Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇ 52 tin yaşadığı keçid dövrü qadın-kişi münasibətlərində heç də
hər şeyin rəvan getdiyini iddia etməyə əsas vermir. Həmin
müstəvidə gender ziddiyyətlərinin mövcudluğu diqqəti cəlb
edir. Filosof Z.Quluzadənin həmin problemlə bağlı söylədi-
yi mülahizələr öz obyektivliyi, dəqiqliyi ilə seçilir: “Bir sıra
ailələrdə, təəssüf ki, uşaqlara və xüsusən qızlara qarşı möv-
cud patriarxal münasibətlərin gücləndiyi müşahidə edil-
məkdədir: qız uşağının dünyaya gəlməsi o qədər də arzu
olunmur; üstəlik, qızı bir çox ailələrdə lap balacalığından
onun rifah, namus və ləyaqətinin müdafiəçisi kimi ata və
qardaşına itaət ruhunda tərbiyə edirlər. Ailədə olan ən yaxşı
şey oğlana – nəslin davamçısına verilir...
Qardaş ilə bacı arasındakı fərq yeniyetməlik dövrün-
də daha da artır. Oğlana hər şey – siqaret çəkmək, içki iç-
mək, cinsi əlaqədə olmaq qüsur sayılmır, çünki deyilənlər
böyüməkdə olan gələcək kişi üçün bu, norma hesab edilir,
amma qıza bütün bunlar qəti şəkildə qadağan edilir... Qızın
nikaha qədər cinsi əlaqədə olması təkcə qız üçün yox, eyni
zamanda bütün ailə, bəzi hallarda isə qohum-əqraba uçün
də faciəyə və rüsvayçılığa çevrilir. Bu cür hal aşkar olduq-
da, mentalitet qıza qarşı, az qala, ölüm də daxil olmaqla,
psixoloji və fiziki zorakılığın bütün formalarını məqbul
sayır. Bu halda qıza qarşı əxlaq qanunları kənd yerlərində
daha amansızdır” (110: 78). Təbii ki, ailə institutu çərçivə-
sində baş verən bu cür hallar cəmiyyətə də öz təsirini göstə-
rir və sözün geniş mənasında qarşılıqlı səciyyə daşıyır.
Davranış probleminin sosial mahiyyəti filosof və psixo-
loqlar tərəfindən müxtəlif parametrlər üzrə müxtəlif cür
şərh edilmişdir. Əgər mütəxəssislərin bir çoxu davranışla-
rın əsasında sosial amillərin rolunu əsas götürürlərsə, digər