır. Buna
konkret misal kimi bank xidməti işçilərini göstərmək olar.
Nədənsə keçmiş SSRİ-də belə bir fikir formalaşmışdı ki,