Amea fəLSƏFƏ VƏ Sİyasi-HÜququ təDQİqatlar institutu k. C. AĞayeva etika və gender: sosial-əxlaqi davranişIN


Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə49/149
tarix19.07.2022
ölçüsü1,13 Mb.
#62817
1   ...   45   46   47   48   49   50   51   52   ...   149
Etika və gender

Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
57
Elmdə gender nisbəti 1992-ci ildən sonra bu sahədə 
çalışan qadınların payının azalması istiqamətində də dəyiş-
mişdir. 1998-ci ilin əvvəlinə olan məlumata görə, elmi-təd-
qiqat, layihə-konstruktor və texnoloji işlərlə məşğul olanla-
rın 40,8 %-i qadın, 59,2%-i kişi olmuşdur. 
Qadınlar elmlər doktorlarının 10 %-ni (kişilər -90 %), 
elmlər namizədlərinin 29,9 %-ni (kişilər-70,1 %;) təşkil et-
mişlər. Müxtəlif elm sahələrində müəyyən gender disbalan-
sını müşahidə etmək olar. Məsələn, hərbi elmlər sahəsində 
(100 %) bu disbalans maksimaldır və kişilərin xeyrinədir, 
memarlıq (67,4), incəsənət (56,1), psixologiya (56,1), bi-
ologiya (53,4) sahələrində isə, qadınların üstünlüyü gözə 
çarpır. Bütün elm sahələrində elmlər doktoru elmi dərəcəsi 
almış kişilərin sayı mütləq üstünlük təşkil edir (83: 51).
Elmə ayrılan xərclərin azalması və ümumiyyətlə, elmi 
işlərə tələbatın azalması alimlərin, o cümlədən də qadın-
ların bu sahədən uzaqlaşmasına gətirib çıxarır. Hazırki 
dövrdə elm, bazar münasibətləri sistemində özünə yer tapa 
bilmir və elmin təşkili sahəsində qlobal islahatlara böyük 
ehtiyac duyulur. 
Qadın-şəxsiyyət məsələləri uzun illər sosial mahiyyət 
kəsb edən bir problem kimi fəlsəfi-əxlaqi və ədəbi-bədii 
fikrin diqqət mərkəzində olmuşdur. Bu mənada norma və 
davranışların bədii-estetik inikası nəzərdən keçirilsə, maraq 
doğurmaya bilməz. 
Azərbaycan xalqının şifahi və yazılı ədəbiyyat nü-
munələrində qadın həyatı, qadın taleyi daim aparıcı yerləri 
tutmuşdur. Bunun ən tutarlı nümunəsi kimi ilk yazılı abidə-
miz “Kitabi-Dədə Qorqud”u götürmək olar. Oğuz tayfala-
rının dilində yazılmış bu əsərdə Oğuz bəyləri ilə mübarizə 
aparan düşmən tayfalarının geniş təsviri fonunda qadın ob-



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin