Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇ 67 XX əsrin əvvəllərində bir sıra demokratik ruhlu qəzet,
jurnal və məcmuələrin nəşri azad fikrin intişar tapmasına
təkan oldu. Xüsusilə “Molla Nəsrəddin” jurnalının mey-
dana gəlməsi Azərbaycan ictimai fikir tarixində yeni mər-
hələ kimi qiymətləndirilə bilər. Jurnalın naşiri və baş re-
daktoru C.Məmmədquluzadə, onun müəllifləri Ömər Faiq,
Ə.Haqverdiyev. Q.Şərifzadə, M.S.Ordubadi, Ə.Qəmküsar
və başqaları qadın azadlığı ilə bağlı kəskin yazılarla çıxış
edirdilər. Jurnal M.Ə.Sabir kimi nəhəng bir simanın - sati-
rik poeziyanın flaqmanının meydana gəlməsində müstəsna
rol oynamışdır. Sabir öz əsərlərində dövrünün digər naqis
cəhətləri ilə yanaşı, qadın hüquqlarının pozulmasına qarşı
da öz etiraz səsini ucaltmış, nadanlığı, cahilliyi, savadsızlı-
ğı tünd satirik boyalarla ifşa etmişdir.
Azərbaycanda Sovet hakimiyyəti dövründə qadınlarla
kişilərin hüquq bərabərliyi rəsmən təsbit edilsə də, reallıqda
gender ayrı-seçkiliyi uzun müddət mövcud olmuşdur. Məhz
buna görə də böyük dramaturq C.Cabbarlı özünün “Sevil”,
“Almaz”, “Füruzə” və s. əsərlərində qadın azadlığı proble-
minə toxunmuşdur. Azərbaycanın dahi şairi S.Vurğun isə
öz şeir və poemalarında (“Bəsti”, “Aygün” və s.) qadınla-
rın uzun illər, əsrlər boyu istismara məruz qaldığını kəskin
tənqid atəşinə tutmuş, onların cəmiyyətdə kişilərlə çiyin-çi-
yinə çalışdığını ilhamla tərənnüm etmişdir.
XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayən-
dələri S.Rəhimov, S.Rüstəm, M.Hüseyn, R.Rza, M.İbrahi-
mov, Ə.Məmmədxanlı, İ.Əfəndiyev, İ.Şıxlı, İ.Hüseynov,
habelə onlardan sonra yaradıcılıq fəaliyyətinə başlayan
S.Əhmədov. Ə.Cəfərzadə, Ə.Əylisli, İ.Məlikzadə, Anar, El-
çin və digər görkəmli mütəfəkkirlərin əsərlərində qadın və