Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇ 50 buna görə də əxlaqın tələblərində elə bilik vardır ki, bu bilik
davranışın müəyyən növünün məcburiliyinin emosional şə-
kildə qəbul olunmasına çevrilmişdir. “Əxlaq eyni zamanda
insanların gündəlik həyat fəaliyyətində normativ məqsədli-
lik funksiyasını yerinə yetirir. Onlara öz davranışına əxlaqi
motivlərin... köməyi ilə haqq qazandırmaq imkanı verir.
Mötivlərin təmizliyi, yüksəkliyi şəxsiyyətin əxlaqi davranı-
şının mühüm elementidir” (216: 208).
Davranışın tərəflərinin tənzimindən danışarkən, biz
əxlaqi norma, qayda və prinsipləri xüsusi qeyd etməliyik.
Normaların məzmunu haqqında söhbət açılarkən burada
çox zaman iyerarxik strukturdan bəhs edirlər. Həmin nor-
malara misal olaraq qənaətçillik, paxıllıq, qənimətçilik və
s. göstərilir. Prinsiplərə isə insanların davranışının bütün
xətlərini ehtiva edən mənəvi tələbat və tələblər aid edilir.
Bu cəhətdən qənaətçilik norması diqqəti cəlb edir. Aydın
məsələdir ki, hər bir fərd cəmiyyətdə xoşbəxt həyat sürmək
istəyir. Bir çoxları xoşbəxtliyin açarını yalnız maddi nemət-
lərin bolluğunda, daha doğrusu, gen-bol istehlakda görür-
lər. Həmin problemə yanaşmada qadın və kişi münasibət-
lərində kəskin fərqlər olmasa da, bəzi məqamları nəzərdən
keçirmək vacibdir. Bir məsələni qeyd etmək yerinə düşərdi
ki, bir çox elmi və eləcə də bədii əsərlərdə qənaətcillik çox
zaman mənfi hadisə kimi qiymətləndirilir. Əlbəttə xəsislik,
pulgirlik, mal-mülkə hədsiz meyl heç də müsbət hal kimi
qiymətləndirilə bilməz. Lakin ifrat “səxavətlilik” də təqdir
edilə bilməz. Məhz buna görə də həssas bir məqama diqqət
yetirmək lazımdır: qənaətçillik heç də xəsislik deyildir; bu
anlayış yəni xəsislik qənaətçilliyin yox, qənimətçilliyin ek-
vivalentidir. Qənimətçillik çox vaxt haqlı olaraq sosial bəla
kimi tənqid edilir.