Amea fəLSƏFƏ VƏ Sİyasi-HÜququ təDQİqatlar institutu k. C. AĞayeva etika və gender: sosial-əxlaqi davranişIN


Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə41/149
tarix19.07.2022
ölçüsü1,13 Mb.
#62817
1   ...   37   38   39   40   41   42   43   44   ...   149
Etika və gender

Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
49
yan keçməmişdir. Deyildiyi kimi torpaqlarının iyirmi fai-
zini itirmiş, əhalisinin bir milyonu qaçqınlıq taleyi yaşayan 
Azərbaycan vətəndaşları çadır və vaqonlarda yaşamağa 
məhkum olmuşdur. Yeni, dözülməz həyat tərzi ailələrin hə-
yatında ağır izlər qoymuşdur. Belə ki, əsrlər boyu forma-
laşmış ər-arvad, qadın-kişi, övlad-valideyn münasibətləri 
yeni keyfiyyət dəyişikliklərinə məruz qalmışdır. Yeni həyat 
tərzinin gətirdiyi yeni “davranış” normaları istər-istəməz 
tarixən oturuşmuş, möhkəmlənmiş gender münasibətlərin-
də özünün yeni çalarları ilə əks olunur. Axı, hər bir davranış 
xətti özündə davranışlar “piramidasının” müxtəlif element-
lərini qoruyub yaşadır. Davranış insanı mühitlə, cəmiyyət-
lə bağlayan mühüm amillərdən biridir. Məhz buna görə də 
davranışın sosial mahiyyətindən söhbət açarkən onu cəmiy-
yətdən təcrid olunmuş hadisə kimi təqdim etmək düzgün 
deyildir. Cəmiyyətin bütün üzvləri, o cümlədən qadınların 
taleyi cəmiyyətin taleyi ilə qırılmaz tellərlə bağlıdır. Cə-
miyyətin inkişafında isə, yaxşı məlumdur ki, ictimai mü-
nasibətlərin mövcud tiplərinin bir-birini əvəz etməsi əsaslı 
rol oynayır. Əlbəttə əxlaq haqqında danışarkən, heç də hər 
genderin özünəməxsus “əxlaq kodeksinə” malik olduğunu 
iddia etmək olmaz. Kişi və qadın əxlaqı eyni müstəvidə 
formalaşdığı üçün onların mahiyyəti də eynidir, lakin hər 
iki genderə aid olan əxlaqi amillərin nisbi müstəqilliyinin 
mövcudluğu da inkaredilməzdir. Əxlaqın müxtəlif funk-
siyaları davranışın tənzim edilməsində qeyri-bərabər rol 
oynayaraq, adətən qarşılıqlı surətdə kəsişir. Psixologiya və 
etikadan yaxşı məlumdur ki, əxlaqın dərketmə funksiyası 
davranışın tənzimetmə funksiyasına, başqa sözlə desək, 
qiymətləndirmə, imperativ funksiyasına tabe edilir. Məhz 



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin