Amea fəLSƏFƏ VƏ Sİyasi-HÜququ təDQİqatlar institutu k. C. AĞayeva etika və gender: sosial-əxlaqi davranişIN


Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə51/149
tarix19.07.2022
ölçüsü1,13 Mb.
#62817
1   ...   47   48   49   50   51   52   53   54   ...   149
Etika və gender

Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
59
başqa, dastanda öz adları və əməlləri ilə seçilən qadın 
obrazları da vardır: Məhbub xanım, Telli xanım, Ruqiy-
yə xanım, Dünya xanım, Hürü xanım, Zərnişan xanım və 
b. Göründüyü kimi sıra kifayət qədər zəngindir. Bu bizə 
qadın obrazlarını özəl epik semantikası səviyyəsində ümu-
miləşdirməyə imkan verir. 
Eposda qadınların aktivliyi nəzərə çarpır. Onlar Çən-
libelə məktub yazır, xəbər yollayır, ora gəlmək arzularını 
bildirirlər. Öz ata və doğmalarına öz məqsədləri naminə 
zidd çıxmağı bacarırlar. Onların arxasınca gəlmiş igidlər 
əsir düşdükdə döyüşçü paltarı geyib, silah götürərək vuruşa 
bilirlər. Çənlibelə kəcavədə, yaxud igidlərin atlarının tər-
kində yox, öz atlarında gedirlər. Çənlibelə bir təhlükə üz 
verəndə, hamısı paltarını dəyişib, döyüşçü ləvazimatı ilə 
silahlanırlar, lakin bu, dastanda kişisayağı qəhrəman statu-
sunda təsvir olunması qızların xanımlığına qətiyyən xələl 
gətirmir. Onlar həm də qənirsiz gözəllərdir. Paşa, xan qızla-
rı olduqları üçün savadlıdırlar. Dialoqlarda cəsarətli, ağıllı 
və müdrikdirlər. Nə istədiklərini başa düşür, öz məqsədlə-
rini aydın şəkildə dərk edirlər. Gördüyümüz kimi, “Koroğ-
lu” dastanında gender münasibətləri xalqın azadlıq ruhunu 
nümayiş etdirir (125: 20).
Yeri gəlmişkən, qədim Şərq abidəsi “Avesta”da da ki-
şi-qadın münasibətlərinə, qadın davranışı məsələsinə diqqət 
yetirilmişdir. “Avesta”da qadın ailədə tənzimləyici iqtisadi 
fəaliyyəti ilə səciyyələnir. “Avesta”da qadın və kişi hüququ 
eyni tutulur. Filosof R.Məmmədovun “Zərdüştlükdə insan 
hüquqları məsələləri” məqaləsində göstərdiyi kimi, insan 
həm mənəvi, həm də maddi varlığın vəhdəti kimi öz cinsi, 
irqi, dini və digər mənsubiyyətindən asılı olmayaraq, bütün 



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin