Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇ 56 Müəllif göstərir ki, rəsmi statistika sistemində gender
cəhətdən təfərrüatlı göstəricilərin məhdudluğuna baxmaya-
raq, test üsulu ilə keçirilən və kompüterlərlə hesablanan ali
məktəblərə qəbul imtahanları ilə bağlı göstəricilərdə 1997-
ci ildən etibarən bütün parametrlərinə görə seqraqasiya hiss
olunur. Aşkar olunmuşdur ki, qızlara nisbətən oğlanlar daha
yüksək bal toplayırlar, qızların nəticələri isə, əsasən, orta bal
səviyyəsində qalır. 1997-98 təhsil ilində dövlət statusu almış
özəl universitetlərə daxil olmuş tələbələrin 46,5 %-ni qızlar,
53,4 %-ni oğlanlar təşkil etmişlər.
Təhsil sahəsində çalışan qadınların sayı 1990-cı illə
müqayisədə artaraq 1996-cı ildə 65 %-ə çatmışdır. DSK-
nin verdiyi məlumata görə, 1998-ci ildə təhsil sahəsində
qadın və kişilərin nisbəti 65,5 % və 34,5 % olmuşdur, la-
kin təhsilin inzibati idarəetmə sahəsində kişilərin 6:1 kimi
böyük üstünlüyü var. Dövlət və özəl universitet rektorları
arasında qadınlar təxminən 5 % təşkil edirlər. Prorektorlar
arasında isə, qadınların sayı nisbətən çoxdur.
1997-ci ilin əvvəllərində ali təhsil və elmi-tədqiqat
müəssisələrində təhsil alan aspirantların 28,2 %-i qadın ol-
muşdur. Qeyd etmək lazımdır ki, 1993-1997-ci illər ərzində
aspirantların sayı sabit 1280 ədədi ətrafında dəyişsə də, on-
ların arasında qadınların sayı durmadan azalmışdır (83: 50).
Daha sonra müəllif (R.İbrahimbəyova) Ali Attestasiya
Komissiyasının verdiyi məlumata istinad edərək bildirir ki,
Azərbaycanda 1997-ci ildə elmi ad alanların içərisində qa-
dınların payı yüksəlmişdir.
Elmdə gender disbalansına zəmin hazırlayan bir proses
olan qadın aspirantların sayının azalması yaxın gələcəkdə
qadın-alimlərin azalmasına gətirib çıxara bilər.